Məhkəmə qərarları › İş №2(102)-3535/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3535/2024

07.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3535/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2(105)-753/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 26 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, 53, M4, m2) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin mənzildə Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh1 arvadı və 5 övladı ilə birlikdə faktiki yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 5 azyaşlı uşaqları - 2013-cü il təvəllüdlü X1, 2014-cü il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X2, 2017-ci il təvəllüdlü Rəhimli İsmayıl Rəhim oğlu və X4 ilə birlikdə ünvan 1 ünva nda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olsa da, həmin mənzildə uzun illərdir ki, Qubadlı rayonundan məcburi köçkün olan cavabdehlər azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. İddiaçı dəfələrlə onlara mənzilindən çıxmağı tələb etsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdehlərin qanunsuz olaraq mənzildə məskunlaşmaları və mənzili tərk etməmələri iddiaçının mülkiyyət hüququnu pozur.

5. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-280/2024 nömrəli qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları - 2013-cü il təvəllüdlü X1, 2014-cü il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X2, 2017- ci il təvəllüdlü Rəhimli İsmayıl Rəhim oğlu və X4 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 26 saylı mənzildən (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, 53, M4, m2) çıxarılmaları qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. İş üzr ə cavabdehlər mübahisəli mənzildə heç bir əsas olmadan yaşadığından və bununla da iddiaçının mənzil hüquqlarını məhdudlaşdırdıqlarından iddia tələbi təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Mülki Məcəllənin 152, 157.2-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasına 1 saylı əlavə Protokolun 1-ci, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 17 iyun 1999-cu il tarixli Qanunun 17-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri, Nazirlər Kabinetinin 200 saylı, 24 dekabr 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası” ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2(105)-753/2024 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və M.M.Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-280/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilm işdir.

11. Belə ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də, ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.

12. Hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda, əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəzi yyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. 13. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.

14. Məhkəmə öz mövqeyini Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, “İnsan hüqu qlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci, Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

15. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2(105)-753/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 17-ci, Mülki Prosessual Məcəllənin 167.1.4-cü maddələrinin tələbləri pozulmuşdur.

17. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin digər yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı müvafiq aidiyyəti qurum olan Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsini 3-cü şəxs qismində prosesə cəlb etməklə hər iki məsələyə dair eyni anda münasibət bildirməməklə, qətnaməni yarımçıq saxlamışdır. Bir sözlə, apellyasiya instansiyası məhkəməsi iddiaçının hüquqlarını müdafiə etdiyi kimi qanunun ona verdiyi səlahiyyət daxilində onun, cavabdehin həyat yoldaşının və 3 azyaşlı uşaqlarının müdafiəsini də eyni tərzdə təmin edə bilərdi. Məhkəmələr cavabdehin ailəsinin 1993-cü il tarixdən mübahisəli mənzildə məskunlaşdığını, həmin dövrdə i ddiaçının mənzilin mülkiyyətçisi olmadığını nəzərə almamış, Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində cəlb etməməklə haqlı olmamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kə sin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol v erilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 25. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır.

29. Qeyd olunmalıdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla, dövlət qeydiyyatına alınmış, cavabdeh isə həmin sahədən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda, iddianı təmin etməkdən ibarət işin faktiki hallarını araşdıran məhkəmələrin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrin dispozisiya şərtlərinə uyğun olmuşdur.

30. Cavabdehin kassasiya şikayətinin dəlilləri Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin işə cəlb olunmaması və cavabdehin başqa yaşayış sahəsi ilə təmin edilməməsindən ibarətdir.

31. Qeyd olunmalıdır ki, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 17-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin) vəzifəsi olduğundan və bununla bağlı hazırkı icraatda mübahisə olmadığından, kassasiya şikayətinin qeyd olunan dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2(105)-753/2024 nömrəli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar