Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3529/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna və “X3 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-3486/2024 nömrəli 3 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 yanvar 2023-cü il tarixli 2023/4061 nömrəli kredit müqaviləsinə əsasən, “X3 Kredit Təşkilatı” MMC borcalan İddiaçı 36 ay müddətinə qaytarmaq şərtilə 30000 manat məbləğində kredit vermişdir. 2. 13 yanvar 2023-cü il tarixli 2023/4061-İP nömrəli ipoteka müqaviləsinə əsasən kredit öhdəliyinin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 35, 45 nömrəli mənzil BOKT qarşısında yüklü edilmişdir. 3. 21 sentyabr 2023-cü il tarixli 2340 nömrəli “İpoteka predmetinə icra qeydi əsasında tutmanın yönlən dirilməsi barədə” "xxxx" MMC Notariat ofisinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 45 manat məbləğində xərcin və 25 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsinin təmin olunması üçün tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 35, mənzil 45 yönəldilməsi, dəyəri 40584,10 manat olmaqla mənzilin hərracda satılması, qeydiyyat hüquqlarının ləğv edilməsi, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə icra qeydinin aparılmasını xahiş etmişdir.
4. Bakı şəhəri 17 nömrəli Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə “8İ-8577” reyestr nömrəli İcra qeydi aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə ak tları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Bakı şəhəri 17 nömrəli Notariat Kontoruna, “X3 Kredit Təşkilatı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 nömrəli Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış və reyestrdə “8İ-8577” nömrə ilə qeyd edilmiş ondan "xxxx" MMC-nin xeyrinə cəmi 40584,10 (qırx min beş yüz səksən dörd manat, on qəpik) manat məbləğində pulun tutulmasına dair icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəfindən xeyli məbləğdə pulun ödənilməsinə baxmayaraq BOKT notariat orqanına müraciət etdiyindən, notarius tərəfindən pul vəsaitinin ondan tutulması üçün icra qeydi vermişdir. O, Sabunçu Rayon İcra şöbəsinə çağırıldıqdan sonra barəsində icra qeydinin aparılmasından məlumatlı olmuş və dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi iştirak etməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1221/2024 saylı, 18 mart 2024- cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia təmin edilmiş, Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış və reyestrdə “8İ-8577” nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisindən tutularaq İddiaçı qaytarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İpot eka haqqında” Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında bir iş günü müddətində qeydə alınmalı olduğu halda 5 gün sonra qeydə alınmışdır ki, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin icra qeydi verilən zaman İddiaçı lazımı qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin catmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.1, 36.2 və 36.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh “X3 Kredit Təşkilatı” MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmişdir. Belə ki, həmin bildiriş poçt xidmətinə xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Poçt qəbzində bildirişi qəbul edən şəxsin soyadı “Əliyev” yazılmışdır (iş materiallarına bildirişin çatdırılmasına dair poçt qəbzi əlavə edilmişdir). Qanunvericiliyə əsasən, ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Lakin İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən məhkəməyə şikayət verilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3486/2024 nömrəli mülki iş üzrə 3 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3486/2024 nömrəli mülki iş üzrə 2 avqust 2024-cü il tarixli əlavə qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) cavabdeh “X3 Kredit Təşkilatı” MMCnin ərizəsi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh “X3 Kredit Təşkilatı” MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 340 (üç yüz qırx) manat hüquqi xidmət haqqının İddiaçı tutularaq cavabdeh “X3 Kredit Təşkilatı” MMC-yə verilməsi qət edilmişdir.
15. Apellyasiya məhkəməsinin qənaətinə görə hazırkı iş üzrə tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı ödəniş cədvəlinə əsasən 2023-cü ilin fevral ayından başlayaraq 2026-cı ilin yanvar ayınadək hər ay 1306,63 manat ödəməyi öhdəsinə götürsə də, hesabdan çıxarışdan göründüyü kimi, o, yalnız iki dəfə - xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə müvafiq ödənişləri etmişdir. Digər aylar üzrə ödənişlərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan tələb olunan borc məbləği mübahisəsiz olmuş və MMC həmin borc üzrə icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməkdə haqlı olmuşdur.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur ki, belə olan halda Qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmununda da iddiaçıya bu barədə xəbərdarlıq edilmiş, 36.1-ci maddəsinin tələbi izah olunmuşdur.
17. İşdən görünm üşdür ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir (i.v.60). Həmin bildiriş məhkəmənin qeyd etdiyi kimi 5 gün sonra deyil, cəmi bir gün sonra xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Bu hal da icra qeydinin ləğv olunması üçün, tutmanın yönəldilməsi proseduru davam etidirilməsinin qarşısının alınmasına əsas vermir.
18. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
19. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.1, 36.2, 36.3-cü, MPM-in 384.0.2, 385.1.1, 385.1.4 və 390-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası 6.1, 36.1, 36.2, 36.3., 36.4 və 36.5-ci ci, MPM-in 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 220.4 və 418-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, hü quqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətin qəbulu və dövlət rüsumunun təstiqetmə bildirişinin elektron məlumatına əsasən təstiqetmə bildirişinin verilmə tarixi xx.xx.2023-cü il, ərizənin hazır olma tarixi kimi isə xx.xx.20 23-cü il kimi qeyd olunmuşdur. “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalı olduğu halda 5 gün sonra qeydə alınmışdır ki, qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin icra qeydi verilən zaman ipoteka qoyan olaraq mən, lazımı qaydada məlumatlandırılmamış və bu barədə mənə bildirişin catmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu hal ümumiyyətlə məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İş materialları və işin müəyyən edilən hallarından görünmüşdür ki, aparılan icra qeydi üzrə notariusa müraciətdən 20 gün əvvəl bildiriş - xəbərdarlıq göndərilməmiş, bildirişin poçtla göndərilməsi barədə qəbz i şə əlavə edilməmiş, bildirişin verilməsi müəyyən edilməmiş, bildiriş üzərindəki tarixdən başlanmalı olsa onun 3 gün ərzində reyestrə təqdim olunması ilə bağlı müddət məhdudiyyəti pozulmuş, bildirişin qeydə alınması ilə bağlı 1 gün müddət məhdudiyyəti reyestr tərəfindən pozulmuş, bildirişin forma məzmunu qanunda nəzərdə tutulmuş tələblərə uyğun olmamış, həm də borcla bağlımübahisə olmuşdur. Bununla da apellyasiya instansiya heç bir sübuta əsaslanmadan, formal həqiqətlər və hallar müəyyən etməyə çalışmışdır ki, bu da kobud prosessual pozuntu sayılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə halların və qarşılıqlı münasibətlərin müəyyən edilməsində yalnışlığa yol vermiş, əsaslandırmamış, sübutları yetərli səviyyədə və düzgün qiymətləndirməmiş, sübutların təkzibolunmazlığını rədd edən di gər sübut və dəlillər gətirməmiş, qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının da tələblərini pozmuşdur. b)
22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 6.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndər işi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
24. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir.
25. Maddə 36.2.1. Müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti;
26. Maddə 36.2.2. İcra olunmalı öhdəlik barədə məlumat;
27. Maddə 36.2.3. İpoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;
28. Maddə 36.2.4. Bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası;
29. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildir iş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
30. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışını n hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallar ını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. İddiaçı kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılanda da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsini n tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3486/2024 nömrəli iş üzrə 3 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.