Məhkəmə qərarları › İş №2(102)-3542/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3542/2023

04.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3542/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, X8 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Tərtər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(061) 925/2020 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh1 ilə X5 arasında Bərdə regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış 06 avqust 2017-ci il tarixli 853 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X9 anası X2 himayəsində saxlanmış, 20 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 iyul 2020-ci il tarixdən hesablanmaqla hər ay 140 manat məbləğində aliment Cavabdeh1 tutularaq X3 verilməsi qət edilmişdir.

2. Abşeron rayonu İcra Hakimiyyəti 4 nömrəli Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 8 iyun 2020-ci il tarixli, 2529 nömrəli arayışına əsasən, İddiaçı1 Xırdalan şəhəri, Quşçuluq massivi, S.Rüstəmov küçəsi, dalan 6-da yaşamışdır.

3. Abunə haqqında məlumata əsasən, ünvan 1 ünvanında yaşayan abunə kodu **********02325 olan C avabdeh1 qaz sayğacına görə 13.82 manat borc hesablanmışdır.

4. Azərsu ASC Abşeron Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli hesab fakturasına əsasən, ünvan 2 ünvanında abonent kodu **********012 olan Nümayəndə2 63.50 manat borc hesablanmışdır.

5. Abşeron rayonu İcra Hakimiyyəti 4 nömrəli Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 12 iyun 2021-ci il tarixli, 32478 nömrəli arayışına əsasən, İddiaçı1 yaşadığı ünvan 3 ünvanında yerləşən evə dair 4 saylı Mənzil Tikinti İstehsalat İstismar İdarəsində heç bir sənəd qeydiyyatdan keçməmişdir.

6. Alq-satqı haqqında razılaşmaya əsasən, X14 mülkiyyətində olan daşınmaz əmlakı torpaq sahəsi 1,5 sot evin sahəsi 95 kvm olan evi 310000 manata alıcıya satmağı alıcı isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür.

7. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(012)-2325/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı1 Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə iddiası təmin edilmiş, İddiaçı1 xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən 1 qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülməsi qət edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1094/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardaddından görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(012) 2325/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyati üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiаçı İddiaçı1 Cavabdeh1 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək özünün az yaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir.

10. İddiа tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olmaqla ailə qurmuş, nikahları rəsmi dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 20 iyun 2018-ci il tarixdə X9 adlı bir uşaqları doğulmuşdur. Nikahları Tərtər Rayon Məhkəməsinin 2(061) 925/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və az yaşlı qızı Fatimə onun yanında saxlanmışdır. O cavabdehlə ailə qurduqdan sonra xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri X7 yerləşən ev almış, həmin tarixdən həmin evdə yaşamışlar. Onun bütün cehiz əmlakları da hal-hazırda həmin evdədir. Bir müddət əvvəl Tərtər rayonuna valideyinlərinin yanına 23 günlük qonaq gəlib qayıtdıqdan sonra evə daxil olmaq istəyərkən fərdi evin açarlarının dəyişildiyini görmüşdür. Uşağının və onun bütün geyim və cehiz əşyaları həmin evdə qalmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh onu və azyaşlı uşağını evə buraxmaqdan imtina etmişdir. Odur ki, məhkəmədən özünün uşağı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülməsinə dair qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir.

11. Məhkəmə ic lasında İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək və izahatında göstərmişdir ki, Cavabdeh1 onun oğludur.Oğlu ilə İddiaçı1 ailə quran zaman Sahilə ona məxsus olan Bərdə rayonu, Türkmən kəndində yerləşən evinə gəlin köçmüş, cehiz əmlakları həmin evə yığılmışdır. İddiaçıya məxsus olan əmlaklar halhazırda həmin evdədir. Abşeron rayonu, Xırdalan şəhəri, X7 yerləşən mübahisəli evi o satın almışdır, həmin ev ona məxsusdur. Oğlu Cavabdeh1 və ailə üzvlərinə müvəqqəti həmin evdə yaşamaq üçün icazə vermişdir. İddiaçı bir müddət həmin evdə yaşadıqdan sonra evdən çıxıb kirayədə yaşayıblar. Odur ki, iddianın rədd edilməsini x ahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil3 Nümayəndə2 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)-2702/2022 nömrəli (hakim: F.Babaşov) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 xx.xx.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi; Ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iş üzrə sübut qismində məhkəməyə akt və şəkillər təqdim etmişdir. Həmin şəkillərdə cehiz əşyalarının olduğu görünür. Cavabdeh tərə f məhkəmə iclasında həmin şəkillərin Bərdə rayonu, Türkmən kəndində yerləşən evdə iddiaçıya məxsus cehiz əşyalarına aid olduğunu bildirmişdir. Məhkəməyə təqdim edimiş aktda da iddiaçının cehiz əşyalarının Bərdə rayonu Türmən kəndində cavabdehin atası Nümayəndə2 məxsus evdə yerləşdiyi və bu halı bir sıra şəxslərin imzaları ilə təsdiq etdiyi görünür.

16. Məhkəmə bildirmişdir ki, İddiaçı1 Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları rəsmi dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 20 iyun 2018-ci il tarixdə X9 adlı bir uşaqları doğulmuşdur. Nikahları Tərtər rayon məhkəməsinin 2(061) 925/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və az yaşlı qızı Fatimə onun yanında saxlanmışdır. O cavabdehlə ailə qurduqdan sonra xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri X7 yerləşən ev almış, həmin tarixdən həmin evdə yaşamışlar. Bir müddət əvvəl Tərtər rayonuna valideyinlərinin yanına 2-3 günlük qonaq gəlib qayıtdıqdan sonra evə daxil olmaq istəyərkən fərdi evin açarlarının dəyişildiyini görmüşdür. Uşağının və onun bütün geyim və cehiz əşyaları həmin evdə qalmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh onu və azyaşlı uşağını evə buraxmaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının həmin evə köçürülməsinə etiraz edir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Süleyman Rüstəmov küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir.

17. Məhkəmə cavabdeh tərəfindən məhkəmə baxış iclasında təqdim edilmiş aktı və şəkilləri tədqiq etmiş onları iş üzrə mötə bər sübut hesab etməmiş və hesab etmişdir ki, şəkillərdə cehiz əşyalarının fotoşəkilləri əks edilsə də şəkillərdən həmin cehiz əşyalarının kimə aid olduğu və harada yerləşməsi müəyyən edilmir. Həmçinin, aktda iddiaçının Bərdə rayonu Türkmən kəndində cavabdehin atası Nümayəndə2 məxsus evdə cehiz əşyalarının yerləşdiyi qeyd edilsə də həmin akt və oradakı imzaların həqiqiliyi səlahiyyətli orqanlar (kənd icra nümayəndəliyi, bələdiyyə, notarius və s.) tərəfindən təsdiq edilməmiş, akta imza atan şəxslər isə şahid qismində məhkəməyə dəvət edilməmiş və dindirilməmişlər. Belə ki, həmin şəxslər yalnız şahid qismində məhkəmə iclasında ifadə verdikdən, imzaların həqiqiliyi müəyyən edildikdən və etirazda göstərilən hallarla əlaqədar olduqda məhkəmə tərəfindən iş üzrə mötəbər sübut qismində nəzərə alına bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı1 qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə cavabdehlə eyni hüquqlara malikdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə nikah dövründə, yəni 2019-cu ildə sözügedən fərdi yaşayış evi satın alınmış, iddiaçı cehiz əmlaklarını həmin evə köçürərək himayəsində olan azyaşlı qızı ilə həmin evdə yaşamağa başlamışdır

18. Beləliklə, məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına və özbaşına tikili olmasına baxmayaraq həmin ev birgə nikah dövründə alındığından və İddiaçı1 azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evində yaşadığından, iddiaçının cehiz əmlakları həmin ev də olduğundan və iddiaçının başqa daimi yaşayış yeri olmadığından iddiaçının övladı ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində övladı ilə birlikdə yaşamaq hüququ vardır. Belə ki, iş üzrə təqdim edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı cavabdehlə nikah bağladıqdan sonra birgə nikah dövründə yəni xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri X7 yerləşən ev satın almış və həmin tarixdən həmin evdə yaşamışlar.

19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 43, 60, 125, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 27, 180.1-180.2, MPM-in 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

20. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)-2702/2022 n ömrəli qətnaməsindən cavabdeh və nümayəndəsi apellyasiya şikayəti vermişdir.

21. Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron rayonu Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən mübahisəli yaşayış sahəsi onların sahibliyində deyil. Həmin evi satmışlar və hazırda evdə yaşamırlar. İddiaçının əşyalarının Bərdə rayonu Türkmən kəndində onlara məxsus evdə olmasını təsdiq edən sübutlar təqdim etmişlər. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi təqdim edilən aktın notarial qaydada təsdiq edilməməsini, iddiaçının təqdim etdiyi şahid məlumatlarının notarial təsdiq edildiyini əsas gətirərək onlar tərəfindən verilmiş sənədləri sübut olaraq qəbul etməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının cehiz əşyalarının guya mübahisəli ünvanda olmasını fotoşəkillərin olması ilə qəbul etmişdir. Ancaq həmin əşyaların məhz iddiaçının cehiz əşyaları olması sübut edilməmişdir. Özbaşına tikilmiş daşınmaz əmlak mülki dövriyyənin tərkib hissəsi hesab edilmir. Özbaşına tikilinin kimin sahibliyində olması faktiki olaraq həmin evdə kimin yaşaması ilə müəyyən edilir. Bu kimi tikilinin alqı-satqısı notarial qaydada mümkün olmadığı üçün qanunsuz tikili bir şəxsin mülkiyyətindən və ya sahibliyindən digərinə keçmir və qanunsuz özbaşına tikili ilə bağlı mülkiyyət hüququnun müdafiəs i mümkün deyildir. Məhkəmə mübahisəyə baxarkən mübahisələndirilən ev başqa şəxsin sahibliyində olmuşdur. Eləcə də iddiaçının cehiz əşyalarının Xırdalan şəhərində yerləşən evdə və ya Bərdə rayonu Türkmən kəndində yerləşən evdə olmasını aydınlaşdırmamışdır. Onlar tərəfindən təqdim edilmiş sübutları təkzib edən hallar isə məhkəmə qətnaməsində göstərilməmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzili o almış, sonra isə başqa şəxsə satmışdır. İddiaçı həmin evdə oğlu ilə birlikdə müvəqqəti yaşamışdır. İddiaçı gəlin köçəndə onun Bərdə rayonunda yerləşən evinə gəlmiş və sonuncuya məxsus cehiz əşya ları həmin evə yığılmışdır. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli yaşayış sahəsi 02 iyun 2019-cu il tarixdə alınmışdır və iddiaçı həmin evdə yaşamamışdır. Evi cavabdehin atası Nümayəndə2 2019cu ildə almışdır. Sonuncu 28 dekabr 2021-ci il tarixdə isə evi başqa şəxsə satmışdır. Hazırda mübahisəli evin qaz, su və işıq sayğacları həmin alıcının adınadır. Evi satdıqları şəxsi tapa bilmədiklərindən evin satılması ilə bağlı sənədi birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər. Nümayəndə (vəkil) Vəkil3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), X10 və X11) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmış dır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, Cavabdeh1 İddiaçı1 ilə birgə nikahda olduqları dövrdə 31000 manat müqabilində mübahisəli yaşayış sahəsini faktiki olaraq almışdır. Kollegiya belə qənaətə gəlmişdir ki, mübahisəli yaşayış sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edildiyindən İddiaçı1 həmin tikilidə yaşamaq hüququ vardır. Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olmasa da, lakin həmin hal şəxsin daimi olaraq yaşadığı evdən qanunsuz olaraq çıxarılmasına əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhr um edilə bilməz.

27. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Lakin, həmin ev iddiaçının və onun keçmiş ərinin sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh1 iddiaçının mübahisəli yaşayış sahəsində yaşamasını istəmədiyi halda onun həmin yaşayış sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etməli idi. Belə ki, hər hansı bir təzyiq vasitəsi ilə şəxsin evdən çıxarılması həmin şəxsin mənzil hüququnun pozulmasına səbəb olar. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsinə məhdudiyyət qoyula bilməz və onun hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, hazırda həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. Bundan əlavə işin faktiki halları ilə müəyyən olunur ki, tərəflər birlikdə mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu gerçəkləşdirmişdir.

28. Kollegiya həmçinin qeyd etmişdir ki, özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı verilməsə də, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin köçürülməsinə qadağalar müəyyən edilməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də, hüquqi qiymət verərək qeyd etmişdir ki, şikayə tin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kollegiya ilkin olaraq cavabdeh tərəfin mübahisəli yaşayış sahəsinin cavabdehin atası tərəfindən alınması dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan 02 iyun 2019-cu il tarixdə tərtib edilmiş alqı-satqı haqqında razılaşmadan görünür ki, X14 mülkiyyətində olan daşınmaz əmlakı - 1,5 sot torpaq sahəsi, 95 kv.m olan evi 31000 manata alıcı Cavabdeh1 satmağı, alıcı isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Razılaşma tərəflər, eləcə də şahidlər tərəfindən imzalanmışdır. Göründüyü kimi, mübahisəli yaşayış sahəsinin alqı-satqı haqqında razılaşması Cavabdeh1 ilə bağlanmışdır və sonuncu 31000 manat pul ödəməyi öhdəsinə götürmüşdür, habelə həmin vəsaiti ödəmişdir ki, evi sahiblik və istifadəsinə qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası mübahisəli yaşayış sahəsinin başqa şəxsə satılması dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, bundan əvvəldə qeyd edilyi kimi mülki qanunvericiliyə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan onun barəsində sərəncam verilməsi, yəni başqa şəxsə satılması istisna təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, həmin hal İddiaçı1 mübahisəli yaşayış sahəsinə köçürüməsinə maneə yarada biləcək hal kimi qiymətləndirilə bilməz.

31. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2,180.3cü, Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə Dövlət reyesterində qeydə alınmamış, özbaşına tikilini AM-in 32-ci mad. istinad etməklə birgə nikah dövründə əldə edilmiş əmlak hesab etməkdə, bu əsasla iddiaçının əldə edilmiş yaşayış sahəsindən istifadə hüququ əldə etməsi fikrinə gəlməkdə haqlı deyil. Daşınmaz əmlakın mülkiyyət statusu yalnız bu hüququn Dövlət reyesterində qeydə alınmasından sonra yaranır. Hazırkı mübahisə üzrə tərəflərin ümumiyyətlə mübahisəli torpaq və ev sahəsinə dair gözlənilən hüququ belə mövcud deyildir. Bu evin yaşayış üçün yararlı olmasına dair heç bir aidiyyəti qurumun rəyi yoxdur. Məhkəmə qanunsuz yolla əldə eidlmiş, özbaşna tikili hesab edilən, yaşayış üçün yararlı olması bəlli olmayan “evi” Konstitusiyanın 43 maddəsinə istinad etməklə şəxsin “mənzil hüququnu gerçəkləşdirmək” imkanı kimi qiymətləndirmişdir. Ancaq məhkəmə kollegiyası, qanunsuz yollarla əldə edilmiş, özbaşına inşa olunmuş, yaşayış üçün yararlı olması bəlli olmayan tikintini qanunvericiliyin tələblərinə zidd olmaqla qanunsuz mövcud olan “yaşayış sahəsini” qanuni əsas kimi qəbul etmişdir ki, bu da istinad edilən Konstitusiyanın təələblərinə ziddir.

34. Kassator daha sonra bildirmişdir ki, kollegiya düzgün olmayaraq iddiaçının mübahisəli “yaşayış sahəsini” əldə etməsinə hüquqi qiymət verərək cavabdehlə birgə nikah dövründə bu əmlakı əldə etdiklərini, bu səbəbdən də iddiaçının həmin “evin” onların sahibliyində və istifadəsində olmasını tanıyır. Cavabdehin mübahisəli “yaşayış sahəsi”ni satması barədə sübuta isə fərqli yanaşma edərək qeyd edir ki, mübahisəli yaşayış sahəsi özbaşna tikili olduğundan, onun barəsində sərəncam verilməsi, yəni başqa şəxsə satılması istisna təşkil edir. Mülki qanunvericili yə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamağa ixtiyarı yoxdur. Məhkəmə kollegiyasının iddiaçıya və cavabdehə münasibətdə eyni halı başqa-başqa fikirlərl əsaslandırması tam olaraq qanunsuz və məntiqsizdir. Sübutlara obyektiv və qərəzsiz hüquqi qiymət verilməmişdir. Əgər o mülkiyyətçi deyildirsə belə olan halda nə üçün cavabdeh qismində işdə iştirak edir? Məhkəmə kollegiyasının hüquqi mövqeyi və məntiqi ilə məsələyə baxsaq, birinci instansiya və apellyasiya qaydasında məhkəmə kollegiyası işə baxarkan əmlak artıq başqa şəxsin istifadəsində və sahibliyində idi. Belə olan halda cavabdehin əsil cavabdehlə əvəz edilməsi baş verməli idi. Ancaq məhkəmə kollegiyası münasibət lərə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnaməsi göstərilən səbəblərdən qanuni və əsaslı hesab edilə bilməz.

35. Kassator daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə 30 noyabr 2018-ci il tarixli qərarı”nda qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriya lı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncamverməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Hazırkı iş üzrə işə baxan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında müəyyən etdiyi hüquqi mövqeyinə uyğun olaraq tərəflərin münasibətlərinə münasibət bildirməmişdir. b)Kassasiya ş ikayətinə etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

37. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

40. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfi ndən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

41. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

42. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabil iyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[19] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.[20]

43. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(104)-357/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar