Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3537/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Abbasova (Əliyeva) Təranə Cahangir qızı və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Abbasova (Əliyeva) Təranə Cahangir qızı və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 762/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər Abbasova (Əliyeva) Təranə Cahangir qızı və Cavabdeh1 keçmiş ərarvaddırlar.
2. X3, ipoteka saxlayan "xxxx" ASC və alıcı Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli (müqavilə saat 12:19 radələrində bağlanmışdır) alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 nömrəli mənzilin dəyəri 70000 manat müəyyən edilmiş, bu pulun 21000 manat məbləğində olan hissəsi alıcı - ipotekaya qoyanın özü tərəfindən, 49000 manat məbləğində olan hissə isə kreditor-ipoteka saxlayan tərəfindən, xx.xx.2018-ci il tarixli 380 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməlidir. Kredit müqavil əsi 264 ay müddətinə xx.xx.2040-cı il tarixədək kredit üzrə illik 4% dərəcəsinə əsasən hesablanan faizdir.
3. Cavabdeh1 tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində 1 il müddətinə etibarnamə verilmişdir. Etibarnamədə etibar edəni bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, həmçinin notariat ofislərində, DƏDRX-in müvafiq Ərazi idarələrində, “ASAN Xidmət” mərkəzlərində, MİS-də təmsil etmək, adından bütün sənədləşdirmə işləri aparmaq, səlahiyyətli nümayəndəsi olaraq bütün lazımi işləri görmək, idarələrə sorğu ilə müraciət etmək, zəruri arayış və sənədləri toplamaq, bütün şəxslərdən müəssisələrdən idarələrdən təşkilatlardan ona çatası arayışları, istənilən sənədin dublikatını almaq, aldığına dair imza etmək, dövlət rüsumlarını və digər ödənişləri ödəmək, onun adından ərizə yazmaq, eləcə də ona məxsus ünvana qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq, sənədlərə imza etmək, zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək etibar edilmişdir.
4. Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 30 nömrəli evin 3 nömrəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. 5. xx.xx.2019-cu il tarixdə İddiaçı, Cavabdeh1 və şahidlər X6 və X5 iştirakı ilə tərtib edilmiş əlyazma akta göstərilir ki, İddiaçı bütün xərcləri özü ödəmək şərti ilə Cavabdeh1 adına ev götürmək istəmiş, sonuncunun banka olan 4000 manat borcunu və bu işə görə Bakı şəhərinə getmək üçün yol pulu xərclərini ödəmək, həmçinin ipoteka kreditinin ilkin ödənişi üçün 21000 manat alğı-satqı və notarius xərci üçün 1200 manat ödəmək və aylıq 320 manat krediti sonuna kimi ödəyib evi öz adına keçirmək barədə Cavabdeh1 ilə razılığa gəlmişlər.
6. Tovuz regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AR-İİ seriyalı 991116 nömrəli etibarnamə ilə Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, istifadə etmək, özəlləşdirmək, sənədləşdirmək, tikinti işləri aparmaq və s. səlahiyyətlər 20 il müddətinə İddiaçı etibar edilmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 2(062)-2126/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 tələbi təmin edilərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış ünvan 2, 3 nömrəli mənzilinə və “BMW 523” markalı **-LA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-469/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-2126/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh1 ilə iddiaçı Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış ünvan 2, 3 nömrəli mənzilə ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış ünvan 2, 3 nömrəli mənzilə ½ hissədə payları müəyyən edilməklə, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-cı il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərinin bərabər qaydada icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabde hlərdən müştərək qaydada 48140 manat əsas borcun, 15000 manat əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, ikinci qrup hərbi əlildir. 2018-ci ilin dekabr ayında güzəştli əsaslarla ipoteka qaydasında mənzil almağa qərar vermiş, lakin onun hərbi xidmət müddətinin 3 ildən az olduğu üçün güzəştli mənzil ona verilməmişdir. Bu səbəbdən də o, Cavabdeh1 ilə danışmış və o da ona bildirmişdir ki, əgər onun banka 4000 manat borcunu və bu işlə bağlı Sumqayıt şəhərinə gediş-gəliş xərclərini ödəyərsə o, öz adına ona mənzil almağına icazə verəcəkdir. Z.Abbsovun şərtlərini qəbul etməklə mənzil bəyənmiş və ünvan 2 ünvanın da yerləşən 3 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı bütün işləri həyata keçirmişdir. Həmin mənzilin dəyərini onun sahibinə özü ödəmiş, yalnız sənədlərdə cavabdehin adı yazılmış və bununla da onun vəsaiti ilə alınmış və hazırda da ona məxsus bu mənzilə dair ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış onun adına rəsmiləşdirilmişdir. Gələcəkdə hər hansı problemin yaranmaması üçün 2 nəfər şahidlərin iştirakı ilə Cavabdeh1 yazılı iltizam almış və həmin iltizamda o, bu mənzilə dair ilkin ödənişin, notariat xərclərinin, aylıq 320 manat ödənişin onun tərəfindən aparılmasını etiraf etməklə yanaşı kredit sona çatandan sonra mənzili onun adına keçirəcəyini və mənzillə bağlı hər hansı bir iddia və tələbinin olmayacağını qeyd etmiş və onun adına etibarnamə də vermişdir. O, da onu n bu sözlərinə güvənərək faktiki olaraq ona məxsus olan bu mənzillə bağlı aylıq ödənişləri həyata keçirmiş və nəticədə bu mənzilə görə ödənişlər tərəfindən olmuşdur: mənzilə dair ilkin ödəniş 21000 manat, cavabdehə verdiyi pul 4000 manat, notariat, bank və sövdələşmələr 1200 manat, 2019-cu yanvar ayından 2023-cü ilin iyul ayına kimi ödənilmiş 17600 manat, cavabdehin gediş-gəliş xərcləri 500 manat - cəmi 44300 manat. Bu mənzilin onun vəsaiti ilə alınmasına və cavabdehlərin bu ödənişlərə 1 manat da olsun vəsait sərf etməmələrinə baxmayaraq hazırda ona məlum olmuşdur ki, cavabdehin həyat yoldaşı olan Təranə Abbasova məhkəmədə bu mənzilin birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq iddia qaldırmışdır. Halbuki, hər iki cavabdeh tərəfindən bu mənzilə 1 manat vəsait qoyulmamış və mənzil onun vəsaiti ilə alınmış, ödənişlər də onun tərəfindən həyata keçirilmişdir. Hazırda bu mənzilə görə qalan ipoteka borcu 42000 manat təşkil edir və son ödəmə müddəti 2041-ci ildə başa çatır. Bu evin faktiki sahibi özü olduğu üçün evə dair bütün sənədlərin əsli, müqavilələr və ödəniş qrafiki də onda olmuş və bu illər ərzində yaşadığı Sumqayıt şəhəri terminalları və banklar vasitəsilə ödəmələri həyata keçirmişdir. Ödəmələrin onun tərəfindən aparılması həmin ərazidə olan terminalların kamera görüntüləri ilə də sübuta yetir.
11. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən də onun adına ipoteka müqaviləsi əsasında qeydə alınmış evlə bağlı iddiaçı ilə razılıq əldə edilmişdir. Həmin evə görə ilkin ödənişlər, ümumiyyətlə çəkilmiş bütün xərclər iddiaç ı tərəfindən çəkilmişdir. 4000 manat pulu isə ondan borc şəklində almışdır. Belə ki, onun adına digər bankda kredit olduğundan o, iddiaçıdan borc şəklində pul götürərək həmin krediti bağlamışdır. Əks halda ona ipoteka krediti verilməyəcəkdi. Odur ki, ilkin ödəniş, borc və bununla bağlı çəkilmiş xərclərə aid hissədə iddianın təmin edilməsini, qalan hissədə isə iddianın rədd olunmasına air qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Tovuz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(062)-53/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 23151,46 manat pul və 114 manat dövlət rüsumunun, Cavabdeh1 23151,46 manat pul və 114 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zaur Hünmətov).
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin məzmunundan və məzmunu tərəflər arasında heç bir mübahisə doğurmayan sadə yazılı şəkildə tərtib edilmiş iltizamdan, o cümlədən tərəflərin rəftarından, Cavabdeh1 etirafedici izahatından müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh1 və X2 gələcəkdə mülkiyyətlərində olacaq əmlaklarının alınması ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 ipoteka predmeti kimi götürəcəyi əmlakı gələcəkdə iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakla bağlı bütün ödənişləri və xərcləri çəkməyi öz öhdəsinə götürmüşdür.
14. Məhkəmə belə hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə Mülki Məcəllənin 391 və 394-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. İş in hallarından göründüyü kimi Cavabdeh1 arvadı ilə gələcəkdə birgə mülkiyyətlərində olacaq əmlakı bütünlüklə iddiaçıya verməyi, iddiaçı isə bunun müqabilində əmlakın dəyərini ödəməyi öhdəsinə götürsə də, həmin müqavilə Mülki Məcəllənin 391 və 394-cü maddələrinin tələblərinə uyğun deyildir.
15. Məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehin gələcəkdə əldə edəcəyi daşınmaz əmlakın gələcəkdə, hazırkı iş üzrə iddiaçıya satılmasına dair bağlanılmış əqd Mülki Məcəllənin 394-cü maddəsinin tələblərinə uyğun şəkildə notariat qaydasında təsdiqlənmədiyindən həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
16. Məhkəmə tərəfindən əqdin etibarsızlığı qənaətinə gəlindiyindən məhkəmə hesab etmişdir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının h amısını digər tərəfə qaytarmalıdır. İşin hallarından göründüyü kimi daşınmaz əmlak əldə edilsə də, iddiaçıya verilməsi həyata keçirilməmiş, həmin əmlak cavabdehlərin birgə mülkiyyətində hələ də qalmaqdadır. Ona görə də məhkəmə hesab etmişdir ki, əqdin etibarsızlığı nəticəsinə gəlindiyindən cavabdehlər iddiaçıdan aldıqlarının hamısını ona qaytarmalıdır.
17. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlaka görə iddiaçı 21000 manat ilkin ödəniş etmiş, 2018-ci ilin dekabr ayından başlayaraq edilmiş ödənişlər də nəzərə alınarsa iddiaçı "xxxx" ASC-yə cəmi 40126,92 manat ödəniş həyata keçirmişdir. Bundan başqa, iddiaçı tərəfindən notarius və sığorta haqqı kimi 2176 manat ödənişlər də həyata keçirilmişdir ki, bu da işin mübahisəsiz halıdı r. Eyni zamanda işin mübahisəsiz hallarından biri də odur ki, bankdan ipoteka krediti götürülməsi ilə bağlı borcları tənzimləmək məqsədilə Cavabdeh1 iddiaçıdan 4000 manat məbləğində pul götürmüşdür. Odur ki, məhkəmə hesab etmişdir ki, qeyd edilən məbləğ də cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya 46302,92 manat məbləğində ziyan vurmuşdur.
18. Məhkəmə iddia tələbinin illik 5% dərəcəsi ilə hesablanmış faizin cavabdehlərdən alınmasına dair dəlillərinə münasibətdə onu qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının hüququnun pozulduğunu bildiyi gündən ödənişlərin həyata keçirilməsini dayandırmaq imkanı olduğu halda o, başqasının mülkiyyəti üçün ödənişlər etməyə davam etmişdir. Yəni, pul məh z iddiaçının özünün iradə ifadəsi əsasında ödənilmişdir. Ona görə də məhkəmə iddia tələbinin qeyd edilən hissəsini əsassız hesab etmişdir.
19. Bundan başqa, yol xərci ilə bağlı hissəni də məhkəmə əsassız hesab etmişdir. Belə ki, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, ünvan 2, 3 nömrəli mənzil xx.xx.2018-ci il tarixli 380 nömrəli mənzilin alğı-satqısı və ipoteka müqaviləsinə əsasən əldə edilmiş və mənzil Cavabdeh1 adına qeydə alınmışdır. Mübahisəli mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq, mənzil cavabdehlər üçün ümumi öhdəliklər yaradan pul vəsaiti hesabına əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 380 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddət i xx.xx.2040-ci il tarixdə başa çatır. Göründüyü kimi, mübahisəli mənzil birgə nikah dövründə ümumi öhdəlik yaradan pul vəsaiti hesabına əldə edilmiş və ümumi öhdəliyin icrası müddəti də başa çatmamışdır. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, cavabdehlərin həmin mənzilə bərabər payları müəyyən edilməklə ipoteka müqaviləsi üzrə öhdəliyin də bərabər qaydada icra edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə də həmin ipoteka müqaviləsindən irəli gəldiyindən Cavabdeh1 iddiaçı qarşısındakı öhdəliyi də bərabər qaydada icra edilməlidir.
21. Məhkəmə nəzərə almışdır ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüşdür.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2, 6, 18, 337, 385, 386, 391, 394, 449-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37, 41-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh Abbasova (Əliyeva) Təranə Cahangir qızı apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə təmin olunmuş hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun xəbəri və iştirakı olmadan işə baxılmış, bu da Konstitusiyanın 60-cı maddəsi ilə verilmiş məhkəmə təminatı hüququn un kobud surətdə pozulması ilə nəticələnmişdir. Məhkəmə qətnamədə Mülki Məcəllənin 394-cü maddəsinə əsaslanaraq Cavabdeh1 və İddiaçı arasında olan sadə yazılı şəkildə tərtib edilmiş iltizamı etibarsız hesab etmişdir. Həmin etibarsızlığın nəticəsi olaraq isə tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasını qət etmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan əqd Abbasova (Əliyeva) Təranə Cahangir qızının xəbəri və razılığı olmadan bağlanmışdır. Buna görə də, həmin əqdin etibarsızlığının nəticələrinə görə onun məsuliyyət daşıması tamamilə qanunsuz və əsassız nəticədir. Cavabdeh1 və İddiaçı arasında bağlanmış iltizam yalnız onlar arasında olan münasibətlərə təsir etmişdir. Həmin iltizamın imzalanmasından və onun nəticələrindən və ya əldə edilən hər hansı mənfəətdən Abbasova (Əliyeva) Təranə Cahangir qızının məlumatı olmamışdır. Həmin münasibətlər Abbasova (Əliyeva) Təranə ilə Cavabdeh1 arasında olan birgə təsərrüfatla əlaqəli olmamış və həmin iltizamdan əldə edilmiş mənfəət ailə məqsədləri üçün istifadə edilməmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh1 ilə İddiaçı arasında olan münasibətlərə əsaslanaraq Abbasova (Əliyeva) Təranə Cahangir qızından hər hansı vəsaitin tutulması tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış iltizamın ər-arvad arasında olan birgə əmlakın pay bölgüsünə təsir etmək üçün onlar arasında əvvəlcədən razılaşdırılmış bir oyun olması məsələsini tam araşdırmamış və sadəcə iddia olunanlarla razılaşmışdır. Bununla da, Abbasova (Əliyeva) Təranə Cahangir qızının hüquqları kobud şə kildə pozulmuşdur. İddiaçı mənzilin əslində onun mülkiyyəti olduğunu bildirsə də, bu haqda əsaslı və tam sübutlar təqdim edə bilməmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsi tərəfindən işin faktiki halları olaraq qəbul edilmiş hissədə qeyd edilmişdir ki, “O, gələcəkdə hər hansı problemin yaranmaması üçün 2 nəfər şahidlərin iştirakı ilə Cavabdeh1 yazılı iltizam almış və həmin iltizamda o, bu mənzilə dair ilkin ödənişin, notariat xərclərinin, aylıq 320 manat ödənişin onun tərəfindən aparılmasını etiraf etməklə yanaşı kredit sona çatandan sonra mənzili onun adına keçirəcəyini və mənzillə bağlı hər hansı bir iddia və tələbinin olmayacağını qeyd etmiş və onun adına etibarnamə də vermişdir.” Lakin bu qeyd edilənlərin harada və nə zaman baş verməsi, şahidlərin kimlər olması və onların ifadələri, qey d edilən iltizamın hansı şəraitdə bağlanılması və ümumiyyətlə deyilənlərin baş vermiş olmasının reallığı barədə heç bir sübut təqdim edilməmişdir. Mənzilə dair iddiaçı tərəfindən 21000 manat miqdarında ilkin ödəniş və digər ödənişlər daxil olmaqla 2019-cu il yanvar ayından 2023-cü ilin iyul ayına kimi 44300 manat vəsaitin ödənildiyini bildirsə də, həmin vəsaitlərin ona aid olması və ödənişləri şəxsən gerçəkləşdirməsi barədə heç bir sübut yoxdur. Qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçıdan üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməyi tələb etməmiş, sadəcə dediklərinə inanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Aylıq ödənişlərin iddiaçı tərəfindən edilməsinə dair sübut olaraq ödənişlərin gerçəkləşdirildiyi Sumqayıt şəhəri terminallarının kamera görünt üləri qeyd edilmişdir. Lakin bu sadəcə fikir olaraq səsləndirilsə də, edilmiş ödənişlər barədə terminalların təhlükəsizlik kameralarından görüntülər təqdim edilməmişdir. Həmin görüntülərin olduğunu fərz etsə belə, aylıq ödənişlərin bəzi aylarda iddiaçı tərəfindən gerçəkləşdirilməsi həmin pulun onun mülkiyyətində olmasına və həmin pulu iddia etdiyi kimi məhz “öz” mənzilinin aylıq ipoteka ödənişi üçün etdiyini sübut etmir. Ümumiyyətlə, digər Cavabdeh1 İddiaçı mövqeyi ilə birbaşa razılaşması və hətta bir çox epizodlarda onu dəstəkləməsi onlar arasında əvvəlcədən olan razılaşmanın varlığı barədə əsaslı şübhələr yaratmaqdadır. Belə ki, qeyd edilən mənzil Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Abbasova Təranə arasında ½ pay hüquqları ilə bö lünmüşdür. Bununla barışa bilməyən Cavabdeh1 digər yollarla həmin əmlakı keçmiş həyat yoldaşı Abbasova (Əliyeva) Təranə Cahangir qızının əlindən almağa çalışmaqdadır. Cavabdeh1 ilə İddiaçı arasında bağlandığı iddia edilən iltizamın boşandıqdan və əmlakın keçmiş ər-arvad arasında bölünmə məsələləri yarandıqdan sonra bağlanması ehtimal olunandır. Lakin məhkəmə sübutları tam araşdırmamış və sadəcə işdə iştirak edən iddiaçı və cavabdehlə razılaşmışdır. Abbasova (Əliyeva) Təranə Cahangir qızının işdə iştirakı təmin edilmədiyindən qeyd olunan iltizam ilə tanış olmaq və onu mübahisələndirmək imkanı olmamışdır. Məhkəmə isə həmin iltizamı birbaşa tərəflər arasında heç bir mübahisə yaratmayan hal olaraq qəbul etmişdir. Həmin iltizam yuxarıda qeyd edilən səbəblərdən heç bir reallığı əks etdirməməkdəd ir və yalnız Cavabdeh1 və İddiaçı tərəfindən qurulmuş oyundur.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçını tanımır və aralarında hər hansı münasibətləri olmamışdır. Keçmiş əri Cavabdeh1la birgə nikah dövründə əldə edilmiş mənzil üzərində payların müəyyən edilməsi barədə məhkəmədə iddia qaldıran kimi keçmiş əri Cavabdeh1 hazırkı iş üzrə iddiaçı ilə əlbir olub bu iddianı qaldırmışlar. İpoteka krediti üçün nəzərdə tutulmuş ilkin ödəniş keçmiş əri və onun tərəfindən ödənilmişdir. Hər ikisi işləyib ilkin ödəniş üçün pul yığmışlar. Keçmiş əri hərbçi işləmişdir, ərinin borcları, sələmi olmuş, lakin onun bundan məlumatı olmamışdır. Mübahisəsi gedən mənzili alana qədər ərinin borcu olmamışdır, borcu evə gö rə götürmüşlər. Mənzil 2018-ci ildə alınmış, əri ilə aralarındakı nikah isə 2022-ci ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Əri ilə aralarındakı razılaşmaya görə ipoteka götürülən mənzil kirayəyə veriləcəkdi və kirayədən əldə ediləcək gəlirlə də ipoteka kreditinin aylıq ödənişini həyata keçirəcəkdirlər. Belə də olmuş, mənzili kirayəyə vermişlər və keçmiş əri kirayə haqqını kirayəçidən götürərək ipoteka kreditinin ödənişini həyat keçirtmişdir. Hazırda da mənzil kirayədədir. İddiaçının o evə heç bir aidiyyəti yoxdur. İddia ərizəsinə əlavə edilmiş əlyazma akt da saxtadır. İpoteka kreditinin ödənişi onlar tərəfindən həyata keçirilmişdir. Evin ipotekası üçün 320 yox, 288 manat pul ödənilməli olmuşdur. İddiaçının qeyd etdiyi 4000 manat pulu da, hazırda tələb etdiyi pulu da onun keçmiş əri C avabdeh1la qurma qurub ondan almaq istəyirlər. Sədrlik edənin suallarına cavab olaraq Təranə Abbasova bildirmişdir ki, mənzildə kirayəçilər yaşayır. Məhkəmə qətnaməsinə əsasən mənzil üzərində ½ hissə payları müəyyən edildikdən sonra ipoteka kreditinin ödənişi onun tərəfindən həyata keçirilmişdir. Mənzil keçmiş əri Cavabdeh1 adına olduğundan ödənişləri onun adından vermişdir. İpoteka kreditinin aylıq ödənişləri keçmiş əri Cavabdeh1la ümumi ailə gəlirləri hesabına ödəmişlər. Ola bilər ki, onlar boşandıqdan sonra iddiaçı ipoteka kreditinin ödənişlərini öz adından həyata keçirtdiyi üçün ödəniş qəbzlərində onun adı qeyd edilmişdir.
26. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ödənişləri həm "xxxx" ASC-yə, həm də "xxxx" ASC-yə etmişdir. Lakin "xxxx" ASC-yə olan ödəniş qəbzlərində ödəyicinin adı qeyd olunmadığından onun tərəfindən ödənildiyi görünmür. Ümumilikdə, 56 ay ödəniş etmişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayında ödəniş etmiş, həmin vaxtdan sonra ödənişləri dayandırmışdır. Çünki məhkəmə tərəfindən ona həmin əmlakın ər-arvad arasında bölünəcəyi bildirilmişdir. İpoteka kreditinin bəzi ödənişləri arvadı tərəfindən "xxxx" ASC vasitəsilə ödənilmişdir. Hərbiçilərə 4 faizlə ipoteka krediti verildiyinə görə ipoteka müqaviləsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bunun müqabilində isə Cavabdeh1 4000 manat borcunu bağlamışdır. Mübahisəli ev Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşir. Həmin ev onun əmisi oğluna məxsus olmuşdur. Evdə 1993-cü ildən bu günə qədər qaçqınlar yaşayır, oradan köçürülənə qədər onları he ç kim o evdən çıxara bilməz. Özü isə Sumqayıt şəhərində kirayədə yaşayır, işləmir, əvvəl evi olmuşdur, evini satmış və satışdan əldə edilmiş vəsaiti Türkiyə Respublikasında müalicə xərclərinə sərf etmişdir. Qalan pulla yeni ev almaq istəmiş, lakin əlində az pul qaldığına görə həmin pulla ilkin ödəniş edərək ipoteka krediti ilə ev almaq qərarına gəlmişdir. Əgər ev cavabdehlərə məxsus idisə, evə dair bütün sənədlər, ödəniş qəbzləri onda olmazdır. Həmçinin məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi 1993-cü ildən bu günə qədər həmin mənzildə məcburi köçkünlər yaşayır. Yəni, həmin mənzil kirayəyə verilməmişdir. Cavabdeh Təranə Abbasovanı tanımamışdır. İddia qaldırarkən cavabdehlər nikahda olduğundan onların hər ikisini cavabdeh qismində qeyd etmişlər. Cavabdehlərin ona cəmi 46800 manat borcu vardır: 21000 manat ilkin ödəniş, 4000 manat Cavabdeh1 kreditinin ödənişi və 56 ay müddətində hər ay 320 manat ödənilmiş kredit ödənişi. 2019-cu ilin yanvar ayından ödənişlərə başlamış, axırıncı ödənişi 2023-cü ilin avqust ayında ödəmişdir.
27. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, Tovuz rayonunda anasına məxsus evi olmuşdur. Anası həmin evdən cavabdeh Təranə Abbasovaya pay vermədiyi üçün, o da hazırkı mübahisəli mənzilin bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, Təranə Abbasova həmin evin onlara aid olmadığını bilirdi. Hətta mediasiya prosesi zamanı da ona evin onlara məxsus olmadığını bildirmişdir. Əslində, həmin mənzil iddiaçıya məxsusdur. Belə ki, evə dair bütün xərcləri İddiaçı çəkmişdir. Sadəcə o, hərbiçi olduğuna görə ona güzəştli şərtlərlə ipoteka verildiyindən ipoteka müqaviləsi onun adına rəsmiləşdirilmişdir. İpoteka üçün tələb olunun 21000 manat ilkin ödəniş, habelə ipoteka kreditinin aylıq ödənişləri 2023-cü ilin avqust ayınadək iddiaçı tərəfindən ödənilmişdir. Sadəcə mənzillə bağlı keçmiş arvadı ilə aralarında məhkəmə mübahisəsi yarandıqda iddiaçı ipoteka kreditinin ödənişlərini dayandırmışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, keçmiş arvadı Təranə Abbasova ilə birgə nikah dövründə “Embawood” mebel mağazasından kreditlə mebel almışlar. İpoteka götürmək üçün onun adına olan bütün borclar bağlanmalı idi. Həmin vaxt İddiaçı mağazaya olan 4000 manat kredit borcunu ödəmişdir. Əgər onların 21000 manat ilkin ödəniş etmək üçün pulları olsaydı, 500 manat dəyərində olan mebeli 9 00 manata kreditlə almazdılar. Mənzil İddiaçı və ailəsinin haqqıdır. Əgər razılaşarsa ev onda qalsın ödənişlərini davam etdirsin, yaxud onun ödədiyi pulu ona qaytarsınlar və ev onlarda qalsın.
28. Məhkəmə sorğusu əsasında əldə olunmuş "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1110, 1111 və 1112 nömrəli, xx.xx.2019-cu il tarixli 1087, 1088 və 1090 nömrəli və xx.xx.2019-cu il tarixli 1084 və 1089 nömrəli mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən mədaxil qəbzləri verilən tarixlərdə "xxxx" ASC-nin Sumqayıt filialından İpoteka və Kredit Zəmanət Fondunun hesabına xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi üzrə müxtəlif məbləğdə ödənişlər edilmişdir (ödənişlər 111158 nömrəli kredit kodu üzrə həyata keçirilmişdir).
29. Məhkəmənin sübutların tə min edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12-3/2-3094/2025 nömrəli məktuba əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 380 nömrəli kredit müqaviləsi üzrə ödənişlər borcalana verilmiş 111158 nömrəli kredit kodu üzərindən aparılır. Qərardadda göstərilən "xxxx" ASC-nin ödəniş qəbzləri 111158 nömrəli kredit kodu göstərilməklə həyata keçirilmişdir.
30. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(104)-762/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin « cavabdeh X1 23151,46 manat pul tutularaq İddiaçı verilməsi» hissədə dəyişdirilməsi, cavabdeh X1 İddiaçı xeyrinə tutulmalı məbləğinin 19683,15 manat müəyyən edilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər - İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Günay Cavadova).
31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan işdə iddiaçı Cavabdeh1la aralarında sonuncunun adına güzəştli şərtlərlə ipoteka krediti götürülməsi barədə şifahi razılaşma olduğunu, həmin razılaşma əsasında ünvan 1-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 nömrəli mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş və digər zəruri məsrəflər sərf etdiyini, sonra i sə 2019-cu ilin yanvar ayından 2023cü ilin sentyabr ayına qədər olan dövr üzrə ipoteka kreditinin aylıq ödənişini həyata keçirtdiyini iddia etmiş; Cavabdeh1 da iddianı qəbul etmişdir. Digər cavabdeh Təranə Abbasova isə iddiaya etiraz edərək, mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödənişin, habelə ipoteka kreditinin aylıq ödənişlərinin onlar (əri Cavabdeh1) tərəfindən həyata keçirildiyini bildirməklə iddiaya etiraz etmişdir.
32. Kollegiya qeyd etmişdir ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar, daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında sonuncunun adına güzəştli şərtlərlə ipoteka krediti götürü lməsi barədə şifahi razılaşma olmuş, həmin razılaşma əsasında iddiaçı ünvan 1-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 nömrəli mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş etmiş, sonra isə 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövr üzrə ipoteka kreditinin aylıq ödənişini həyata keçirtmişdir. Göstərilən hallar xx.xx.2019-cu il tarixdə İddiaçı, Cavabdeh1 və şahidlər X6 və X5 iştirakı ilə tərtib edilmiş əlyazma aktla, habelə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır.
33. Bununla belə, iş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1110, 1111 və 1112 nömrəli, xx.xx.2019-cu il tarixli 1087, 1088 və 1090 nömrəli və xx.xx.2019-cu il tarixli 1084 və 1089 nömrəli mədaxil q əbzlərindən görünür ki, iddiaçı tərəfindən mədaxil qəbzləri verilən tarixlərdə "xxxx" ASCnin Sumqayıt filialından İpoteka və Kredit Zəmanət Fondunun hesabına xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi üzrə müxtəlif məbləğdə ödənişlər edilmişdir (ödənişlər 111158 nömrəli kredit kodu üzrə həyata keçirilmişdir). Həmin ödəniş qəbzlərinin xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi üzrə aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədilə sübutların təmin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan buna dair məlumatlar tələb edilmişdir. Qərardad əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan əldə edilmiş xx.xx.2025-ci il tarixli 12-3/23094/2025 nömrəli məktubla müəy yən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 380 nömrəli kredit müqaviləsi üzrə ödənişlər borcalana verilmiş 111158 nömrəli kredit kodu üzərindən aparılır. Qərardadda göstərilən "xxxx" ASC- nin ödəniş qəbzləri 111158 nömrəli kredit kodu göstərilməklə həyata keçirilmişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, ipoteka kreditinin aylıq ödənişi elə ilk aydan, yəni 2019-cu ilin yanvar ayından başlayaraq iddiaçı tərəfindən ödənilmişdir. O cümlədən, sözügedən ödəniş qəbzlərindən məlum olmuşdur ki, ipoteka kreditinin aylıq ödənişləri "xxxx" ASC-nin Sumqayıt filialında (iddiaçının yaşadığı şəhər) həyata keçirilmişdir. Cavabdeh isə mənzilin ipotekaya götürüldüyü vaxtdan hazırkı vaxtadək Tovuz şəhərində yaşamışdır.
34. İşin obyektiv tədqiqi baxımından diqqət yetirilməli hallardan biri də o olmuşdur ki, mübahisəsi gedən mənzilin alğı-satqı və ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə saat 12:19 radələrində bağlanmışdır. Müqavilə bağlandıqdan dərhal sonra saat 13:08 radələrində Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 tərəfindən iddiaçıya 1 il müddətinə onu (etibar edəni) bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, həmçinin notariat ofislərində DƏDRX-in müvafiq Ərazi idarələrində, “ASAN Xidmət” mərkəzlərində, MİS-də təmsil etmək, adından bütün sənədləşdirmə işləri aparmaq, səlahiyyətli nümayəndəsi olaraq bütün lazımi işləri görmək, idarələrə sorğu ilə müraciət etmək, zəruri arayış və sənədləri toplamaq, bütün şəxslərdən müəssisələrdən idarələrdən təşkilatlardan ona çatası arayışları, istənilən sənədin dublika tını almaq, aldığına dair imza etmək, dövlət rüsumlarını və digər ödənişləri ödəmək, onun adından ərizə yazmaq, eləcə də ona məxsus ünvana qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq, sənədləri imza etmək, zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək hüquqları verilmişdir.
35. Həmçinin nəzərə alınmalıdır ki, həmin etibarnamədə Cavabdeh1 tərəfindən iddiaçıya mənzilə qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq barədə səlahiyyətlər verilmişdir. İşin bu halı da ağlabatanlıq meyarları əsasında həmin etibarnamənin məhz mübahisəsi gedən mənzilə görə iddiaçıya verildiyi qənaətinə gəlməyə əsas vermişdir. Apellyasiya şikayətində göstərilən «Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış iltizamın ər-arvad arasında olan birgə əmlakın pay bölgüsünə təsir etmək üçün onlar arasında əvvəlcədən razılaşdırılmış bir oyun olması» barədə dəlil isə məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, cavabdehlər Təranə Abbasova və Cavabdeh1 nikahları 2022-ci ildə pozulmuşdur. Mübahisəli mənzilə dair iddiaçı tərəfindən ipoteka kreditinin aylıq ödənişləri isə 2019-cu ildən (ilk aylıq ödəniş vaxtından) etibarən ödənilmişdir. Habelə, mənzilə dair Cavabdeh1 tərəfindən iddiaçıya etibarnamə xx.xx.2018ci il tarixdə alğı-satqı və ipoteka müqaviləsi bağlandığı gün verilmişdir. İşin bu halları da göstərilən hərəkətlərin əvvəlcədən razılaşdırılmış olması ehtimalını aradan qaldırır. Çünki, qeyd edilən hadisələr cavabdehlərin ailə münasibətləri pozulmamışdan 3 il əvvəl baş vermişdir və həmin vaxt onlar arasında ər-a rvadın birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə mübahisələri də yaranmamışdır.
36. Digər tərəfdən, cavabdeh Təranə Abbasova mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödənişin, habelə ipoteka kreditinin aylıq ödənişlərin onlar (əri Cavabdeh1) tərəfindən həyata keçirildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Diqqət yetirilməli haldır ki, cavabdeh Təranə Abbasova ipoteka kreditinin aylıq ödənişlərinin özü tərəfindən deyil, məhz keçmiş əri Cavabdeh1 tərəfindən ödənildiyini bildirmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh1 ipoteka müqaviləsinin bağlandığı aydan 2023-cü ilin sentyabr ayınadək ipoteka kreditinin aylıq ödənişlərinin iddiaçı tərəfindən həyata keçirildiyini bildirmişdir.
37. Məhkəmə kollegiyası mübahisəl i mənzilə dair alğı-satqı və ipoteka müqaviləsi bağlandığı gün Cavabdeh1 tərəfindən iddiaçıya mənzilə qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq barədə səlahiyyətlər nəzərdə tutan etibarnamə verildiyini, ipoteka kreditinin aylıq ödənişinin ilk aydan (2019-cu ilin yanvar ayı) başlayaraq iddiaçı tərəfindən ödənildiyini, cavabdehlərin yaşayış yeri Tovuz şəhəri olduğu halda ipoteka kreditinin aylıq ödənişlərinin iddiaçının yaşadığı Sumqayıt şəhərindən ödənilməsi barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir. Belə ki, işin faktiki halları ilə iddia tələbinin əsaslandırıldığı hallar öz təsdiqini tapmışdır. Cavabdeh Təranə Abbasovanın irəli sürdüyü dəlillər isə işin müəyyən edilmiş və faktiki halları ilə birmənalı şəkildə təkzib edilmişdir.
38. İddiaçı tərəfindən mübahisəsi gedən mənzilə sərf edilmiş vəsaitlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 nömrəli mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş edilmiş, sonra isə 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövr üzrə ipoteka kreditinin aylıq ödənişi həyata keçirilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixli sübutların təmin edilməsi barədə qərardad əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan əldə edilmiş 111158 kredit kodlu hesabdan çıxarışla müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi üzrə 2019-cu ildə 4304,61 manat, 20 20-ci il üzrə 3839,52 manat, 2021-ci ildə 3738,24 manat, 2022-ci ildə 3908,69 manat, 2023-cü ildə isə həmin ilin sentyabr ayınadək 2549,95 manat, ümumilikdə 18341,01 manat vəsait sərf edilmişdir. İddiaçı mənzilin rəsmiləşdirilməsinə görə notariat və bank əməliyyatlarının həyata keçirilməsinə 1200 manat sərf etdiyini iddia etsə də, alğı-satqı və ipoteka müqaviləsində qeyd edilmişdir ki, müqavilənin bağlanması üçün 25.3 manat haqq tutulmuşdur.
39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının «Cavabdeh1 verdiyi 4000 manat pul» barədə tələbi digər cavabdeh Təranə Abbasovaya münasibətdə təmin edilə bilməz. Belə ki, iddiaçı hazırkı məhkəmə iclasında verdiyi izahatında «ipoteka krediti götürülən zaman Cavabdeh1 adına 4000 manat başqa kredit borcu olmuş, həmin borcu bağlayaraq 4000 ma nat vəsaiti ona hədiyyə etmişdir» deyə bildirmişdir. Bir sözlə, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş 4000 manat vəsait mübahisəsi gedən mənzilin ipotekaya götürülməsi ilə bağlı olmamış, həmin vəsait Cavabdeh1 başqa kredit öhdəliyinin icrasına görə ona iddiaçı tərəfindən verilmişdir. Bununla belə, Cavabdeh1 sözügedən kredit öhdəliyindən əldə etdiyi pul vəsaitinin keçmiş arvadı Təranə Abbasova ilə birgə ailə ehtiyacları üçün istifadə etməsi müəyyən edilməmişdir. Halbuki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021- ci il tarixli qərardakı hüquqi mövqeyi). Hazırkı işdə isə, bu hal öz təsdiqini tapmadığından, kollegiya iddiaçının «Cavabdeh1 verdiyi 4000 manat pul» barədə tələbini cavabdeh Təranə Abbasovaya münasibətdə əsassız saymışdır.
40. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mənzilin Cavabdeh1 adına ipotekaya götürülməsinə 21000 manat ilkin ödəniş verilmiş, 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək ümumilikdə 18341,01 manat aylıq kredit ödənişi həyata keçirilmiş, alğı-satqı və ipoteka müqaviləsinin bağlanmasına görə 25,30 manat notariat xərci ödənilmiş, cəmi (21000+18341,01+25,30=39366,31) 39366,31 manat vəsait sərf edilmişdir.
41. Şərh edilənləri ümumiləşdirərək apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1la aralarındakı razılaşmaya uyğun ola raq ipoteka krediti ödənilib bitdikdə evin onun adına rəsmiləşdiriləcəyi barədə vədə inanaraq mübahisəli mənzilə görə ümumilikdə 39366,31 manat vəsait sərf etmişdir. Lakin, cavabdeh Təranə Abbasova keçmiş əri Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-469/2024 nömrəli qətnaməsinə əsasən ünvan 2, 3 nömrəli mənzilə ½ hissədə Təranə Abbasovanın payı müəyyən edilməklə, Cavabdeh2 ilə Cavabdeh1 nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərin bərabər qaydada icra edilməsi müəyyən edilmişdir. Beləliklə, mövcud nəticə iddiaçı Cavabdeh1 arasındakı münasibət üzrə gözlənilən məqsədə uyğun olmamış, nəticə etibarı ilə iddiaçı həm mənzildən, həm də mənzilə görə ödəmiş olduğu 39366,31 manat vəsaitdən məhrum olmuşdur. Bununla belə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(104)- 469/2024 nömrəli qətnaməsinə əsasən mübahisəli mənzil cavabdehlərin birgə nikah dövründə ümumi öhdəlik yaradan pul vəsaiti hesabına əldə edildiyi qəbul edilmiş və onların mənzilə bərabər payları müəyyən edilməklə ipoteka müqaviləsi üzrə öhdəliyin də bərabər qaydada icra edilməsi qət edilmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən mənzilə sərf edilmiş vəsaitin cavabdeh Təranə Abbasovadan tutulması qanuni əsaslara söykənir.
42. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər arasındakı əvvəl ki məhkəmə mübahisəsi üzrə cavabdehlərin birgə nikah dövründə əldə etdikləri mənzilin hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakda payların və əmlak üzrə öhdəliyin (ipoteka borcu) bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır.
43. Kollegiya qeyd etmişdir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Bu kontekstdə kollegiya nəzərə almışdır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmə k bilavasitə məhkəmənin vəzifəsidir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
44. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 1093-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh Abbasova (Əliyeva) Təranə Cahangir qızı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayətinin bir sıra dəlilləri apel lyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, onda olan məlumata görə, iddiaçı Sumqayıt şəhərində ev alğı-satqısı ilə məşğuldur. Mənzil onun vasitəsilə alındığı üçün Cavabdeh1 evin bütün sənədləşmə işlərinin aparılması və gələcəkdə kirayəyə verilməsi ilə əlaqədar ona bir illik etibarnamə vermişdir. Mənzil alındıqdan sonra kirayəyə verilmiş və kirayədən alınan pullar hesabına aylıq ipoteka ödənişləri ödənilmişdir. Cavabdeh2 ailəsi və övladlarının təhsil işi ilə məşğul olduğundan mənzilə görə ipoteka ödənişlərinin ödənilməsi ilə Cavabdeh1 məşğul olmuşdur. Onların Sumqayıt şəhərində mənzil almaqda məqsədi, Cavabdeh1 hərbi qulluqçu olduğu üçün güzəştli ipoteka kreditindən yararlanmaq və iki oğlan övladı üçün gələcəkdə ali məktəbə qəbul olanda orada y aşamaları olmuşdur. Daha sonra onların hər iki övladı ali hərbi məktəbə qəbul olduğu üçün mənzildə qalmalarına ehtiyac olmamışdır. Həmin mənzil daimi kirayədə olduğu üçün kirayədən alınan pullar hesabına 2019-cu ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək aylıq ipoteka ödənişləri ödənilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi kimi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış razılaşmanın ər-arvad arasında olan birgə əmlakın pay bölgüsünə təsir etmək üçün onlar arasında əvvəlcədən razılaşdırılmış bir “oyun” olması məsələsini tam araşdırmamış və sadəcə iddiaçının formal mülahizələri ilə razılaşmışdır. Bununla da, Abbasova (Əliyeva) Təranə Cahangir qızının hüquqları kobud şəkildə pozulmuşdur.
47. İpoteka üzrə aylıq ödənişlərin bankın Sumqayıt filialında həyata keçirilməsi pulun iddiaçının mülkiyyətində olmasına və həmin pulu iddia etdiyi kimi məhz “öz” mənzilinin aylıq ipoteka ödənişi üçün etdiyini sübut etir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, bütün ödənişlər Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə şəxsin başqa şəhərdə olduğu halda, digər şəxsə ipoteka ödənişi üçün pul vəsaitinin göndərilməsinin mümkünlüyünü nəzərə almamışdır. İddiaçının halhazırda heç bir yerdə rəsmi işi yoxdur, aldığı pensiyanı əsasən kirayə haqqına, səhhəti ilə bağlı ehtiyaclarına və gündəlik tələbatlarına sərf edir. Əgər iddiaçı Sumqayıt şəhərində ipoteka yolu ilə mənzil əldə etmiş olsaydı, həmin mənzilə köçərək orada yaşayardı, rəsmi qeydiyyata düşər və başqa bir ünvanda kirayə qalmağa ehtiyac qalmazdı. Lakin məlumdur ki, İddiaçı mübahisəli mənzildə bir gün belə yaşamamışdır. Bu fakt iddiaçı tərəfindən keçirilmiş bütün məhkəmə iclaslarında da açıq şəkildə etiraf olunmuşdur. Digər cavabdeh nikahın pozulacağından bir neçə ay əvvəl xəbərdar olmuş və bu səbəbdən nikah pozulmazdan əvvəl iddiaçı ilə müəyyən formal sənədləşmə işləri aparmışdır ki, gələcəkdə problem yaşamasın. İddiaçıla cavabdehlər arasında heç bir qohumluq və ya ailəvi dostluq münasibətləri mövcud deyil. Bu səbəbdən də İddiaçı tanımadığı və ya yaxın münasibəti olmayan bir şəxsin adına mənzil alması və bu məqsədlə böyük məbləğdə vəsait xərcləməsi məntiqə uyğun və ağlabatan hesab edilə bilməz. xx.xx.2018-ci il tarixdə ödənilmiş 21000 manat ipoteka kreditinin ilkin ödəniş qəbzindən, 350 manat notariusun depozit hesabından nağd vəsaitin çıxarılması üçün XH (0.5%) qəbzindən, 42 manat əmlakın girova salınması üçün rüsum qəbzindən və "xxxx" ASC tərəfindən verilmiş son əməliyyat hesabat tarixli cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq ipoteka üzrə ödənilmiş 15415.02 manat - cəmi 36807.02 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə isə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2025-ci il tarixli məktubuna əsaslanaraq, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 18341.01 manatın iddiaçı tərəfindən ödənilməsini əsas gətirərək, həmin məbləğin cavabdeh Abbasova Təranədən tutulmasını qərara almışdır. Halbuki, İddiaçı “xx.xx.2023-cü il tarixədək “ödədiyi” ipoteka ödənişlərini - cəmi 17600 manatı tələb etmişdir.” Tərəflərin nikahlarının pozulması barədə qətnamə qanuni qüvvəyə m indiyi tarixdən yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla aylıq ipoteka üzrə ödənişi bərabər ödəmək üçün X8 Abbasova 4000 manat və 650 manat isə Cavabdeh1 ödənilməsi üçün Tovuz rayon İcra və probasiya şöbəsinin depozitinə ödəmişdir və qalan aylıq kredit ödənişləri isə 2040-cı ilədək davam etdiriləcəkdir. Lakin cavabdeh Təranə Abbasovanın ipoteka müqaviləsi üzrə hər ay ödənilməli olan 288 manatın ½ hissəsi olan 144 manatın xx.xx.2022-ci il tarixdən birgə ödənilməsi üçün Cavabdeh1 ödəməsinə baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsi bu qətnamə ilə 21000 manat ilkin ödənişi, 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək ödənilmiş ipoteka ödənişlərini, ümumilikdə 39366,31 manatı iki hissəyə bölərək 19683,15 manatın onun tərəfindən İddiaçı ödənilməsini qət etmişdir. Bununla da, cav abdeh Təranə Abbasovadan xx.xx.2022-ci il tarixdən 01.09 2023-cü il tarixədək hər ay 320 manatın ½ hissəsi olmaqla, cəmi 1760 manat əlavə pulun tutulmasına səbəb olmuşdur. Faktiki olaraq o, qeyd edilən aylar üzrə aylıq kredit ödənişlərini Zülfüqara ödəmişdir. İddiaçı həmçinin bildirmişdir ki, “əgər Zülfüqar evi almış olsaydı, sənədlərin əsli onda olardı.” Cavabdeh1 iddiaçıya həmin sənədləri cavabdehlərin nikahı pozulduqdan və Təranə Abbasova mənzilə görə iddia qaldırdıqdan sonra vermişdir. Birgə nikah pozulduqdan sonra Cavabdeh1 mənzilin bölünməməsi və ipoteka üçün ödənilmiş pul vəsaitlərinin Təranə Abbasovaya düşən hissəni almaq üçün İddiaçı xx.xx.2023-cü ildə 20 il müddətinə etibarnamə vermişdir. Əgər belə bir mənzil Cavabdeh1 adına alınıb iddiaçıya verilmişdirsə, 2019-cu ildə bir illik yox, 20 il müddətinə etibarnamə verilərdi. Digər tərəfdən qeyd edilən mənzil İddiaçı məxsus olsaydı əmlakın məhkəmə qaydasında ½ pay hissə bölgüsü müəyyənləşdirilən zaman, Cavabdeh1 iddiaçını üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatət ilə müraciət edərdi. Əmlaka pay bölgüsü tanındıqdan sonra onların hər ikisi arasında gizli sövdələşmə aparılaraq birinci instansiya məhkəməsinə Təranə Abbasovanın yaşayış ünvanını və daimi istifadə etdiyi mobil nömrəni səhv verməklə məhkəmənin diqqətini yayındıraraq, onun iştirakı olmadan, ətraflı araşdırma aparılmadan, qısa müddətdə öz maraqlarına uyğun qətnamə qəbul edilməsinə nail olmağa çalışmışlar.
48. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217-ci ma ddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz ərizəsində apelyasiya şikayətinin dəyişdirilmədən qüvvədə saxlanılması və kassasiya şikayətinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
51. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 5
2. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma....
53. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
54. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
55. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
56. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hü quq normalarına uyğun çıxarılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələ bi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərin əksəriyyəti, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
68. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayı r.
69. İddiaçı özünə mənzil alınması üçün Cavabdeh1la aralarında sonuncunun adına güzəştli şərtlərlə ipoteka krediti götürülməsi barədə şifahi razılaşma olduğunu, həmin razılaşma əsasında ünvan 2-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 nömrəli mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş və digər zəruri məsrəflər sərf etdiyini, 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövrdə ipoteka kreditinin aylıq ödənişini həyata keçirtdiyini, lakin sonradan Cavabdeh2 iddiası əsasında bu mənzilin cavabdehlərin birgə nikah müddətində əldə edilmiş mənzil kimi onların arasında bölündüyünü bildirmiş və hazırki tələbi irəli sürmüşdür.
70. Həmin iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanmadan irəli gələn 1091-ci maddəsi çıxış edir. İşə baxmı ş apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə həmin normanı tətbiq etmiş, işin hallarının bu normanın dispozisiya şərtlərinə uyğunluğunu yoxlayaraq müəyyən etmişdir ki, iddiaçının irəli sürdüyü faktık hallar həqiqidir. Belə ki, ipoteka kreditinin aylıq ödənişi elə ilk aydan, yəni 2019-cu ilin yanvar ayından başlayaraq iddiaçı tərəfindən ödənilmişdir. O cümlədən, sözügedən ödəniş qəbzlərindən məlum olmuşdur ki, ipoteka kreditinin aylıq ödənişləri "xxxx" ASC-nin Sumqayıt filialında (iddiaçının yaşadığı şəhər) həyata keçirilmişdir. Cavabdeh isə mənzilin ipotekaya götürüldüyü vaxtdan hazırkı vaxtadək Tovuz şəhərində yaşamışdır. Mənzilin alğı-satqı və ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə saat 12:19 radələrində bağlanmışdır. Müqavilə bağlandıqdan dərhal sonra saat 13:08 radəl ərində Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 tərəfindən iddiaçıya 1 il müddətinə iddiaçıya etibarnamə verilmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdeh Tətanə Əıiyevanın sözügedən razılaşmanın ona qarşı qurulan bir iş olması barədə dəlilini əsasız saymışdır. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair alğı-satqı və ipoteka müqaviləsi bağlandığı gün Cavabdeh1 tərəfindən iddiaçıya mənzilə qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq barədə səlahiyyətlər nəzərdə tutan etibarnamə verildiyini, ipoteka kreditinin aylıq ödənişinin ilk aydan (2019-cu ilin yanvar ayı) başlayaraq iddiaçı tərəfindən ödənildiyini, cavabdehlərin yaşayış yeri Tovuz şəhəri olduğu halda ipoteka kreditinin aylıq ödənişlərinin iddiaçının yaşadığı Sumqayıt şəhərindən ödənilməsi barədə işin h allarını ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir.
71. Kassatorun ondan xx.xx.2022-ci il tarixdən 01.09 2023-cü il tarixədək hər ay 320 manatın ½ hissəsi olmaqla, cəmi 1760 manat əlavə pulun tutulması barədə dəlili məhkəmə kollegiyası tərəfindən araşdırılmır. Çünki əvvəla bu dəlil işin faktik halları ilə bağlıdır. Bundan başqa, mübahisələndirilən məbləğ MPM-in 402.1-ci maddəsində müəyyən edilmiş kassasiya icraatının predmetini təşkil edən 5000 manat məbləğdən azdır.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəli nmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 iyul tarixli 2(104)-762/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.