Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3526/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 vəkili x4 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu və ipotekaya yönəltmə tələbinə dair; Cavabdeh LPO İddiaçı ASC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x8) müqavilənin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019- cu il tarixli qətnaməsindən LPO İddiaçı ASC-nin ləğvedicisi x1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi x2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcu və ipotekaya yönəltmə tələbi barədə ilkin iddia ərizəsi ilə; Cavabdeh LPO İddiaçı ASC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x8) müqavilənin ləğv edilməsi və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə mə hkəməyə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsi 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-5187/2019) ilkin iddia təmin edilməmiş, qarışlıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 02.08.2006-cı il tarixli, 40 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)13878/2019) iddiaçı Ləğv prosesində olan İddiaçı x6 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5187/2019 saylı iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətna məsi mübahisələndirilən hissələrdə - ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: LPO İddiaçı ASC-nin ləğvedicisi x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: LPO İddiaçı ASC-nin ləğvedicisi x1 vəkili x5 i zahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanun vericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 02.08.2006-cı il tarixli, 129 saylı kredit müqaviləsinə əsasən, Bank cavabdehə 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 28000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti 02.08.2007-ci il tarixdə bitmiş, cavabdeh tərəfindən son ödəniş 08.11.2006-c ı il tarixdə edilmişdir. İddiaçı 31.07.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, mübahisəyə 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375-ci, maddələrinin tətbiqi ilə razılaşmışdır. LPO İddiaçı ASC-nin ləğvedicisi x3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya in stansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı kredit müqaviləsinin icrası müddətinin bitdiyi tarixdən on iki ilə yaxın müddət ərzində borcalana (onun vərəsələrinə) qarşı heç bir tələb irəli sürməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə iddia müddətinin keçməsi faktı özü-özlüyündə öhdəliyin xitamına səbəb olmasa da, qeyd olunan əsasla iddianın rədd olunması barədə məhkəmə qərarı faktiki olaraq öhdəliyin xitamına səbəb olur. Bu baxımdan Bankın cavabdehə qarşı kredit borcunun qaytarılması və ipotekaya yönəltmə tələbləri təmin edilmədiyi üçün cavabdeh Bank qarşısında həmin öhdəlikləri artıq xitam olunmuş sayılır. “İpoteka haqqında” Qanuna əsasən, əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir (48.1.2). Bu h alda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır (48.2).” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3526/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3526/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver