Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3534/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, qanunun analogiyası, ədalətli məhkəmə araşdırması hüququ, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3301/2024 nömrəli, 5 iyun 2024-cü i l tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh3 2003-cü ildə faktiki, 18 yanvar 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Gülxanım, Günel və Əli adlı uşaqları doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Faktiki nikaha daxil olduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə yaşamışlar. 2. 2006-2007-ci illərdə 600 kv.m torpaq sahəsi üzərində tikilmiş 165 kv.m sənədsiz tikili olan ev 2009-cu ildən Cavabdeh1 (iddiaçının qayınatası) adına bələd iyyədə vergi qeydiyyatına alınmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə 2007-ci ildən ünvan 1 ünvanında yaşayır. 3. "xxxx" ASC-nin A180802770M1 nömrəli sayğacı iddiaçının adınadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, cavabdehlərlə münasibətləri korlandığı üçün onu və birgə nikahdan doğulan uşaqlarını məcburi qaydada Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Ə liyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarmışlar. O evdən qovulan günə kimi cavabdehlərlə birlikdə yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Hazırda onun övladları ilə daimi yaşayış yeri yoxdur. İddiaçı bir neçə dəfə qeyd olunan yaşayış evinə köçmək istəsə də, cavabdehlər buna imkan verməmiş, qapının kilidini dəyişmiş, qapını ona və uşaqlara açmamışlar. Həmçinin övladları 148 nömrəli tam orta məktəbin şagirdləridir. Evdən çıxarılmalarının nəticəsində uşaqların hər gün təhsil müəssisəsinə gedib-gəlməsi olduqca çətinləşmişdir və əksər hallarda məktəbə gedə bilmirlər.
6. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda iddiaçı övladları ilə birlikdə onun adına vergi qeydiyyatında olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə yaşayırlar. Həmin ünvanda qeydiyyatdadırlar. O, iddiaçını və nəvələrini evdən çıxarmamışdır. İddiaçı hal-hazırda heç bir dəqiq ünvanı olmayan, kimə məxsus olduğu məlum olmayan, həmçinin heç bir subyektiv hüququ olmayan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia qaldırmışdır. Halbuki həmin evin cavabdehlərə məxsus olması barədə iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Hazırda iddiaçı və nəvələri onlarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə yaşayırlar. Həmçinin bu hal uşaqların hər iki valideyni ilə birlikdə yaşamalarına şərait yaradır və onların psixoloji vəziyyətinə çox kömək olur.
7. İddiaçı izahatında bildirmişdir ki, Dadaşov küçəsində yerləşən evlərinin şəraiti pis vəziyyətdə olduğuna görə uşağı dünyaya gəlsə də, həmin şəraitə görə vəfat etmişdir. Daha sonra dövlətə torpaq sahəsi ayrılması üçün müraciət etdiklərini, ikinci övladı dünyaya gələndə onlara torpaq sahəsi ayrıldığını, cavabdehlər mülkün yarısını sataraq indiki qaldıqları evi (mübahisəli ev) tikdiklərini və ünvana köçdükdən sonra uşaqları ilə birlikdə yaşadıqlarını qeyd etmişdir. Həmçinin torpaq sahəsinin heç kimin adına olmadığını, işıq və su sayğaclarının onun adına olduğunu bildirmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, torpağı özünün aldığını, iddiaçının 2004-cü ildən ona məxsus olan ünvan 3 ünvanında yerləşən evinə gəlin gəldiyini, daha sonra oğlu evin kommunal borclarını ödəməkdə ç ətinlik çəkdiyindən oğlunu və onun ailəsini 2009-cu ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə gətirdiyini və 2023-cü ilin dekabr ayına kimi orada yaşadıqlarını bildirmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək, əvvəllər Dadaşov küçəsində yaşadıqlarını, dolanmaq mümkün olmadığından Əliyar Əliyevdə yerləşən, atası tərəfindən 2005-ci ildə tikilmiş evə köçdüklərini və həmin ünvanda 2023-cü ilə kimi yaşadıqlarını bildirmişdir. 10. 26 fevral 2024-cü il tarixli məhkəmə iclasında izahat verən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bildirmişlər ki, onlar iddiaçının övladları ilə birlikdə Dadaşov küçəsində yerləşən fərdi yaşayış evində yaşamalarına etiraz etmirlər. Lakin iddiaçı bunu qəbul etməyərək, bildirmişdir ki, həmin evdə yaşamaq üçün şərait yoxdur, odur ki, hazırkı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-578/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli tikili özbaşına tikili statusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Ona görə də özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırkı mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir.
13. Məhkəmə qeyd etmişd ir ki, iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, cavabdeh mübahisəli evin onun və ya ailəsi tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkcə onun qanuni gözlənti hüququnun olmasına istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, beləliklə də, mübahisələndirilən fərdi yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, evin tikintisi 2009-cu ilə təsadüf etdiyindən, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir.
14. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaş amış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İş üzrə iddiaçı və övladları köçmək istədikləri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən, özbaşına tikili olan fərdi yaşayış evində 2009-cu ildən 2023-cü ilin dekabr ayına kimi yaşayıblar. Həmçinin iddiaçının övladları ilə birlikdə həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxar ıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bu cür vəziyyətdə yaşayış sahəsinə ehtiyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranmışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 157.8, 158.2, 180.1-180.4-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci, Avropa İnsan Hüquqları Məhkəməsinin “O.X1rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsin in qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə yalnız birtərəfli, yəni sırf iddiaçının maraqlarını üstün tutaraq, ən əsası da qanunvericiliyə və mövcud işlər üzrə məhkəmə təcrübəsinə zidd olan, ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli özbaşına tikilinin iddiaçının qayınatası olan Cavabdeh1 tərəfindən tikilməsi həm iddiaçı tərəfindən verilmiş iddiada, həm iddiaçının vəkilinin məhkəmədə verdiyi izahatında, həm də Bələdiyyənin arayışında təsdiqini tapmışdır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə məhkəmə təcrübəsinə və analogiyaya istinad etmişdir. Halbuki eyni xarakterli məhkəmə işlərində mənzilə köçürülmə tələbi o halda, təmin olunur ki, tərəflərin birgə nikah dövründə və birgə təsərrüfat hesabına özbaşına tikili tikmələri sübuta yetirilsin. Lakin indiki halda mübahisəli özbaşına tikilinin tərəflərin vəsaiti hesabına deyil, iddiaçının qayınatası tərəfindən tikilməsi və hazır olan evdə iddiaçı ilə ərinin sonradan gedib yaşaması sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə analoji olaraq Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Həmin maddənin 4-cü bəndinə əsasən, belə nəticəyə gəlmək olur ki, keçmiş ailə üzvünün yaşayış sahəsi olmadıqda onun istifadə hüququ müəyyən müddətə saxlana bilər. İstifadə hüququ isə Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir ki, hazırda belə bir razılaşma mövcud deyil. Həmçinin məhkəmə h əm hesab etmişdir ki, daşınmaz əmlak özbaşına tikili olduğundan mülkiyyətçisi yoxdur, həm də daha sonra qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadən iddiaçı evə köçürmə tələbində haqlıdır. Halbuki həmin maddədə yaşayış sahəsinin mülkiyyətçisindən söhbət gedir. Qeyd olunan evə dair kommunal xidmətlərə dair bəzi sənədlərin iddiaçının adına olması ilə bağlı bildirilir ki, sözügedən kommunal xidmət müəssisəsinin əməkdaşı evə gələrkən, həmin vaxt evdə iddiaçı olduğundan məcburən müqavilə onunla bağlanmışdır ki, bu hal bir çox evlərdə baş verir və sırf hansısa kommunal xidmət müqaviləsinin iddiaçının adına olması iddia tələbinin əsaslı olması qənaətinə gəlmək üçün kifayət deyil.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəm əsi) 2(103)-4787/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin mübahisəli evin Cavabdeh1 tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkcə onun qanuni gözlənti hüququnun olması dəlilinə münasibətdə bildirmişdir ki, bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, beləliklə də, mübahisələndirilən fərdi yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, müvafiq abonent cədvəllərinin onun adına tərtib olunması da, tərəflərin nikah münasibətlərinə daxil olduqları tarix nəzərə alındıqda ağlabatandır və bu sənədlər məhkəmə tərəfindən müəyyən edilmiş halları təkzib etmir.
20. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Odur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşa yış evinə köçürülməsinə dair subyektiv hüquqa malikdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 157.8, 158.2, 180.1-180.4-cü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini hər tərəfli araşdırmamış, qanunun analogiyasını sadəcə iddiaçıya münasibətdə tətbiq etmiş, cavabdehlərin mənafelərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan ə sasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 21. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
30. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tik intinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
32. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynl əri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
33. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşa yış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. A pellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Ha zırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
44. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
45. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının köçürülməsini iddia etdiyi ev özbaşına tikilidir, məhkəmələrin mövqeyinə görə, iddiaçı əvvəllər də həmin evdə yaşadığından onun evə dair subyektiv hüququ vardır və yaşamağa başqa yeri olmadığından qanunun analogiyası tətbiq olunmaqla mübahisəli evə köçürülməsi zərurəti yaranmışdır.
47. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərind ə olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İş üzrə iddiaçı və övladları köçmək istədikləri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən, özbaşına tikili olan fərdi yaşayış evində 2009-cu ildən 2023-cü ilin dekabr ayına kimi yaşayıblar. Həmçinin iddiaçının övladları ilə birlikdə həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bu cür vəziyyətdə yaşayış sahəsinə ehtiyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranmışdır.
48. Bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məh kəməsi qeyd etmişdir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur.
49. Göründüyü kimi məhkəmələr iddiaçının başqa yaşayış yeri olmaması barədə ortaq fikirdə olmuş, lakin bu qənaətə gələrkən cavabdehlərin və iddiaçının izahatlarını düzgün qiymətləndirməmiş, iddiaçının cavabdehlərin təklif etdiyi başqa yaşayış yerinin mövcudluğunu etiraf etsə də, yaşamaq üçün yararsız və əlverişsiz olduğunu sübuta yetirə bilmədiyini nəzərə almamışlar.
50. Belə ki, aşağı instansiya məhkəmələrinin iclaslarında cavabdehlər dəfələrlə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəs ində yerləşən 11 nömrəli evdə yaşamalarına etiraz etmədiklərini bildirmişlər. Lakin iddiaçı həmin evdə yaşamaq üçün şəraitin olmadığını bildirmiş, məhz Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ndə yerləşən evə köçürülməsini tələb etmişdir.
51. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rilməsi qaydasını müəyyən edir.
52. Qeyd olunanlardan görünür ki, məhkəmə işin hallarını düzgün araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, öz mövqeyini əsaslandırarkən tərəflərin izahatlarını nəzərə almamışdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən təklif olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 11 nömrəli evdə daimi olaraq yaşamaq üçün şəraitin olmaması haqqında sübutlarını, sübutları araşdırmaq hüququ olan məhkəmələrə təqdim etməməklə, övladları ilə birlikdə köçürülməsini tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1ndə yerləşən fərdi yaşayış evinə ehtiyacının olmasını əsaslandıra bilməmiş, aşağı instansiya məhkəmələri də bu evə yerli baxış keçirmədən, hər hansı sübut (videoçəkiliş, fotoşəkil və s.) tələb etmədən evin yaşamaq üçün yararsız olduğu, beləliklə də, iddiaçının başqa yaşayış yeri olmaması qənaətinə gəlmişdir.
54. Belə ki, MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
55. Odur ki, yuxarıda qeyd edilən halların kifayət qədər araşdırılması nəticəsində iddi açının yaşamaq üçün başqa yeri olmaması halı istisna oluna bilər, eyni zamanda onun mübahisəli yaşayış evinə olan ehtiyacı aradan qalxmış ola bilərdi.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-3301/2024 nömrəli, 2023cü il 5 iyun tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.