Məhkəmə qərarları › İş №2(102)-3536/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3536/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3536/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3536/2023 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri 15 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3424/2023 nömrəli mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Tərəflər hər ikisi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində yaşayır və qeydiyyatdadırlar.

3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 198 nömrəli xx.xx.2022-ci il tarixli məktubda Cavabdeh Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində qeydiyyatsız yaşadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mü raciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.

5. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ailə qurduqdan sonra Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evdə yaşamağa başlamışlar. Həmin vaxt ev yararsız vəziyyətdə olduğundan, o, öz şəxsi vəsaiti hesabına təxminən 10.000 manat sərf etməklə həmin evi yaşamaq üçün yararlı vəziyyətə gətirərək, cavabdehlə birgə həmin ünvanda yaşamışdır. Lakin sonradan cavabdehin birinci nikahından olan övladlarının onların ailə işlərinə müdaxilə etməsi səbəbindən münasibətləri pozulmuşdur. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdehlə münasibətləri pozulduğu vaxtdan cavabdeh onu birgə yaşadıqları evə buraxmır və yalnız məhkəmə qaydasında köçürülmə olduqdan sonra ona evdə yaşamağa icazə verəcəyini bildirir. Ona məxsus bütün cehiz və digər əmlakları həmin evdə yerləşir. Onun yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mübahisələndirilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mövcuddur və cavabdehlə eyni əsaslarla onun həmin evdə yaşamaq hüququ vardır. Heç yerdə işləmədiyindən başqa evdə kirayə yaşamağa maddi imkanı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(008)-6720/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evə köçürülməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ailə qurduqdan sonra cavabdehlə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evdə yaşamış, ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli ev iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddia çının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var.

8. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunan hallara əsasən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Mülki Məcəlləsinin 180.1, 180.2-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14. 2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının nə subyektiv hüququnu düzgün araşdırmış, nə də onun tələbinin əsasını təşkil edən fərdi yaşayış evinin varlığını və ona məxsus olmasını araşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində yalnız şəxsiyyət vəsiqəsi, Sabunçu RİHB-nın Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə istinad edərək ona məxsus özbaşına tikili olduğunu qeyd edərək iddianı təmin etmişdir. İddiaçının iddiasının yeganə danılmaz sübutu odur ki, həqiqətən də onlar nikaha daxil olmu ş və sonradan nikahları pozulmuşdur. Onlar yalnız müəyyən bir müddət X1 məxsus evdə kirayə yaşamış, sonradan iddiaçı ilə ayrılmaları və ayağının birinin amputasiya olunmasından sonra təkbaşına yaşaya bilmədiyindən kirayədən çıxaraq oğlu ilə birlikdə Yasamal rayonu ərazisində başqa bir kirayə mənzildə yaşamağa başlamışlar. Mülkiyyətində olan mənzil də Yasamal rayonunda yerləşmişdir ki, həmin mənzil də əvvəlki nikahından olan həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş və həyat yoldaşının adına qeydiyyatdan keçmişdir. Həmin mənzildən başqa onun heç bir yerdə nə mənzili, nə fərdi yaşayış evi, nədə hər hansı bir özbaşına tikilisi olmamışdır. Lakin məhkəmə hər hansısa bir sübut olmadan iddianı təmin etmişdir. Cavabdehin iddia etdiyi fərdi yaşayış evi nə mövcud olmuş, nə ona məxsus olmuş dur. Qətnamədə qeyd edilən ünvanla kirayədə yaşadığı evin ünvanı belə düzgün deyil. Qətnamədə nəzərdə tutulan hər hansısa bir fərdi yaşayış evinə köçürülmə və ya onun iş üzrə cavabdeh və ya borclu qismində cəlb edilməsi isə onun hüquqlarını kobudca pozur. Belə ki, gələcəkdə qətnamənin icra ediləcəyi təqdirdə o, borclu kimi cəlb ediləcək ki, onun da hər hansısa evi olmadan qətnaməni icra etməsi mümkün deyil. Beləliklə, məhkəmə kobud pozuntuya yol verərək qanunsuz, əsassız, ədalətsiz və icra edilməsində qeyrimüəyyənlik yaradan qətnamə qəbul etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3424/2023 nömrəli mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər Elçən Kazımov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(008)-6720/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

13. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdr.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunmuşdur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsind ən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir.

15. İddiaçı cavabdehin keçmiş ikinci nikahdan olan arvadı olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş əri olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahibl ik və oradan istifadə edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan evə 2017-ci ildə köçərkən həmin tikili cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarınin tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada tərəflər arasında ər-arvad münasibətlərinə xitam verildiyindən, iddiaçı isə artıq uzun müddətdir ki, başqa ünvanda yaşadığından hazırki mənzilə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi də mümkün olmazdı.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə təcrübəsində özbaşına tikilid ə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin keçmiş arvadı olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, apellyasiya baxışı zamanı da iddiaçının köçmək istədiyi evdə artıq bir neçə ildir ki, yaşamadığı və başqa ünvanda yaşadığı təsdiq olunmuşdur. Demək, iddiaçının başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. tərəflər keçmiş ərarvad olsalar da onlar arasında, eləcə də cavabdehin birinci nikahından olan övladları arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə halhazırda cavabdehin və onun birinci nikahından olan övladlarının sahibliyində və istifadəsindədir. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, biri nci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunun 13.1-13.2. maddələrinə, Mülki Məcəllənin 11.1, 11.2, 13.4, 157, 158, 180-cı maddələrinə, Torpaq Məcəlləsinin 55, 62.2, 67, 68,111-ci madələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.1, 6.2,6.5 və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti id dia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:

21. Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azə rbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

23. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

24. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənziml əyən hüquq normalarına müraciət edir.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsi

28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mü lkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş ev olmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında ər-arvad münasibətlərinə xitam verildiyindən, iddiaçı isə artıq uzun müddətdir ki, başqa ünvanda yaşadığından hazırki mənzilə ehtiyacının olmadığı müəyyən edilmişdir.

40. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazı rkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli 2(103)3424/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar