Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3533/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3533/2023 (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-914/2023 nömrəli, 11 iyul 2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)-149/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuşdur.
3. Qətnamədən cavabdeh xx.xx.2023-cü ildə apellyasiya şikayəti verərək xx.xx.2023-cü il tarixli qətnaməni ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya instansiyası məhkəməsini n 2(107)-914/2023 nömrəli, 11 iyul 2023-ci il tarixli qərardadı ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
5. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya şikayəti cavabdehin nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən elektron imza ilə imzalanaraq “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Cavabdehin nümayəndəsi, həmçinin vəkili Nümayəndə vəkil orderi və onun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olsa da, lakin həmin vəkil orderi birinci instansiya məhkəməsinin adına verilmiş, apellyasiya şikayətinə isə cavabdehin nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən Apellyasiya Məhkəməsinin adına vəkil orderi əlavə edilməmişdir.
6. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 357.1,361,363.1.1-1,364.1,402.2 və 402.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına gönderilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti nümayəndə və vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinə etibarnamə və birinci instansiya məhkəməsinə təqdim edilmiş order əlavə edilmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsindən olduğu üçün həmin orderdən istifadə oluna bilər. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman həmin məhkəməyə aid order təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən prosessual normalara istinad etsə də onları düzgün tətbiq etməmiş və həmin prosessual normaların tələblərini pozmuşdur.
9. Kassator onu da qeyd etmişdir ki,apellyasiya instansiya məhkəməsi tərəfindən həm də məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.
10. Kassator MPM-in 418.1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
13. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
14. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361. 2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
21. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini etibarnamə üzrə imzalayan şəxs vəkil olduğundan yuxarıda qeyd edilən madd ənin tələbinə görə o imzaladığı apellyasiya şikayətinə həm etibarnamə, həm də prosessual hərəkətin edilməsi nəzərdə tutulan məhkəmə üçüçn verilmiş vəkil kimi orderi əlavə etməlidir. Bu sənədlərin əlavə edilməməsi həmin şəxsin imza səlahiyyətinin olmaması deməkdir. Bu isə həmin apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
23. Vəkil orderinin yalnız məhkəmə iclasında təqdim edilməli olması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddələrin tələbləri baxımından əsassız hesab edir.
24. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsin in qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-914/2023 nömrəli, 11 iyul 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.