Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3530/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı XXX rayon XXX Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, icarə münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı XXX rayon XXX Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-348/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə 16 avqust 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. XXX rayon XXX Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı 15 hektar örüş otlaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə Cavabdeh icarəsinə verilmiş və icarə hüququ dövlət reyestrində qeydiyyatdan keçmişdir.
2. İddiaçı 04 fevral 2021-ci il tarixdə 1 ay müddətində qanunsuz tikililərin sökülməsi üçün cavabdehə rəsmi müraciət ünvanlamışdır.
3. Cavabdeh 05 iyul 2021-ci il tarixdə icarə götürdüyü torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstərilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti ona 20 avqust 2021-ci il tarixli 05/1360 nömrəli müraciətinə cavab məktubu ünvanlayaraq bildirmişdir ki, obyektin tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma layihəsinin ərazinin yerquruluşu sənədlərinə uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alındıqdan sonra qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilir və müvafiq sənədləri İsmayıllı rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə müraciət edərək bələdiyyəyə məxsus XXX kənd “XXX” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 2 8 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh heyvandarlığın inkişafı üçün ayrılmış “örüş otlaq” torpaq sahəsi üzərində qeyri-qanuni tikinti işləri aparmışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin bu hərəkəti müəyyən şəxslərin də narazılığına və şikayətinə səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehə tikinti işlərinin dayandırması və torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsi barədə rəsmi müraciət e dilmiş, lakin sonuncu buna məhəl qoymayaraq işini davam etdirmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, icarə götürdüyü torpaq sahəsində razılaşdırılmış formada ferma, anbar, emal sexi və çoban evləri tikdirmiş və istifadəyə vermişdir. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstərilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Lakin, həmin dövlət qürumu tərəfindən onun rəsmi müraciətinə cavab verilməmişdir. O, bu barədə İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Lakin, həmin dövlət qürumu tərəfindən də onun rəsmi müraciətinə cavab verilməmişdir. Mübahisə predmeti olan ərazidə o, qanuni olaraq tikinti işləri apa rmışdır. O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
7. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2021-ci il tarixli 01/569 nömrəli sorğuya cavab məktubunda göstərilir ki, Cavabdeh XXX rayon XXX Bələdiyyəsinə məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına dair icazə verilməsi barədə 2016-cı ildən hal-hazıradək RİH başçısı aparatında heç bir sənəd aşkar edilməmişdir. 2016-cı ilədək vətəndaşlardan daxil olan müraciətlər RİH başçısı yanında fəaliyyət göstərən Sənədlərin Ekspertizası və Arxiv işi üzrə Ekspert Komissiyasının qərarına əsasən saxlanılmalı olmayan sənədlərin məhv edilməsi akta uyğun olaraq məhv edilmişdir. 2016-cı ilədək barələrində qərar qəbul olun muş sərəncamlar və digər sənədlər isə saxlanılmaq üçün İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilmişdir.
8. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-719/2021 saylı iş üzrə 15 noyabr 2021-ci il qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qanunsuz tikilmiş tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsi cavabdehin icarəsindədir. Cavabdeh müvafiq dövlət orqanlarının razılığını almadan icarəyə götürdüyü torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Məhkəmə həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi barədə iddiaçının tələbini qanuni, əsaslı və ədalətli hesab edir.
10. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddiaçıya məxsus XXX kənd “XXX ” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evinin cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi barədə iddia tələbi təmin edilməlidir. Həmin qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməlidir.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun” 6.1, 6.2, “Torpaq icarəsi haqqında” Qanunun 19, 23, 30-cu maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 5 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, icarəyə götürdüyü torpaq sahəsində razılaşdırılmış formada ferma, anbar, emal sexi və çoban evləri tikdirmiş və istifadəyə vermişdir. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən onun rəsmi müraciətinə cavab veril məmişdir. O, bu barədə İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən də onun rəsmi müraciətinə cavab verilməmişdir. Mübahisə predmeti olan ərazidə o, qanuni olaraq tikinti işləri aparmışdır. O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
14. Məhkəmə tərəflər arasında icarə müqaviləsinin məzmunu, müddəti, mahiyyətinə, icarəyə verilən torpağın kənd təsərrüfat təyinatlı torpaq kimi istifadəsinə düzgün qiymət verməmişdir, məkəmə onun icarə müqaviləsi üzrə öz öhdəliklərini icra edib-etməməsini, müqavilənin məzmunu halını araşdırmamış, yanlış nəticəyə gəlmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-348/2022 saylı mülki iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarından çıxış edərək qanuni və əsaslı nəticəyə gəlmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
18. Məhkəmə kollegiyası da öz mövqeyini əsaslandırarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun” 6.1, 6.2, “Torpaq icarəsi haqqında” Qanunun 19, 23, 30-cu maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, o, icarəyə götürüyü torpaq sahəsində razı laşdırılmış formada ferma, anbar, emal sexi və çoban evləri tikdirmiş və icarəyə vermişdir. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstərilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qurumu tərəfindən onun rəsmi müraciətinə cavab verilməmişdir. O, bu barədə İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qurumu tərəfindən də onun müraciətinə cavab verilməmişdir. Mübahisə predmeti olan ərazidə o, qanuni olaraq tikinti işləri aparmışdır. Məhkəmə tərəflər arasında icarə müqaviləsinin məzmunu, müddəti, mahiyyətinə, icarəyə verilən torpağın kənd təsərrüfat təyinatlı torpaq kimi istifadəsinə düzgün qiymət verməmişdir, məhkəmə onun icarə müqaviləsi üzrə öz öhdəliklərini icra edib-etmə məsini, müqavilənin məzmununu araşdırmamış, yanlış nəticəyə gəlmişdir.
21. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Şəki Apellyasiya Məhkəməsinin hakimi Ə.Məcidova ünvanladığı ərizədə qeyd olunmuşdur ki, dövlətin məsul şəxslərinə məlumat verilib, səhhəti ilə əlaqədar xx.xx.2022-ci il saat 12:15-ə təyin edilmiş məhkəmə iclasını təxirə salmağı xahiş edir.
22. Kassatorun mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən Torpaq Məcəlləsinin 111, Mülki Prosessual Məcəllənin 9.1, 185.3, 9.3, 14.1, 88 və sair maddələrin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. XXX rayon XXX Bələdiyyəsinin sədri Nümayəndə 1 teleqram ünvanlayaraq, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
24. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüqu qi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
26. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə
19. İcarəyəverənin hüquqları aşağıdakılardır: 28. icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək; 29. icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq; 30. icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək; 31. icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək; 32. icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək; 33. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
34. Maddə
23. İcarəçinin vəzifələri aşağıdakılardır: 35. icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; 36. icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblər inə riayət etmək; 37. icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; 38. icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; 39. icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; 40. torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; 41. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
42. Maddə
30. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları
43. Bənd
22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər.
44. Bənd
23. Yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
55. Cavabdehin kassasiya şikayətinin dəliiləri bunlardır: 56. - Mübahisə predmeti olan ərazidə o, razılaşdırılmış formada və qanu ni olaraq tikinti işləri aparmışdır. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstərilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə və İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etsə də, onun müraciətinə cavab verilməmişdir. 57. – Məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
58. Cavabdehin 1-ci dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdeh qanuni və razılaşdırılmış formada tikinti işlərinin aparılması ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciəti tikinti işləri aparıldıqdan, hətta həmin tikililərin sökülməsi barədə iddiaçının xəbərdarlığından sonra edilmiş, ona cavab olaraq bildirilmişdir ki, obyektin tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma layihəsinin ərazinin yerquruluşu sənədlərinə uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alındıqdan sonra qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilir və müvafiq sənədləri İsmayıllı Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacaq. İsmayıllı Rayon İcra Hakimiyyəti müvafiq sorğuya cavab olaraq bildirmişdir ki, Cavabdeh XXX rayon XXX Bələdiyyəsinə məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına dair icazə verilməsi barədə heç bir sənəd aşkar edilməmişdir.
59. Göründüyü kimi cavabdeh, öz etirazının əsası kimi istinad etdiyi halı, yəni, tikililə rin razılaşdırılmış və qanuni formada tikilməsini sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarının 23-cü bəndinə görə, yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır.
60. Sökülməsi iddia edilən tikintilərin qanuni əsasla ti kilməsi və onlar üçün torpaq sahəsinin torpaqayırma qaydasında ayrılması hazırki mübahisənin araşdırılması zamanı sübut edilmədiyindən, məhkəmələr iddianı təmin etməkdə və müvafiq maddi hüquq normalarını tətbiq etməkdə haqlı olmuşlar.
61. Məhkəmə kollegiyası həmçinin, cavabdehin məhkəmə iclasının təxirə salınması ilə bağlı teleqram vurması və məhkəmənin buna əhəmiyyət verməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan işə baxılması zamanı heç bir prosessual pozuntuya yol verilməmişdir.
62. Belə ki, cavabdeh səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu müraciətinə əlavə etməmişdir.
63. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiy a şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-348/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.