Məhkəmə qərarları › İş №2(102)-3528/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3528/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3528/21 (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3957/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərə findən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-2910/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnaməsinin ləğv edilib yeni baxışa göndərilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 2(103)-3957/2021 saylı, 17 mart 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, apelyasiya şikayətində də qeyd edildiyi kimi cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2910/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsini 25 noyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul etmişlər və nöqsanlar aradan qaldırıldıqdan sonra 01 mart 2021-ci il tarixdə apelyasiya şikayəti ilə yenidən müraciət etmişlər. Belə olan hal da məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti üçün müddətin axımının başlaması 25 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2910/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən prosessual müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət etməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil2) kasasiya şikayəti verə rək, qərardadın ləğv edilməsini, kasasiya şikayətinə baxılmasının mümükn hesab edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, birinci instansiya məhkəməsi tərəfindən 28.12.2020-ci il tarixli qərardad ilə geri qaytarılmışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən birinci dəfə qanunla müəyyən edilmiş müddət ərzində şikayət verildiyindən apelyasiya şikayəti mümkün hesab edilərək baxılmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh1 məhkəm ə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati- iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Pro sessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kasasiya şikayətində birinci dəfə apelyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində müraciət etmələrinə istinad etsə də, bununla bağlı qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş 1 aylıq müddət ərzində verilmiş apelyasiya şikayəti qeyd edilən qanunvericiliyin tələblərinə uyğun verilməmişdirsə, bu o demək deyildir ki, birinci dəfə bir aylıq müddət ərzində şikayətin verilməsi nəzərə alınmalı və apelyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilməlidir. Prosessual qanunvericilikdə belə bir anlayış müəyyən edilməmişdi r. Odur ki, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)2910/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımı 25 noyabr 2020-ci il tarixdən başlamış, 25 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Belə olan halda kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh2 kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3957/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qərardadı Cavabdeh2 kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar