Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2377/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 125 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq verən buraxılış ili 2011 olan “Mercedes Benz CLS 63 AMG” markali nəqliyyat vasitəsini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, lizinq müqaviləsinin ümumi məbləği 45.900 manat, müqavilənin müddəti 36 ay təşkil etmişdir.
2. Həmin müqavilə üzrə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən lizinq alan və öhdəlik ötürən X10 125 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini öhdəlik götürən İddiaçı vermiş və İddiaçı öhdəlikləri bütünlüklə qəbul etmişdir. Müqavilə üzrə ö hdəlik ötürənin qalıq borcu 34.102,23 manat təşkil etmiş və öhdəlik götürən aşağıdakı şərtlərlə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür: avans ödənişi 0 manat, lizinq müddəti - xx.xx.2025-ci il, lizinq verənin mükafatı 9.574 manat, xidmət haqqı 500 manat.
3. Əlavə razılaşmaya 1 saylı əlavəyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 1821 manat, sonuncu ay isə 1.793 manat lizinq ödənişini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə 1.825 manat, xx.xx.2023-cü il tarixdə isə 1.821 manat məbləğində ödənişlər edilmişdir.
5. Cavabdeh MMC tərəfindən **-JO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı minik avtomobilin idarə edilməsi üçün Şahid2, Şahid1 və İddiaçı etibarnamələr verilmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş məlumata əsasən, **-JO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı minik avtomobili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətinə keçmiş, xx.xx.2022-ci il tarixdə yeni nömrəli şəhadətnamə ilə Cavabdeh MMC-nin mülkiyyəti kimi qeydə alınmışdır. Daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə yeni dublikatın alınması əsası ilə **-YY-*** dövlət qeydiyyat nömrəsi verilməklə MMC-yə yeni şəhadətnamə verilmişdir.
7. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətində lizinqlə əldə etdiyi "xxxx" markalı minik avtomobilin Şahid2, XX adlı tanımadığı şəxs və X4 tərəfindən ələ keçirilərək, onun iradəsinə zidd olaraq idarə olunduğunu bildirərək, avtomobilin üzərinə həbs qoymaqla dayanacağa qoyulması və ona təhvil verilməsi xahiş edilmişdir.
8. İddiaçı Cavabdeh MMC-nin təmsilçisi Şıxı Şıxıyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində Şahid2 avtomobili xx.xx.2023-cü il tarixdə ondan aldığını, sonradan bu avtomobili idarə etmək üçün Cavabdeh MMC-nin onunla razılaşmadan X2 etibarnamə verdiyini bildirərək, aralarında bağlanmış müqavilənin şərtlərinə əməl edilməsini Cavabdeh MMC-dən tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Ca vabdeh MMC ilə (bundan sonra “cavabdeh” və “MMC”) aralarında bağlanmış avtomobilinin lizinqinə dair 10 yanvar 2023-cü il tarixli müqavilənin şərtlərindən irəli gələn öhdəliklərə əsasən, **-JO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı minik avtomobilinin yenidən iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 ilə 10 yanvar 2023- cü il tarixdə, Bakı şəhərində cavabdehdə avtonəqliyyat lizinqinə dair x dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobilinə öhdəlik ötürülməsi ilə lizinq etmişlər. Müqaviləyə əsasən öhdəlik ötürən X3q borcu 34192.23 manat idi və iddiaçı müqavilə əsasında həmin qalıq borcun ödənilməsini öhdəlik götürmüşdür. Cavabdeh nəqliyyat vasitəsinin qe ydiyyat şəhadənaməsini (BB312805) iddiaçıya təhvil vermişdir. Eyni zamanda müqaviləyə uyğun olaraq iddiaçı 10 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay 1821 manat ödənişləri üçün müqaviləyə əlavə olaraq 01 saylı cədvəl almışdır. Bundan sonra hər ay iddiaçı 1825 manat pul ödəməyə başlamışdır. İddiaçı bu günəcən MMC-yə 9125 manat ödəniş etmişdir. Sonuncu ödənişi iddiaçı 10 aprel 2023-cü il tarixdə ödəmişdir. Bütün ödənişlərini “X”ın Bərdə filialından həyata keçirmişdir.
11. Maşında ciddi nasazlıq ortaya çıxdığından iddiaçı 22 aprel 2023-cü il tarixində maşını iddiaçıya lizinq etibarnaməsi ilə (etibarnamə Anar Xramovun adına idi) satan Şahid2 (**********) zəng edərək maşının mühərrikində problem olduğunu demişdir. Şahid2 iddiaçıya maşını gətirib təhvil verməyi, maşını satıb pulunu verəcəyi ni demişdir. Şahid2 22 aprel 2023-cü ildə maşını iddiaçıdan alıb aparmışdır. Ancaq 10 may 2023-cü il tarixində iddiaçının telefonuna radar cəriməsi gələndə bəlli olmuşdur ki, MMC iddiaçı ilə razılaşmadan, iddiaçının tanımadığı X1 adına sürmək üçün etibarnamə veribdir.
12. Maşında yaranmış nasazlıqlarla bağlı təbii ki, onu təmir etdirmək kimi məsələləri özünün həyata keçirməyi lizinq münasibətlərinin şərtlərindən irəli gəldiyi üçün (MM-nin7481.7.-ci maddəsi) iddiaçı maşını Şahid2 alqı-satqı niyyəti ilə deyil, təmir məqsədi ilə vermişdir. Bundan sonra iddiaçı cavabdehlə əlaqə saxlamış, cavabdehin əməkdaşı X6 iddiaçıya bildirmişdir ki, onlar istənilən adama sürmək üçün etibarnamə verə bilər.
13. İddiaçı müqavilə öhdəliyini pozan heç bir hərəkət və ya hərəkətisizlik etməmişdir. İddiaçı 2023-cü ilə qədər 9125 manat pul ödəmişdir. MMC-nin əməkdaşı Çingiz adlı şəxs iddiaçıya məlumat vermişdir ki, maşın onlardadır, ya gəlib qalan 38400 manatı ödəyib maşını götürməlidir, ya da maşını başqasına verəcəklər. İddiaçı müqavilədə MMC tərəfindən müəyyən edilmiş şərtlərlə əməl edilməsini tələb etmişdir. İddiaçı maşına görə Şahid2 24000 min manat ödəmiş, 10000 min manat pulu da nağd vermişdir. 14000 min manata dair də Şahid2la maşın üçün borc müqaviləsi bağlamışlar. İddiaçı bu gün Şahid2 8000 min manat pul ödəməlidir. Şahid2la cavabdeh gedib maşını lizinq etdirərkən cavabdeh bu prosesləri bilirdi. İndi avtomobilin iddiaçıya qaytarılmaması iddiaçı üçün ciddi maliyyə problemləri yaradır və eyni zamanda onun üçün mənəvi sarsıntıya səbəb olur. Müqaviləyə əsasən MMC müqavilə şərtlərini yerinə yet irmir və bu, iddiaçıya ciddi maddi problemlər yaradır. Çünki iddiaçı bu günə qədər 9125 manat pul ödəmişdir
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 390.2, 405.1, 421.1, 425.1, 747.1, 748-1.5, 748-2.2, 748-10.4 və 749.1-ci maddələrinə istinad etmişdir.
15. Məhkəmə baxışında iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdir ki, avtomobil müqavilə üzrə Anar Xramova verilsə də, faktiki olaraq avtomobilə sahibliyi və lizinq ödənişlərini Şahid2 etmiş, məhz bu məqsədlə MMC tərəfindən əvvəlki dövrlərdə avtmonili idarəetmə ilə bağlı həmin şəxsə müvafiq dövrlərdə etibarnamə verilmişdir. Qarşılıqlı razılaşma əsasında iddiaçı avtomobilin ilkin lizinqi üzrə aparılmış bütün ödənişləri qazancı ilə birlikdə 24000 manat hesablanmaqla Şahid2 ödəmiş, bununla əlaqədar ödənilməmiş 136 00 manat məbləğlə bağlı iddiaçı ilə Şahid2 arasında xx.xx.2022-ci ildə Bakı şəhəri 32 saylı Notariat Ofisində borc müqaviləsi bağlanılmışdır. Sonrakı dövrdə iddiaçı mübahisə predmeti olan avtomobilin lizinq ödənişlərini vaxtıvaxtında icra etmiş, sübut qismində məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən də müəyyən olunmuşdur ki, mütəmadi ödənişlər iddiaçı tərəfindən icra edilmiş, sonuncu ödəniş xx.xx.2023-cü ildə həyata keçirilmişdir. İddiaçı avtomobilin motor sistemində yaranmış nasazlıqla əlaqədar Şahid2 iradını bildirmiş, avtomobil təmirdə olarkən iddiaçının məlumatı olmadan qaçırılmış və sonradan lizinq verən MMC-də peyda olmuşdur. Hətta iddiaçı avtomobilin təmirdə olması və əvvəlki sürücü Şahid2 etibarnamə verilməməsi barədə lizinq şirkətinə məlumat vermiş, lizinq şirkətinin əməkdaşı bu barədə problem olmayacağını bildirmişdir. Məhz avtomobilin təmir yerindən oğurlanması barədə iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etmiş, onun müxtəlif orqanlara şikayət etdiyini görən lizinq şirkəti avtomobilin şirkətdə olduğunu, guya ki, GPS sisteminin söndürüldüyünü, söndürülmənin müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün əsas olduğunu bildirmiş və növbəti ödənişlərin icra edilməsinə maneçilik yaratmışdır. Cavabdehin əməkdaşları planlı şəkildə avtomobilin əvəllki sürücüsü Şahid2 ilə əlbir olaraq, iddiaçının istifadəsində olan avtomobili əlindən almışlar. İnandırıcı deyil ki, iddiaçı hüquq-mühafizə orqanlarına şikayət etdiyi dövrdə, polis əməkdaşları avtomobili tapa bilmədiyi halda, lizinq şirkətinin işçiləri GPS sistemi söndürülmüş avtomobilin yerini polis əməkdaşlar ından əvvəl müəyyən edə bilmişlər.
16. Məhkəmə baxşında cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazında bildirmişdir ki, XX mmc tərəfindən iddiaçıdan deyil, üçüncü şəxsdən götürülmüşdür. İddiaçı özü bu avtomobili üçüncü şəxslərə vermişdir ki, bu hərəkəti etmək müqavilə ilə iddiaçıya qadağan edilmişdir. XX mmc-nin mülkiyyəti olduğundan həmin mülkiyyət üzərində sərbəst sərəncam vermək hüququna malikdir.
17. Məhkəmə baxşında şahid X7 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı avtomobili satmaq üçün Şahid2 vermiş, sonuncu da avtomobili XX adlı şəxsə satmışdır. Lakin satış qiymətindən narazı qaldıqlarından XXlə əlaqə saxlayaraq avtomobili ondan götürmək istədiklərini bildirmişdir. XX isə avtomobili qaytarmamışdır. Belə olduqda MMC ilə əlaqə saxlayaraq onlara bu barədə məlumat vermişl ər. MMC avtomobilin kimdə olduğu barədə məlumatlı olduqlarını bildirmiş və avtomobilin təmirə verildiyini qeyd etmişdir. Hazırda XX mmc tərəfindən başqa şəxsə verilmişdir.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)3214/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən **JO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı minik avtomobilin (hazırda **-YY-*** dövlət qeydiyyat nömrəsi) Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Aytən Novruzova)
19. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər mü qavilədən irəli gələn mülki hüquq münasibətləridir. İddiaçı x dövlət qeydiyyat nişanlı, Mercedec CLS 63 AMG markalı minik avtomobili öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən istifadəsinə qəbul etmiş, əvəzində isə MMC ilə razılaşdırılmış məbləğdə və qayada ödənişlər etmək öhdəliyini götürmüşdür. İddiaçı bütün ödənişləri tam həcmdə və vaxtında etmişdir. İddiaçı sonradan avtomobildə nasazlıq yaranması səbəbindən avtomobili idarə etməsi üçün etibarnaməsi olan Şahid2 vermişdir, avtomobil barədə məlumat əldə edə bilmədikdə hüquq mühafizə orqanlarına və MMC-yə məlumat vermişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Bu müqavilə tərəflər aras ında mülki hüquq münasibətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Belə ki, müqaviləyə əsasən MMC **-JO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı minik avtomobilini iddiaçının istifadəsinə vermiş, iddiaçı isə razılaşdırılmış məbləğdə və tarixlərdə ödənişlər etmişdir. İddiaçı müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etmişdir. Buna baxmayaraq avtomobil iddiaçının istifadəsindən alınmış və bir daha onun istifadəsinə geri qaytarılmamışdır. İddiaçı özü də avtomobilin Şahid2 öz razılığı əsasında verildiyini bildirsə də, bunu nasaz vəziyyətdə olan avtomobili təmir etmək üçün etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə avtomobilin onlarda olmadığını, avtomobilin iddiaçı tərəfindən könüllü olaraq üçüncü şəxsə təqdim edilməsini əsas gətirmişdir.
21. Birinci instansiya məh kəməsi göstərmişdir ki, sorğulara verilmiş cavablara əsasən avtomobil iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonraki tarixlərdə cavabdehin faktiki sahibliyindədir.
22. MMC-nin nümayəndəsi və vəkili avtomobilin MMC tərəfindən üçüncü şəxslərdən geri götürülərək başqa şəxsin istifadəsinə verildiyini bildirsə də, MMC tərəfindən avtomobilin geri götürülməsinə əsas olaraq iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməməsini göstərmişdir. Halbuki iş materiallarında olan ödəniş qəbzlərindən iddiaçı tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında və lazımi qaydada edildiyi aydın görünür.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə **-JO-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı minik avtomobilin iddia ərizəsi məhkəməyə verildikdən sonra MMC-də olması sübuta yeti rildiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Müqavilə üzrə MMC avomobili lizinq alanın məhz istifadəsinə vermiş, müqavilənin müddəti bitmədiyindən əşya lizinq alanın mülkiyyətinə keçməmişdir. Belə olan halda, MMC məhz əşyanı lizinq alanın istifadəsinə vermək öhdəliyini pozmuşdur. Bu səbəbdən də, avtomobil iddiaçının sahibliyinə verilə bilməz, lakin istifadəsinə verilə bilər.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324, 399.1, 425.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 80, 81, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinə əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) 6-cı bəndinə əsasən "Öhdəlik götürən" iddiaçı qəbul etdiyi hüquq və öhdəlikləri "Lizinq verən"in razılığı ilə üçüncü şəxsə verə bilər. İddiaçı tərəf öz izahatında bildirmişdir ki, nəqliyyat vasitəsini üçüncü şəxsə vermiş, daha sonra nəqliyyat vasitəsinin harada olması barədə məlumatı olmamış, nəqliyyat vasitəsinin GPS avadanlığı söndürülmüşdür. Qeyd edilən hallar xx.xx.2023-cü il tarixli 125 saylı lizinq müqaviləsinə əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) müddəalarının pozulması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə və daxili lizinq müqaviləsinin müddəalarına əsasən, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz g eri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
27. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdir ki, iddiaçı və şahidin ifadələrində ziddiyətlər mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən müqavilə şərtləri pozulmuşdur. Birinci instansiya məhkəməsinə video görüntü təqdim etmişlər. İddiaçı avtomobilin əvəzləşdirilməsi barədə XX adlı şəxslə razılaşmış, avtomobilinin harada olmasını bilmirdi. Ödənişləri digər şəxs etməyə başlamışdır. Onlar da iddiaçı ilə aralarında razılıq olduğunu, əlavə təmir xərcləri çəkdiyini bildirmişlər. Avtomobili digər şəxsin adına rəsmiləşdirməmişlər. Müqaviləni birtərəfli qaydada ləğv etmək cavabdehin müstəsna hüququ olmuşdur. İddiaçı mülkiyyətçinin hüquqlarını pozmuş, onun niyyəti avtomobili başqa şəxsə vermək olmuşdur. Üçüncü şəxs tərəfindən ödənişlər olunduğu üçün avtomobili ondan götürməmişlər.
28. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz olaraq göstərmişdir ki, XXX, cavabdeh lizinq şirkəti və XX adlı şəxs əlbir olaraq avtomobili qanunsuz olaraq iddiaçının istifadəsindən almışlar. İddiaçıya başqa avtomobil təklif edilmişdir ki, şikayətlər etməsin. İddiaçının icazəsi olmadan avtomobilin vinili sökülmüş, izi itirmək üçün nömrəsi dəyişdirilmişdir. Avtomobilin texniki pasportu iddiaçıda ola-ola itmiş adı ilə yenisini almışlar. Cavabdehin lizinq müqaviləsinə birtərəfli xitam verilməsi barədə hər hansı sənədi olmamışdır. İddiaçının avtomobili satmaq niyyəti olmamış, qardaşının belə fikri olmuşdur. Avtomobilin mühərrikində nasazlıq oldu ğu üçün Şahid2 vermişdir. İddiaçı ilə XX adlı şəxs arasında hər hansı avtomobilin alqı-satqısı və ya dəyişdirilməsi barədə münasibətləri olmamışdır. İddiaçı avtomobilin ortalığa çıxarılması üçün XXlə görüşmüş və video çəkiliş olmuşdur. Cavabdeh iddiaçı tərəfindən konkret olaraq hansı öhdəliklərinin icra edilməməsi və müqavilənin hansı bəndinin pozulmasını göstərməmişdir. Cavabdehin iddiaçıya rəsmi qaydada xəbərdalığı da mövcud deyildir. İddiaçı avtomobildə olan nasazlıqla bağlı Şahid2 ilə aralarında danışıqlar aparmış, bu zaman iddiaçının istifadəsində olan avtomobil qanunsuz olaraq aparıldığına görə, iddiaçı dərhal hüquq-mühafizə orqanlarına, o cümlədən lizinq verənə müraciət etmiş, bu barədə ona köməklik göstərilməsini və qanun pozuntusunu törətmiş şəxslərin cəzalandırılmasını tələb etmi şdir.
29. Apellyasiya instansiyası məhkəməsi X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
30. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 bildirmişdir ki, o, avtosalon işlədərək, mübahisə predmeti olan avtomobili iddiaçıdan alıb başqa şəxslərə satmışlar. Şahid2 ona bildirmişdir ki, avtomobilin mühərriki yığılmalıdır, iddiaçı avtomobili istəmir, iddiaçının ona 8.000 manat borcu olmuş, avtomobilin əvəzində həm XXXa pulu verərək, həm də iddiaçıya başqa avtomobil versin. O, razılaşmışdır. Salonunda olan “Hyundai” markalı avtomobili ilə dəyişəcəyini bildirmişdir. Avtomobilin təmirinə lizinq ödənişlərindən əlavə 14.000 manat xərc çəkmişdir. O, iddiaçını tanımamışdır. XXX ondan “Hyun dai” markalı avtomobili götürmüş və 3-4 gün avtomobil onda qalmışdır. Sonra XXX iddiaçının həmin avtomobili istəmədiyini bildirmişdir. Bir müddət sonra iddiaçının qardaşından ona zəng gələrək başqa hansı avtomobillərin olduğunu soruşmuşdur. O, cavabında başqa avtomobillərin də olduğunu bildirmişdir. Avtomobili təmir etdirdiyi dövrdə bankın problemli ödənişlər şöbəsinin nümayəndəsi gəlmiş, avtomobilin ödənişlərinin gecikmədə olduğunu, ödənişləri etməyi, sonra hesablaşacağını bildirmişdir. Avtomobilin iki aylıq ödənişini etmişdir. Sonra iddiaçı salona gələrək bununla bağlı video çəkiliş etmişdir. Ona “Toyota Prado” və “BMW” avtomobillərini göstərmişdir. İddiaçı ilə razılaşdığı avtomobil “BTB Bank”-da olmuşdur. Bankdan iddiaçıya zəng gələrək avtomobillərdən heç birini istəmədiyini, öz avtomob ilini istədiyini bildirmişdir. O, iddiaçıya öz avtomobilini istəyirsə, təmirə çəkdiyi xərcləri və kredit ödənişlərini ödəməli olduğunu bildirmişdir. Bir müddət iddiaçıdan xəbər çıxmamışdır. O, avtomobilin ödənişlərini hər ay ödəməyə davam etmişdir. Cavabdeh tərəfindən ona etibarnamə verilmişdir. O, avtomobilə 14 ay ödəniş etmiş, mühərrikini təmir etmiş, avtomobili ümumi rənglətdirmişdir. İddiaçının qardaşı zəng edəndə ondan mühərrikin təmirini soruşmuş, o isə cavabında mühərriki yığdırmağını bildirmişdir.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2377/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3214/2023 nömrəli qətnaməsi mübahisələndirilən hi ssədə ləğv edilərək, iddia tələbi rədd edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Vahid Sadıqov)
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, işin müəyyən edilən hallarına görə MMC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 125 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq verən buraxılış ili 2011 olan “Mercedes Benz CLS 63 AMG markali nəqliyyat vasitəsini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə gö türür. xx.xx.2023-cü il tarixli 125 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən lizinq alan və öhdəlik ötürən X10 125 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini öhdəlik götürən hazırki iş üzrə iddiaçıya ötürmüşdür. İddiaçı müqavilə üzrə 5 ay ödəniş etdikdən sonra avtomobilin mühərrikində nasazlıq yarandığından satış üçün Şahid2 vermiş, bununla da lizinq müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. İddiaçı bunu inkar etsə də, iş üzrə Şahid1 ifadəsi ilə bi hal öz təsdiqini tapmışdır. Şahid1 ifadəsində bildirmişdir ki, avtomobili satmaq üçün Şahid2 vermişlər, o da avtomobili XX adlı şəxsə satmışdır. İddiaçı iddia ərizəsində də göstərmişdir ki, o, avtomobili ona satan Şahid2 zəng edərək maşının mühərrikində pro blem olduğunu bildirmiş, XXX ona maşını gətirib təhvil verilməsini, avtomobili satıb pulunu verəcəyini bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərdən də müəyyən edilir ki, iddiaçı ilə hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X8 arasında lizinq obyektinin digər avtomobil ilə dəyişdirilməsi barədə razılıq əldə edilmişdir. Halbuki, iddiaçının cavabdehlə bağladığı müqavilə üzrə lizinq obyektinin cari və əsaslı təmirini öz hesabına həyata keçirmək (maddə 4.2.6), cavabdehin yazılı razılığı olmadan lizinq obyektini digər şəxslərin istifadəsinə verməmək (maddə 4.2.8) vəzifələri vardır.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, üçüncü şəxs lizinq obyektinin əsaslı təmirini və müqavilədə nəzərdə tutulan aylıq ödənişləri həyata keç irmiş və hazırda da bunu etmiş, cavabdeh isə həmin ödənişləri qəbul edərək lizinq obyektinin idarə edilməsi üçün üçüncü şəxsə etibarnamə vermişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh tərəflər arasında bağlanmış lizinq müqaviləsinin onun tərəfindən birtərəfli qaydada ləğv edildiyini bildirsə də, sözügedən lizinq müqaviləsi ləğv edilməmiş, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə öhdəliklərini üçüncü şəxsə vermiş, üçüncü şəxs də müqavilə üzrə lizinq alanın öhdəlikləri icra etməyə başlamışdır. Cavabdeh isə iddiaçı ilə bağladığı müqavilə üzrə ödənişləri üçüncü şəxsdən qəbul etməklə və ona lizinq predmetinin idarə edilməsi üçün etibarnamə verməklə iddiaçı tərəfindən öhdəliklərin üçüncü şəxsə verilməsinə faktiki olaraq razılığını ifadə etmişdir.
35. Apellyasiya i nstansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı 5 ay müqavilə üzrə cavabdehə ödənişlər etdiyinə istinad etsə də, qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən həmin məbləğ lizinq obyektindən istifadəyə görə ödənilmiş muzd olmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 442. 448.1, 448.2, 522.1, 522.2, 522.5. 747.1 və 748-2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat: a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh lizinq predmeti olan avtomobili iddiaçıya satan şəxslərlə əlbir olaraq lizinq predmeti olan avtomobili iddiaçıdan almış və hazırkı vaxtadək qaytarmamaqla qanunvericliyn tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı qanuni əsaslarla cavabdehdən müqavilə öhdəliklərini icra etməsini və avtomobili qaytarmasını tələb etdiyi halda, apellyasiya instansiyası məhkəməsi qanunları səhv təsvir edərək, ididaçının hüquqlarını məhdudlaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 442-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, iddiaçı tərəfindən hər hansı müqavilə öhdəliyinin icra edilməməsi halı mövcud deyildir. Əksinə, cavabdeh tərəfindən müqavilə öhdəlikləri kobudcasına pozulmuş, nəticədə lizinq predmeti olan avtomaşın cavabdeh lizinq şirkəti ilə həmin ididaçıya liz inq vasitəsilə satan XXX İskəndərov adlı şəxs əlbir olaraq, lizinq predmeti olan avtomobili ididaçıdan almış, iddiaçının yazılı və ya şifahi razılığı olmadan digər şəxsin istifadəsinə vermişlər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul etmiş, bu zaman iddiaçının təqdim etdiyi sübutları araşdırmamışdır. Belə ki, müqavilənin birtəfərli qaydada ləğv edilməsi üçün ən azından iddiaçının ardıcıl olaraq 2 ay müqavilə üzrə ödənişləri icra etməməsi halı mövcud olmalı idi. Bununla bağlı cavabdeh hər hansı sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi cavabdehin xeyrinə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin baxışında cava bdeh tərəf videogorüntünü təqdim etmiş, hansı ki, iddiaçı izahatında bu videogörüntüdəki razılaşmanın lizinq predmeti olan avtomobilin tapılması ilə bağlı lizinq şirkətinin rəhbərinin təklifi ilə edilməsini bildirmiş, lizinq predmeti olan avtomobilin satılması, dəyişdirilməsi və ya qaytarılması barədə hər hansı sübütlar mövcud olmadığı halda, məhkəmə sübutlara birtərəfli qaydada qiymət vermiş, iddiaçının avtomobil qaçırılan vaxtdan sonrakı müddətdə dəfələrlə bütün dövlət təşkilatlarına, sonda isə məhkəməyə müraciət etməsini nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Halbuki, həmin sübut mövcud ola-ola birinci instansiya məhkəməsinə təqdim edilməmiş, həmin sübutun sonradan müəyyən edilməsi barədə qarşı tərəf hər hansı dəlil gətirməmişdir. Məhkəmə iclaslarında proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsi barədə iddiaçı tərəfindən vəsatət verilsə də, məhkəmələr əsassız olara vəsatəti əsaslandırma aparmadan şifahi formada təmin etməmişlər. Halbuki, bu işlə bağlı bir çox şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 178, 308.1 və sair maddələrinin tərkibi mövcud olmuşdur. Bu barədə hüquq-mühafizə orqanlarına edilmiş müraciətlərə cavab olaraq, məhkəmə araşdırmasının nəticəsinə uyğun olaraq işə baxan məhkəmə tərəfindən xüsusi qərar qəbul ediləcəyi təqdirdə araşdırma aparılacağı bildirilmişdir. Müqavilə öhdəliklərinin qanunsuz əsaslarla icra edilməməsi və lizinq predmetinin qanunsuz yolla iddaçının əlindən alınması barədə kifayət qədər sübutlar mövcud olmuşdur. Eləcə də, iddiaçı hələ 24000 manat məbləğində pulu avtomobili iddiaçıya verən Şahid2, qalan məbləği isə lizinq şirkətinə ödəmişdir. Məhkəmə isə bu hala da hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nomormaları pozulmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan və zifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləc əyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası m əhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, düzgün hüquqi nəticəyə gəlmişdir.
46. Bu baxımdan məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 32-35-ci bəndlərinə əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2377/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.