Məhkəmə qərarları › İş №2(102)-3532/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3532/2019

04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3532/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh2 vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-12796/2018 saylı qətnaməsindən Cavabdeh2 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(006)3212/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2, X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 19.910 ABŞ dolları, faiz borcuna görə 2.428,65 ABŞ dolları, hesablanmış cəriməyə görə 20 ABŞ dolları, cəmi 22.358 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın Cavabdeh1 mülkiyyətində olan iddiaçı təşkilata ipoteka qoyulmuş “Kia Sportage” markalı, ** FP *** markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh2 qətnamədən apellyasiya şi kayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-12796/2018 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 10 oktyabr 2013-cü il tarixli krediti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 26.747 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 mülkiyyətində olan “Kia Sportage” markalı, **-FP*** dövlət nömrə nişanlı avtomobil 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı təşkilat qarşısında ipoteka hüququ ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 10 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı təşkilat qarşısında öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı razılaşmaya əsasən Cavabdeh1 08 fevral 2016-cı il tarixə mövcud olan borcu 19.910 ABŞ dolları müəyyən edilərək, illik 18 faiz hesablanması şərti ilə 32 ay müddətinə kapitallaşdırılmışdır. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 08 fevral 2016-cı il tarixli razılaşma bağlanmışdır. Həmçinin, kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 10 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsinə dair 08 fevral 2016cı il tarixli, 01 saylı razılaşma bağlanmışdır. Lakin borclu Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 09 mart 2017-ci il tarixdən icra etməmiş və nəticədə onun iddiaçı təşkilata ödənilməmiş 19.910 ABŞ dolları əsas, 2.428,65 ABŞ dolları faiz borcu, 231.36 ABŞ dolları cərimə olmaqla, cəmi 22.570,01 ABŞ dolları kredit borcu yaranmışdır. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün cavabdehlərə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı “xxxx” ASC və cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh2 vəkili xxxin izahatını dinlə yib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri nin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun kredit müqaviləsi üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməm işdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 10 oktyabr 2013-cü il tarixli krediti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 26.747 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 mülkiyyətində olan “Kia Sportage” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobil 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı təşkilat qarşısında ipoteka hüququ ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icra sını təmin etmək məqsədilə digər Cavabdeh2 10 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı təşkilat qarşısında öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2013cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı razılaşmaya əsasən Cavabdeh1 08 fevral 2016-cı il tarixə mövcud olan borcu 19.910 ABŞ dolları müəyyən edilərək, illik 18 faiz hesablanması şərti ilə 32 ay müddətinə kapitallaşdırılmışdır. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 08 fevral 2016-cı il tarixli razılaşma bağlanmışdır. Həmçinin, kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar olaraq tərəfl ər arasında 10 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsinə dair 08 fevral 2016-cı il tarixli, 01 saylı razılaşma bağlanmışdır. Lakin borclu Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 09 mart 2017-ci il tarixdən icra etməmiş və nəticədə onun iddiaçı təşkilata ödənilməmiş 19.910 ABŞ dolları əsas, 2.428,65 ABŞ dolları faiz borcu, 231.36 ABŞ dolları cərimə olmaqla, cəmi 22.570,01 ABŞ dolları kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci m addəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələ n öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların əmələ gəlməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları ü zrə səhv nəticəyə gəlməsini, kredit müqaviləsi kredit borcunun düzgün hesablanmamasını, iddiaçı təşkilata ödədiyi vəsaitin nəzərə alınmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halı üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki pros essual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəf lərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(103)-12796/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar