Məhkəmə qərarları › İş №2(102)-3527/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3527/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3527/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin elektron qaydada verilməməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X2 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-662/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassa siya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 15050 manat məbləğində borc pulun və əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pulun, cəmi 20050 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14950 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 manat pulun 81 manatı İddiaçı, 81 m anatı Cavabdeh alınıb X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməsi qət edilmişdir.

3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-662/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsinin borc məbləğinin tutulması hissəsində dəyişdirilməsi və həmin borc məbləğinin 13450 (on üç min dörd yüz əlli) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

6. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

7. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

8. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 10. 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.

11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə k assasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətin in qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, fiziki olaraq Cavabdeh tərəfindən imzalansa da, vəkil tərəfindən ümumiyyətlə imzalanmamışdır.

16. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 40 2-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-in tələblərinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

18. Nəzərə alınmalıdır ki, kassasiya qaydası nda işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

19. Beləliklə, Cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən yuxarıda göstərilən tələblərə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prose ssual əsasların olması daxildir.

21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-xxx/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar