Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3541/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X10 İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3541/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X18 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X10 İdarəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-476/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilm iş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 05 yanvar 2007-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı həmin tarixdən X1 Sisteminin 39 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsobova yazdığı 01 iyul 2022-ci il tarixli ərizəsində, o, övladının səhətində yaranan problemlə bağlı 01 iyul 2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir.
3. X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibovun 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmri ilə, Şəki şəhər MKS-nin Çeşməli kənd 39 saylı kitabxana filialının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2022-ci il tarixdən Azərbay can Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və ona istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi qərara alınmışdır.
4. İddiaçı X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsobova yazdığı 04 iyul 2022-ci il tarixli ərizəsində, o, əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2022-ci il tarixli ərizəsini geri götürdüyü üçün həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmiş, həmin ərizənin ona hədə qorxu və basqı altında yazdırıldığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh X10 İdarəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməs inə müraciət edərək, cavabdeh X10 İdarəsinin onun işdən azad edilməsi barədə verdiyi 01 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqını ödənilməklə işə bərpa olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitunun Mingçevir Filialının “ibtidai təhsilin pedaqoqikası və metodikası” ixtisası üzrə ali təhsil almışdır. 01 aprel 2004-cü il tarixdən X1 Sisteminin 39 №-li Çeşməli kənd kitabxana filialının müdiri vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov ümumi filialların iclasını təşkil etmiş və o, iclasda iştirak etmişdir. İclasda ona filialın xadiməsi X4 bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına getdiyini bildirərək ona hədə-qorxu gələrək işdən çıxmağı ilə bağlı ərizə yazmağını tələb etmiş, əks halda onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edəcəyini bildirmişdir. O, Tərlan Nəsibova filialın xadiməsi X4 onun icazəsi və məlumatı olmadan getdiyini, hətta onun iş vaxtının səhər saat 10 00-dan 13 00-a qədər olduğunu və xx.xx.2022-ci il tarixdə işə gəlib tabelə də imza etdiyini bildirsə də, onu təhdid edərək ərizə yazdırmışdır. O, məcbur olub bu hədə-qorxu altında onun dediyi formada ərizə yaza raq işdən çıxarılmağını xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə X10 İdarəsinə rəsmi qaydada, həm də elektron qaydada məktub ünvanlayaraq ərizəsini geri götürdüyünü bildirərək xx.xx.2022-ci il tarixli ərizəsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmçinin ərizədə sözügedən ərizənin ona hədə-qorxu və basqı altında yazdırıldığını da qeyd etmişdir. xx.xx.2022-ci il tarixdən sonra işə gədib gəlmiş və tabelə imza etmişdir. xx.xx.2022-ci il tarixdə ona işdən çıxma barədə əmri və əmək kitabçası təqdim olunmuşdur. O, sözügedən əmrlə razılaşmadığı üçün yuxarı instaniyalara, o cümlədən Əmək Müfəttişliyinə də çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına da müraciət etmişdir. Lakin mediasiya mərhəl əsində barışıq əldə edilmədiyi üçün prosesə xitam verilməsi barədə arayış verilmişdir. X10 İdarəsinin xx.xx.2022-ci il tarixli 136-k saylı əmri qanunsuz və əsassızdır. Əmək qanunvericiliyinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, işlədiyi kitabxanada bir neçə nəfər işçi də çalışmışdır. Kitabxanada xadimə işləyən X13 2022-ci ilin iyun ayında ondan heç bir icazə almadan Naxçıvan Muxtar Respublikasına getmiş, onun bundan məlumatı olmamışdır. 01 iyul 2022-ci il tarixdə Şəki rayonunda fəaliyyət göstərən kitabxanaların işçiləri X10 İdarəsinin rəhbərliyi tərəfindən iclasa dəvət edilmişlər. İclasa çağırıldıqları vaxt o, X13 ilə telefon əlaqəsi yaratmağa çalışsa da, bunun nəticəsi olmamış, maraqlandıqda Jalənin Naxçıvan MR-da olmasını bilmişdir. Dəvət edildiyi iclasda ondan Jalənin harada olması soruşulmuş, o, da Jalənin ondan icazəsiz Naxçıvan MR-na getdiyini bildirmişdir. Həmin iclasdan sonra X7 işdə olmaması ilə bağlı X10 İdarəsinin rəhbərliyi onu X10 İdarəsinə dəvət etmiş və Jalənin işdə olmaması nəzərə alınaraq ondan işdən öz xahişi ilə azad edilməsi barədə ərizənin yazmasını tələb edilmişdir. O, isə X10 İdarəsinin həmin dövrdəki rəhbərinə 18 ildir ki, qüsursuz işləməsi, himayəsində 2-si xəstəlikdən əziyyət çəkən 3 uşağının olması nəzərə alınaraq işdən çıxmaq istəmədiyini demişdir. Bu zaman ona əgər işdən azad edilməsi barədə ərizəsini yazmayacağı təqdirdə, onun maddə ilə işdən azad ediləcəyi bildirilmişdir. Sonra o, Şəki rayonu, Çeşməli kəndinə öz iş yerinə qayıtmışdır. 01 iyul 2022-ci il tarixdə saat 15:00-dək işdə olmuş və saat 15:00-dan sonra yenidən X10 İdarəsinə çağırılmışdır. Həmin gün saat 18:00-dək X10 İdarəsində gözləmək məcburiyyətində qalmışdır. X10 İdarəsində olduğu müddət ərzində də İdarənin əvvəlki müdiri onu əgər öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazmayacağı təqdirdə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad ediləcəyi ilə bağlı xəbərdar etmişdir. Beləliklə o, işdən azad edilməsinə dair ərizə yazmaq məcburiyyətində qalmışdır. O, hansı səbəbdən işdən azad edilməsi barədə ərizə yazmasını soruşduqda, ona uşağının xəstə olması səbəbli işdən azad edilməyə dair ərizə yazması tapşırılmışdır. Buna görə də X10 İdarəsinin əvvəlki rəhbərliyinin tələbi ilə guya uşağının xəstə olması səbəbilə öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazmışdır. Lakin 02 iyul 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək hər gün Şəki rayonu Çeşməli kəndində yerləşən 39 saylı kitabxana filialında işdə olmuşdur. 02 iyul 2022-ci il tarixdə isə X10 İdarəsi ilə telefon əlaqəsi saxlayaraq işdən azad edilməsinə dair ərizəsini geri götürmək istədiyini bildirmişdir. Lakin buna müsbət cavab verilməmişdir. Bu səbəbdən də o, 04 iyul 2022-ci il tarixdə onlayn qaydada X10 İdarəsinin əvvəlki rəhbərliyinə ərizə ünvanlayaraq 01 iyul 2022-ci il işdən azad edilməsinə dair ərizənin ona hədə qorxu və basqı altında yazdırıldığını bildirmiş və işdən azad edilməsinə dair ərizəsinin etibarsız hesab ed ilməsini xahiş etmişdir. 06 iyul 2022-ci il tarixdə isə X1 Sisteminin müdiri onunla əlaqə saxlayaraq işdən azad edildiyini bildirmiş və təhvil-təslim işlərinin aparılmasını ondan tələb etmişdir. Lakin o, bundan imtina etmişdir. 08 iyul 2022-ci il tarixdə isə işdən azad edilməsi barədə 01 iyul 2022-ci il tarixli 136-k saylı əmr, əmək kitabçası təqdim edilmiş və son haqq hesab ona ödənilmişdir. O, mübahisənin məhkəməyədək həlli ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, cavabdeh təşkilatla aralarında mediasiya qaydasında razılıq əldə edilməmişdir. İşçinin işə gəlməməsi onun xətası olmadığı halda bu səbəbli təzyiq altında işdən azad edilməsnə dair ərizəsi alınmışdır. Bir sözlə iş yerində heç bir intizam xətasına yol vermədiyi halda əsassız olaraq işdən azad edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə iclasında cavabdeh X10 İdarəsinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 05 yanvar 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X1 Sisteminin Şəki rayonu Çeşməli kəndində yerləşən 39 saylı kitabxana filialının müdiri vəzifəsinə təyin edilmişdir. 01 iyul 2022-ci il tarixdə X10 İdarəsinin rəhbərliyi tərəfindən Şəki rayonunda fəaliyyət göstərən kitabxana işçiləri ilə iclas keçirilmişdir. İclasda 39 saylı kitabxana filialında xadimə işləyən X7 iclasa gəlmədiyi müəyyən edilmişdir. Həmin vaxt 39 saylı kitabxana filialının müdiri vəzifəsində işləyən İddiaçı həmin kitabxanada xadimə işləyən Jalə Əliyevanın harada olması soruşulmuş, İddiaçı da xadimə X2 bildirmişd ir. Lakin sonradan dəqiqləşdirilmə aparıldıqda xadimə X11 MR-da olması müəyyən edilmişdir. İddiaçı X10 İdarəsinin rəhbərliyinə yanlış məlumat verməsi ilə bağlı ona bu barədə izahat verməsi təklif edilmiş, lakin İddiaçı bununla bağlı izahat verməkdən imtina etmişdir. İddiaçı izahat əvəzinə 01 iyul 2022-ci il tarixdə X10 İdarəsinin rəhbərliyinə ərizə yazaraq uşağının səhhəti ilə bağlı həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. Bu səbəblə X10 İdarəsinin rəisinin 01 iyul 2022-ci il tarixdə verdiyi 136-k saylı əmrlə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində iddiaçının işdən azad edilməsi barədə əmr, əmək kitabçası iddiaçının ünvanına göndərilmiş və son haqq-hesab da hesablanıb verilmişdir. İddiaçının işdən azad edilməsi ilə bağlı ona təzyiq və tə sir göstərilməmişdir. Belə ki, iddiaçı özü işdən azad edildiyi zaman onun müəllimlərin işə qəbulu ilə bağlı imtahanda iştirak edəcəyini göstərmişdir. İşdən azad edilməmişdən əvvəl iddiaçıya işçisinin işdə olmamasına görə filial müdirinin işdən azad edilməsinin nəzərdə tutulmadığı, buna görə şifahi, yazılı xəbərdarlığın edilməsinin, töhmət verilməsinin mümkünlüyü izah edilmişdir. 04 iyul 2022-ci il tarixdə iddiaçının işdən azad edilməsinə dair ərizəsinin nəzərə alınmamasına dair yeni ərizəsi X10 İdarəsinə daxil olmasına baxmayaraq, artıq ərizənin daxil olduğu saatda iddiaçının işdən azad edilməsinə dair əmr elektron sistemə yerləşdirilmişdir. Sonradan iddiaçı mübahisənin məhkəməyədək həlli ilə bağlı Mediasiya Şurasına müraciət etsə də iddiaçı ilə aralarında mediasiya qaydasında razılıq əldə edilməmişdir. İddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin əvvəllərindən 6 ay müddətində Şəki rayonu Çeşməli kəndində yerləşən 39 saylı kitabxana filialında xadimə işləmişdir. 30 iyun 2022-ci il tarixdə səhər işə gəlmiş, lakin uşağının səhhətinin vəziyyəti yaxşı olmadığından o, həmin gün üçün filial müdiri İddiaçı icazə alaraq uşağını Bakı şəhərinə həkimə aparmışdır. Lakin Bakı şəhərində müalicə nəticə vermədiyindən Naxçıvan MR-da yaşayan qohumları uşağını oraya gətirməsini təklif etmişlər. Bu səbəbdən də o, İddiaçı bununla bağlı əlavə icazə almadan uşağı ilə birlikdə Naxçıvan MR-na getmiş, 13 iyul 2022-ci il tarixdə isə qayıdıb gəlmişdir. 13 iyul 20 22-ci il tarixdə işə qayıtdıqdan sonra ondan işdən azad edilməsi barədə ərizə yazması tələb edilmiş, o, da ərizəsini yazaraq işdən azad edilmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. Qızı İddiaçı bir müddət Şəki rayonu Çeşməli kəndində yerləşən kitabxananın müdiri işləmişdir. 01 iyul 2022-ci il tarixdə o, qızı Nüşabəni Şəki şəhərində keçirilən iclasa gətirmişdir. İclasdan sonra isə o, qızı Nüşabəni X10 İdarəsinə aparmışdır. Qızı həmin vaxt X10 İdarəsinin rəisi işləyən Tərlan müəllimin qəbuluna getmişdir. Nüşabə Tərlan müəllimin qəbulundan çıxandan sonra ona izahat və öz ərizəsi ilə işdən azad edilməsi barədə ərizə yazılmasının tələb edildiyi bildirilmişdir. O, buna aydınlıq gətirilməsi üçün Tərlan müəllimin qəbuluna girmək i stəsə də buna imkan verilməmişdir. Həmin gün saat 17 radələrində X10 İdarəsindən qızı Nüşabəyə öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazmayacağı təqdirdə maddə ilə işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu səbəbdən qızı işdən azad edilməsinə dair ərizə yazmaq məcburiyyətində qalmışdır. Qızı Nüşabəyə həmin ərizəni X10 İdarəsinin kadrlar şöbəsində işləyən Dilbazi adlı şəxs yazdırmışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən X1 Sistemində işləyir. 2022-ci ilin yanvar-avqust aylarında isə X10 İdarəsində, idarə rəisinin otağının qarşısında qeydiyyatçı vəzifəsində işləmişdir. 01 iyul 2022-ci il tarixdə X10 İdarəsinin rəhbərliyi tərəfindən Şəki rayonunda fəaliyyət göstərən kitabxana işçiləri ilə iclas keçirilmişdir. İclasda 39 saylı kitabxana filialında xadimə işləyən X7 iclasa gəlmədiyi müəyyən edilmişdir. Həmin vaxt 39 saylı kitabxana filialının müdiri vəzifəsində işləyən İddiaçı həmin kitabxanada xadimə işləyən X7 harada olması soruşulmuş, İddiaçı da xadimə X2 və iclasa gəlməkdə olduğunu bildirmişdir. Lakin dəqiqləşdirilmə aparıldıqda xadimə X11 MR-da olması müəyyən edilmişdir. Bu səbəbdən həmin iclasdan sonra Nüşabə yalan məlumat veməsi səbəbli izahat yazması üçün X10 İdarəsinə dəvət edilmişdir. X10 İdarəsində Nüşabəyə bununla bağlı izahat verməsi təklif edilmiş, lakin Nüşabə izahat verməkdən imtina etmişdir. Nüşabə həmçinin Jalənin işdə olmamasına dair aktı da imzalamaqdan imtina etmişdir. 01 iyul 2022-ci il tarixdə Nüşabə atası ilə birlikdə X10 İdarəsinə gəlmiş və həmin vaxt fəaliyyət göstərmi ş idarə rəisi Tərlan müəllimin qəbulunda olmuşdur. Bu zaman Tərlan müəllim 39 saylı kitabxana filialının işçilərinin davamiyyət kitabını tələb etmişdir. Həmin kitaba baxış keçirildikdə Jalənin imzaları arasında uyğunsuzluq olması müəyyən edilmişdir. X10 İdarəsinin müdiri Tərlan müəllim də Nüşabədən öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmasını tələb etmişdir. Tərlan müəllimin qəbulundan çıxdıqdan sonra Nüşabə ona işdən azad edilməsi ilə bağlı ərizə yazmaq istəmədiyini demişdir. Bu səbəbdən o, özü Tərlan müəllimin otağına gedərək Tərlan müəllimdən Nüşabəyə güzəşt edilməsini xahiş etmiş, lakin Tərlan müəllim onun xahişini qəbul etməmiş, Nüşabənin ərizə yazıb işdən azad edilməli olduğunu bildirmişdir. Sonra Nüşabə kadrlar şöbəsində işləyən Dilbazinin yanına getmiş və orada işdən az ad edilməsi barədə ərizəsini yazıb getmişdir.
12. Şəki Rayon Məhkəməsinin 2(075)-2047/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, X10 İdarəsinin İddiaçı işdən azad edilməsi barədə verdiyi 01 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Şəhər Mərkəzləşdirilmiş X5 kənd 39 saylı kitabxana filialının müdiri vəzifəsinə bərpa edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı müəyyən etmişdir ki, İddiaçı 05 yanvar 2007-ci il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən X10 İdarəsinin nəzdində olan X1 Sisteminin 39 saylı kitabxana filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. 01 iyul 2022-ci il tarixdə isə İddiaçı X10 İdarəs inin rəisinə ərizə ilə müraciət edərək övladının səhhətində yaranan problemlə bağlı 01 iyul 2022-ci il tarixdən onun işdən azad edilməsini xahiş etmişdir. X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibovun 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmri ilə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Lakin 04 iyul 2022-ci il tarixdə X10 İdarəsinə yazdığı ərizəsində İddiaçı 01 iyul 2022-ci il tarixli ərizəsinin ona hədə qorxu və basqı altında yazdırıldığını göstərmiş və həmin ərizəsini geri götürdüyü üçün etibarsız hesab edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsində iddiaçının ərizəsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı iddiaçının 01 iyul 2022-ci il tarixdə işlədiyi işdən azad edilməsinə dair ərizə yazmasında cavabdeh X10 İdarəsinin əvvəlki rəisinin təzyiqinin olması müəyyən edilmişdir. Belə ki, iddiaçının dəvət etdiyi şahidlə yanaşı iddiaçının işdən azad edildiyi dövrdə X10 İdarəsinin rəisinin otağının qarşısında qeydiyyatçı vəzifəsində işləmiş şahid X3 ifadəsindən də iddiaçının işdən azad edilməsi barədə ərizəsini könüllü olaraq deyil, cavabdeh təşkilatın rəhbərinin təzyiqi ilə verdiyi, hətta iddiaçının xahişi ilə idarə rəisinin yanına gedərək iddiaçının işdən azad edilməməsini xahiş etməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbərinin İradə Abbaszadənin dediklərinə əhəmiy yət vermədiyi, beləliklə iddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinin iddiaçının könüllü iradəsi ilə ləğv edilmədiyi, əksinə iddiaçının iradəsinin əleyhinə olaraq onun əmək müqaviləsini ləğv etməyə məcbur edildiyi müəyyən edilmişdir. Bir sözlə, cavabdeh X10 İdarəsi 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmrlə İddiaçı işdən azad etməkdə haqlı olmamışdır.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69-cü maddəsinin 1, 4 və 7-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 106.1, 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən cavabdeh X10 İdarəsinin rəisi Nümayəndə3 apellyasiya şikayəti verərək, birinci i nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız ona istinad etmişdir ki, iddiaçı işdən azad edilməsi barədə ərizə ilə işəgötürənə müraciət etsə də, bu işəgötürənin (indiki halda, cavabdehin) təzyiqi nəticəsində baş vermişdir. Bununla belə, məhkəmə qeyd olunan təzyiqin nədən ibarət olması, hansı formada təzahür etməsi barədə hər-hansı sübut əldə etməmiş, habelə sübut kimi istifadə olunmuş şahid ifadələrini n tədqiqinə ehtiyatlı yanaşmamışdır. Belə ki, şahidlərdən X13 əvvəllər iddiaçının tabeçiliyində işləmiş, həmçinin mübahisə predmeti hadisələrin baş verməsinə səbəb olan şəxs olmuşdur. Digər şahid - X6 isə iddiaçının atası olmuş, ümumiyyətlə mübahisə predmeti hadisələrin şahidi olmadığı halda, birinci instansiya məhkəməsi qanunsuz olaraq sübut kimi onun da ifadəsinə istinad etmişdir. Halbuki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, ar aşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Xüsusilə qeyd olunmalıdır ki, iddiaçıya hədə-qorxu gəlinməsi və onun zorla işdən azad olunması barədə ərizə yazdırılması halının heç bir sübutla təsdiq olunmadığı halda, məhkəmə tərəfindən iddianın heç bir əlavə araşdırma aparılmadan təmin edilməsi onun mübahisəyə birtərəfli yanaşmasının göstəricisi olmuşdur. Belə ki, iddia edilən hədəqorxu əgər həqiqətən mövcud olsaydı, işdən azad edilməsindən 3 gün sonra həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə yazacaq hüquqi biliyə malik olan iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Aydın məsələdir ki, belə müraciət olmamışdır. B irinci instansiya məhkəməsi isə məsələyə səthi yanaşaraq Avropa Məhkəməsinin müxtəlif qərarlarında təsbit olunmuş ədalətli yanaşma və araşdırma prinsiplərini pozmuşdur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, əmək qanunvericiliyinə görə i şçi yalnız əmək müqaviləsi ləğv edilmədiyi halda, işdən azad edilməsi barədə ərizəni geri götürə və ya onun etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət edə bilərdi. Lakin əmək müqaviləsi ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış, nəticədə maddi hüquq normasının kobud pozuntusuna yol vermişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-476/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi) Ələddin Məcidov və Rövşən Rəfiyev) cavabdeh X10 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 05 yanvar 2007ci il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən X10 İdarəsinin nəzdində olan X1 Sisteminin 39 saylı kitabxana filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. 01 iyul 2022-ci i l tarixdə isə İddiaçı X10 İdarəsinin rəisinə ərizə ilə müraciət edərək övladının səhhətində yaranan problemlə bağlı 01 iyul 2022-ci il tarixdən onun işdən azad edilməsini xahiş etmişdir. X10 İdarəsinin rəisi vəzifəsini icra edən Tərlan Nəsibovun 01 iyul 2022-ci il tarixli, 136-k saylı əmri ilə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Lakin 04 iyul 2022-ci il tarixdə X10 İdarəsinə yazdığı ərizəsində İddiaçı 01 iyul 2022-ci il tarixli ərizəsinin ona hədə-qorxu və basqı altında yazdırıldığını göstərmiş və həmin ərizəsini geri götürdüyü üçün etibarsız hesab olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, apell yasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, işin halları ilə müəyyən olunduğu kimi iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə verərək tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd edilməlidir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işə götürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi iddiaçı ərizəsi əs asında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün həmin ərizənin əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, həmin ərizə məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş mü ddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verməmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə verərək tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksu al qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Cavabdeh tərəfindən də iddiaçının ərizəsi əsas götürülməklə, ərizəsində göstərdiyi tarixdən iddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçının əvvəlki (xx.xx.2022-ci il tarixdə yazdığı) ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciəti sözügedən əmrin ləğvinə əsas vermir. Çünki bu cür vəziyyət Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində birbaşa tənzimlənərək deyilir ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
23. İddiaçının işdən çıxması b arədə xx.xx.2022-ci il tarixdə yazdığı ərizəni yazmağa məcbur edildiyi, təzyiq altında, onun iradəsinə zidd olaraq yazıldığı barədə iddiaçının dəlillərini də məhkəmə kollegiyası əsassız hesab etmişdir. Çünki iddiaçı tərəfindən bu faktı təsdiq edən sübutlar təqdim edilmədiyinə görə həmin dəlil rədd edilməlidr.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi şahid ifadəsi kimi atasının ifadəsini qəbul etməsi də iddianın təmin edilməsi üçün kifayətedici deyildir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 iddiaçının atası olmaqla iş üzrə maraqlı tərəfdir. Yəni qızının maraqlarından çıxış edərək izahat vermişdir. Çünki işdə maraqlı olan şahidin izahatı əsasında qətnamə qəbul edilməsi əsaslı deyil. Qeyd etmək lazımdır ki, qanuna və ya digər normativ hüquqi a ktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsini də iddianın təmin edilməsi üçün yetərli hesab etməmişdir. Belə ki, ifadədə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, yəni işdən azad olma barədə ərizəni təzyiq vasitəsi ilə yazması öz təsdiqini tapmamışdır.
26. Məhkəmə kollegiyası iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Hazırkı halda iddiaçının işə bərpa barədə iddiası təmin edilən olmadığından, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə də iddia tələbi t əmin edilə bilməz.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Əmək Məcəlləsinin 12-ci maddəsinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 2-ci hissəsinə, 69-cu maddəsinin 4-cü hissəsinə, 69-cu maddəsinin 5-ci hissəsinə, 9-cu maddəsinin 7-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 384-cü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdehə elektron poçt vasitəsilə məlumat vermiş və bu hal cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclaslarında etiraf edilmişdir. Həmçinin həmin ərizədə işdən çıxma barədə ərizənin ona hədə-qorxu və basqı altında yazdırıldığı da qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdən sonr a işə gedib-gəlmiş və tabelə imza etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə iddiaçıya işdən çıxma barədə sözügedən əmr və əmək kitabçası təqdim olunmuşdur. Hal-hazıradək də həmin vəzifəyə heç bir şəxs işə götürülməmişdir. X12 Xidməti Şəki regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubunda iddiaçının həmin quruma müraciətinə cavab olaraq bildirilmişdir ki, işə götürən tərəfindən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuş və işçiyə ödəniləcək son haqq-hesab işdən azad edildiyi gün deyil, xx.xx.2022-ci il tarixdə ödənildiyi üçün işəgötürən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Bu hal isə o məntiqə gəlməyə imkan verir ki, işəgötürən işçinin işdən azad olması barədə ərizəsinin geri götürm əsi barədə ərizəsindən xəbərdar olduqdan sonra qərəzli olaraq onun işdən azad olunması barədə əmri imzalamışdır. Hansı ki, işçi xx.xx.2022-ci il tarixədək işdə olmuş və tabelə imza etmişdir. Bu hal məhkəmə iclaslarında cavabdehin nümayəndələrinin etirafı ilə öz təsdiqini tapmışdır. Nəzərə alsaq ki, işçi indiyədək heç vaxt uşağının səhhəti ilə bağlı bir dəfə də olsun işə götürəndən icazə almamışdır. Cavabdehin qərəzi məhz bu sadalanan xüsusatlarla sübuta yetirilir. Cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsində iddiaçının ərizəsinə istinad olunsa da, məhkəmə araşdırması zamanı iddiaçının 01 iyul 2022-ci il tarixdə işlədiyi işdən azad edilməsinə dair ərizə yazmasında cavabdeh X10 İdarəsinin əvvəlki rəisi Tərlan Nəsibovun təzyiqinin olması müəyyən edilmişdir. Bu hal məhkəmə iclaslarınd a dindirilən şahid ifadələri və işin digər halları və sübutlarla öz təsdiqini tapır. Belə ki, ərizə yazılan gün X10 İdarəsinin rəisinin otağının qarşısında qeydiyyatçı vəzifəsində işləmiş şahid X8 ifadəsində iddiaçının işdən azad edilməsi barədə ərizəsini könüllü olaraq deyil, cavabdeh təşkilatın rəhbərinin təzyiqi ilə verdiyi, hətta iddiaçının xahişi ilə idarə rəisinin yanına gedərək iddiaçının işdən azad edilməməsini xahiş etməsinə baxmayaraq, cavabdeh təşkilatın rəhbərinin İradə Abbaszadənin dediklərinə əhəmiyyət vermədiyi, beləliklə iddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinin iddiaçının könüllü iradəsi ilə ləğv edilmədiyi, əksinə iddiaçının iradəsinin əleyhinə olaraq onun əmək müqaviləsini ləğv etməyə məcbur edildiyi müəyyən edilmişdir. X8 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən X1 Sistemində işləyir. 2022-ci ilin yanvar-avqust aylarında isə X10 İdarəsində, idarə rəisinin otağının qarşısında qeydiyyatçı vəzifəsində işləmişdir. 01 iyul 2022-ci il tarixdə X10 idarəsinin rəhbərliyi tərəfindən Şəki rayonunda fəaliyyət göstərən kitabxana işçiləri ilə iclas keçirilmişdir. İclasda 39 saylı kitabxana filialında xadimə işləyən X7 iclasa gəlmədiyi müəyyən edilmişdir. Həmin vaxt 39 saylı kitabxana filialının müdiri vəzifəsində işləyən İddiaçı həmin kitabxanada xadimə işləyən X7 harada olması soruşulmuş, İddiaçı da xadimə X2 və iclasa gəlmək üzrə olduğunu bildirmişdir. Lakin dəqiqləşdirilmə aparıldıqda xadimə X11 MR-da olması müəyyən edilmişdir. Bu səbəbdən həmin iclasdan sonra Nüşabə yalan məlumat verməsi səbəbli izahat yazması üçün X10 İdarəsinə dəvət edilmi şdir. X10 İdarəsində Nüşabəyə bununla bağlı izahat verməsi təklif edilmiş, lakin Nüşabə izahat verməkdən imtina etmişdir. Nüşabə həmçinin Jalənin işdə olmamasına dair aktı da imzalamaqdan imtina etmişdir. 01 iyul 2022-ci il tarixdə Nüşabə atası ilə birlikdə X10 İdarəsinə gəlmiş və həmin vaxt fəaliyyət göstərmiş idarə rəisi Tərlan müəllimin qəbulunda olmuşdur. Bu zaman Tərlan müəllim 39 saylı kitabxana filialının işçilərinin davamiyyət kitabını tələb etmişdir. Həmin kitaba baxış keçirildikdə Jalənin imzaları arasında uyğunsuzluq olması müəyyən edilmişdir. X10 İdarəsinin müdiri Tərlan müəllim də Nüşabədən öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmasını tələb etmişdir. Tərlan müəllimin qəbulundan çıxdıqdan sonra Nüşabə ona işdən azad edilməsi ilə bağlı ərizə yazmaq istəmədiyini demiş dir. Bu səbəbdən o, özü Tərlan müəllimin otağına gedərək Tərlan müəllimdən Nüşabəyə güzəşt edilməsini xahiş etmiş, lakin Tərlan müəllim onun xahişini qəbul etməmiş, Nüşabənin ərizə yazıb işdən azad edilməli olduğunu bildirmişdir. Sonra Nüşabə kadrlar şöbəsində işləyən Dilbazinin yanına getmiş və orada işdən azad edilməsi barədə ərizəsini yazıb getmişdir. Göründüyü kimi işçinin işdən çıxarılması üçün ərizə yazmasına hədə-qorxu gəlmə faktı işin mübahisəsiz halıdır. Müəssisə rəhbəri pozuntu hesab etdiyi digər fakta görə sənədləşmə etmək əvəzinə, işçiyə hədə-qorxu gələrək onu zorla işdən çıxma barədə ərizə yazmağa məcbur etmişdir. Bütün bu hallar iddiaçının bütün yuxarı instansiyalara ünvanladığı şikayətlərdə də öz əksini tapmışdır. İddiaçının himayəsində 3 azyaşlı övladı var. Onun işdən gələn gəlirə böyük ehtiyacı var. Nəzərə alınmalıdır ki, işçi olaraq iddiaçı indiyədək 1 dəfə də olsun hər hansı töhmət, xəbərdarlıq almamış, heç bir pozuntuya yol verməmişdir. Ona qarşı bu cür sərt mövqe göstərmək, 1 ilə yaxın onu işindən və gəlirindən məhrum etmək Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərarına ziddir.
30. Cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilən prosessual müddət ötürüldükdən sonra verilsə də, heç bir əsaslandırma olmadan müddət bərpası barədə ərizələri təmin edilmişdir. Tərəfimizdən şikayət verilsə də, Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdir. Həmin qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından haqlı əsasları hazırkı şikayətdə bildirmək məcburiyyətindədirlər. Şəki Rayo n Məhkəməsinin 2(075)-2047/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin surəti 11 noyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə, o cümlədən iş üzrə cavabdeh X10 İdarəsinə göndərilmişdir. Həmçinin 2(075)-2047/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnamə 11 noyabr 2022-ci il tarixdə proses iştirakçılarının, o cümlədən, X10 İdarəsinin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə hesab etmişdir ki, ərizə, sikayət və digər sənədlərin cavabdeh X10 İdarəsinə Şəki Rayon Məhkəməsinin 2(075)-2047/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin çatdırılması, göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində tarixi, həmin qətnamənin cavabdehə poçt vasitəsi ilə təqdim edildiyi t arix hesab edilməlidir. Vəkilin nümayəndə qismində məhkəmə aktından şikayət vermə müddəti aktın kabinetə yerləşdirilməsi günündən hesablanır. Bu hal bütün instansiya məhkəmələrində bu qaydada qəbul edilirsə, X10 İdarəsinə münasibətdə fərqli qəbul edilməsi də doğru deyil. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı izahat şəkilində etiraz verilərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğu göstərilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin isə təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
32. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötü rənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
33. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
34. Maddə 35.2. (3-cü h issə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
35. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
36. Maddə 68. (2-ci hissəsinin “a” bəndi).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
37. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
38. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
39. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
40. Maddə 69 (5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən e dilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
41. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
42. Maddə 300 (1-ci hissə). İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edi lməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
44. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran hall arın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının işdən çıxması barə də xx.xx.2022-ci il tarixdə yazdığı ərizəni yazmağa məcbur edildiyi, təzyiq altında, onun iradəsinə zidd olaraq yazıldığı barədə iddiaçının dəlilləri əsassızdır. Çünki iddiaçı tərəfindən bu faktı təsdiq edən sübutlar təqdim edilmədiyinə görə həmin dəlil rədd edilməlidr. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
65. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-476/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.