Məhkəmə qərarları › İş №2(102)-354/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-354/2024

27.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-354/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4895/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apelyasiya Məhkəməsinin M ülki Kollegiyasının 2(103)-680/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(005)-5 84/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilməsi, ünvan 2 evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X1 və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(005)- 584/2020 nömrəli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabd eh Yuriyeviçin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(005)-2224/2019 nömrəli qətmaməsinin ləğv edilməsi və həmin iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh Yuriyeviçin iddiasının qismən təmin edilərək, X3 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2014-cii il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi, yəni həmin müqavilə üzrə X3 tərəfindən İddiaçı ünvan 2 evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməsi, Cavabdeh Yuriyeviçin ünvan 2 evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4292/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/5498 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin iddiaçının və cavabdehin payına uyğun hissədə naturada bölünməsinin və payın naturada ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metod larının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli ev 8A, 10 saylı mənzilin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsaitin İddiaçı 2/3 hissədə ilə Cavabdeh 1/3 hissədə aralarında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olmaqla, 2/3 hissədə onun, 1/3 hissədə isə cavabdehin adına qeydə alınıb. Həmin mənzillə bağlı ümumi razılıq olmadığından payları na uyğun bölünməsini istəyir. Lakin daha əvvəlki mülki iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 10/5498 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.m olan iki otaqlı 4 nömrəli mənzilin onların paylarına uyğun hissədə naturada bölünməsi və payın naturada ayrılması, İnşaat Norma və Aqydalarının 2.08.01.89- nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Ona görə də o, hazırki iddianı qaldırmışdır.

6. Cavabdeh və onun vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 0 may 2023-cü il tarixli, 2(005)632/2023 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli mənzilin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsaitin mənzilə dair paylara uyğun olaraq 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh arasında bölünməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin dinlənilməsi və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə dair Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-680/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 h issədə paylarını müəyyən etmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin mümkün olmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/5498 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir. İddiaçı bununla əlaqədar olaraq cavabdehə həmin mənzilə dair olan pay hüququndan 90.000 manat kompensasiya müqabilində cavabdehin xeyrinə imtina etməsini təklif etsədə, təklif qəbul olunmamışdır. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin açıq hərracda satılaraq, satışdan əldə edilən vəsaitin tərəflərin payına nisbətdə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin naturada bölünməsinin mümkünsüz olması müvafiq ekspert rəyi ilə təsdiq edilir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə müvafiq kompensasiya müqabilində onun xeyrinə mülkiyyət hüquqlarından imtina etməsi barədə təklifinin olması hazırda yuxarıda göstərilmiş hüquqi mövqe üzrə mübahisəli mənzilə dair paylı mülkiyyətçilərin hərəkət ardıcıllığı ödənilməsi təsdiq olunur.

10. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1., 152.5., 157.1., 157.4., 213.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6.-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına, Mü lki Prosessual Məcəllənin 14, 77, 78, 80, 81 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həllinə riayət olunması tələbinə zidd olaraq, Mülki Məcəllənin 218.2-ci, 220.6-cı maddələrinin tələblərinə zidd olaraq mənzilin açıq hərracda satılması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin məhkəməyə qədər həllinə riayət olunmasını, həmin mənzilin söküntü zonasında yerləşdiyini nəzərə almamış, cavabdeh tərəfin vəsatətlərini təmin etməməklə onun hüquqlarını açıq-aşkar pozmaqla qətnamə çıxarmışdır. İd diaçı iddia ərizəsi ilə 2022-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl 25 oktyabr 2022-ci il tarixində mənzilin ona məxsus 1/3 hissəsini 14.000 manata almaq barədə təklif göndərmiş və həmin təklifin cavabını gözləmədən məhkəmədə iddia qaldırmışdır. Artıq iş məhkəmədə olarkən iddiaçının vəkili 05 aprel 2023-cü il tarixində məhkəmə prosesi gedişində yeni təklif irəli sürmüşdür. Yeni təklifdə mənzilin mülkiyyətində olan 2/3 pay hissəsindən digər mülkiyyətçi, onun xeyrinə 90.000 manat ödənilməklə imtina olunması təklif edilmişdir. Hazırda vəkil sorğularına cavablar alınmışdır və müəyyən edilmişdir ki, Firdovsi Məmmədov küçəsi 10 saylı ev ünvanı (ərazisi) söküntü ərazisi olaraq müəyyən edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(103)-4895/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarının olması və həmin mənzilin naturada bölünməsinin mümkünsüz olması işin mübahisəsiz halıdır.

15. İddiaçının payının dəyəri müqabilində kompensasiya verilməsi ilə bağlı təklif də cavabdeh tərəfindən qəbul edilməmişdir.

16. İddiaçı payının müqabilində 90.000 manat istəsə də, cavabde h həmin vəsaiti vermək istəyində olmamış, bunu həmin məbləğin şişirdilmiş olması isə əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, həmin ərazi söküntüyə düşəcəyindən mənzilin hazırki vəziyyətdə satılması ona sərf etmir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, vəkil sorğularına cavablar alınmışdır və mübahisəli ərazi söküntü ərazisi olaraq müəyyən edilmişdir, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

18. Kollegiya hesab etmişdir ki, cavabdeh iddiaçının payını kompensasiya etmək niyyətində deyil, irəli sürdüyü dəlillər isə mənzilin satılaraq bölünməsinin qarşısını almağa yönəlmişdir. Əgər belə olmasa idi, cavabdeh iddiaçıya konkret kompensasiya məbləği təklif edərdi.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1., 152.5., 157.1., 157.4., 213.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6.-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1., 88, 384.0.1., 385.2.-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarının müddəaları və Mülki Məcəllənin 220.4., 220.6-cımaddələri işin müəyyən edilmiş hallarına düzgün tətbiq edilməmişdir. Mənzilə olan hüquq hər iki mülkiyyətçinin maraqları və hüquqları nəzər ə alınmaqla müəyyən edilməli idi. İddiaçı əsl məqsədi mövcud qanunvericilikdən sui-istifadə edərək mənzili hərraca çıxarıb, hərrac qaydalarına əsasən qiymətini iki dəfə aşağı saldıqdan sonra özü tərəfindən qardaşının payını almaqdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarını, Mükli Məcəllənin 218-ci, 220-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Nəticədə cavabdeh İqor Morozvun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müd dəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına, Mükli Məcəllənin 220-ci maddəsinin tələblərinə istinad edilsə də, iş materiallarına və işin hallarına münasibətdə düzgün tətbiq edilməyib. Bundan başqa, İddiaçı iddia ərizəsi ilə 2022-ci ilin noyabr ayında Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl 25 oktyabr 2022-ci il tarixində Cavabdeh mənzilin ona məxsus 3/1 hissəsini 14.000 manata almaq barədə təklif göndərmiş, həmin təklifin cavabını gözləmədən məhkəmədə iddia qaldırmışdır. Artıq iş məhkəmədə olarkən İddiaçı vəkili 05 aprel 2023-cü il tarixində məhkəmə prosesi gedişində yeni təklif irəli sürmüşdür. Yeni təklifdə mənzilin mülkiyyətində olan 2/3 pay hissəsindən digər m ülkiyyətçi Cavabdeh xeyrinə 90.000 manat ödənilməklə imtina olunması təklif edilmişdir. Məhkəmə tərəfindən əsas götürülmüş ikinci təklif məhkəmə prosesi gedişində verilmişdir. Mülki Prosesssual Məcəllə məhkəməyə qədər hərəkətlərin məhkəmə prosesi gedişində aparılmasını nəzərdə tutmamışdır (barışıq sazişinin bağlanmasından başqa). Belə olduğu halda məhkəmənin həmin təklifi əsas götürməsi Mülki Məcəllənin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillərin əsassız olduğunu bildirərək kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4895/2023 nö mrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

27. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğin in ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların payları na mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

29. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflər arasında ümumi paylı mülkiyyət vəziyyətinə əşyanın hərracdan satılması yolu ilə xitam verilə bilər.

39. Belə ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır (§ 29).

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri q ətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4895/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar