Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-354/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi) 18.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi və İddiaçı vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(106)1799/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 iyul 2020-ci il tarixdə tərtib edilmiş aktda göstərilir ki, Cavabdeh "xxxx" fermer təsərrüfatı MMC-nin ət kəsimi sexindən 08 iyul 2020-ci il tarixdə 416 kq., 09 iyul 2020-ci il tarixdə 700 kq., 14 iyul 2020-ci il tarxidə isə 800 kq. - cəmi 1916 kq mal ətini baytarlıq şəhadətnamələrinə əsasən “Ford Tranzit” markalı avtomobili ilə 27 ədəd xüsusi qablarda aparmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13412 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun - cəmi 13442 manat pulun və 27 ədəd plastmas qabın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mal-qara ferması və ət kəsim sexi vardır. 08 iyul 2020-ci il tarixdə cavabdeh ət kəsim sexinə gələrək ümumilikdə 1916 kq. mal əti alacağını və hər kq. üçün 7 manat olmaqla pulunu ən geci 1 ay müddətinə ödəyəcəyini iddiaçıya bildirmişdir. Bundan sonra, iddiaçı cavabdehlə razılaşaraq cavabdehə 08 iyul 2020-ci il tarixdə 416 kq., 09 iyul 2020-ci il tarixdə 700 kq., 14 iyul 2020ci il tarxidə isə 800 kq. mal ətini baytarlıq şəhadətnamələrinə əsasən vermişdir. Cavabdehin kəsim sexindən mal əti götürməsi ilə bağlı akt tərtib edilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi vədə əməl etməmiş, ona olan 13412 manat borcunu qaytarmamışdır. Cavabdeh həmçinin apardığı ət məhsullarını 27 ədəd xüsusi plastmas qablara yığaraq aparmış və həmin plastmas qabları da iddiaçıya qaytarmamışdır.
4. Cavab deh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi ət kəsim sexini 4 nəfərlə birlikdə açmışdır. İddiaçıya beş manatdan mal əti vermiş, iddiaçı ondan mal ətini altı manata sataraq ona olan borcunu ödəyəcəyinə söz vermişdir. Lakin koronovirus (Covid-29) infeksiyasının yayılması ilə əlaqədar iddiaçı əti sata bilməmiş, ona mal ətini aparmasını demiş və iddiaçıya verdiyi əti geri götürmüşdür. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur.
5. Saatlı Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(055)-361/2021 saylı qətnaməsi ilə (hakim İ.Abuşov) iddia təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi 14 iyul 2020-ci il tarixli aktı möt əbər sübut növü kimi qəbul etmir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 77 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(106)-1799/2021 saylı qətnaməsi ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi akt cavabdehin iddiaçıya məxsus sexdən müəyyən çəkidə ət aparması faktını təsdiqləməklə bunun tərəflər arasında yaranmış hansı münasibətlərdən, o cümlədən alğı-satqıdan irəli gəlməsini müəyyən etməyə imkan vermir. Başqa bir tərəfdən cavabdehin etirazından görünür ki, tərəflərin bir-birindən ət alıb-satması adi haldır. Lakin hazırkı halda cavabdehin aparmış olduğu ətin tərəflər arasındakı hansı razılaşmadan irəli gəlməsi, o cümlədən iddiaçı tərəfindən cavabdehə satılmış olmasını, satılıbsa hansı qiymətə satıldığını müəyyən etmək olmur. Məhkəmə iddiaçının apellyasiya şikayətində göstərdiyi, şahid ifadəsi əsasında pul tələbi barədə iddianın təmin edilə bilən olması və şahidlərin dindirilməməsi fikri ilə razılaşmır. Belə ki, hal-hazırda cavabdehdən böyük məbləğdə pul tələb edildiyi halda iddiaçı tərəfindən bu məbləğlə bağlı tərəflərin imzaladıql arı hər hansı yazılı sübutu məhkəməyə təqdim edə bilmir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 77 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. İddiaçının cavabdehə 1916 kq. mal əti verməsi işdə olan sənədlərlə sübuta yetirilir və məhkəmə də bu faktı qəbul edir. Cavabdeh etirazında tərəflərin bir-birinə ət satdığını göstərmiş, bunu nla da tərəflərin arasında münasibətlərin məhz alğı-satqı olduğunu, iddiaçının ona ət satması faktını etiraf etmişdir. Bu halda 1916 kq. mal ətinin dəyərinin ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə ətin hansı qiymətə satıldığını müəyyən etməyin mümkün olmadığını qeyd etməsinə baxamayaraq, məhkəmə ətin qiymətinin müəyyən olunması üçün heç bir araşdırma aparmamış, bu məsələ ilə bağlı izahat tələb etməmişdir. Məhkəmə ekspertiza təyin etməklə və sorğu verməklə ətin qiymətini müəyyən edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vax tı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3 Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəz ifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə mü qavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə sa tıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilmə si üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxl anılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmişdir. Bu baxımdan qətnamə ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsi qətnamənin qanuni və əsaslı olmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab e dilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
25. Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı h üquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Qanuni və əsaslı qətnamənin çıxarılmasına təminat verən düzgün araşdırma, ilk növbədə tərəflərin təqdim etdiyi hüquqi faktlar əsasında onların hansı münasibətdə olmasını müəyyən etməni, bu münasibətləri tənzimləyən maddi hüquq normasını tapmağı, həmin maddi hüquq normasının dispozisiya şərtləri əsasında işin faktik hallarını təhlil etməni və bunun əsasında yekun nəticəyə gəlməni ehtiva edir. Yəni iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından i barətdir.
27. Lakin iş materiallarından görünür ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi heç bir maddi hüquq normasına istinad etməmişdir. Bu hal onu deməyə əsas verir ki, məhkəmələr tərəflərin hansı hüquq münasibətlərində olduğunu müəyyən etməmişdir.
28. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 739-cu maddəsinə (borc müqaviləsinə) istinad olunmasına baxmayaraq, iddiaçının bəhs etdiyi işin faktik halları baxımından onların arasında yaranan münasibətlər nisyə alğı-satqı müqaviləsinin şərtlərinə uyğundur və məhkəmə də işin hallarını Mülki Məcəllənin 600-cü maddəsinin müddəaları əsasında təhlil etməli idi.
29. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ondan ibarət olmuşdur ki, «iddiaçının istinad etdiyi akt cavabdehin i ddiaçıya məxsus sexdən müəyyən çəkidə ət aparması faktını təsdiqləməklə bunun tərəflər arasında yaranmış hansı münasibətlərdən, o cümlədən alğı-satqıdan irəli gəlməsini müəyyən etməyə imkan vermir», «hazırkı halda cavabdehin aparmış olduğu ətin tərəflər arasındakı hansı razılaşmadan irəli gəlməsi, o cümlədən iddiaçı tərəfindən cavabdehə satılmış olmasını, satılıbsa hansı qiymətə satılmış olmasını müəyyən etmək olmur».
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi, işin hallarının tam və hərtərəfli araşdırılmasına əsaslanmır.
31. Halbuki, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.
32. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz (F.Cavadov və V.Aslanovun şikayətləri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı).
33. Mülki Prosessual Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.
34. Göründüyü kimi, mülki məhkəmə icraatında təqdim olu nmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndiriməsi məhkəmənin vəzifəsidir. Nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
35. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin «cavabdehdən böyük məbləğdə pul tələb edildiyi halda iddiaçı tərəfindən bu məbləğlə bağlı tərəflərin imzaladıqları hər hansı yazılı sübutu məhkəməyə təqdim edə bilmir» əsaslandırması ilə razılaşmır. Çünki cavabdehin özü də iddiaçı ilə ətin alğı-satqısı münasibətlərində olduğunu inkar etmir. Məhkəmə MPM-nin 14-cü maddəsinə əsasən cavabdehdən konkret olaraq iddiaçıya nə qədər ət verməsini və satılmadığına görə nə qədər əti geri aldığını soruşmaqla bu faktın düzgünlüyünü araşdırmamış, iddiaçının cavabdehə satdığını iddia etdiyi ətin həqiqətən də cavabdeh tərəfindən iddiaçıya verilməsini təsdiq edən sü butları təqdim etməyi təklif etməmişdir. İddiaçıya məxsus ət sexindən məhsulun cavabdehin avtomobilinə yüklənməsi və cavabdehin aparması faktını cavabdeh mübahisələndirmir. Bu halda həmin məhsulun hansı şərtlərlə ona verildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Nəzərə alınmalıdır ki, mülki münasibətlərə girən şəxslər bəzi hallarda onların qarşılıqlı öhdəlikləri rəsmiləşdirilmədən bu cür münasibətlər yarada bilər. Bu halda onların arasında yaranmış münasibətlərin hansı əqdə uyğun olduğunu müəyyən etmək üçün məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinin yaratdığı müqavilənin təfsir olunması imkanından istifadə etməlidir. Həmin normaya görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqi qi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsinin tələblərinə cavab vermir və qətnamə ləğv edilməli, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin e tməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(106)1799/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.