Məhkəmə qərarları › İş №2(102)-353/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-353/2025

28.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-353/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Biləsuvar rayon X-inə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, iddia müddətini tətbiqi barədə ərizə, əmək mübahisələri üzrə iddia müddətinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Biləsuvar rayon Xinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1549/2024 nömrəli qətnaməsindən Biləsuvar rayon Xin kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Biləsuvar rayon X üzrə 15 sentyabr 2023-cü il tarixli, 155 nömrəli əmrdən çıxarışa əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayının azalması nəticəsində məktəbin kiçik xidmətedici (xadimənin) işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 15 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əmək haqqının 1,4 misli həcmində işdənçıxarma müavinətinin ödənilmə si əmr edilmişdir.

2. İddiaçı 03 oktyabr 2008-ci il təvəllüdlü X1, 09 fevral 2012-ci il təvəllüdlü X10 və 12 dekabr 2022-ci il təvəllüdlü X7 adlı üç uşağı var.

3. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair verilmiş məlumatına əsasən 09 fevral 2012-ci il təvəllüdlü X4 “Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Ətrafların varus deformasiyası xondrodisplaziya əzələlərin atrofiyası, funksiya pozğunluğu” diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı əmək müqaviləsinə 15 sentyabr 2023-cü il tarixli, 155 nömrəli əmrlə xitam verilməsinə dair bildiriş 09 oktyabr 2023-cü ildə imzalanmışdır.

5. Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 3(022)42/2024 saylı qərarına ə sasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şirvan X6 MN 22 dekabr 2023-cü il tarixli, ******* saylı qərarı dəyişdirilməklə Nümayəndə (məktəbin direktoru) barəsində İXM-in 192.6-cı maddəsinə əsasən 1.500 manat cərimə cəzası saxlanılmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 3(106)83/2024 saylı qərarına əsasən həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə və X8 Xidmətinin Şirvan-X6 rəisi Anar Xıdırov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 3(022)-42/2024 saylı, 02 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Biləsuvar rayon Ağayrı kənd ümumi orta məktəbinin 41 nömrəli, 02 iyul 2024-cü il tarixli arayı şına əsasən İddiaçı 18 noyabr 2023-cü il tarixdən etibarən Biləsuvar rayon Ağayrı kənd ümumi orta məktəbində kiçik xidmətçi vəzifəsində müddətli müqavilə ilə fəaliyyət göstərir

8. İş üzrə qəbul edilmiş məhkəmə aktları a Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Biləsuvar rayon Xin (bundan sonra “cavabdeh” və ya “Məktəb”) qarşı 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrinin ləğv edilməsi və onun Məktəbdə xadimə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi əsasında Məktəbdə xadimə işinə qəbul edilmişdir.xx.xx.2023-cü il tarixli 155 saylı əmrlə işdən azad edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, 2 023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayı azalmış, bu səbəbdən qanunvericiliyə uyqun olaraq Məktəbdə kiçik xidmətedici (xadimənin) işçisinin ixtisarına zərurət yaranmışdır. Buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən 2023/2024-cü tədris ilində məktəbdə sinif komplektlərinin sayının azalması nəticəsində məktəbin kiçik xidmətedici (xadimə) olan iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Qeyd olunan tarixdən iddiaçını işə buraxmamışlar.

11. İddiaçı bu əmrlə razılaşmadığı üçün adiyyatı üzrə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X2 Xidmətinin Şirvan-X9 şikayət etmişdir. Həmin şöbə tərəfindən iddiaçının şikayət ərizəsi üzrə araşdırma aparılmış və cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edil mişdir. Məktəbin direktoru Nümayəndə barəsində İnzibati Xətalr Məcəlləsininn 192.4 və 196.6-cı maddələrinə uyğun olaraq 11 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında işə baxılaraq Məktəbin direktoru Nümayəndə barəsində İXM-in 192.6 və 116-cı maddələrinə uyğun olaraq 22 dekabr 2023-cü il tarixli MN0023606 mömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və Nümayəndə barəsində 2.000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Cavabehin qəbul etmiş olduğu əmrin qanunsuz olması təsdiq edilmiş olsa da, iddiaçı işə bərpa etməmişdir. 12.İddiaçı işə bərpa tələbi ilə bağlı mediyasiyaya müraciət etsə də, cavabdeh mediyasiy aya gəlməmişdir. Mediyasiya bu haqda iddiaçıya arayış vermişdir. 13.Hazırda evli olmaqla iddiaçının üç övladı (xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X7) vardır. İddiaçı ailənin yeganə qazanc gətirənidir. Əri heç bir yerdə işləmir. Göründüyü kimi, iddiaçının himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. xx.xx.2012-ci il təvəllüdlü X10 3-cü dərəcəli əlildir. İddiaçının qardaşı X5 vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. 14.Əmrdə əsas kimi orta məktəbdə uşaqların sayının azalması göstərilmişdir. Halbuki iddiaçı xadimə işləyir, onun təmizlik apardığı sahə yerindədir. 15.İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir. 16.İddiaçı həmçinin ərizə verərək buraxılmış iddia müddətinin bərpasını da xahiş etmiş və ərizəsini də onunla əsaslandırmışdır ki, əmrin surəti işdən azad edildikdən iki ay sonra ona verilib. Daha sonra pozulmuş hüquqlarının müdafiəsi üçün əmək müfəttişliyinə şikayət edib, şikayətinə cavab gözləyib. Məktəbin direktorunu onu qanunsuz olaraq işdən çıxardığı üçün cərimə ediblər. Ona işə bərpa ediləcəyini vəd ediblər. Bundan sonra mediasiyaya müraciət edib. Həmçinin ötən müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən onun müalicəsi ilə məşğul olub. Bu səbəbdən iddia müddətinin ötürüb. 17.Birinci instansiya məhkəməsində icraatda cavabdeh Məktəbin nümayəndəsi (direktoru) Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaya etiraz etmişdir. Ərizənin dəlilləri belə olmuşdur: a iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinin tələbinə uyğun olaraq, yəni işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Artıq iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi tarixdən səkkiz aydan çox bir müddət keçmişdir. Bu müddət ərzində iddiaçı məhkəməyə müraciət etməmiş və əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçı işdən çıxarıldığı zaman bu barədə məlumatlandırılmışdır. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ilə əmə k müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və həmin vaxtdan səkkiz ay müddət keçmişdir. Artıq bu müddətdən sonra iddiaçının işə bərpası qeyri-mümkün olmuşdur. Belə ki, artıq səkkiz ay bundan əvvəl məktəbdə ştat vahidlərində dəyişikliklər edilmişdir; b İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericiliklə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, iddia müddəti potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Buna görə də iddia müddəti buraxıldığından iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir; c həmçin in iddiaçı işdən azad olunduqdan sonra Biləsuvar rayonunun Ağayrı kənd ümumi orta məktəbində işə qəbul edilmişdir 18.Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2024 nömrəli iş üzrə 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Məktəbin 15 sentyabr 2023-cü il tarixli 155 saylı əmrinin ləğv edilməsi, iddiaçının Məktəbdə kiçik xidmətedici (xadimə) işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim Nüsrət Mitrzəyev) 19.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məktəbdə kiçik xidmətedici (xadimə) vəzifəsində işləyən iddiaçı Məktəbin direktoru Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə işdən azad edilərkən (əmr №155) iddiaçının himayəsində 3 yaşına çatmamış uşağının ( xx.xx.2022-ci il təvəllüdlü X7) olması və eyni zamanda öhd əsində sağlamlıq imkanları məhduld olmaqla 18 yaşına çatmamış İİİ qrup əlil uşağının (xx.xx.2012-ci il təvvəllüdlü X10) olması nəzərə alınmamış və bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin üç yaşınadək uşağı olan qadınlarla və öhdəsində sağlamlıq imkanları məhdud olmaqla 18 yaşınadək ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasına dair tələblərə əməl edilməmişdir. 20.Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. 21.Birinci instansiya məhkəməsi iddia müddətinin bərpası barədə iddiaçının ərizəsində göstərilən halları üzrlü hesab edərək, onun pozulmuş hüquql arının müdafiə edilməli olması qənaətinə gəlmişdir. 22.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 76-cı maddəsinin 1-ci hissəsinə, 294-cü maddəsinin 2-ci hissəsinə, 296, 300-cü maddələrinə, Mülki Məcəllənin 372.2, 375.2, 377.1, 382-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 23.b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 24.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 25.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələbinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə görə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İşin hallarından görünür ki, iddiaçı 15 sentyabr 2023-cü il tarixdə işdən azad edilmiş və bu barədə məlumatlı olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində gös tərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən onu işə buraxmamışlar. Bu isə onu göstərir ki, müddətin axımı həmin vaxtdan başlanmışdır. Mülki iş materiallarından görünür ki, Məktəbin direktoru Əmək Müfəttişliyi tərəfindən 22 dekabr 2023-cü il tarixdə cərimələnmişdir. İddiaçı əmək müfəttişliyinin qəbul etdiyi qərardan beş ay sonra məhkəməyə müraciət etmişdir. Mediasiya prosesinin maksimum bir ay çəkdiyi nəzərə alınsa, iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş müddətləri pozduğu mübahisə predmeti ola bilməz. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciə t etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Qanunla müəyyən edilir. “Mediasiya haqqında” Qanun mediasiya prosesinin keçirilməsi üçün bir aylıq müddət təyin edir. Əmək Müfəttişliyi Məktəbin direktorunu 22 dekabr 2023-cü il tarixdə cərimələyibsə, deməli, mediasiya prosesi nəzərə alınmaqla, iddiaçı ən geci 01 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. İddiaçı məhkəməyə müddətin üzrlü buraxılmasına dair ərizə yazaraq müddəti üzrlü buraxdığını bildirmiş və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bu ərizənin özü də onu təsdiq edir ki, iddiaçı müddəti buraxmışdır. Bu isə müddətin buraxılmasına dair mübahisəyə yer qoymur. Lakin həmin ərizədə Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş, müddətin üzrlü səbəbdən buraxılmasına dair dəlil mövcud deyil. Həmin ərizədən bəlli olur ki, guya əmr iddiaçıya iki aydan sonra verilib və o, işdən azad olunma barədə iki aydan sonra məlumatlanıb. Halbuki iddiaçı işdən azad edildikdən qısa bir müddət sonra rayonun Ağayrı kənd orta məktəbində texniki işçi kimi işə qəbul edilmiş və hər gün həmin məktəbdə işə çıxmışdır. Eləcə də, iddiaçı özünün və yaxud da yaxınlarından kiminsə xəstələnməsinə dair məhkəməyə heç bir dəlil təqdim etməmiş, ümumi söz yığını ilə kifayətlənmişdir. Apellyasiya şikayətinə əlavə edilən sənəddən görünür ki, iddiaçı işdən azad edildikdən sonra əmək kitabçasının ona verilməsinə dair 18 sentya br 2023-cü il tarixdə müvafiq kitabda imza etmişdir. Bu da iddiaçının işdən azad olunması barədə məlumatsız olmasına dair dəlilləri təkzib edir. Bütün bunlar iddiaçının müddəti heç bir üzrlü səbəb olmadan buraxdığını və məhkəmənin təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizəni qəbul etməməsinin əsassız olmasını göstərir. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini qət etmiş, lakin məcburi iş buraxmanın hansı dövrlər və müddət üçün həyata keçirilməli olduğunu qeyd etməmişdir. Bu isə məhkəmənin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi deməkdir. Belə ki, iddiaçı Məktəbdən işdən azad edildikdən qısa müddət sonra 18 oktyabr 2023-cü il tarixdə rayonun Ağayrı kənd orta məktəbində işə qəbul olunm uşdur. Belə olan təqdirdə iddiaçıya hansı müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir? Bu məhkəmə qətnaməsindən bəlli olmur. Birinci instansiya məhkəməsi iddiaçının yeni işə qəbul edilməsinə dair müvafiq sənədlər əldə etməli və iddiaçının işsiz qalması dövrünü dəqiq müəyyən etməli idi. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda alınmamışdır. Məhkəmə növbəti abzasda isə Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə istinad edir. Birinci instansiya məhkəməsində cavabdehin direktoru məhkəməyə iddiaçının həmkarlar ittifaqının üzvü olmamasını bildirmiş və bunu təsdiq edən dəlilləri məhkəməyə t əqdim etmişdir. Belə olan halda həmkarlar təşkilatının üzvü olmayan işçinin işdən çıxarılması üçün həmkarlar təşkilatının razılığının alınmasına dair əmək qanunvericiliyinin tələbi yoxdur. Həmin tələb həmkarlar təşkilatının üzvü olan işçilərə şamil edilir. 26.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1549/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tofiq Heydərov) 27.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iddiaçının üç yaşınadək uşağı var (12 dekabr 2022- ci il təvəllüdlü X7). Eyni zamanda, onun öhdəsin də əlilliyi müəyyən edilmiş uşağı var (09 fevral 2012-ci il təvəllüdlü X10). Qeyd edilən hallar işəgötürənə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini qadağan edən əsaslar kimi təsbit olunsa da, həmin tələbə riayət etməyərək iddiaçının əmək müqaviləsini ləğv etməklə, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmasına işəgötürənin üstünlük verməsinə dair qayda müəyyən olunmuşdur. Qeyd edilən müddəa da işçilərin ixtisarı zamanı iddiaçının işdə saxlanılmasına üstünlük müəyyən edir. Lakin bu hal da cavabdeh tərəfindən nəzərə alınmamışdır. 28.Apellyasiya instansiyası məhkəmə si hesab etmişdir ki, sadalanan hallar iddiaçının hazırkı tələbinin əsaslı olduğunu göstərir. Bununla belə, hazırda mübahisəli məqam iddiaçı tərəfindən iddia müddətinin ötürülməklə verilibverilməməsi ilə bağlıdır. 29.Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçıya onun əmək kitabçası 18 sentyabr 2023-cü ildə verilmişdir. Bu səbəbdən də iddiaçının hazırkı tələblə bağlı iddia müddətinin axımı həmin tarixdən etibarən başlamışdır. İddiaçı 04 fevral 2024-cü ildə mediasiya orqanına müraciət etmiş, 15 mart 2024cü ildə isə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Göründüyü kimi, iddiaçı həqiqətən də hazırkı iddianı iddia müddətini ötürməklə vermişdir. Bununla yanaşı, iddiaçı buraxılmış müddətin bərpasına dair ərizə də təqdim etmiş, ərizəsini əmrin surəti nin işdən çıxarıldıqdan iki ay sonra verilməsi, X8 Xidmətinə şikayətlər etməsi və müvafiq cavablar gözləməsi, əlil uşağının xəstəliyinin daha da şiddətləndiyindən onun müalicəsinə də vaxt sərf etməsi ilə əsaslandırmışdır. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi məsələsini müzakirə edərək, iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsini qəbul etmişdir. 30.Apellyasiya instansiyası məhkəməsi də müddətin bərpa edilməli olması barədə birinci instansiya məhkəməsini mövqeyini müdafiə edərək, işin hallarını, iddiaçının himayəsində yetkinlik yaşına çatmayan üç uşağının, onlardan birinin hələ 2 yaşının da tamam olmamasını, birinin isə üçüncü dərəcəli əlillikdən əziyyət çəkdiyini, iddiaçının X8 Xidmətinə şikayət et məsini və s. nəzərə alaraq bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməməkdə, əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi hissəsində iddia tələbini təmin etməkdə haqlı olmuşdur. 31.Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbini nəzərə alaraq vurğulamışdır ki, cavabdeh tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli, 155 saylı əmrin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi nəticəsinə gəlməklə əmək mübahisəsini həll edən birinci instansiya məhkəməsi məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. 32.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42, 68, 70, 78, 79, 296, 300-cü maddələrinin müvafiq hissə və bəndlərinə, Mülki Məcəlləsinin 372.2, və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. 33.Kassasiya şikayətinin və ona etirazın dəlilləri a Kassasiya şikayətinin dəlilləri b Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. (bax: 23-cü bənd) d Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 34.Kassasiya şikayətinə qarşı iddiaçı etiraz vermişdir. Etirazda işin faktiki halları sadalanmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı orta təhsillidir, qanunları yaxşı bilmir, işdən çıxarılan zaman hansı hüquqlarının olması, hüquqlarının müd afiəsi üçün hansı orqana və hansı müddətdə şikayət etməli olması ona izah edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2.Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 382.İddi açının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və.i.a) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. (b). işçilərinin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması əsaslarından biri də Maddə 78 (2). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda ö hdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmasına üstünlük verir. Maddə 79 (1). Üç yaşınadək uşağı olan qadınların, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Maddə 296 (2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hes ab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (6). Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300 (1). Əgər işəgötürən əmək müqaviləs inin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi M addə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apell yasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.

38. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

39. Cavabdeh iddiaya etiraz kimi iddia müddətinin keçməsini göstərmiş və bu barədə müvafiq ərizə təqd im etmişdir. Ərizə onunla əsaslandırılıb ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, bu müddəti ötürüb. Üstəlik, iddiaçı artıq başqa məktəbdə işə düzəlmişdir.

40. Həmçinin iddiaçı özü də müddətin bərpası barədə ərizə verərək, ərizəsində müddətin ötürülməsinin üzrlü halı kimi əmrin surətinin işdən azad edildikdən iki ay sonra ona verilməsinə, pozulmuş hüquqlarının müdafiəsi üçün əvvəlcə əmək müfəttişliyinə şikayət etməsinə, onu qanunsuz olaraq işdən çıxardığı üçün Məktəbin direktorunun cərimə edilməsinə, onun işə bərpa ediləcəyinə vəd verilməsinə, bundan sonra mediasiyaya müraciət etməsinə, eləcə də bu müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən uşağının müalicəsi ilə məşğul olmasına istin ad edib.

41. İşə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, iddiaçıya əmək kitabçası 18 sentyabr 2023-cü ildə təqdim edilmiş, bu səbəbdən də iddiaçının hazırkı tələblə bağlı iddia müddətinin axımı həmin tarixdən başlamış, iddiaçı 04 fevral 2024-cü ildə mediasiya orqanına müraciət etmiş, 15 mart 2024-cü ildə isə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Bununla da iddiaçı həqiqətən də hazırkı iddianı iddia müddətini ötürməklə vermişdir.

42. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçının ötürülmüş müddətin bərpası barədə ərizəsində qeyd edilən halların üzrlü sayılması barədə birinci instansiya məhkəməsinin mövqeyini müdafiə etmiş, iddiaçının ərizədə göstərdiyi halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir.

43. İddiaçının iddia müddətini ötürməsi işin mübahisəsiz halı kimi müəyyən edildiyindən, məhkəmə kollegiyası iddia müddətinin bərpası barədə gəlinən nəticə ilə bağlı məsələyə diqqəti cəlb etməyi zəruri hesab edir.

44. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi v ə digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

45. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin bərpası barədə ərizə verilməsi özü-özlüyündə ötürülmüş iddia müddətinin bərpasına əsas vermir. Hər bir halda bu barədə ərizə verən şəxs üzrlü halların nədən ibarət olmasını bildirməli və buna dair sübutlar təqdim etməlidir. Məhkəmənin də vəzifəsi təqdim edilmiş sübutlar əsasında şərh edilən halların üzrlü olub-olmamasını müəyyən etməkdir. Həmçin in nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 382-ci maddəsinə görə iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

47. İddiaçı müddətin bərpası barədə ərizə versə də, ərizəsində üzrlü hal kimi qeyd etdiyi hallarla, eləcə də hazırki işdə iddia müddətinin 1 ay olması nəzərə alınmaqla, həmin halların 1 ay ərzində baş verməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. 48. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”.

49. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından da görünür ki, iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutlar araşdırılıb qiymətləndirməlidir

50. Birinci instansiya məhkəməsi iddia müddətinin bərpası barədə iddiaçının ərizəsində göstərilən halları üzrlü hesab etməklə kifayətlənərək, iddiaçının pozulmuş hüquqlarının müdafiə edilməli olması qənaətinə gəlsə də, həmin halların üzrlü olmas ı ilə bağlı gəldiyi nəticəni hansı sübutların araşdırılması və qiymətləndirməsi vasitəsilə müəyyən etdiyini qətnamədə göstərməmişdir.

51. Baxmayaraq ki, prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini... müəyyən etməlidir. (MPM, 14.2, 217.3, 218.1)

52. Analoji işlərdə iddia müddətinin ötürülməsinin üzrlü halı kimi pozulmuş hüquqların müdafiəsi üçün əvvəlcə əmək müfəttişliyinə şikayət edilməsi barədə dəlillə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 294- cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddə ti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

53. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədən kənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.

54. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul edilə bilməz. Bu baxımdan, həmin orqana müraciət edilməsi iddia müddətinin buraxılmasının üzrlü halı kimi nəzərdən keçirilə bilməz.

55. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən 30 iyul 2021-ci il tarixli Qərarında da göstərilib. X3 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 f evral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X8 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X8 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə g örə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

56. Həmçinin iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi iddiaçının bu müddət ərzində əlil uşağının xəstəliyinin şiddətlənməsi səbəbindən uşağının müalicəsi ilə məşğul olması barədə dəlili ilə bağlı da yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi buna dair nəinki hər hansı sübuta istinad etməyib, hətta iddiaçının bu dəlillərinə dair onun sorğu-sual edilməsi belə işdən görünmür.

57. Nəzərə alınmaldır ki, bu halın iddia müddəti ərzində (1 ay) baş veribverməməsi də işdən məlum deyil. Çünki iddia müddətinin bərpa edilməsində bu halın müəyyən edi lməsi də zəruridir.

58. Məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, cavabdeh iddiaya etirazında iddiaçının artıq 18 noyabr 2023-cü ildən başqa məktəbdə əmək müqaviləsi ilə işləməsini bildirmiş və bu barədə müvafiq arayış təqdim etmişdir. Lakin bu məsələ də açıq qalmış, qətnamə çıxarılan günə qədər iddiaçının hələ də həmin işdə qalıb-qalmasına aydınlıq gətirilməmiş, iddiaçı işə bərpa edilməklə ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilsə də, əmək haqqının hansı dövrə qədər tutulmalı olması müəyyən edilməmişdir. Belə ki, iddiaçının 18 noyabr 2023-cü ildən başqa məktəbdə işləməsi halında onun hansı müddətə işə bərpa edilməsi və əmək haqqının hansı dövrə qədər tutulmalı olmasını müəyyən etmək işin düzgün həlli baxımından mühüm əhəmiyyət daşıyır.

59. Eyni zamanda apell yasiya instansiyası məhkəməsi də qeyd edilən hallara diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış, iddia müddətinin bərpasına dair sübutların olmaması, iddiaçının artıq başqa məktəbdə işləməsi barədə cavabdehin dəlillərinə, ümumiyyətlə, qiymət verməmişdir.

60. Halbuki cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

61. Bu da g östərir ki, apellyasiya instansiyası məhkəməsi də iddia müddətinin bərpası ilə bağlı hüququn tətbiqində səhvə yol vermişdir.

62. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh in kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1549/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar