Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3537/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-3537/2023 Açar sözlər: “torpaq sahəsindən çıxarılma, alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “alqı-satqı müqavilələri nin və çıxarışların ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-20/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin mülkiyyətində Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış və onlara daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli və reyestr nö mrəsi **********94 olan, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onlara məxsus Balakən rayonu ÇorÇorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sahələrindən çıxarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişlər.
3. İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin İddiaçı1 q aytarılması, İddiaçı2 ona məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinin İddiaçı2 qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər.
4. İddia tələbləri onunla əsaslandırılmışdır ki, onlar Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən ərazidən hər biri 0,12 ha torpaq sahəsini almış, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədini almışdırlar. Lakin Cavabdeh iddiaçılara torpaq sahəsindən istifadə etməyə qoymur. Cavabdehin əlində hec bir hüquqmüəyyənedici sənəd olma dığı halda onlara məxsus torpaq sahələrini boşaltmır. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar.
5. Eyni zamanda Cavabdeh da İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələ bi onunla əsaslandırılmışdır ki, iddiaçılar iddialarında aldıqları torpaq sahələrini Bələdiyyədən hərrac vasitəsilə aldıqlarını bildirsələr də, məhkəməyə bu barədə heç bir sənəd təqdim edə bilməmişlər. İddiaçı1 həmin Bələdiyyənin ərazisində daimi yaşayan şəxs deyildir. Qullar Bələdiyyəsi torpaq sahəsini Qallacovaya satarkən saxtakarlığa yol vermişdir. Həmin torpaq sahəsi faktiki onun Bələdiyyə ilə bağladığı müqavilə əsasında istifadə etdiyi ərazi olmasına baxmayaraq hərrac adı altında Balakən şəhər sakini olan Qallacovaya satılmışdır. Bu da Qallacova ilə Bələdiyyə arasında bağlanan alqı-satqı müqaviləsi və onun da nəticəsində DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfində verilən çıxarışın ləğv edilməsinə əsasdır. Digər tərəfdən İddiaçı2 ilə Qullar Bələdiyyəsi arasında hərrac yolu ilə alınan t orpaq sahəsi isə Bələdiyyə ilə cavabdeh arasında bağlanan icarə müqaviləsinə əsasən cavabdehin istifadəsindədir. Hal-hazırda həmin müqavilə öz qüvvəsində olduğundan Qullar Bələdiyyəsi həmin torpaq sahəsini Əzimovaya qanunsuz olaraq sənədlərdə saxtakarlıq etmək yolu ilə satmışdır. Həmin torpaq sahəsi əkin-biçin üçün yararsız olduğundan həmin ərazidə xeyli vəsait xərcləməklə əməli istifadəyə yararlı vəziyyətə gətirmişdir, bunu ərazidə yaşayan sakinlər də sübut edər. Həmin ərazi 21 sentyabr 2012-ci ildən 01 sentyabr 2020-ci il tarixə qədər Qullar bələdiyyəsi ilə aralarında bağlanan müqavilə ilə icarəsindədir. İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nöm rəsi ilə xx.xx.2019-cu il tarixli verilmiş çıxarış və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli verilmiş çıxarış qanunvericiliyin tələbinin pozulması ilə bağlandığından ləğv edilməlidir.
7. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 10/4695 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Ancaq DƏDRX tərəfindən İddiaçı1 adına reyestr nömrəsi **********95 olan torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin 0.12 ha torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti tərtib edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xx xx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tələfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 2)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xx xx" MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı2 qızinın xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbİnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Ancaq DƏDRX tərəfindən reyestr nömrəsi **********94 olan İddiaçı1 Vəii qızının adına işlənilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin 0.12 ha torpaq sahəsinin coğr afi yerləşmə vəziyyəti tərtib edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 3)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin 0. 0541 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 4)).
8. Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim T.Zamin) ilk iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0595 ha hissəsindən və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis r əyinə əlavə edilən sxem 4-də göstərilən 0.0541 ha hissəsindən çıxarılması, həmin 0.12 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsinin İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsinin isə İddiaçı2 qaytarılması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh, **********95 olan, ********** qeydiyyat nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və **********94 olan, ********** qeydiyyat nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara ə sasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 4) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və onların mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə ilk iddia qismən təmin edilməklə cavabdeh Qardaşov X1 Həlimə Vəli qızının xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 4) hissələrindən çıxarılmalı və həmin 0.12 ha torpaq sahəsinin cavabdehin qanunsuz s ahiblik və istifadə etdiyi 0.0595 ha hissəsi İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsi isə İddiaçı2 qaytarılmalı, cavabdehin İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 4) hissələrindən artıq torpaq sahələrindən çıxarılması və 0.0595 ha və 0.0541 ha hissələrindən artıq torpaq sahələrinin onlara qaytarılması hissəsində isə təmin edilməməlidir.
10. Göstərilənlərin kontekstində məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, həmçinin h esab etmişdir ki, qarşılıqlı iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı, həmin iddia üzrə cavabdeh İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvi tələbini həmin müqavilələr və çıxarışlarla iddiaçıların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin onun icarəsində olması ilə əsaslandırmışdır. Lakin qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünmüşdür ki, həmin müqavilənin Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh arasında Qullar kəndi Çor-Çorbinə adı ərazidə yerləşən torpaq sahəsi ilə bağlı 01 sentyabr 2019-cu il tarixdə 1 il müddətinə bağlandığı və 01 sentyabr 2020-ci il tarixədək qüvvədə olduğu göstərilmiş, lakin həmin müqavilədə hansı ölçüdə və hansı kateqoriyada torpaq sahəsinin icarəyə verilməsi göstərilməmiş, bu torpaq sahəsinin məhz iddiaçıların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri olması müəyyən edilməmişdir. Ən əsası qanunun tələbinə görə həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğu halda, qeydiyyata alınmamışdır. Belə olan halda Cavabdeh, İddiaçı1 il ə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqlar ı Bəyannaməsi” nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 238.1, 238.2, 238.3, 239.2, 140, 146.1, 146.2, 148.2, 337.1, 422.1, 422.2, 423.1, 423.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 78.1, 80, 81, 88, 106.1, 14.2117.1, 118.1, 119.1, 124.1 və 214.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-20/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qətnaməs i ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(019)-47/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etmişdir.
15. Cavabdehin məhkəməyə təqdim etdiyi 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilənin Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh arasında Qullar kəndi Çor-Çorbinə adlı ərazidə yerləşən torpaq sahəsi ilə bağlı 01 sentyabr 2019-cu il tarixdə 1 il müddətinə bağlandığı və 01 sentyabr 2020-ci il tarixədək qüvvədə olduğu göstərilmiş, lakin həmin müqavilədə hansı ölçüdə və hansı kateqoriyada torpaq sahəsinin icarəyə verilməsi göstərilm əmiş, bu torpaq sahəsinin məhz iddiaçıların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri olması müəyyən edilməmişdir. Ən əsası qanunun tələbinə görə həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğu halda, qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bi r aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
16. Qanunvericilik torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququnun yaranmasını birbaşa həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlayır. Hətta hipotetik olaraq cavabdehə 1 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə icarəyə verilən ölçüsü göstərilməyən torpaq sahəsinin iddaçıların xüsusi mülkiyyətinə verilmiş sözügedən torpaq sahələrinin eyni olması qəbul olunsa belə, həmin icarə müqaviləsi on bir aydan çox müddətə bağlanılmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından cavabdehin həmin torpaq sahəsinə icarə hüququ yaranmamış, həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmamışdır.
17. Daha sonra birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh 01 avqust 2019-cu il tarixli icarə müqaviləsi üzrə torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmadığından və bu icarə müddəti keçdiyindən iddia etdiyi torpaq sahəsinə icarə hüququ, istifadə hüququ və digər hüquqları mövcud olmamışdır və hazırda da mövcud deyildir. Həmçinin Cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 0,12 ha torpaq sahələrinin alqı-satqı müqavilələrinin tərəfi deyildir, bu müqavilələr və onlar əsasında iddiaçılara verilmiş çıxarışlar onun qanun əsasında yaranmış hüquq və mənafelərinə toxunmur. Qanun yalnız müqavilə tərəflərinin həmin müqavilənin ləğvi tələbini qoymaq hüqununu tanıyır (Mülki Məcəllənin 422-423-cü maddələri). Belə olan halda Ca vabdeh, İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd etməyi lazım bilmişdir ki, müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirm ək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun.
19. Məhkəmə qeyd edir ki, birincisi, qarşılıqlı iddiaçı öhdəlik münasibətinin subyekti deyil. Yəni müqavilə tərəfi deyil. İkincisi, qarşılıqlı iddiaçının, öhdəlik münasibətinin obyektinə torpağa aid olan hüququ mövcud deyildir. Əksinə torpaq alqısatqı müqaviləsinə əsasən iddiaçıya verilmişdir. İddiaçının qanuni mənafeyi mövcuddur. İlk iddiaçı mövcud olan hüququn müdafiəsini tələb edə bilər. Yəni hüququn müdafiəsi üçün ya o mövcud olmalı, ya da gözlənilən olmalıdır. Bu hüquq iddiaçıda mövcuddur. Qarşılıqlı iddiaçıda isə əksinə, belə bir hüquq mövcud deyildir. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüqu qların və hüquqi vəzifələrin) qarşılıqlı iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq müqavilənin tərəflərinə aiddir. Hazırkı halda isə qarşılıqlı iddiaçı müqavilə tərəfi deyildir. Göründüyü kimi qarşılıqlı iddia tələbi üzrə şikayətin dəlilili əsassızdır.
20. Daha sonra məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın 23 sentyabr 2021-ci il tarixli, 10/4695 saylı rəyi alınmışdır
21. Daha sonra məhkəmə kollegiyasının qərardadı ilə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 3 aprel 2023-cü il tarixli, 10/391 saylı rəyinədən görünür ki, 1-ci sual üzrə İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və yerquruluşu planı 2-də göstərilmişdir. 2-ci sual üzrə İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətlərində olan Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahələrinin koordinatları müəyyən edilmiş, ancaq həmin torpaq sahələrindən mülkiyyətçilər naturada istifadə etmədiyinə görə ölçülərini müəyyən etmək mümkün olmamışdır. 3-cü sual üzrə idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında Cavabdeh Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.80 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hər-hansı bir sənəd aşkarlanmamışdır. Ancaq həmin əraziyə Balakən rayonu, X9-Çorbinə kəndi ərazisində DƏDRX-i tərəfindən sahəsi 0.80 ha reyestr nömrəsi **********04 olan çıxarış tərtib edilmişdir. **********04 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədinin koordinatlarına əsasən 0.80 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 3də göstərilmişdir. 4-cü sual üzrə idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında Cavabdeh Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.80 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərhansı bir sənəd aşkarlanmamışdır. Ancaq həmin əraziyə Balakən rayonu, X9-Çorbinə kəndi ərazisində DƏDRX-i tərəfindən sahəsi 0.80 ha reyestr nömrəsi **********04 olan çıxarış tərtib edilmiş və həmin çıxarışın planı və ölçüsü sənədinin çizgilərinin hüdud ları daxilində X3 0.5455 ha torpaq sahəsindən naturada istifadə edir (yerquruluşu planı 6). 5-ci sual üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş DƏDRX-nin tərtib etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın reyestr nömrəsi **********95 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgilərinin hüdudları daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur (yerquruluşu planı 4). 6-cı sual üzrə iddiaçılara məxsus torpaq sahəsi ilə Cavabdeh istifadə etdiyi torpaq sahələrinin üst-üstə düşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 4 və yerquruluşu planı 5-də göstərilmişdir. 7-ci sual üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş DƏDRX-nin tərtib etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2019- cu il tarixli Çıxarışın reyestr nömrəsi **********95 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgilərinin hüdudları daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi, İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş DƏDRX-nin tərtib etdiyi ********** nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla reyestr nömrəli **********94 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgilərinin hüdudları daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi cavabdeh X2 tərəfindən istifadə olunur.
22. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qər ardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddianın təmin edilmiş hissəsi üzrə mübahisəni ekspert rəyini əlavə sübut növü kimi qəbul edərək həll etməkdə haqlı olmuşdur.
23. Mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsinə dair çıxarış verilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, həmin çıxarışlar İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və İddiaçı2 ilə Balakən rayonu Qullar Bə lədiyyəsi arasında bağlanmış alqısatqı müqaviləsi əsasında verilmişdir. Ona görə də şikayətin dəlilləri əsassızdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 139.1, 238.1, 239.2, 421.1, Torpaq Məcəlləsinin 82, 84, 111, “Torpaq icarəsi haqqında” Qanunun 12, MPM-nin 372, 77.1, 101.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti qarşılıqlı iddia və apelyasiya şi kayətinin məzmununa uyğun əsaslandırılmışdır.Əlavə olaraq qeyd edilmişdir ki, əgər bələdiyyə uzun müddət cavabdehin istifadəsində olan torpaq sahəsini kəndin perspektiv inkişaf torpaqları kimi satışa çıxarırdısa o zaman əvvəlcə Cavabdeh həmin torpağı almağı barədə müraciət olunmalı almaqdan imtina edildikdə imtina ərizəsi alınmalıydı. İşə baxan məhkəmə həmin fakta əhəmiyyət belə verməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin DƏDRXdə hüquqların qeydiyyata əsası olmadan qeydiyyata alınması məsuliyyətə səbəb olur. Buna baxmayaraq DƏDRX həmin torpaq sahəsini qeydiyyata alır. Lakin məhkəmə bu yöndə iddiaçılara ikinci dəfə ev tikmək üçün həyətyanı torpaq sahəsinin hansı ərazidən və hansı sənədlərə istinad edərək qeydə alınmasını araşdırmamışdır. Məhkəmənin keçirdiyi ekspertiza arqumenti ilə baglı, bildirilir ki, istər bələdiyyənin, istər də DƏDRX-nin yaratdığı maneələrin aradan qaldırılması yönündə iş aparmaq əvəzinə, iddiaçıların torpaq sahələrinin çıxarışlarının verilməsi və onların yerləşdiyi ərazinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi barədə ekspertiza qarşısında suallar qoyulub, ekspertiza da ancaq məhkəmə tərəfindən qoyulan suallara cavab verərək rəy verib, bununla da məhkəmə ekspertiza qarşısında düzğün olmayan suallar qoyduğundan düzgün olmayan da nəticə əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
30. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mü lkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
31. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsin ə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
33. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
35. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
36. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
37. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənəd lərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə
38. Bənd
1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
39. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.
40. Bənd
22. Bə lədiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
41. Bənd
23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir). Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
42. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) t orpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Ma ddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlk id dia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-20/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.