Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1505/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları
1. Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2014-cü il tarixli 3M-02-591 reyestr nömrəli müqaviləyə əsasən Cavabdeh atasının müalicəsi, sağlamlığının qorunması, normal yaşayış tərzinin təminatı məqsədilə ona 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 (beş) yüz manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş, İddiaçı isə hər ay nəzərdə tutulan məbləği qəbul etməyi və həmin pul məbləğini müalicəsi, səhhətinin qorunması və yaxşı yaşayış tərzinin təminatı üçün istifadə etməyi öhdəsinə almışdır..
2. Lənkəran Rayon Məhkəməsinin 2(049)-460/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 30 sentyabr 2014-cü il tarixində Lənkər an rayonu 1 saylı notariat kontorunda iddiaçı və cavabdeh arasında bağlanılan müqaviləyə əsasən 2024-cü ilin fevral ayı da daxil olmaqla cavabdehdən 53.000 manat pulun və ödənilmiş 246.9 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 sentyabr 2014cü il tarixli müqavilə üzrə öhdəlik götürdüyü aylıq ödənişlər üzrə son 3 ilə görə ödənilməmiş 18.000 manat pulun və iddia qaldırılması üçün ödədiyi 144 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 10 sentyabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlanaraq Lənkəran rayonunun Şilavar kəndində 0.01288 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 115.9 kv.m qeyriyaşayış sahəsinin 70.5 kv.m (tikilialtı sahəsi 78.2 kv.m) hissəsini cavabdehə hədiyyə etmiş və həmin vaxt aralarında olan razılaşmaya görə həmin tarixdən başlayaraq 16 ay müddətinə hər ay 300 manat, 16 ay müddət bitdikdən sonra isə hər ay onun ömrünün sonunadək 500 manat pul məbləğini ona ödəməsini öhdəsinə götürmüşdür. Həmin şərtlər ilkin müqavilədə göstərilmədiyindən xx.xx.2014-cü il tarixdə ilkin müqavilənin tərkib hissəsi olan müqavilə bağlanaraq 16 ay müddətinə hər ay 300 manat, 16 bitdikdən sonra isə hər ay ömrümün sonunadək 500 manat pul məbləğini ona ödəməyi cavabdeh üzərinə götürmüş və hər iki müqavilə Lənkəran rayon 1 saylı notariat konto runda bağlanılmaqla təsdiq edilmişdir. Cavabdehlə aralarında olan müqavilələr rəsmiləşdiriləndən sonra cavabdeh yuxarıda qeyd edilmiş şərtlərlə ona bağışlanılmış daşınmaz əmlakı öz mülkiyyətinə keçirmiş və ondan sərbəst surətdə istifadə etməyə başlamışdır. Lakin cavabdeh xx.xx.2014-cü il tarixli müqavilənin 1-ci bəndində qeyd edilmiş və üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca yerinə yetirməmiş, hazırkı vaxta kimi 2014-cü ilin oktyabr ayından 2016-cı ilin yanvar ayı da daxil olmaqla 4800 manat, 2016-ci ilin fevral ayından başlayaraq isə hər ay 500 manat olmaqla 2025-ci ilin yanvar ayına kimi 55.000 manat, ümumilikdə isə 59800 manat ödəməyi öhdəsinə götürsə də həmin məbləğdən yalnız 2014-cü ildə iki dəfəyə ümumilikdə 15.500 ABŞ dolları (həmin vaxtın valyuta məzənnəsi ilə manata münasib ətdə 12.090 manat) hissəsini "xxxx" ASC-də olan digər oğlu Nümayəndə adına götürülmüş ipoteka təminatlı kredit müqaviləsinin qismən ödənişi üçün ödəniş etmiş, qalan məbləği isə ödəməkdən imtina etmişdir. Həmin məbləği də cavabdeh ödəyən zaman (müqavilə bağlanarkən) həmin daşınmaz əmlak "xxxx" KB-də girovluqda olduğundan həmin daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin bağlanması, yəni həmin əmlakın bağışlanan hissəsinin cavabdehin adına rəsmiləşdirmək üçün bank tərəfindən tələb edilmiş, cavabdeh də həmin məbləği ödədikdən sonra daşınmaz əmlak onun adına rəsmiləşdirilmişdir. Cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəlik üzrə ödənilməmiş 37.710 manat təşkil etsə də, qüvvədə olan qanunvericiliyin tələbinə görə müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il təşkil etdi yindən iddia ərizəsinin tərtib edildiyi vaxtdan, yəni 2025-ci ilin may ayından əvvəlki 3 il üzrə ödənilməmiş pul məbləği 18.000 manat təşkil edir. Lakin cavabdeh həmin məbləği də ödəməkdən imtina etdiyinə görə 6 yanvar 2025-ci il tarixdə cavabdehə yaranmış borcunu ödəməsi, borcunu ödəmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə rəsmi qaydada pretenziya məktubu da göndərilməsinə baxmayaraq cavabdeh yenə də heç bir səbəb göstərmədən borcu ödəməkdən imtina etmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2166/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim A. Pənahov) iddia tələbinin təmin edilməsi, cavabdehdən xx.xx.2014cü il tarixli, 3M-02-591 reyestr nömrəli müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üç illik müddət üzrə (hər ay 500 manat olmaqla) 18.000 (on səkkiz min) manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş müqavilənin şərtlərinə əsasən Cavabdeh atası İddiaçı 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 (beş) yüz manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə tərəflər arasında könüllü olaraq bağlanmışdır və müqavilə şərtlərini özləri müəyyənləşdirmişlər. Həmin müqavilə mübahisələndirilməmiş və ləğv e dilməmişdir. Cavabdeh sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı müqavilə üzrə son üç ilə dair ödənilməli olan məbləği Cavabdeh tələb etməkdə haqlı olmuşdur. İddiaçı iddia tələbində məhkəməyə iddia ərizəsi verdiyi tarixdən üç il geriyə olan müddətə dair müqavilənin icrası ilə əlaqədar pulun ödənilməsini cavabdehdən tələb etmişdir. Hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.1, 324.5, 373.3, 385.1, 386.1, 390.1, 390.2, 390.5, 398.1, 399.1, 399.2, 399.3, 399.4, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindək i icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1505/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər T.Heydərov - sədrlik edən və məruzəçi, İ.Əsədov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı cavabdeh izahatında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-460/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İdd iaçı həmin iddia tələbinin əsası kimi xx.xx.2014-cü il tarixli, 3M-02-591 reyestr nömrəli müqaviləyə istinad etmişdir. Məhkəmə iddia tələbini təmin etməyərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ilkin şərtinin (16 ay müddətində hər ay 300 manat ödəniş barədə) icrası müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman həmin tələbə dair iddia müddəti ötürülmüşdür. Eyni zamanda müqavilənin ikinci şərtinin (ömrünün axırına kimi hər ay 500 manat pul ödənilməsi) icrası müddəti xx.xx.2016-cı il tarixdən başlandığından və vaxtaşırı icra edilməli öhdəlik olduğunundan həmin öhdəliyə dair xx.xx.2019-cu il tarixədək iddia müddəti ötürülmüşdür.
11. Hazırkı işdən də göründüyü kimi iddiaçının iddia tələbi əqdə əsaslanan tələb olduğundan apellyasiya icraatı zamanı əqdin qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli 3M-02-591 reyestr nömrəli müqavilə üzrə iddiaçı cavabdehə qarşı 2024-cü ildə tələb irəli sürmüş və həmin tələb üzrə məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməmişdir. İstər 2024-cü ildə, istərsə də hazırkı irəli sürülmüş iddia tələbində Hüseynbala Əlibarat oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1S-8444 reyestr nömrəli müqavilə üzrə ödənilməli olan pul məbləği mübahisələndirilmişdir. İddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış bu isə prosessual qanunvericiliyə görə yol verilən hesab olunmur.
12. Məhkəmə kollegiyası öz mövqe yini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 53, 261.0, 261.0.2, 262.1, 262.4, 384.0.4, 385.1.1, 391 və 400, 402.2-402.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, qərardad qəbul edərkən Lənkəran Rayon Məhkəməsinin 2(049)460/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin predmetinin 2016-cı ildən 2024-cü ilədək olan hissəsinə münasibətdə iddianın qaldırıldığını, Lənkəran Rayon Məhkəməsi tərəfindən 2016-cı il tarixdən başlayaraq 2021-cü ilədək olan müddətə dair iddia müddətinin tətbiq edildiyi, eyni zamanda xx.xx.2014-cü il tarixli müqavilə üzrə ödənilməli olan hər ay 500 manat pulun vaxtaşırı ödənilməli olan məbləğ olduğunu nəzərə almamış, sonuncu iddia tələbinin isə vaxtaşırı ödənilməli olan müqavilə üzrə sonuncu 3 ilə görə ödənilməli olan pulun tələbi ilə bağlı olmasına nəzər yetirmədən iddia tələbinin predmetlərinin də ayrı-ayrı olmasını nəzərə almamışdır.
15. Belə ki, L ənkəran Rayon Məhkəməsinin 2(049)-460/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə iddia tələbinin predmeti 52000 manat pul tələbi olmaqla 2016-cı ildən hesablanmaqla 2024-cü ilə kimi olmaqla 104 ay yəni, 8 il 7 ay müddətinə olan dövr üçün verilmiş və məhkəmə tərəfindən də həmin 8 il 7 ay müddətinə münasibətdə iddia müddətinin ötürülməsi əsas gətirilməklə iddia rədd edilmişdir. Hazırkı iddia tələbi isə 2025ci ilin may ayından əvvəlki 3 ilə münasibətdədir. Bu baxımdan, aşkar surətdə göründüyü kimi iddia tələblərinin predmetləri fərqli-fərqli olmaqla eyni deyil və iddia tələblərinin əsasları da eyni olmamaqla vaxtaşırı ödənilməli olan pul məbləği üzrə müqavilənin şərtlərindən irəli gələn öhdəliklər üzrə yaranmış mübahisədir. Eyni zamanda, Lənkəran Rayon Məhkəməsinin 2(049)-460/2024 n ömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 2025ci ilin may ayına kimi olan münasibətlər araşdırılmadığından, həmin qətnamə hazırkı iş üzrə preyudisiallıq yarada bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz verərək bildirmişdir ki, iddianın hüquqi əsasını təşkil edən müqavilə 2014-cü il tarixində bağlanmış və həmin müqavilə iki hissədən ibarətdir. Birinci hissə müqavilə bağlandığı tarixdən 16 ay ərzində 300 manat verilməsini nəzərdə tutulur. Müqavilənin həmin hissəsinin icra müddəti 2016-cı ilin yanvar ayında bitmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, müqavilənin birinci hissəsi ilə bağlı üç illik iddia müddəti ötürülmüşdür. Bundan başqa, müqavilənin ikinci hissəsi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilənin məzmunundan görünür ki, ikinci tərəfin öhdəlikləri vaxtaşırı icra edilən öhdəlikdir. Yəni hər ay üzrə birinci tərəfə pul ödəməlidir. Dolayısı ilə iddiaçı həmin hissə üzrə də iddia müddətini ötürmüşdür. Bundan başqa, iddia mahiyyəti üzrə də əsassızdır. İddiaçının istinad etdiyi müqavilə qondarmadır. Müqavilənin hər iki tərəfin imzası ilə notariat kontorunda təsdiq edilməsi onun hüquqi təbiətini dəyişdirmir, yəni müqaviləyə qanunilik əlaməti gətirmir. Belə ki, müqavilənin məzmunundan görünür ki, müqavilə tərəfləri ata və onun övladıdır. Müqavilə üzrə təsbit edilmiş öhdəlik isə övladın ataya baxmasında ifadə olunur. Qeyd edilməlidir ki, övladın valideyn qarşısında vəzifələri və öhdəlikləri qanunlarda, xüsusilə də Ailə Məcəlləsində təsbit edilmişdir. Valideynə baxmaq övladın vəzifəsi kimi qanunla təsbit edildiyi halda bunun müqavilələşdirilməsi mənasızdır, çünki qanunla təsbit edilən vəzifənin təkrarən müqavilə ilə təsbit edilməsinə ehtiyac yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətlərində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi
21. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata Mülki Prossesual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında mövqeyi qanuni və əsaslı olmamışdır.
22. Belə ki, həmin normada icraata xitam verilməsinin əsası kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması nəzərdə tutulmuşdur.
23. Apellyasiya məhkəməsinin xitamın əsası kimi istinad etdiyi Lənkəran Rayon Məhkəməsinin 2(049)-460/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qaldırdığı iddiada borcun hesablandığı tarixədək olan tələbləri həll edilmişdir.
24. Hazırkı iddiada isə tərəflər arasında bağlanmış 30 sentyabr 2014-cü il tarix li müqavilə əsasında aylıq ödənişlər üzrə son 3 ilə görə ödənilməmiş 18.000 manat pulun Cavabdeh tutulması tələb edilmişdir. Göründüyü kimi, bu iş üzrə tələbin bir hissəsi Lənkəran Rayon Məhkəməsinin 2(049)-460/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həll edilmiş dövrə düşmür. Başqa sözlə, iddianın həmin qətnamə ilə həll edilən tarixdən sonrakı dövrə düşən hissəsi daha əvvəl məhkəmə araşdırmasının predmeti olmadığı üçün iddianın tamamına MPM-nin 261.0.2-ci maddəsinin tətbiq edilməklə işə xitam verilməsi düzgün olmamışdır.
25. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə hazırkı iddianın əvvəlki qətnamə ilə əhatə olunmayan hissəsini müəyyənləşdirməli və bu hissəyə mahiyyəti üzrə baxmaqla mübahisəni mülki qanunvericiliyin normaları əsasında həll etməlidir.
26. Ona görə də apellya siya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1505/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.