Məhkəmə qərarları › İş №2(102)-3541/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3541/2019

04.06.2019 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3541/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Baloğlanov Eltən Təbriz oğlunun və nümayəndəsi x2 iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)1527/2017 saylı qətnaməsi ilə (hakim G.Əsədova) iddia tələbi təmin edilərək, tərəflər arasında 17 dekabr 2015-ci il tarixdə bağlanmış D025 saylı l izinq müqaviləsi ləğv edilmiş, cavabdehdən ödəniş günü milli manata məzənnədə lizinq müqaviləsi üzrə əsas borca görə 29.917 ABŞ dolları, hesablanmış faizə görə 1.683 ABŞ dolları, cəriməyə görə 10.674 ABŞ dolları olmaqla, cəmi 42.274 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi və cavabdehin ünvan 1 mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)6395/2017 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov, İ.Şirinov və A.Hüseynov) Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği 200 ABŞ dolları məbləğində müəyyən e dilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(102)-77/2018 saylı qərarı ilə (hakimlər: Ə.Əhmədov, A.İsgəndərov və İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)4549/2017 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov, V.Baxışova və V.Həsənov) Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, əsas borc kimi 29.916,57 ABŞ dolları, faiz borcu kimi 1.068,57 ABŞ dolları, cəmi 30985,14 ABŞ doll arı məbləğində pulun x3 alınaraq x1-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2017 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 dekabr 2015-ci il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı təşkilat mülkiyyətində olan ünvan 1 mənzilini 24 ay müddətinə, hər ay 1.782 ABŞ dolları ödəmək şərti ilə 35.000 ABŞ dollarına lizinqə verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Hazırda müqavilə üzrə ödəmələr aparılmır və cavabdeh lizinqə verilmiş mənzili iddiaçı təşkilata təh vil verməkdən imtina edir. Cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 29.917 ABŞ dolları əsas, 1.683 ABŞ dolları faiz, 10.674 ABŞ dolları cərimə olmaqla, cəmi 42.274 ABŞ dolları borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2017 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Baloğlanov Eltən Təbriz oğlu və nümayəndəsi Əliyev Ehtiram Əbülfət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflərin arasındakı mübahisə 17.12.2015-ci il tarixli, D025 nömrə li lizinq müqaviləsi ilə bağlıdır. İddiaçı lizinq verən, cavabdeh lizinq alandır. Lizinq obyekti mənzildir, ünvan 1 ünvanında yerləşir. Lizinq müqaviləsinə görə iddiaçı lizinq obyektini satıcıdan əldə etməyi və cavabdehin istifadəsinə verməyi, cavabdeh isə lizinq ödənişlərini iddiaçıya ödəməyi öhdəsinə götürüb. İddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra edib, yəni mənzili satıcıdan əldə edib. Belə ki, alqı-satqı müqaviləsindən görünür ki, lizinq şirkəti həmin mənzili 15.12.2015-ci il tarixində 80000 manata x4 (cavabdehin anasından) satın alıb, sonra mənzili qızına lizinqə verib. İşdə olan Lizinq müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, lizinq predmetinin ümumi dəyəri 80.000 manat, ilkin ödəniş 48.992 manat təşkil edir. Digər ödənişlər ABŞ dolları ilə göstəri lib. Belə ki, lizinq ödənişləri 24 ay ərzində ödənilməlidir, birinci ödəniş 15.01.2016-cı il tarixində, sonuncu ödəniş isə 15.12.2017 ci il tarixində həyata keçirilməlidir, 24 ay ərzində ödənilməli olan əsas ödənişin ümumi məbləği 35.000 ABŞ dolları, 24 ay ərzində ödənilməli olan lizinq mükafatının ümumi məbləği 7.766 ABŞ dolları, 24 ay ərzində ödənilməli olan lizinq ödənişlərinin cəmi 42.766 ABŞ dollarıdır (35.000 ABŞ dolları + 7.766 ABŞ dolları = 42.766 ABŞ dolları). Məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsi yalan əqddir, kredit müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Belə ki, işdən göründüyü kimi lizinq müqaviləsi bağlanarkən lizinq obyektindən gəlir götürmək məqsədi olmalıdır, lizinq verən obyekti gəlir götürmək məqsədi ilə verməli, lizinq alan isə onu gəlir götürmək məqsədilə əldə etməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsində qeyd olunub ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qanun lizinq müqaviləsinin anlayışını müəyyən edərkən gəlir götürmək məqsədini qeyd etməsə də “lizinq ”anlayışının özü bunu ehtiva edir. Belə ki, lizinq termini ingilis mənşəli olub icarə mənasını verir. İngilis dilində “lease” icarə, “hire” kirayə kimi tərcümə olunur. İcarə ilə kirayənin fərqi nəzərə alınmalıdır. İcarənin kirayədən fərqi ondan ibarətdir ki, icarəçiyə obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir. Ona görə də gəlir götürmək məqsədi lizinqin vacib elementidir. Bundan başqa, MM-in 747-2-ci maddəsi təsdiq edir ki, lizinqdə gəlir məqsədi zəruridir. Belə ki, həmin maddədən görünür ki, lizinq obyekti bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas və saitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Əsas vəsaitlərin anlayışı Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində müəyyən edilmişdir. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir. Əgər lizinqin gəlir məqsədi ilə əlaqəsi olmasaydı onun obyektinə münasibətdə 3 əlamət (istifadə müddəti, dəyər və amortizasiya) müəyyən edilməzdi, istənilən əşya lizinqin obyekti sayılardı. Hazırkı işdə lizinq alana obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməyib. Lizinq obyekti olan sahə yaşayış sahəsidir, ora qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməz. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 2022-ci maddələrində müəyyən edilmiş qaydada olmalıdır. Həmin Məcəllənin 21.7-ci maddəsində “...nəzərdə tutulmuş sənəd... sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır ”məzmunlu qeyd onu təsdiq edir ki, yaşayış sahəsindən qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün müvafiq sənəd olmalıdır. Belə sənəd isə iş materiallarında yoxdur. Bu isə o deməkdir ki, gəlir götürmək məqsədi olmayıb, kredit müqaviləsini pərdələmək üçün lizinq müqaviləsi bağlanılıb. Mülki Məcəllənin “lizinq” fəslindəki 748.2.5 və 748-3-cü maddələrdə “maliyyə lizinqi” ifadəsindən istifadə olunub, bununla da həmin maddələrdəki qaydaların yalnız maliyyə lizinqinə aid edildiyi bildirilib. Bu isə onu ehtiva edir ki, MM-nin maliyyə lizinqi ilə yanaşı lizinqin digər növü olan operativ lizinqi də tanıyır, la kin lizinq fəslinin yuxarıda göstərilən iki maddəsində müəyyən edilmiş qaydaları operativ lizinqə şamil etmir, fəslin digər maddələrini isə şamil edir. Operativ (servis) lizinqində lizinq müddəti icarəyə götürülmüş obyektin tam amortizasiyası müddətindən az olur, lizinq ödənişləri obyektin dəyərini tam əhatə eləmir. Lizinq şirkətləri isə həmin obyektləri növbəti dəfə lizinqə verməklə və ya satmaqla obyektin tam qiymətini əldə edir. Operativ lizinqdən əsasən çox sürətlə inkişaf edən texniki avadanlıqların əldə edilməsində istifadə olunur. Belə ki, müəyyən müddətdən sonra həmin avadanlıqlar saz vəziyyətdə olmasına baxmayaraq bazara yeni modellərin təqdim edilməsi ilə onlar öz imkanlarına görə köhnəlmiş sayılır. İstehsal avadanlıqlarının yenilənməsi isə böyük miqdarda maliyyə vəsaiti tələb ed ir. Operativ lizinqdə sahibkarlıq fəaliyyətinin subyekti belə vəziyyətdən maliyyə itkisi olmadan çıxış yolu əldə edir. Hazırkı işdə lizinq müqaviləsi operativ lizinqə aid ola bilməz. Belə ki, lizinq ödənişlərinə 48.992 manat (ilkin ödəniş), 35.000 ABŞ dolları ödəniş) və 7.766 ABŞ dolları (mükafat) daxildir, bu ödənişlərin cəmi lizinq obyektinin dəyərini tam əhatə edir. Maliyyə lizinqində obyekt uzunmüddətli icarəyə götürülür, lizinq müddəti adətən obyektin amortizasiya müddəti ilə eyni olur və lizinq müddətinin sonunda obyektin simvolik qiymətlə lizinq alana satılması nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşmə növüdür. Hazırkı lizinq müqaviləsi maliyyə lizinqinə aid edilə bilməz, belə ki, onun müddəti 2 ildir, lakin mənzilin amortizasiya müddəti 2 il deyil. Binalar və tik intilər üçün illik amortizasiya norması 7 faizədəkdir (Vergi Məcəlləsi, maddə 114.3.1). 2 ildə bu 14 faiz təşkil edir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, lizinq şirkəti 35.000 ABŞ dolları məbləğində kredit verib, bunu pərdələmək üçün formal lizinq sənədləri tərtib olunub. Cavabdehin əldə etdiyi 35.000 ABŞ dolları məbləğində pul lizinq müqaviləsinin 1.2-ci bəndində göstərilən puldur. Həmin bənddə qeyd olunub: “Lizinq alanın ilkin öhdəliyi 35.000 ABŞ dolları müəyyən edilir”. Lizinq müqaviləsində başqa hər hansı məbləğ qeyd olunmayıb. Bu da onun təsdiq edir ki, 35.000 ABŞ dolları məbləğində pul lizinq şirkəti tərəfindən cavabdehə borc verilən puldur. Lizinq şirkəti cavabdehin anasına məxsus əmlakı “80.000 manata almaq” adı ilə cavabdehə 35.000 ABŞ dolları kredit vermişdir. Alqı -satqı müqaviləsində göstərilən, alıcının (lizinq şirkətinin) satıcıya (cavabdehin anasına) ödəməli olduğu manatın bir hissəsi - 35.000 ABŞ dolları məbləğində hissəsi lizinq şirkətinə məxsus olan puldur, qalan pul şirkətə məxsus deyil. Belə ki, alqı-satqı müqaviləsində göstərilən 80.000 manat pulun satıcı (cavabdehin anası) tərəfindən alınması barədə qəbz olsa da, 80.000 manat pulun lizinq şirkətinin hesabından çıxması barədə sübut yoxdur. Lizinq şirkəti hüquqi şəxsdir, “Mühasibat uçotu haqqında” Qanunun tələbləri baxımından hüquqi şəxs hər hansı müqavilə üzrə pul ödəyirsə bu ödəniş uçot sənədlərində əksini tapmalıdır. Lizinq şirkətinin özü də təsdiq edir ki, mənzilin alınması üçün 35.000 ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Belə ki, lizinq şirkətinin 24.01.2017-ci il tarixli, 1019/1 7 nömrəli arayışında “... daşınmaz əmlakın alınması üçün 35000 ABŞ dolları həcmində vəsait ayrılmışdır” qeyd olunub. Həmçinin, lizinq şirkətinin nümayəndəsi apellyasiya icraatı zamanı izahat verərkən bildirmişdir ki, mənzilin qiymətinin bir hissəsini lizinq şirkəti, digər hissəsini isə cavabdeh tərəf ödəmişdir. Göründüyü kimi, tərəflər kredit müqaviləsini pərdələmək üçün, habelə borc verilmiş 35.000 ABŞ dolları məbləğində pulun və onun faizinin qaytarılmasına “təminat” əldə etmək üçün lizinqlə bağlı sənədləşmədən istifadə ediblər. Bundan başqa lizinq müqaviləsi bağlanarkən ABŞ dollarından istifadə olunub. Bu da digər sübutlarla birlikdə onu təsdiq edir ki, tərəfləri lizinq müqaviləsini kredit müqaviləsini pərdələmək məqsədilə bağlayıblar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Lizinq münasibətində pul ödəniş vasitəsi kimi işlədilir, ona görə də dollardan istifadə oluna bilməz. Kreditə münasibətində isə pul ödəniş vasitəsi kimi işlədilmir, ona görə də dollardan istifadə oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsi də yalan əqddir. Belə ki, işdə olan sənədlərdən görünür ki, lizinq şirkəti mənzili anadan “80.000 manata alaraq” onun övladına - cavabdehə “ lizinqə ”vermişdir. Əgər cavabdehin mənzili əldə etmək niyyət olsayıdı, bunu anası ilə öz arasında bağlanmış əvəzli əqd (alqı-satqı müqaviləsi, əmlak kirayə müqaviləsi və s.) və ya əvəzsiz əqd (bağışlama müqaviləs i, əvəzsiz istifadə müqaviləsi və s.) əsasında edə bilərdi. Belə vəziyyətdə cavabdehin lizinq şirkətinə pul ödəyərək mənzili əldə etməsinə hər hansı zərurət olmamışdır. Zərurət olsayıdı o, pulu özünə doğma olan insana - anasına hissəhissə ödəyərdi. MM-nin 747-5.1-ci maddəsinə görə lizinq əməliyyatlarının hüquqi formasına lizinq müqaviləsi ilə yanaşı, həm də alqı- satqı müqaviləsi daxildir. Ona görə də lizinq müqaviləsinin yalan əqd olması alqı- satqıya təsir edir, çünki hər ikisi eyni əməliyyatın (lizinq əməliyyatının) daxilindədir, vahid niyyətlə əhatə olunur. Lizinq müqaviləsinin yalan əqd sayılması üçün yuxarıda istinad olunan halların hamısı alqı-satqı müqaviləsinə də aiddir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasın dan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Hazırkı işdə lizinq və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürülməsə də, bu hal məhkəmənin həmin müqavilələri əhəmiyyətsiz əqd hesab etməsinə mane olmur. Çünki, alqı-satqı müqaviləsi lizinq müqaviləsi ilə birlikdə lizinq əməliyyatının tərkibinə daxildir, lizinq əməliyyatı isə hazırkı işdə lizinq şirkətinin irəli sürdüyü iddianın əsasına aiddir. Alqı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməsinə ehtiyac yoxdur. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilər. Göründüyü kimi, lizinq əməliyyatının tərkibinə daxil olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsi yalan əqdlərdir. Lizinq müq aviləsi kredit müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, alqı-satqı müqaviləsi ipoteka müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, MM-in 340.2-ci maddəsinə görə yalan əqd əhəmiyyətsizdir. MM-in 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, hər 2 müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsızdır. MM-nin 340.2-ci maddəsinə görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Ona görə də yalan əqdə (lizinq müqaviləsinə) tərəflərin əslində nəzərdə tutduqları əqdə (kredit müqaviləsinə) aid olan qaydalar tətbiq edilməlidir. İşdə olan məhkəmə-mühasibat ekspertizasının 29.06.20 18-ci il tarixli, 15029 nömrəli rəyinə görə həmin müqavilə üzrə 24.01.2017-ci il tarixinə olan əsas borcun məbləği 29.916,57 ABŞ dolları, faiz borcunun məbləği kimi 1.068,57 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası MM-in 425, 739 və 741-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, həmin məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Lizinq əməliyyatının tərkibinə daxil digər yalan əqdə (alqı-satqı müqaviləsinə) tərəflərin əslində nəzərdə tutduqları əqdə (ipoteka müqaviləsinə) aid olan qaydaların tətbiq edilməsi mümkün deyil. Çünki, kredit müqaviləsindən fərqli olaraq maddi hüquq ipoteka müqaviləsi üçün notariat formanı məcburi forma kimi müəyyən edib (MM maddə 307), yəni məhkəmə şifahi formalı kredit müqaviləsini tanıya bilər, lakin şifahi formalı ip oteka müqaviləsini tanıya bilməz. Bundan başqa, qanun ipoteka müqaviləsinin məzmununa dair konkret tələblər müəyyən edib (MM maddə 307 və “İpoteka haqqında” Qanun, maddə 10). Notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin məzmunu bu tələblərə cavab vermir. Ona görə də həmin mənzil ipoteka predmeti sayıla bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar