Məhkəmə qərarları › İş №2(102)-3543/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3543/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3543/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin boşaldılması, mülkiyyətə maneçiliyin aradan qaldırılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, X3 və X2 müştərək qaydada 52.956,73 manat əsas, 5.697,56 manat faiz, 3.000 manat dəbbə pulu, ödənilmiş 30,4 manat dövlət rüsumunun tutularaq Bank “xxxx” ASC-yə ödənilməsi, borcun x nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, daşınmaz əşyanın ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi və s. qət edilmişdir. Qətnamənin icrası çərçivəsində “X1 Mərkəzi”nin Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-11 nömrəli protokolu əsasında Bank “xxxx” ASC evi almış və eyni tarixdə adları çəkilən tərəflər arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət rey estrində sözügedən fərdi yaşayış evi üzərində bankın xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

2. Hazırda Bank “xxxx” ASC, daşınmaz əşya üzərində özünün mülkiyyət hüququna söykənərək evin boşaldılmasını cavabdehdən tələb edir.

3. Cavabdeh isə başqa yaşayış yerinin olmamasına istinad etməklə iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 557 A nömrəli fərdi yaşayış evinin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim L.Talıbova) xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4207/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini bankın mübahisə predmeti olan evin üzərində mülkiyyət hüququna malik olması və bu hüququn qanunla qorunması ilə əsaslandırmışdır. b ) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı a ) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank kredit borcu ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən ipotekaya qoyulmuş evini bank öz mülkiyyətinə keçirmişdir. Hal-hazırda da bank onu həmin evdən çıxarmaq istəyir. Lakin onun və ailəsinin başqa yerləri yoxdur. Özü və həyat yoldaşı pensiyaçıdılar. Bankın iddiasının təmin edilməsi onların evsiz qalmalarına səbəb olacaqdır. Əgər bank güzəştə gedərsə, o da borcu ödəməyə hazırdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının iz ahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

15. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın (§12) dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəs d və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlamaqla faktiki olaraq oradan istifadə etməsi isə (əşyanın götürülmədən) mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır.

19. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsa sən mübahisəli əşyanın mülkiyyətçisi Bank “xxxx” ASC-dir. Cavabdeh isə həmin evdə yaşamaqla (evi öz təsir dairəsində saxlamaqla) bankın mülkiyyət hüququna maneçilik törədir. Mövcud vəziyyətdə cavabdehin evə dair sözügedən reyestrdə qeydə alınmış əşya hüququ, yaxud hansısa tələb hüququ mövcud deyil. Belə olan halda, iddiaçının mülkiyyətə maneçiliyə son qoyulması (evin cavabdeh tərəfindən boşaldılması) tələbi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən haqlıdır.

20. Kassasiya şikayətində göstərilən dəlillər isə iddia tələbinin əsaslılığını aradan qaldırmadığı kimi, mübahisənin hüquqi həlli üçün də əhəmiyyət kəsb etmir.

21. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmam alıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar