Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3533/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X9 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə əmək münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-466/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları
1. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi məlumatlarına əsasən Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistan SSR Sisiyan rayonunda doğulmuşdur.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 25 avqust 2021-ci il tarixli, **********7 nömrəli məktuba əsasən Ərizəçi təqdim etdiyi sənədlərə əsasən tələb olunan 2 5 il sosial sığorta stajı və pensiya kapitalı toplanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi əsassız sayılmış və baxılmasından imtina edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-ci il tarixdən 1988-ci il tarixə kimi Ermənistan SSR Sisiyan rayonun Urud kolxozunda (quzu və mal otaran) işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 02 avqust 1955-ci il tarixdə Ermənistan SSR Sisiyan rayonunda anadan olmuşdur. 1972-ci il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər Ermənistanın Sisiyan rayonun Urud kolxozu nda əvvəllər quzu otaran, sonra isə uzun müddət mal otaran işləyərək əmək fəaliyyətində olmuşdur. 1988-ci ildə Ermənistanın Sisiyan rayonundan məcburi köçkün düşən zaman bütün əmlakları və şəxsi sənədləri, o cümlədən əmək kitabçası həmin ölkədə qalmışdır. Azərbaycan Respublikasına gəldikdən sonra, yəni 16 may 1989-cu ildə işlədiyi müəssisə tərəfindən onun üçün yeni əmək kitabçası açılmışdır. Lakin əmək kitabçasında 1972-ci il tarixdən 1988-ci il tarixə kimi, yəni məcburi köçkünlük dövrünə qədər Ermənistanın Sisiyan rayonu Urud kolxozunda işləməsi qeyd olunmamışdır. Halhazırda pensiyasının həmin illərə uyğun olaraq hesablanması üçün qeyd edilən illər üzrə əmək münasibətlərində olma faktının müəyyən olunması zəruridir. Ona görə də ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Maraqlı şəxs ərizəyə etirazında göstərmişdir ki, Ərizəçi Allahverdi oğlunun ərizəsi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra – “Qaydalar”) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-ci il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş mə lumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstə rilən müəssisədə işləmələrinin təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bölməsinin 1-ci bəndinə görə əmək fəalliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin əsasnamənin 3-cü bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Bu cür işlərdə bir nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir. Ona görə də, hazırki iş üzrə ən azından ərizəçi ilə eyni müəssisədə işləmiş və işləmə yini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq, Ərizəçi ərizəsi əsaslı və qanuni olmadığından rədd edilməsi xahiş olunur.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 əmək kitabçasını məhkəməyə təqdim edərək göstərmişdir ki, o, 10 fevral 1937-ci il tarixdə Ermənistan SSR Sisyan rayonunda doğulmuş, 1964-cü ildən Sisiyan rayonu Urud kolxozunda baytar həkim, daha sonra ferma müdiri, 1971-ci ildən isə kolxozun idarə heyətinin sədri vəzifəsində işləmişdir. Onun sözügedən kolxozda işləməsini adına olan əmək kitabçası ilə təsdiq edilir. Ərizəçi da 1972-ci il tarixdən 1988-ci il tarixədək onunla həmin kolxozda çoban, yəni quzu və mal otaran işləmişdir. O, kolxoz sədri işlədiyindən Ermənistandan gələrkən əmək kitabçasını özü ilə götürə bilmiş, digər işçilər kimi Ərizəçi da əmək kitabçası Ermənistanının Sisiyan rayonunda qalmışdir. Ərizəçi həmkəndlisi kimi uşaqlıqdan tanıyır və 1972-ci il tarixdən 1988-ci il tarixədək Urud kolxozunda çoban işləməsinin şahidi olmuşdur.
7. Şahid qismində ifadə verən X10 göstərmişdir ki, o, 09 may 1945-ci il tarixdə Ermənistan SSR Sisiyan rayonunda doğulmuş və Ərizəçi ilə birlikdə Sisiyan rayonu Urud kəndində yerləşən kolxozda işləmişlər. O, həmin vaxt kolxozda müxtəlif sahələrdə, o cümlədən əkinçilik briqadiri işləmiş, Ərizəçi isə çoban, yəni quzu və mal otaran işləmişdir. Onlar məlum hadisələrlə əlaqədar Ermənistandan gələrkən əmək kitabçalarını özləri ilə götürə bilməmişlər, onun da, qeyd olunan kolxozda iş ləməsi şahid ifadələrinə əsasən müəyyən olunmuş və ona pensiya təyin olunmuşdur.
8. Məhkəmə iclasında dindirilən şahid X13 göstərmişdir ki, o, 20 dekabr 1943-cü il tarixdə Ermənistan SSR Sisiyan rayonunda doğulmuş və Ərizəçi ilə birlikdə Sisiyan rayonunun Urud kəndində yerləşən kolxozda müxtəlif işlərdə işləmişlər. Eyni zamanda, Ərizəçi həmkəndlisi kimi uşaqlıqdan tanımaqla, ailəvi gediş-gəlişləri olmuş və ərizəçinin 1972-ci il tarixdən 1988-ci il tarixədək sözügedən kolxozda çoban işləməsini təsdiq edir.
9. Xızı rayon məhkəməsinin (hakim X7) 2(068)-182/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləməsi faktı müəyyən edilmişdir.
10. Tə dqiq olunmuş sübutlar əsasında məhkəmə müəyyən etmişdir ki, Ərizəçi 1972ci il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Sisiyan rayonunun Urud kəndinin kolxozunda (quzu və mal otaran) işləmişdir. Bu ərizəçi ilə birlikdə çalışan yuxarıda qeyd edilən şahidlərin ifadələri, onların əmək kitabçaları ilə tam təsdiq olunur. Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Ermənistanda qalmışdır, həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün bu, məhkəmə qaydasında müəyyən olunmalıdır.
11. Məhkəmə şahidlərin Ərizəçi ilə iş yoldaşı olmasını və əvvəlcədən bir-birilərini tanımasını nəzərə alaraq, onların məhkəmə iclasındaki ifadələrini mötəbər sübut hesab etmiş və b elə hesab etmişdir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının reallaşmasına maneədir.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 60 və 71-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 305.1.1, 307.1, 307.2.11, 308 və 311-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 senty abr 2007- ci il tarixli qərarının 2.5-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-ci bəndində əsasən istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Xızı rayon məhkəməsinin (hakim X7) 2(068)-182/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X18 nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir.
14. Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X18 nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 02 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının təl əbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini tələb etdiyi müddət pensiya təyinatı üçün tələb olunan sosial sığorta stajının yarısından çoxdur. Şahid qismində dindirilən X1 kolxozunda işləməsini məhkəmə qətnaməsi ilə təsdiq edildiyini bildirsə də, həmin məhkəmə qətnaməsini təqdim etməmişdir. Bundan əlavə, şahid qismində dindirilən X8 1972-1988-ci illərə dair əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədi olmadığından sadəcə şifahi şəkildə ifadə verərək ərizəçinin həmən kolxozda işlədiyini iddia etmişdir. Qanunvericiliklə müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmi n müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Xızı Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi şahidlərdən yalnız biri X12 əmək kitabçasını təqdim etmişdir. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və X3) 2(105)-466/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X18 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xızı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(068)-182/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən maddi və posessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və işin fa ktiki hallarina düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədlər olmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 kolxozunda işləməsini məhkəmə qətnaməsi ilə təsdiq edildiyini bildirsə də, həmin məhkəmə qətnaməsi təqdim edilməmişdir. Bundan əlavə, şahid qismində dindirilmiş X13 1972-1988-ci illərə dair əmək fəaliyyəti ni təsdiq edən hər hansı bir sənədi olmadığı halda, sadəcə məhkəmədə ifadə verərək ərizəçinin həmən kolxozda işlədiyini iddia etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər ərizəçi ilə eyni müəssisədə birlikdə işləmələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçinin iddia etdiyi dövrlər sosial sığorta stajının yarısından çox (yəni 16 il) olduğundan, həmin müddət ərzində eyni dövrdə işlədiyini iddia etdiyi şahidlər X8 və X5 əmək kitabçası olmadığından onların ifadələri sübut kimi qəbul edilə bilməz. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcu dluğu araşdırılmamış, ərizəçiyə məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış və çatmaq istədiyi məqsədi göstərməmişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MPM-nin 14.2, 77.1, 88, 306.1, 306.2, 308 və 310-cu, Əmək Məcəlləsinin 87-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-466/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən ərizəçi (vəkili Vəkil) kassasiya şikayəti vermişdir.
22. Ərizəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Məhkəmə qeyd olunan normanı tətbiq etməli olduğu halda bunu etməmişdir. Ərizəçinin 197 2-ci ildən 1988-ci ilə kimi iş stajını müəyyən edərkən, apellyasiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq normalarını tətbiq etməli olduğu halda yanlış olaraq “Əmək pensiyaları haqqında” Qanunun normalarına istinad etmişdir.
23. Ərizəçi qeyd etmişdir ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, baxılan işin xüsusiyətləri nəzərə alındıqda(şəxsin qaçqın olması və bu zaman sənədlərini götürmək imkanında olmaması, başqa vasitələrlə faktın təsdiq olunmasıının mükünsüzlüyü) yalnız şahid ifadələri ilə təsdiq edilməli olması, digər təqdim olunmuş ikinci şahidin ərizəçi ilə işləməsi faktını, eyni ilə onun da şahid ifadələrinə əsasən iş stajının müüəyyən edilməsi və ona pensiya təyin olunması halları aydınlaşdırmadan, ə lavə şahidin ifadəsi alınması ilə bağlı verilmiş vəsatət tərəflərlə birlikdə müzakirə edilməli olduğu halda belə müzakirərənin aparılmasını təmin etmədən başqa, mötəbər sübut olmamasına istinad edilməklə ərizənin rədd edilməsi əsassız olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Maddə 306.1 Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
29. Maddə 306.2 Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
30. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
31. Maddə 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüz lüyünü təsdiq edən sübutlar göstərilməlidir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində ərizəçi qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası qeyd etmişdir göstərmişdir ki, ərizəçinin eyni vaxtlarda işlədiyini iddia etdiyi şahidlər X8 və X5 özlərinin həqiqətən də həmin dövrdə, iddiaçının göstərdiyi kolxozda işləmələri təsdiq edən əmək kitabçası, yaxud başqa sübut təqdim olunmamışdır.
38. Belə olan halda məhkəmə haqlı olaraq Ərizəçi 1972-ci il tarixdən 1988-ci il tarixə kimi Ermənistan SSR Sisiyan rayonun Urud kolxozunda (quzu və mal otaran) işləməsi faktının müəyyən edilməsi üçün ərizəçi tərəfindən təqdim ounmamış sübutları kifayət hesab etməmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(105)-466/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.