Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3526/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2794/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin “hamiləliyin patologiyası” şöbəsində həkim “mama-ginekoloq ” vəzifəsində işləmişdir;
3. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə “Akademik M.Ə.Mirqasımov” adına Respublika Klinik Xəstəxanası” X5 direktoru Ə.Qasımova müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilməsini xahiş etmişdir;
4. Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 direktoru Ə.Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmri ilə “mamaginekoloq” vəzifəsində çalışan İddiaçı ilə b ağlanmış xx.xx.1993-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə maliyyə şöbəsi tərəfindən 15 təqvim günü pul əvəzi ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. xx.xx.2023-cü il işçinin son iş günü hesab edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və direktorun dərkənarı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4rşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 18-1-3/3-1826/2023 nömrəli əmrinin ləğv edilməsi, cavabdeh PHŞ-nin “hHmiləliyin patologiyası” şöbəsində həkim “mamaginekoloq” vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “mama-ginekoloq” kimi çalışdığı bu illər ərzində əhaliyə təmənnasız tibbi xidmət aksiyalarında fəal şəkildə iştirak edərək xalqına borcu olan xidməti göstərmişdir. Xəstəxananın “Hamiləliyin patologiyası” şöbəsində daim dərman və tibbi ləvazimatların çatışmazlığı problemi olmuşdur. Xəstəxananın baş tibb bacısı Vüsalə Məmmədova xəstəxananın aptekin də dərmanların olmasına baxmayaraq, hansısa dərmanın təcili lazım olduğunu bildirdikdə, o hər dəfə dərmanların aptekdə bitdiyini bildirərək onlara dərmanla təmin etmirdi. Xəstələrin əməliyyatı və əməliyyatdan sonrakı müalicə ərəfəsində dərman və tibbi ləvazimatlardan istifadə mütləqdir. Xəstəxana həkimləri bu vasitələrlə təmin elmədiyinə görə onlar xəstələrə istifadə üçün həmin dərman və tibbi ləvazimatları öz hesablarına alaraq öz şkaflarında saxlayırdılar. 2023-cü ilin avqust ayında onun məzuniyyətdə olduğu vaxtda xəstəxananın mühafizə xidmətinin rəisi Pərviz və digərləri tərəfindən həkimlərin şəxsi vəsaitləri hesabına əldə etdikləri və şkaflarında saxladıqları dərman vasitələri və digər tibbi ləvazimatlar həmin şkaflar sındırılaraq götürülmüşdür. Eyni əməl xx.xx.2023-cü il tarixdə təkra rlanmışdır. xx.xx.2023-cü il tarixdə xəstəxananın “Kadrlar” şöbəsinin rəisi Esmira xanım onu xəstəxananın dərmanlarını oğurlamaqda ittiham etmişdir. Bu hadisədən bir gün sonra - xx.xx.2023-cü il tarixdə xəstəxananın Həmkarlar İttifaqının rəhbəri Adilə xanım ona bildirmişdir ki, Əlviz müəllim ona iddiaçı barəsində dərman oğurluğu ilə bağlı təqdimat hazırlayıb təqdim edib, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq istəyir. Adilə xanım ona demişdir ki, öz xoşu ilə ərizə yazaraq işdən çıxsın, qeyd edilən maddə ilə onu işdən çıxarsalar sonra həkim kimi hansısa tibb müəssisəsində işləməyi mümkün olmayacaq. O, dərmanları öz vəsaiti hesabına aldığını, xəstəxanaya heç bir aidiyyəti olmadığını, dərmanların özünə məxsus olmasını sübut edə biləcəyini demişdir. 2023-cü ilin fevral ayından qanaxmalara qarşı “oksitosin” dərmanı çatışmırdı. O, Naxçıvanda yaşayan bacısı qızından xahiş etmişdir ki, 3-5 qutu həmin dərmandan alıb göndərsin. Dərmanların qiyməti 170 manat tutmuşdur. Həmin yazışmalar onun telefonunda qalır, onları xx.xx.2023-cü il tarixdə sübut kimi göstərmişdir və araşdırma aparılacağını ona bildirmişlər. Sonra bildirilmişdir ki, özünüzdə dərman saxlamaq olmaz. O da daha sonra 9 nəfər iş yoldaşı ilə birlikdə akt tərtib etmişlər ki, onlara şöbə müdiri özlərində dərman saxlaya bilməyəcəklərini deməmiş və hamısı həmin akta imza etmişlər. Daha sonra, xəstəxananın direktoru Əlviz bəy də onunla məsələ barədə danışarkən bildirmişdir ki, ya ərizə yazaraq çıxsın, ya da Əmək Məcəlləsinin 70-cl maddəsinin “ç” bəndi ilə işdən çıxaracağlar. O, bu təzyiqlər nəticəsində öz iradəsi olmadan öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə yazaraq işəgötürənə vermişdir. xx.xx.2023-cü il tarixdə yazdığı ərizə əsasında xəstəxananın direktoru Əlviz Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1826/2023 nömrəli əmri ilə o, xəstəxanada tutduğu vəzifədən azad edilmişdir. O, qanaxma və şok əleyhinə dərmanları, tikiş saplarını, steril əlcəkləri öz vəsaiti hesabına alaraq, iş otağında şkafında saxlamış və xəstələrin müalicəsi və əməliyyatı zamanı istifadə etmişdir. Xəstəxanadan verilən əlcəklərin ölçüsü 7 və 8 nömrədir. Onun əlinin ölçüsü 6,5 olduğu üçün əlcəkləri özü almışdır. O, 2023-cü ilin avqust ayında məzuniyyətdə olmuş və xx.xx.2023-cü il tarixə işə qayıtmışdır. Şkafının açıldığını və paltarlarının yerdə old uğunu görərək, ondan icazəsiz şkafın açılmasına görə hay-küy salmış, mühafizəçi Pərvizlə mübahisə etmişdir. Vüsalə adlı tibb bacısı onun şkafını çəkmişdir. xx.xx.2023-cü il tarixdə o, otağındakı şkafda saxladığı dərmanları götürüb avtomobilinə qoymuşdur. İkinci dəfə dərmanları avtomobilinə apararkən mühafizəçi qapıda onu saxlamış və dərmanları ondan almışdır. Avtomobilinə qoyduğu dərmanları da ondan götürmüşlər ki, dərmanların xəstəxanaya məxsus olub-olmamasını araşdırsınlar. O, dərmanları xidməti işi ilə bağlı xəstələrin müalicəsinə istifadə etmək üçün şkafında saxlamışdır. Həmin dərmanlar xəstəxanaya deyil, onun özünə məxsus olmuşdur. Otağında və avtomobilində dərman aşkarlandığına görə, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyini bildirmişlər. Əmək kitabç ası korlanmasın deyə öz ərizəsi ilə işdən çıxmağa məcbur olmuşdur. O, xx.xx.2023-cü il tarixdə ərizə verərək öz xahişi ilə xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə fikrini dəyişmiş və ərizə yazaraq əvvəlki ərizəsini geri götürmək istədiyini bildirmişdir. Bu zaman ona xx.xx.2023-cü il tarixdən işdən azad edildiyini bildirmiş, işdən çıxma əmrini, əmək kitabçasını və son-haqq hesabını ona vermişlər. xx.xx.2023-cü il tarixli ərizəsində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, bu onun iradəsinə zidd yazılmışdır. X2 bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmaqdansa, öz xahişi ilə işdən azad olunması yaxşıdır. Bu səbəbdən o, öz xahişi ilə işdən çıxması barədə ərizə yazıb. Əslində onun işdən çıxmaq niyyəti olmamışdır.
7. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasındakı izahatında bildirmişdir ki, iddiaçının işlədiyi müddət ərzində şiddətli töhməti olmuş və töhmətin müddəti bitmişdir. Xəstəxanada dərmanlar açıq şəffaf şüşə şkafda saxlanılır, açarları böyük tibb bacısında və növbətçi tibb bacısında olur. Xəstələrə dərman və tibbi ləvazimat lazım olanda tibb bacısı həkimin tələbinə əsasən bunları təmin edir. Əməyin mühafizəsi qaydalarında və daxili intizam qaydalarında qeyd olunub ki, həkimin otağında olan şkaflarda kimyəvi maddələr saxlanıla bilməz. Yoxlama aparılması barədə xəstəxananın rəhbərliyinin əmri vardır. Xəstəxananın daxili intizam qaydaları var və Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə təsdiq edilib. Xəstəxananın çıxışında praktiki tibbi fəaliyyətlə məşğul olan hər kəsin çantasına baxış keçirilir ki, xəstəxanadan dərman çıxarılmasın. İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı bütün dərmanlar pulsuz verilir. “Oksasilin” dərmanları almışlat. Protokola yazılıb təmin edilir. Həkimlər və tibb işçiləri sığorta paketində olan xəstəyə lazım olandan az istifadə edirlər, artıq qalan dərmanları özlərində saxlayırlar. İddiaçının avtomobilindən və otağındakı şkafdan dərmanlar aşkar edilmişdir. xx.xx.2023-cü il tarixində, səhər saatlarında İddiaçının hərəkətində mühafizəçinin diqqətini çəkən bəzi hallar olmuşdur. Mühafizəçilər iddiaçının əlində təkrar olaraq çantalarla şöbədən çıxış etdiyini, idarə etdiyi “Toyota Prado” markalı **-NH-*** nömrəli avtomobilinə bəzi əşyalar qoyduğunu görmüşlər. Günorta vaxtı iddiaçı avtomobilinə minərək xəstəxananı tərk edə rkən mühafizəçilər ona yaxınlaşaraq avtomobilinə baxış keçirilməsini xahiş etmişlər. İddiaçı etiraz etməmiş və avtomobilə baxış keçirərkən oradan çox saylı dərman preparatları aşkar etmişlər. Aşkar olunan dərman və tibbi sərfiyyatlar siyahıya alınaraq xəstəxanaya təhvil verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və X1 Bölməsinin müdiri Pərviz Əkbərov yazılı mülahizə ilə xəstəxananın direktoruna bu barədə məlumat vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. Ərizənin verildiyi gün cümə günü olmuş, ərizə kitabda qeydiyyata alınmışdır. Növbəti gün şənbə günü olduğuna və direktorun iş günləri İ-V günlər olduğuna görə, növbəti ilk iş günü cavabdehin dir ektoru Ə.Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron imza ilə alt sistemə yerləşdirilmişdir. Əmrin surəti, əmək müqaviləsi və son haqq-hesabı verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək, işinə davam etmək istədiyini bildirmişdir. Bu zaman ona bildirilmişdir ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verildiyinə görə, onun işinə davam etməsi mümkün deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin 296cı maddəsinin 2-c i hissəsinə əsasən iddia müddətini buraxmışdır. İddiaçıya öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verməsi üçün hər hansı təzyiq edilməyib. Dərman vasitələrinin iddiaçının dolabında aşkar edilməsi və digər iddialarla bağlı bildirmişdir ki, həmin məsələlər iddianın predmetinə aid deyildir. Həmin məsələlərlə bağlı Yasamal rayon prokurorluğuna rəsmi müraciət etmişlər. Orada araşdırma aparılır və hüquqi qiymət veriləcəkdir.
8. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən müddətin buraxılmasında üzrlü səbəb yoxdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-792/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia rədd edilmiş dir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Ərizənin verildiyi gün cümə günü olmuş, ərizə kitabda qeydiyyata alınmışdır. Növbəti gün şənbə günü olduğuna və direktorun iş günləri İ-V günlər olduğuna görə, növbəti ilk iş günü xx.xx.2023-cü il tarixdə işəgötürən işçinin ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri verildikdə n sonra, işçinin işdən çıxmaq barədə ərizəsini geri götürməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 83-cü maddələrinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.
11. Həmçinin məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə razılaşmış və qeyd etmişdir ki, iddia əsassız olduğuna və iddia müddəti keçdiyinə görə rədd edilməlidir.
12. Məhkəmə iddiaçının iddia müddətinin bərpası barədə ərizəsini əsassız hesab edərək, iddia müddətinin üzrlü səbəblər olmadan buraxıldığını qənaətə gəlmişdir. İddiaçının işə bərpa olunması ilə bağlı məhkəməyə deyi l, digər orqanlara müraciət etməsi onun iddia müddətinin üzrlü səbəbdən buraxması kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
13. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilməsindən xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur, işdən azad edilməsi ilə bağlı əmrin surətini, əmək kitabçası və son haqq-hesabı həmin gün ona təqdim edilmişdir. İddiaçı işdən azad edildiyi xx.xx.2023cü il tarixdən bir aylıq müddəti buraxaraq xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət e tmişdir. Yəni iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixdə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
14. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 296-cı mad dəsinin 2-ci hissəsinə, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarının 1, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilən işdən çıxma barədə ərizədə ərizənin verildiyi gündən əmək müqaviləsinə xitam verilməsi qeyd olunsa da, xitam üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan heç biri qeyd olunmadığından cavabdeh iddiaçının əmək müqaviləsinə xəbərdarlıq müddətini gözləmədən xitam verməməli idi. Cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilməsi iddiaçının qeyd olunan normada nəzərdə tutulan hüququndan istifadəsini məhdudlaşdırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işə baxarkən qeyd olunan normanın tələblərinin cavabdeh tərəfindən pozulmasına diqqət etməmiş və ya diqqət etmək niyyətində olmamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində qeyd olunduğu kimi işçi xəbərdarlıq müddəti ərzində is tənilən vaxt ərizəsini geri götürə bilər. Bu halda işəgötürən xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilməz. O halda xəbərdarlıq müddətini gözləmədən xitam verilə bilərdi ki, işəgötürən işçiyə onun yerinə yeni işçi götürməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olardı. Lakin hazırkı işdə iddiaçının yerinə yeni işçinin götürülməsi halı olmadığı üçün xəbərdarlıq müddəti bitməmiş müqaviləyə xitam verilməsi ilə iddiaçının ərizəsini geri götürmək hüququ pozulmuş və əmək müqaviləsi bu maddədə qeyd olunan qaydalara əməl olunmadan xitam olunmuşdur. İşəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilsə də, işçiyə bu barədə həmin gün, yəni son iş günü hesab edilən xx.xx.2023-cü il tarixində məlumat verilməmiş, yalnız bir gün sonra xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli işdən çıxma barədə yazdığı ərizəni təqdim edərkən artıq əmək müqaviləsinə xitam verildiyi ona deyilmişdir. Məhkəmə isə çıxardığı qətnamədə 83-cü maddənin tələblərinə cavabdeh tərəfindən riayət olunduğunu qeyd etmişdir. İşçiyə son iş günü işdən çıxarıldığı barədə məlumat verilməmiş, əmək kitabçası təqdim edilməmişdir, əks halda işçi xx.xx.2023-cü il tarixində işə çıxmaz, əmək müqaviləsinə xitam verildikdən sonra ərizəsini geri götürmə barədə yeni ərizə yazmaz, və ya həmin ərizəsində işdən çıxarılması barədə əmrə istinad edərdi. Bütün bunlar təsdiq edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuş, məhkəmə isə bu məsələni ətraflı araşdırmadan cavabdehin mövqeyindən çıxış edərək, cavabdehin normanın tələblərinə uyğun şəkildə əmək müqaviləsinə xitam verildiyi qətnamədə qeyd etmişdir. İddiaçı işdən çıxma barədə ərizəni öz iradəsi ilə yazmamış, ona edilən təzyiqlər nəticəsində belə ərizə yazıb cavabdeh müəssisəyə təqdim etmişdir. İddiaçıya qarşı cavabdeh müəssisə rəhbərliyi tərəfindən mənəvi zor tətbiq edilmişdir. Bu hal məhkəməyə təqdim olunan sübutlarda və cavabdehin verdiyi ifadələrdə öz təsdiqini birmənalı tapmışdır. İddiaçı sərbəst şəkildə iradəsini ifadə etmədiyindən, yəni özü həqiqətən işdən çıxmaq istəmədiyindən onun yazdığı ərizə əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Çünki şəxs sərbəst şəkildə iradəsini ifadə etmədiyindən bu ərizənin heç bir hüquqi qüvvəsi olmamalı, yazıldığı andan etibarsız hesab edilməli idi. İşə baxan hakim Mülki Məcəllənin 2.3-cü mad dəsinin tələbini kobud şəkildə pozaraq Mülki Məcəllənin bu normalarına əsaslanmağını qəbul etməyərək əmək münasibətlərinə Mülki Məcəllənin tətbiq olunmadığını bildirmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2794/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanımışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə üzrə müəyyən edilməli hallar iddiaçının hazırkı iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda iddianın id diaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilməsindən xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur, işdən azad edilməsi ilə bağlı əmrin surətini, əmək kitabçası və son haqq-hesabı həmin gün ona təqdim edilmişdir. İddiaçı işdən azad edildiyi xx.xx.2023-cü i l tarixdən bir aylıq müddəti buraxaraq xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixdə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət tə qdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
20. Kollegiya apellyasiya şikayətinin dəlili kimi qeyd olunan işçinin əmək müqaviləsinə xitam verildiyi gün ona əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə verilməsi qaydasının işəgötürən tərəfindən pozulması dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş işçilərin əmrlərlə tanış olmasına dair qeydiyyatın aparıldığı jurnaldan çıxarışdan görünür ki, siyahı üzrə sıra nömrəsi 190 olan qeyddə iddiaçının 18-1- 3/3-1-826/2023 nömrəli əmr ilə xx.xx.2023-cü il tarixdə şəxsən imza etməklə tanış olmuşdur. Həmçinin “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KM2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq hesab sonuncu iş günü verilməklə, iddiaçının qeyd etdiyi pozuntuya cavabdeh tərəfindən yol verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil qızı) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçıya cavabdeh tərəfindən təzyiqlərin edilməsini cavabdeh müəssisənin iddiaçının əmək müqaviləsinə Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair həmin gün, yəni xx.xx.2023-cü il tarixində 18-1-3/3-1-818/2023 saylı Əmr tərtib etməsi və iddiaçının ərizəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixli, 18-1-3/3-1-825/2023 saylı əmrlə sözügedən əmri texniki səhv adı ilə etibarsız hesab etməsi faktı təsdiq edir. Hətta cavabdeh tərəfindən həmin əmrin verilməsinə əsas kimi göstərilən və əmrə əlavə olunan sənədlərin, o cümlədən həmkarlar təşkilatının rəyinin texniki səhv olduğu bildirilir (cavabdeh bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etmir, sadəcə proses zamanı cavabdehin nümayəndəsi bu sənədləşmənin texniki səhv olduğunu bildirir). Məhkəmə bunun işçiyə təzyiq olduğu təsdiq edən mötəbər sübut kimi qiymət verməyərək cavabdehin uydurmasına uyğun olaraq bir neçə sənədin texni ki səhvliklə tərtibi kimi qəbul etmişdir.
23. Cavabdehin direktorunun həmin ərizəni əmək müqaviləsinə xitam vermək üçün əsas kimi istinad etməsinə baxmayaraq, orada qeyd olunan tarixdə deyil işçinin iradəsinə zidd olaraq və Əmək Məcəlləsinin tələbini pozaraq ərizəsində göstərdiyi gün deyil, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalanmasından həmin gün ona məlumat verilmədiyindən məlumatlı olmamış, yalnız növbəti gün xx.xx.2023-cü il tarixində işdən çıxmaq istədiyi barədə xx.xx.2023-cü il tarixli ərizəsini geri götürmək haqqında yazdığı ərizəni təqdim edərkən məlum olmuşdur.
24. İddiaçı cavabdehin yuxarı təşkilatı hesab olunan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agen tliyinə şikayət etmiş, həmin Agentlik tərəfindən məsələ ilə bağlı araşdırma aparılmış və 18 dekabr 2023-cü il tarixli cavab məktubunda iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cumaddəsinin tələbləri pozularaq xitam verildiyi qeyd edilmişdir.
25. İddia müddətinin ötürülməsi üzrlü səbəbdən baş vermişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma əmrini xx.xx.2023-cü il tarixində əldə etmiş, bundan dərhal sonra cavabdehin qanunun tələblərinə zidd şəkildə iddiaçının əmək müqaviləsinə xitam verməsi ilə bağlı əmrini ləğv etməsi, işə bərpa edilməsi üçün TƏBİB-ə ərizə ilə müraciət etmişdir. Məsələnin araşdırılması üçün müvafiq struktur bölməsinə məlumatın verilməsi barədə TƏBİB tərəfindən göndərilmiş məktub iddiaçıya xx.xx.2023-cü il tarixində çatmışdır. Məktubdan da məlum old uğu kimi, məsələ həmin vaxt hələ də araşdırılırdı. Bundan sonra, iddiaçı məsələnin araşdırılması prosesinin uzandığını görüb pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gələrək, mübahisə əmək mübahisəsi olduğu üçün ilk olaraq mediasiya sessiyasından keçmək üçün qarşı tərəfə mediasiya təklifi göndərmiş, mediasiya sessiyasından keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məsələ ilə bağlı əlaqəsiz qurumlara deyil, müəssisənin tabe olduğu TƏBİB, onun da öz növbəsində tabe olduğu Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyinə müraciətlər etmiş, həmin qurumlardan məsələnin araşdırılması üçün qanunla müəyyən edilmiş müddəti gözləmiş, sonda araşdırmanın uzandığının fərqinə vararaq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu məsələyə görə iddiaçı məhkəməyə müraciət üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunan obyektiv hallardan biri də məhz iddiaçının qurumlara etdiyi müraciətlərin araşdırılıb ona məlumat verilməsi halıdır. Çünki bu hal şəxsin iradəsindən asılı olan subyektiv bir hal deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:
27. Maddə 49, 1-ci hissə. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə güclənd irilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
28. Maddə 68, 2-ci hissə. “a” bəndi. əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
29. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəg ötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
30. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
31. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Maddə 296, 3-cü hissə. hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
33. Maddə 296, 6-cı hissə. bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
34. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə əmək müqaviləsi işçinin təşəbbüsü ilə - öz ərizəsi əsasında ləğv edilmişdir və bu barədə cavabdehin çıxardığı əmr əmək qanunvericiliyinə zidd olmamışdır.
45. Bundan əlavə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürdükdən sonra məhkmədə iddia qaldırmış, cavabdeh iddia müddətini tətbiq etmişdir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunver iciliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıld ığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2794/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.