Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-354/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Qəhrəman oğlu, X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(067)286/2019, hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin və mənəvi zərərin ödənilm əsinə dair iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2836/2019, hakimlər A.Ş.Abasov, A.Ə.Abbasov, T.Q.Məmmədov) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilib ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə X12 arasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 600 kv.m torpaq sahəsi ilə birlikdə alqı-satqısına dair 1996-cı ilin iyul ayında bağlanmış əqdin et ibarlı hesab edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında qeyd edilən əmlak Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu tərəfindən xx xxxx 2008-ci il tarixdə X6 bağışlanılmışdır. X10 həmin əmlakı xx xxxx 2009-cu il tarixdə X1 və əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və əqdin etibarlı hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ciil tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X10, X11 və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh adına verilmiş xx xxxxxxxx 2 006-cı il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh ilə X10 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına verilmiş çıxarışın ləğv edilməsi, X10 ilə X11 arasında bağlanmış xx xxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X7 adına verilmiş xx.xx.2009-cu il tarixli çıxarışın ləğv edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi tələblərinə dair iddiası rədd edilmiş, X3 İddiaçı qarşı onunla İddiaçı arasında ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üz rə yeni qətnamə qəbul edilərək ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmlakın özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş100000 manat məbləğində real zərərin, gecikdirilmiş günlərə görə illik 5 faiz həddində 47500 manat,10 faizlik bank uçot dərəcəsi ilə 95000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat, ümumilikdə 292500 manat məbləğində pulun Cavabdeh tutularaq ona ö dənilməsinə və hazırki qətnamə icra olunan tarixədək illik 5 faiz həddində hesablamanın aparılmaqla gecikdirilmiş günlərə görə pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, X8 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 385.968 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kolleg iyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilm işdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı 1988-ci ildən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmuş, həmin evi 1996-cı ildə isə Cavabdeh sahibliyinə vermişdir. İddiaçı mübahisəli evin Cavabdeh tərəfindən qanunsuz özününküləşdirildiyini, bunun nəticəsində ona maddi zərər dəydiyinə istinad edərək dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia, Cavabdeh isə həmin əmlakı qanuni əsaslarla aldığını və İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulduğuna istinad edərək pul tələbinə dair qarşılıqlı iddia qaldırmışlar. Eyni zamanda mübahisəli yaşayış evi ilə bağlı tərəflər arasında bundan əvvəl məhkəmə mübahisələri olmuş və son nəticədə hər iki tərəfin iddiası təmin edilməmiş, dəymiş ziyanla bağlı ümumi qaydada iddia vermək hü ququ izah edilmişdir. İlk və qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər bir-birini əsassız ziyan vurmaqda təqsirləndirərək əvəzini tələb edirlər. Araşdırılmış sübutların məcmusu ilə müəyyən edimişdir ki, ilk iddia üzrə iddiaçı ona məxsus evi özgəninkiləşdirmək niyyətində olmuş və bununla bağlı hazırki tərəflər arasında alqı-satqı münasibətləri yaransa da, bu əqd qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmamışdır. İlk iddia üzrə iddiaçı mübahisəli evin satışı ilə bağlı bir neçə şəxslə danışıqlar aparmış, hətta ona bu məqsədlə müəyyən məbləğdə pul da ödənmişdir. Son nəticədə o, ilk iddia üzrə cavabdehlə 4500 ABŞ dollarına razılığa gəlmiş və ilkin ödə niş kimi 3000 ABŞ dolları almış, bununla bağlı şahidlərin iştirakı ilə qəbz də yazıb vermişdir. Bundan sonra isə evin açarlarını, özünün pasportunu Cavabdeh təhvil vermişdir. Cavabdeh evi aldıqdan sonra isə İddiaçı digər şəxslərə də evlə bağlı danışıqlardan yaranmış borcu olduğu məlum olmuş və Cavabdeh həmin məbləğləri də ödəməklə, həmin evə görə cəmi 8600 ABŞ dolları ödəmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli ev istismara yararsız olduğundan artıq sökülmüş və yerində yeni fərdi yaşayış evi inşa edilmiş, bağışlama və sonrakı özgəninkiləşdirmə də həmin evə dair olmuşdur. Bununla bərabər, Cavabdeh İddiaçı və onun borclu olduğu şəxslərə 8600 ABŞ dolları pul ödədiyini və keçən 22 il ərzində bu məbləğə müvafiq faiz və əldən çıxmış faydaya görə zərər hesablamaqla, cəmi 385968 mana tın ona ödənilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, müvafiq qətnamə ləğv edilsə də, mübahisəli mənzil Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş, Cavabdeh tərəfindən əlavə ödənilmiş İddiaçı məxsus borc, İddiaçı tələbi əsasında olmamışdır. Eyni zamanda borclunun borcun qaytarılması barədə lazımi qaydada xəbərdar edilməməsi, onun tərəfindən borcun icrasından imtina edilməsinə dair hər hansı müraciətin olmaması kreditora bir neçə ildən sonra külli miqdarda zərər və faiz hesablamasına əsas vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-354/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-354/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver