Məhkəmə qərarları › İş №2(102)-3525/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3525/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3525/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2564/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarına görə İddiaçı şikayət ərizəsinə əsasən başlanmış cinayət işinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı əvvəlcə cavabdehlərə 29100 manat pulu əlillik və pensiya düzəltmək üçün verdiyini bildirmiş, lakin sonradan ifadəsini dəyişərək pulu dərman alqı-satqısı məqsədilə verdiyini göstərmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat zamanı İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış, Cavabdeh2 təqsirləndirilmiş şəxs və Cavabdeh1 isə şahid qismində dindirilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Cavabdeh2 həqiqətən də dərman satışı ilə məşğul olub-olmaması araşdırılmasa da, təqsirləndirilən şəxsin əməlində cinayətin əlamətləri olmadığı müəyyən edilmişdir.

2. Cinayət işi üzrə Cavabdeh1 şahid kimi ifadəsində göstərmişdir ki, (ixtisarla), Soltanla münasibətləri yaxşı olduğu vaxtlarda Soltana onu da dərman biznesinə qoşmağını xahiş etmişdir. Soltan ona dərman işinə qoyacağı hər hansı bir məbləğin üzərində özünün də xeyrinin olacağını və verdiyi məbləği ona 100 faiz xeyri ilə qaytaracağını demişdir. Soltan ona xarici dövlətlərdən gələn dərmanların dövlətin hesabında olan depolara yerləşdirildiyini və oradan Bakı şəhərindəki apteklərə və müxtəlif xəstəxanalardakı tanıdığı həkimlərə paylanıldığını, həmin dərmanların satıldıqca gəlir əldə etdiyini bildirmişdir. O, Soltana tam inandıqdan sonra 2022-ci ildə 60 00 manat və Soltan ona dərmanlar 2-3 ay ərzində satıldıqdan sonra 100 faiz xeyir verəcəyini demişdir. Bir aydan sonra Soltan ona verdiyi 6000 manatın üzərində 6500 manat, yəni 500 manat xeyirlə geri vermişdir. Gəlirdən qalıq qalan 5500 manatı isə 2-3 ay ərzində verəcəyini bildirmişdir. İkinci dəfə isə ona eyni şərtlərlə 3000 manat vermişdir. Soltan 1 aydan sonra birinci qalıqdan 5500 manatını və ikinci dəfə verdiyi puldan əlavə 1500 manat, yəni 4500 manat qaytarmışdır. Soltan ümumilikdə cəmi verdiyi 9000 manat puldan 16500 manat qaytarmışdır. Bundan sonra Soltana inamı artmış və tanıdığı yaxın adamlara bu barədə məlumat vermişdir. Raufla Soltanı tanış etmiş və onlar da verdiyi pulun üzərində 15-20 faiz gəlir verəcəyi barədə razılaşmışlar. xx.xx.2022-ci ildə Laçın 7000 manatı Raufa, Rauf on a, o da onların yanında Soltana vermişdir. Soltan pulu aldıqdan sonra 2-3 ay ərzində 15-20 faiz xeyri ilə birlikdə qaytaracağını demişdir. Soltan işlərin qaydasında olduğunu ona deyirmiş və o da pul sahiblərinə bu barədə məlumat verirdi. Raufdan da eyni qaydada 22500 manat alıb Soltana vermişdir. Daha sonralar Rauf və Laçın ondan işlərin nə yerdə olduğunu soruşmuş, o da hər dəfəsində Soltandan öyrənib onlara məlumat verirdi. 2022-ci ilin noyabrında Laçın və Rauf ona zəng edərək pullarını geri istəmişlər. Soltan isə əvvəlcə işin gecikdiyini, sonra işin alınmadığını, daha sonra isə onu aldatdıqlarını deyirdi. Soltan ona aldığı pulu geri qaytaracağını deyirdi. Rauf və Laçın verdikləri pulları ondan tələb etməyə başlamış, o da Soltandan tələb etmişdir. Soltanla əvvəlcədən razılıqları əsasında o Soltana hər dəfə adam tapıb gətirəndə ona da müəyyən məbləğdə pul verməyi öhdəsinə götürmüşdür. Laçından 7000 manatı aldıqdan sonra Soltan ona 500 manat, Raufdan aldığı 22500 manata görə 1500 manat vermişdir. 10 noyabr 2022-ci il tarixdə o Soltandan 4400 manat pul alıb Raufa vermişdir.

3. Cinayət işi üzrə təqsirləndirilmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Rauf adlı şəxsi əvvəllər tanımamış, ondan heç vaxt birbaşa pul almamışdır. Cavabdeh1 1 il əvvəl idman zalında məşqçi kimi tanımışdır. Raufu da Əyyamın vasitəsilə tanımışdır. Onun ailəsində maddi çətinliklə olduğu üçün 2021-ci ildə dərman alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Dərman işində yaxşı qazanc olduğu üçün Əyyamla söhbət zamanı dərman işinə pul qoyacağ ı təqdirdə yaxşı qazanc olacağını demişdir. Əyyam onunla razılaşmışdır ki, onun verdiyi pulun üstündə 20 faiz əlavə pul qaytarmaqla yanaşı, həm də satışdan qazanc verməli imiş. Əyyamdan cəmi iki dəfə pul almışdır. Birinci dəfə 2022-ci ilin may ayında 3000 manat və həmin pula görə 6200 manat qaytarmış, ikinci dəfə aldığı 6000 manata görə 11000 manat pul qaytarmışdır. Həmin 3000 və 6000 manat pulları alanda Əyyamın tanışı Rauf da orada olmuşdur. Həmin pulların Əyyama və ya başqa şəxsə məxsus olmasını bilməmişdir. Daha sonra isə həmin pulları nənəsindən, atasından aldığını deyirmiş. Əyyam ondan qaytardığı pulların qazanc olduğunu deməklə əsas pulu da qaytarmağı tələb etmişdir. Həmin vaxt ona demişdir ki, həmin 6000 manat pulu Raufdan alıb ona vermişdir. O isə ona verdiyi pulun müqabilində k ifayət qədər pul qaytardığını desə də, Əyyam ondan əlavə pullar tələb edirmiş. Əyyam onun Raufa əlavə pullar verməli olduğunu deyirmiş. O isə Raufdan pul almadığını və Raufa heç bir pul qaytarmalı olmadığını demişdir.

4. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində (ixtisarla) göstərmişdir ki, Əyyam ona Soltan adlı tələbəsinin olduğunu, Soltanın özünə Bakı şəhərində dərman firması qurduğunu, müxtəlif xarici dövlətlərdən müxtəlif dərmanlar gətirdiyini, həmin dərmanları xəstəxana və apteklərə satdığını, bununla da yaxşı gəlir əldə etdiyini bildirdi. Bundan əlavə Əyyam ona Soltanda 4.000 manata yaxın pulunun olduğunu və yaxşı gəlir əldə etdiyini bildirdi. Əyyam ona nə qədər çox pul qoysa o qədər də gəlir götürəcəyini demişdir. Əyyam onun yanından Soltana zəng vurm uş və onu Soltanla görüşdürmək barədə danışıqlar aparmışdır. Onlar görüşdükdən sonra Əyyam Soltanın yanında dərman işinin detallarını danışmış və Soltan da Əyyamın dediklərini təsdiq etmişdir. Hətta Əyyam nənəsindən, atasından, dostundan aldığı 40000 manat pulu Soltana verdiyini və birgə pul qazandıqlarını bildirmişdir. O da Soltan və Əyyama bu işə qoşulmaq istədiyini və pul qazanmaq istədiyini bildirdi. Soltan ona verəcəyi puldan özünə də xeyir qalacağını, ona isə ayrılıqda verdiyi məbləğdən 15-20 faiz qazancı ilə qaytaracağını bildirdi. Lakin nə Soltan, nə də Əyyam konkret hansı məbləğdə ona pul verəcəklərini bildirdi. O dostu Laçından aldığı 7.000 manat pulu 21 may 2022-ci il tarixdə Əyyama, Əyyam isə Soltana verdi. Laçın həm Əyyamla, həm də Soltanla mütəmadi olaraq telefonla əlaqə saxl amış işlərin nə yerdə olduğunu soruşmuşdur. Soltan Laçına dərmanları sifariş etdiklərini, dərmanların yolda olduğunu və gəldikdən sonra satacaqlarını bildirmişdi. Həmçinin Əyyam da Soltanın dediklərini təkrarlayırmış. Həmin ərəfədə o da avtomobilini satışa qoymuşdu. 2022-ci ilin sentyabr ayında avtomobili 20500 satmış və üzərinə 2000 manat qoymaqla 30 sentyabr 2022-ci il tarixdə yenə eyni restoranda Əyyama, Əyyam da Laınla onun yanında Soltana vermişdir. Soltan pulu aldıqdan sonra 2-3 ay ərzində bütün işlərini həll olunacağını və onun 22.500 manat pulunu 15-20 faiz gəlirlə özünə qaytaracağını demişdir. 2022-ci ilin oktyabr ayında Laçın və o Əyyam və Soltandan işlər barədə məlumatlar almış işlərin gecikməsi barədə bəhanələr eşitdikdən sonra aldadıldıqlarını başa düşmüşlər. Daha sonra Laçın ondan pulunu tələb etmiş 2022-ci ilin noyabrında Əyyam ona 4400 manat pulu Soltandan alıb qaytarmışdır. O isə 2600 manat əlavə etməklə Laçının 7000 manat pulunu qaytarmışdır. İlk dəfə Nərimanov rayon polisində Əyyamdan şikayət etmiş və mübahisənin mülki xarakterli olduğu ona bildirilmişdir. Daha sonra o, şikayətinin dəlillərini məqsədyönlü şəkildə dəyişmiş və Əyyam və Soltanın ondan pensiya, əlillik dərəcəsi adı ilə ondan 29.500 manat pul aldığı barədə polisə şikayət etmişdir. Lakin reallıq izahatında göstərildiyi qaydada olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25100 manat və ödənilmiş 168 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 qapı qonşusudur. Cavabdeh1 28 May metrostansiyasının yaxınlığında yerləşən “Black Cub” idman zalında fitness məşqçi kimi işləyir. O, həmdə yaşadığı mənzildə müxtəlif növ şirniyyatların bişirilməsi və satışı ilə məşğul olur. Əyyamla münasibəti qonşu kimi daima yaxşı olmuşdur. 2011-ci ildən "xxxx" QSC-də Dərnəgül stansiyasında stansiya növbətçisi vəzifdəsində işləyirdi, əmək haqqısı az olduğu üçün maddi sıxıntılar keçirirdi. Bu barədə Əyyama bildirdi ki, əlavə işlə məşğul olmaq isdəyir. 2022-ci ilin may ayının ortalarında Əyyamla söhbət edərkən o bildirdi ki, onun Soltan adlı tanışı var. Soltanın özünə məxsus Bakı şəhərində dərman firması olduğunu bildirmiş, xarici dövlətlərdən müx təlif növ dərmanlar gətizdirdiyini və həmin dərmanları Bakı şəhərində müxtəlif apteklərə və xəstəxanlardakı tanıdığı həkimlərə satdığını, bununla da yaxşı gəlir əldə etdiyini bildirmişdir. Hal-hazırda özünün Soltanla iş gördüyünü və Soltanda 40000 manata yaxın pulunun olduğunu bildirmişdir. Əyyam ona təklif etmişdir ki, o da pul qoysun və qoyduğu pulun 15-20 faizini qazanc kimi götürsün. O, Əyyamı çoxdan tanıdığı üçün onun dediklərinə inanmış və onu Soltanla tanış etməsini xaiş etmişdir. Əyyam yanında Soltanın mobil nömrəsinə zəng edib ona haqqında məlumat vermiş və görüşmək istədiyini bildirmişdir. Soltan razılaşmış və Nəsimi rayonu Mir Cəlal küçəsi 278 saylı ünvanında yerləşən “Chado” restoranında görüşməyi təklif etmişdir. 2022-ci ilin may ayının ortalarında o, Soltan və Əyyam həmin res toranda görüşmüşlər. Soltan orada bildirmişdir ki, həqiqətən o xarici ölkələrdən dərman gətizdirir və Bakı şəhərində apteklər və xəstəxanalarda tanıdığı həkimlərə satır. Soltan ona təklif etmişdir ki, əgər istəsə o da pul qoya bilər, nə qədər çox pul qoysa qazancı da bir o qədər çox olar. Həmin vaxt onun nəğd pulu olmadığı üçün pul qoya bilməmişdir. Sonra bu barədə yaxın dostu olan Laçın Kərimova demiş, Laçın bildirmişdir ki, onun əlində nəğd 7000 manat pulu var. Bu barədə o, zəng edərək Əyyama demişdir. 21 may 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, ünvan 1 ünvanında yerləşən “Chado” restoranında görüşmüş, orada Soltan Laçına bildirmişdir ki, əgər o da pul qoysa ayda 15-20 faiz olmaqla qazanc əldə edəcək və qoyduğu pul da 2-3 aya qazancla birlikdə geri qaytarılacaqdır. Laçın ci bində olan 7000 manat pulu çıxarıb sayaraq ona, o, isə həmin pulu Əyyama vermişdir. Əyyam isə yanlarında pulu Soltana vermişdir. O və Laçın hər dəfə Əyyam və Soltana zəng etdikdə onlar bildirmişlər ki, dərmanlar Bakıya daxil olub və satışa verilib. 2022-ci ilin sentyabr ayının sonlarında özünə məxsus olan “Mitshubisi Pajero” markalı avtomobilini 20500 manata satmış və özündə olan 2000 manatıda onun üzərinə qoyaraq 30 sentyabr 2022ci il tarixdə saat təxminən 20:00 radələrində Nəsimi rayonu Mir Cəlal küçəsi 278 saylı ünvanında yerləşən “Chado” restoranında Laçın Kərimovun yanında Əyyam və Soltana vermişdir. O, orada 22500 manatı sayaraq Əyyama vermiş, Əyyam isə həmin pulu yanlarında Soltana sayıb vermişdir. Laçınla birlikdə o, Əyyam və Soltana 29500 manat pul vermişlər. Bir müddət keçdikdən sonra başa düşmüşlər ki, cavabdehlər onları aldadırlar. Belə olan halda Laçın pulunu tələb etməyə başlmışdır.10 noyabr 2022-ci il tarixdə Cavabdeh1 onun yaşadığı evə gələrək 4400 manat qaytarmış, O, isə həmin pulun üzərinə 2600 manat qoyaraq dostu Laçın Kərimovun 7000 manatını qaytarmışdır. Hal-hazırda cavabdehlər ona 25100 manat ziyan vurublar və həmin məbləği ona könüllü qaytarmaq istəmirlər. Vurduqları ziyanı könüllü qaytarmaq istəmədikləri üçün Nəsimi polis İdarəsinə müraciət etmiş, bununla əlaqədar olaraq araşdırma aparılmış, cavabdehlər polisə verdikləri izahatlarında onun qeyd etdiklərini etiraf etmiş, lakin yenə də vurduqları ziyanı ona ödəməmişlər. Polis orqanı xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmiş və ona izah olunmuşdur ki, v urulmuş zərər tələbi ilə məhkəmədə mülki iddia qaldıra bilər. Ona görə də, o, məhkəməyə müraciət etməli olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərmişdir ki, Əyyamı və Soltanı Raufa görə tanımışdır, Rauf isə onun dostudur. 2022-ci ilin yay aylarında Rauf ona qonşusu Əyyamın dərman biznesi olduğunu və investisiya qoyaraq gəlir əldə edə biləcəyini bildirdi. Biznesin şərtləri ilə bağlı isə konkret müzakirəsi olmamışdır. O isə Raufla razılaşaraq təyin olunmuş görüş yerinə, yəni “Chado” restoranına Raufla birlikdə getdi. Orada Əyyam və Soltanla tanış oldu. Danışıqlardan sonra o, 7000 manat pulu Raufa, Rauf Əyyama, Əyyam isə onların yanında Soltana verdi. Daha sonralar yenə onun iştirakı ilə Rauf da maşını satdıqdan sonra 22500 manat pulu eyni qaydada Əyyama, Əyyam isə onl arın yanında Soltana vermişdir. Bundan bir neçə ay sonra hər hansı qazanc verilmədiyinə görə o, pulunu Raufdan geri istədi. Rauf isə Əyyamdan aldığı 4400 manat pulun üstünü düzəldərək ona qaytardı. Onun pulu qayıtdığına görə Polisə şikayət etməmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə işin müəyyən edilmiş halları baxımından o qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Belə ki, iddiaçı cavabdehlərin ticarətinə investisiya qoyaraq, onların birgə fəaliyyətinə qoşulmaq istəmiş və nəticədə cavabdehlər bununla razılaşaraq iddiaçıdan 29500 manat pul almışdır. Cavabdehlər arasında birgə fəaliyyəti n mövcudluğu və bundan dolayı birgə borcluluq qənaəti həm tərəflərin izahatlarından, həm polisdə verdiyi ifadələrdən, həm də şahid ifadəsindən yaranmışdır. Belə ki, Cavabdeh1 polisdə verdiyi və məhkəmə iclasında təsdiq etdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh2 iddiaçını ticarətə qoşduğu üçün ona toplamda 2000 manat pul vermişdir. Bundan əlavə iddiaçı ilə Cavabdeh1 izahatlarındakı dəlilləri məhkəmə iclasında dindirilən və prosesin bir başa iştirakçısı olmuş şahid təsdiq etmişdir. Yəni dindirilən şahid Cavabdeh1 verilən vəsaitin Cavabdeh2 ötürüldüyünü təsdiq etmişdir.

10. Məhkəmə Cavabdeh2 Polisdə verdiyi izahatına tənqidi yanaşaraq o qənaətə gəlmişdir ki, onun verdiyi ziddiyyətli ifadələr özünü müdafiə xarakteri daşımışdır. Belə ki, 6000 manat qoyulan vəsaitə görə 11000 manat məbləğdə və saiti hansı əsasla qaytardığını, 3000 manat qoyulan vəsaitə görə isə hansı əsasla 6000 manat qaytardığını bildirməsə də, Cavabdeh1 ondan qaytarılan pulların qazanc olduğunu əsas gətirməklə əlavə olaraq əsas məbləği də tələb etməsi barədə ziddiyətli fikirlər bildirmişdir. Hansı ki, özünün bildirdiyinə görə aldığı pulun üstündə ona 20 faiz əlavə pul qaytarmaqla yanaşı, həm də satışdan qazanc verməsi barədə onunla Cavabdeh1 arasında razılaşma olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs qismində dindirilən Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, izahatının sonunda Cavabdeh1 İddiaçı məxsus hər hansı vəsait almadığını bildirmişdir. Hansı ki, irəli sürülən ittiham hissə-hissə olmaqla İddiaçı 29500 manat vəsaitin alınması olmuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdi ki, ca vabdehlər müqavilə üzrə öhdəliyini icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. İddiaçı isə cavabdehlərin müqaviləni pozmasına görə müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu səbəbdən də onun müqavilədən imtina etməklə müqavilə üzrə verdiklərini tələb etməsi əsaslıdır. Cavabdehlər isə pulun bir hissəsini qaytarmaqla faktiki olaraq iddiaçının müqavilədən imtinasını qəbul etmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 500.1, 500.2 və 500.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər.

14. Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir faktla iddiasının Cavabdeh2 münasibətdə əsaslı olmasını sübut edə bilməmişdir. MPM-nin 88-ci maddəsi: “Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyən edilmiş qüvvəsi yохdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar və işin faktiki halları düzgün qiymətləndirilməmişdir.

16. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsinin l əğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu təqsirinə adekvat olaraq məsuliyyət daşıyır və risk dairəsinə daxil olan öhdəliklərə uyğun olaraq məsuliyyət daşımalıdır. Lakin 1-ci instansiya məhkəməsinin qətnaməsinə baxılsa görmək olar ki, cavabdehə aid olmayan öhdəliklərə dair məsuliyyəti müəyyənləşmiş və borclu olmadığı halda ondan pul tutulmuş və cavabdehin bu Məcəllə ilə və Konsitusiya ilə qorunan hüquqları pozulmuşdur. İddiaçı heç bir faktla iddiasının ona münasibətdə əsaslı olmasını sübut edə bilməmişdir. MPM-nin 88-ci maddəsi: “Məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyən edilmiş qüvvəsi yохdur. Birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar və işin faktiki halları düzgün qiymətləndirilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva sədrlik edən və məruzəçi, G.Axundova və F.Babayev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-558/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.100 manat və dövlət rüsumu kimi ödənilmiş 168 manat, cəmi 25268 (iyirmi beş min iki yüz altmış səkkiz manat) müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

19. Apelyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birin ci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, işə baxılan zaman müəyyən edilmiş faktlara əsasən tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

20. Belə ki, hazırki mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin xarakteri müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı iddianın faktiki əsası kimi onun cavabdehlər tərəfindən aldandığına, bununla da maddi ziyana uğradığına istinad etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən tərəflərin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmalarını qeyd etsə də, müqavilə, hər iki tərəfin üzərinə götürdüyü öhdəliyin məzmunu, arada vasitəçilik etmiş C avabdeh1 rolu, müqavilənin mühüm şərtləri və məqsədinin nədən ibarət olmasını göstərməmiş, sadəcə müqavilə münasibətlərinə aid qanunvericilik normalarına istinad etmişdir. Halbuki istənilən müqavilənin şərtlərinin şərhi müqavilənin məqsədi və müvafiq növ öhdəliklərin mülki-hüquq tənzimlənməsinin mahiyyəti nəzərə alınmaqla həyata keçirilir.

21. Beləliklə, işin faktiki halları baxımından pulun iddiaçı tərəfindən cavabdehlərin mülkiyyətinə verilməsi halı öz təsdiqini tapsa da, cavabdehlərin istinad olunan məbləğdə pulu qaytarmaq üzrə öhdəliyi tərəflərin müqavilə münasibətlərində olmalarından irəli gəlmir, birinci instansiya məhkəməsinin mülki iş üzrə bu qənaətə gəlməsi də işdə olan sübutlara uyğun deyildir.

22. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad su rətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan göründüyü kimi, cavabdehlər iddiaçıya əlillik və pensiya düzəltmək üçün, daha sonra dərman vasitələrinin Azərbaycan Respublikasına idxalı və satışı ilə məşğul olmaq üçün pul qoymasını təklif etmiş, gələcəkdə qoyduğu pulu müvafiq miqdarda faiz gəlirləri hesabına yüksək artımla geri qaytaracaqlarına dair vəd vermişlər. Həmin təkliflə razılaşan iddiaçı, daha sonra cavabdehlər tərəfindən aldanmış olduğunu, niyyətlərinin əvvəldən qanunsuz şəkildə pulunun ələ keçirilmələri olduğunu müəyyən etmişdir.

24. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arası nda hər hansı formada müqavilə münasibətləri yaranmamış, pulun alınıb-verilməsində məqsədləri borc vermək, iş görmək və ya xidmət göstərmək olmamışdır. Cavabdehlərin hərəkətləri qanunazidd olmuş, bunun nəticəsində iddiaçıya zərər vurulmuşdur, iddiaçı da hazırkı tələbində ona vurulmuş zərərin ödənilməsini tələb edir. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın mövcud olması cavabdehlərin əməllərində cinayət məsuliyyətinə cəlb olunması üçün əsasların olmamasına dəlalət edir. Halbuki mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün zəruri əsasların cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq qanunvericilikdə nəzərdə tutulan əsa slarla eynilik təşkil etməsi məcburi deyildir.

25. Beləliklə hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.

26. İş materiallarından müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi zərərin yaranmasına əsas olmuş qanunsuz hərəkətlərə yol vermədiyinə istinad edən hər iki cavabdeh onun istinad edilən məbləğdə zərərə uğradığını inkar etmirlər, onlar verdikləri apellyasiya şikayətlərində yaranmış zərər üzrə məsuliyyət daşımadıqlarını qeyd edirlər. Halb uki iş materiallarından göründüyü kimi hər iki cavabdeh iddiaçının birgə fəaliyyəti ilə məşğul olmasına cəlb edilməsi ilə əlaqədar danışıqlarda və pulun alınıbverilməsində iştirak etmiş, hər ikisi verilmiş puldan qazanc əldə etmək ehtimalı ilə hərəkət etmişdir.

27. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 500, 1096 və 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şika yəti belə əsaslandırılmışdır ki, iddiaçının tələb irəli sürdüyü şəxs yalnız Cavabdeh1 ola bilər. Çünki o bütün izahatlarında bildirir ki, pulu Əyyama vermişdir. Həmçinin 24 noyabr 2022-ci il tarixli şikayət ərizəsində belə Cavabdeh1 35850 manat pulun onu aldadaraq aldığını bildirmişdir. Belə olan halda iddiaçıya münasibətdə öhdəlik daşıyan şəxs Cavabdeh1dir. Əyyamla Soltan arasında münasibətin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, əgər Əyyamla Soltan arasında hər hansı pul münasibəti olmuşdursa, Əyyam iddia qaldıraraq Soltandan pul tələb edə bilərdi. Hazırki iddianın hər iki cavabdehə qarşı bir yerdə verilməsi qanunsuzdur, yəni xüsusilə Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hi ssədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

33. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlmə si halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə

500. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Maddə 1 097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2 Bu məlumat lar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Cavabdeh2 kassasiy a şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlar ında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2564/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar