Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3542/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu X13 cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X10 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X6) qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(103)-2174/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X4 30 noyabr 2004-cü il tarixli, 1366 saylı sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv metr torpaq sahəsini alğı-satqı qaydasında X7 mülkiyyətinə verilmişdir. Torpaq sahəsi üzərində olan tikili isə xx.xx.2005-ci il tarixli yazılı müqavilə əsasında X11 tərəfindən X14 15500 ABŞ dollarına satılmışdır.
2. Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X5rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mü raciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X16 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Azərbacan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 fevral 2014-cü il tarixli 2-1(81)-997/2014 saylı qərarı ilə X4 xx.xx.2004-cü il tarixli, 1366 saylı Sərəncamı etibarsız hesab edilmişdir. Lakin buna baxmayaraq, qətnamə icrasız qalmaqla X16 həmin fərdi yaşayış evində yaşamaqda davam etmişdir.
3. X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər həmin evdə yaşamaqla, evin X16 tərəfindən onlara satıldığını bildirirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı tələbini dəqiqləşdirməklə “e vdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün mərhum X7 adına rəsmiləşdirilmiş 200 kv metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X12 və X2 ilə birlikdə özlərinə məxsus əşyaları ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38, ev 48-də yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı Yuriyevnanın fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xalası X16 X4 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə həyat şərait inin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında 200 kv metr torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi inşa etdirmişdir. Mərhum xalası X17 tək yaşadığından yaşadığı evə Cavabdeh1 ailəsi ilə birlikdə yaşamasına icazə vermişdir. Xalası rəhmətə getməmişdən 1 il əvvəl ona məxsus evi xəstəliyi ilə əlaqədar olaraq tərk edərək, anası İddiaçı evində qalmış və 21 mart 2021-ci ildə orada vəfat etmişdir. Mərhum X16 kimsəsiz olduğundan ondan qalan daşınar-daşınmaz əmlak vərəsəliklə anası İddiaçı keçmiş, anası da, etibarnamə ilə ona vermişdir. Hal-hazırda mərhum xalasından qalan fərdi yaşayış evində yaşayan Cavabdeh1 onlara məxsus evi boşaltmaqdan imtina edir. Cavabdeh1 ilə birlikdə ailə üzvləri olan Cavabdeh2, X12 və X2 da, evdən çıxarılmalıdır.
6. Məhkəmə ic lasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının əmlaka dair subyektiv hüququ yoxdur. Bələdiyyənin sərəncamının mövcudluğu, iddiaçıya mübahisəli fərdi yaşayış evinə dair subyektiv hüquq vermir. Cavabdeh və ailəsi faktiki olaraq orada yaşayırlar. Həmin torpaq sahəsinə dair X13 tərəfindən vətəndaş Cavabdeh2 2005-ci il tarixində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Necə olur ki, torpaq sahəsi ilə bağlı 2 fərqli sərəncam verilir. Hazırda torpağa dair iddiaçıda olan 2004-cü il tarixli sərəncam mübahisəlidir. Yəni həmin torpaq sahəsinin doğrudanda Volkovaya aid olması mübahisəlidir. Cavabdeh 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikib və 10 ildən çoxdur ki, həmin m ənzildə yaşayır. Cavabdeh ümumiyyətlə orada kirayə yaşamayıb.
7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X15 izahatında göstərmişdir ki, işin hallarından göründüyü kimi Volkova Svetlayana məxsu olan sərəncam etibarsız hesab edilmişdir. Həmin qərardan bələdiyyə tərəfindən şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Cavabdehin sübut kimi təqdim etdiyi sərəncam isə bələdiyyənin arxivində aşkar edilməmişdir. Cavabdeh və onun ailə üzvləri mənzildə qaçqın kimi məskunlaşmışlar. Hesab edir ki, qaçqın kimi öz evlərinə köçürülən zamana qədər iddiaçı tərəfindən onlara güzəşt edilə bilər. Digər tərəfdən Volkova Svetlananın sərəncamı etibarsız hesab edildiyindən, Veranın da, iddia qaldırmaq üçün subyektiv hüququ aradan qalx mış olur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 16 avqust 2022-ci il tarixli, 2(001)-4428/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 Sahmar qızına qarşı “mənzilin boşaldılması və sahiblik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8730 saylı ekspert rəyindən görünür ki, X4 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 saylı Sərəncamları əsasında verilmiş sxemlərdə torpaq sahələrinin texniki göstəriciləri (eni, uzunluğu), döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadı ğından X7 müıkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hansı hissədə kəşisməsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə tədqiqatın təsviri hissəsində qeyd edilmişdir ki, 2004-cü il tarixli və 2005-ci il tarixli Bələdiyyə sərəncamı əsasında verilmiş sxem üzrə torpaq sahələrinin yerləşmə mövqeyinin eynilik təşkil etdiyi müəyyən edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 3 oktyabr 2023- cü il tarixli, 2(001)-205/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu X4 1366 saylı, 30 noyabr 2004- cü il tarixli sərəncamı ilə X14 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən(şərti ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1 -ci mədən, korpus 38) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X12 və X1 özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə göstərmişdir ki, mübahisənin obyektini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, sökülməsi barədə qətnamə qəbul edilməsi, tikilinin yerləşdiyi torpaq sahəsinə dair Bələdiyyə qərarının etibarsız hesab olunması müəyyən edilsə də, yaşayış evi bir iqtisadi dəyər kimi mövcuddur və onun müəyyən əmlak qiyməti vardır. Necə ki, mərhum X16 həmin fərdi yaşayış evini alarkən onun dəyərini ödəməklə sahiblik hüququ əldə etmişdir. Bu səbəbdən də mirası qəbul edən vərəsənin miras qoyanın b ütün əmlak hüquqlarını da qəbul etmiş olması və bununla bağlı sahiblik hüququnu müdafiə etməsi qanuna uyğundur.
12. Cavabdehlərin sahibliyinin qanuniliyini sübut etmək bunu iddia edən tərəfin üzərinə düşür. Cavabdehlər həmin fərdi yaşayış evinin dəyərini hissə-hissə ödəməklə əldə etdiklərini bildirsələr də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki, məhkəmə tərəfindən onlara kifayət qədər şərait yaradılmış və mübahisənin davam etdiyi 1 ildən artıq müddətdə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2005-ci il tarixli sərəncamının da etibarlılığı mübahisə doğurur. Çünki 2005-ci ilə aid Bələdiyyə sərəncamı cavabdehlər tərəfindən əslində 2019-cu il tarixdə alınmışdır. Eyni zamanda hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin qanuniliyi mübahisələndirilir.
13. Məhkəmə cavabdehlərin istinad etdiyi halları sübut edə bilmədiyinə görə, həmin halları mövcud olmayan kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdehlərin keçən müddət ərzində həmin evdə kirayə yaşamaları barədə iddiaçının dəlilləri inandırıcıdır. Lakin faktiki olaraq tərəflər arasında hal-hazırda hər hansı kirayə münasibətləri yoxdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisələndirilən fərdi yaşayış evinə sahibliyi qanunsuzdur.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 162, 164.1, 164.2, 165.2, 1151.1 və 1243.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddə lərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində tərəflərindən iddiaçının əmlaka dair subyektiv hüququnun olmadığı bildirilmişdir. Belə ki, bələdiyyənin sərəncamının mövcudluğu, iddiaçıya mübahisəli fərdi yaşayış evinə dair subyektiv hüquq vermir. Cavabdehlər və ailəsi faktiki olaraq orada yaşayırlar. Həmin torpaq sahəsinə dair X13 tərəfindən vətəndaş Cavabdeh2 2005-ci il tarixində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Necə olur ki, torpaq sahəsi ilə bağlı 2 fərqli sərəncam verilir. Hazırda torpağa dair iddiaçıda olan 2004cü iltarixli sərəncam mübahisəlidir. Yəni həmin torpaq sahəsinin doğurdan da Volkovaya aid olması mübahisəlidir. Cavabdehlər 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikib və 10 ildən çoxdur ki, həmin evdə yaşayır. Cavabdehlər ümumiyyətlə orada kirayə yaşamayıb. Qeyd edilənlər birinci instansiya məhkəməsində tərəfindən səslənmişdir, lakin məhkəmə səslənənlərə etinasız yanaşaraq qeyd edilən qətnaməni qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsinin cavabdehlərə qarşı qərəzli mövqedə olduğu, iddiaçının maraqlarını qoruduğu müəyyən olur. Eyni zamanda məhkəmə iclas barədə cavabdehi lazimi qaydada məlumatlandırmadan, cavabdehin iştirakı olmadan tələsik qətnamə q əbul edilmişdir. Məhkəmə hazırki iş üzrə iddia tələblərini təmin edərkən iddiaçının əsassız və hər hansı bir subyektiv hüququ olmadan vermiş olduğu iddia tələblərindən cavabdehlərin zərərinə qərəzli olaraq qətnamə qəbul etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) 21 may 2024-cü il tarixli 2(103)-2174/2024 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(001)-205/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna baxmayaraq, mərhum X16 həmin fərdi yaşayış evini dəyərini ödəməklə 2005-ci ildə əldə etmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikili olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin mərhum X14 məxsus olmasını məhkəmə kollegiyası həmçinin ona görə qəbul edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı mülki işinin materiallarından da müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X5rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmənin xx.xx.2012- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X16 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdi r. Göründüyü kimi Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə hazırki iş üzrə mübahisə predmeti olan özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbini məhz X5rşı yönəltmiş və həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini X16 apellyasiya şikayəti verərək mübahisələndirmişdir.Bundan əlavə qeyd edilən fərdi yaşayış evinin kommunal xidmətlərlə bağlı müqavilələri, sayğacları da məhz onun adı ilə bağlıdır.
20. İş üzrə keçirilmiş ekspertiza rəyində torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından X7 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi nin hansı hissədə kəşisməsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə tədqiqatın təsviri hissəsində qeyd edilmişdir ki, 2004-cü il tarixli və 2005-ci il tarixli bələdiyyə sərəncamı əsasında verilmiş sxem üzrə torpaq sahələrinin yerləşmə mövqeyinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlərin yaşadığı evin yerləşdiyi torpaq sahəsi mərhum X14 ayrılmış torpaq sahəsi ilə eynilik təşkil edir.
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf isə birinci instansiya məhkəməsinin iclasında 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikdiyini bildirsə də, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı evi Volkova Svetlanadan satın aldığını bildirərək ziddiyətli ifadələrə yol vermişdir. Hazırki apellyasiya mərhələsində də, cavabdehlərin nümayəndəsi izahatında qeyd etdi ki, mübahisəli ev mərhum X14 məxsus olmuşdur. Cavabdehlər həmin evi pulunu ödəməklə mərhum X9 almışlar. Lakin bununla bağlı məhkəməyə təqdim olunası sübutları mövcud deyildir.
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sökülməsi barədə qətnamə qəbul edilsə də, tikilinin yerləşdiyi torpaq sahəsinə dair Bələdiyyə qərarı etibarsız hesab edilsə də, hal-hazırda bir iqtisadi dəyər kimi mövcuddur və onun müəyyən əmlak qiyməti vardır. İş materiallarından göründüyü kimi mərhum X16 həmin fərdi yaşayış evini alarkən onun dəyərini ödəməklə sahiblik hüququ əldə etmişdir. Bu səbəbdən də mirası qəbul edən hazırki iş üzrə i ddiaçı olan vərəsənin miras qoyanın bütün əmlak hüquqlarını da qəbul etmiş olması və bununla bağlı sahiblik hüququnu müdafiə etməsi nəzərə alınmaqla hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
23. İddiaçı fərdi yaşayış evindən digər şəxslərin (cavabdehlərin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mübahisələndirilən fərdi yaşayış evininə sahiblik hüququ ilə malik olan X7 vərəsəsi kimi digər şəxslərin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehlərin, iddiaçının iradəsi ziddinə orada yaşamaları qanuni və əsaslı hesab edilə bilməz və onun hüquqlarının pozulmasına gətirib çıxarar. Cavabdehlər mübahisələndirilən ev üzərində sahiblik hüquqlarının q anuni olduğunu, həmin evi mərhum X9 satın aldığını iddia etsələr də, bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 162, 164.1, 164.2, 165.2, 1151.1 və 1243.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün qiymət verilməməsi qanunsuz qətnamələrinin çıxarılmasına səbəb olmuşdur. Hazırki iddia üzrə iddiaçının əmlaka dair subyektiv h üququnun olmadığı halda belə bir qətnamə çıxarılmışdır. Belə ki, bələdiyyənin sərəncamının mövcudluğu, iddiaçıya mübahisəli fərdi yaşayış evinə dair subyektiv hüquq vermir. Cavabdehlər və ailə üzvləri ilə birlikdə faktiki olaraq mübaisəli evdə yaşayırlar. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə faktiki hallar qismində əsassız olaraq X7 adına verilmiş Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı etibarsız hesab etməsinə baxmayaraq X7 həmin mənzildə yaşadığını qeyd etmişdir. Bundan əlavə, iddiaçının özünün də iddia ərizəsindən görünür ki, X16 həmin evdə yaşamayıb. Həmin evdə Cavabdeh1 ilə birlikdə ailə üzvləri olan uşaqları-X12 və X2 ilə yaşayıblar. Məhkəmə tərəfindən X3 ayırdığı torpaq sahəsinin, Cavabdeh2 ayırdığı torpaq sahəsi ilə üst-üstə düşüb-dü şməməsi barədə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, Volkova Svetlanaya 200 kv metr ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 ayrılması nəzərdə tutulan 100 kv metr torpaq sahəsi üst-üstə düşür, lakin hansı hissədə kəsişməsini müəyyən etmək mümkün deyildir. Bununla yanaşı iddiaçı idda edir ki, cavabdehlər qeyd edilən evdə kirayəçi kimi yaşamış, Volkova Svetlananın vəfat etməsindən yararlanaraq evə qanunsuz sahiblik etməyə başlamışlar, lakin bu iddianı təsdiq edən bir sübut məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik ed ən şəxsə də mənsubdur.
29. Maddə
162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.
30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
32. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayət inin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazlarında və apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər, o cümlədən iddiaçının subyektiv hüququnun olmaması, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
48. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-c i maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normas ının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2174/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.