Məhkəmə qərarları › İş №2(102)-3543/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3543/2023

03.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3543/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ İş № 2(102)-3543/2023 (Açar sözlər: İstifadə hüququna xitam verilməsi, istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X19 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 no yabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, Cavabdeh1 və Cavabdeh2 və X2 şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

2. DƏDRX-dən olan xx.xx.2022-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindir.. 3. 3 saylı MİS tərəfindən verilmiş tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı Rusiya Federasiyasında olan oğlunun yanına yaşamağa getmişdir. Cavabdeh1, Cavabdeh2 və X17 hazırda da Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerl əşən mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Raul adlı azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanda yerləşən yaşayış mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2018ci ilin mart ayında X14 tərəfind ən bağışlama müqaviləsi əsasında əldə etmiş, tam mülkiyyət hüququnun ona məxsusluğu barədə adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Asan-Mingəçevir Xidmət Mərkəzi tərəfindən verilmiş ******* nömrəli arayışdan məlum olur ki, ona məxsus olan sözügedən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşağı xx.xx.2019-cu il tarixdə doğulmuş X17 qeydiyyatdadırlar. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Qızı cavabdeh 25 ildən artıqdır ki, ailə qurması səbəbi ilə başqa ünvana köçüb getmişdir. Hazırda onunla eyni blokda 3-cü mərtəbədə yaşayış mənzili vardır və ailəsi ilə birlikdə orada yaşayır. Onun mənzili ilə heç bir bağlılığı yoxdur, onun ailə üzvü deyildir. Onun evinə qeydiyyata düşməsi isə onu yanlış məlumatlarla aldatması ilə bağlı olmu şdur. Digər Cavabdeh2 və onun azyaşlı oğlu Raul cavabdeh cavabdehin təkidi ilə guya müvəqqəti olaraq sosial yardım almaq adı ilə onun mənzilinə qeydiyyata düşmüşlər. Günay həyat yoldaşından boşandıqdan sonra valideynlərinin yanına qayıtmış və hazırda onlarla birlikdə yaşayır. Onun mənzilində heç bir bağlılığı yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun hüquqlarının, xüsusilə əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsində əsaslı maneədir. Qanunvericilik mülkiyyətçiyə hüquq verir ki, özünə məxsus əmlak üzərində öz mülahizəsinə əsasən, istənilən hərəkət edə bilsin. Hesab edir ki, mülkiyyətçi kimi o kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi irəli sürmək hüququna malikdir və bu hüquqdan istifadə etməyi tama milə haqlı tələbdir. Belə ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, mülkiyyətçi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığından mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Deməli, hər-hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması, həmin hüququn xitam edilməsi ilə nəticələnir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

6. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və b ildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh2 isə nənəsidir. Qeyd edilən mənzil atasına məxsus olmuş, vəfat edəndən sonra anası İddiaçı adına keçirilərək ona mülkiyyət barədə çıxarış verilmişdir. Sonradan İddiaçı mənzili oğlu X10 bağışlamışdır. Lakin bir müddət sonra münasibətləri pozulduğundan, yenidən 2018-ci ildə mənzil bağışlama yolu ilə İddiaçı adına keçirilmişdir. O, təxminən 15 ildən çoxdur ki, həyat yoldaşından qeyri-rəsmi ayrılmış və anası ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Anası qoca qadındır, ona qulluq tələb olunur və o, ona qulluq etmişdir. Mənzilin bütün kommunal xərclərini anasının adından o, ödəmişdir. İkinci Cavabdeh2 ailəsindən ayrıldıqdan sonra İddiaçı məxsus mənzilə gəlmiş və hamısı birlikdə yaşamışlar, indi də yaşamaqda davam edirlər. Cavabdeh2 cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Həmin mənzildə müxtəlif tədbirlər (ad günü və s.) keçirmişlər və bu barədə foto və video çəkilişlər vardır. İddiaçı 2022-ci ilin fevral ayında Rusiya Federasiyasına getmiş, indiyə kimi də orada yaşayır. Mübahisəli mənzildə isə onlar yaşayır və kommunal xərclərini də ödəyirlər. Hazırkı vaxta qədər anası bir dəfə də olsun onun və qızının evdən çıxmasını tələb etməmişdir. Hazırkı iddia onun iradəsindən kənar verilmişdir. Ona görə də anası özünü məhkəmədə təmsil etmək üçün etibarnamə verməmişdir. Ola bilsin ki, verdiyi etibarnaməni də başqa adla ondan almışlar. Bununla belə anası etibarnaməni qısa müddətə, yəni 6 aylıq vermişdir. Hazırda anasının onlara qarşı belə bir tələbinin olmasına inanmır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

7. Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 3 saylı MİS-də nəzarətçı vəzifəsində işləyir. ünvan 1 ünvanın mülkiyyətçisi İddiaçıdır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Həmin mənzil kommunal və digər xərcləri də hər dəfə cavabdehlər tərəfindən İddiaçı adına ödənilmişdir.

9. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 3 saylı MİS-də bağban vəzifəsində işləyir. ünvan 1 ünvan 3 saylı MİS-nin ərazisinə daxil olduğu üçün o, hər dəfə həmin ərazidə təmizlik işləri aparan zaman cavabdehlərin həmin mənzildə yaşadığını görmüşdür. Hətta bir neçə dəfə cavabdehlər MİS-in işçilərinə çay belə vermişlər.

10. Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(051)-1498/2022 nömrəli (hakim N. Paşayev) qətnaməsi ilə iddia tələbi rədd edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin ediməməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin hazırda həmin mənzilə faktiki sahibliyi də cavabdehlər həyata keçirir.

12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmalarına istinad edərək, onların həmin vaxt mübahisə li mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yarandığını göstərdiyindən, məhkəmə mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərin istifadə hüquqlarının yaranıb–yaranmaması ilə bağlı məsələni işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir və araşdırmır.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb–qalxmaması məsələsi müəyyən edilməlidir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzillə hər hansı bir bağlılıqları olduğuna görə mübahisəli mənzillə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ona görə də cavabdehlər yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzil he sabına təmin edirlər. Eləcə də, cavabdehlər iddiaçının ailə üzvüdürlər və hazırda da fasiləsiz olaraq mübahisəli mənzildə yaşayırlar. Bununla da cavabdehlərin iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkün deyildir.

15. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər hazırda yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışlar. Eləcə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmaqda davam edir və onlar könüllü surətdə evdən çıxmamışlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərk ib hissəsindən istifadə hüquqlarını əmələ gətirən əsas aradan qalxmadığından, onların istifadə hüquqlarına xitam verilməməlidir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırda cavabdehlər fasiləsiz olaraq iddiaçının mənzilində yaşadıqları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədikləri, həmçinin hazırda həmin yaşayış sahəsinə ehtiyacları olduğu müəyyən edildiyindən, onların istifadə hüquqlarına kompensasiya verilmdən xitam verilməməlidir.

16. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir

17. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, 262.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.130.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2 2(051)-1498/2022 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsin xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. ünvan 2 ünvanda yerləşən yaşayış mənzili iddiaçının xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2018-ci ilin mart ayında X14 tərəfindən bağışlama müqaviləsi əsasında əldə etmiş, tam mülkiyyət hüququnun ona məxsusluğu barədə adına ********** qeydiyyat nömrəli xx.xx.2022-c i il tarixli Çıxarış verilmişdir. Asan Mingəçevir Xidmət Mərkəzi tərəfindən verilmiş ******* nömrəli arayışdan məlum olur ki, ona məxsus olan sözügedən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşağı xx.xx.2019-cu il tarixdə doğulmuş X17 qeydiyyatdadırlar. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Qızı cavabdeh 25 ildən artıqdır ki, ailə qurması səbəbi ilə başqa ünvana köçüb getmişdir. Hazırda onunla eyni blokda 3-cü mərtəbədə yaşayış mənzili vardır və ailəsi ilə birlikdə orada yaşayır. Onun mənzili ilə heç bir bağlılığı yoxdur, onun ailə üzvü deyildir. Onun evinə qeydiyyata düşməsi isə onu yanlış məlumatlarla aldatması ilə bağlı olmuşdur. Digər Cavabdeh2 və onun azyaşlı oğlu Raul cavabdeh cavabdeh Əhmədovunun təkidi ilə guya müvəqqəti olaraq sosial yardım almaq adı ilə onun mənzilinə qeydiyyata düşmüşlər. Günay həyat yoldaşından boşandıqdan sonra valideynlərinin yanına qayıtmış və hazırda onlarla birlikdə yaşayır. Onun mənzilində heç bir bağlılığı yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun hüquqlarının, xüsusilə əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsində əsaslı maneədir. Qanunvericilik mülkiyyətçiyə hüquq verir ki, özünə məxsus əmlak üzərində öz mülahizəsinə əsasən, istənilən hərəkət edə bilsin. Hesab edir ki, mülkiyyətçi kimi o kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi irəli sürmək hüququna malikdir və bu hüquqdan istifadə etməyi tamamilə haqlı tələbdir. Məhkəmədə iddiaçının üzrlü səbəbdən özünün və nümayəndəsinin iştirak edə bilməməsi barədə xəbərdarlığı və m əhkəmə baxışının təxirə salınması barədə ərizə nəzərə alınmamış və birtərəfli yanlış məlumatlar əsasında tələsik qərar qəbul edilmişdir. Halbuki, mübahisənin mahiyyətindən iddiaçının və ya nümayəndəsinin iştirakının zəruri olduğu bəlli idi. Bununla da AR MPM-nin 185 və 188-ci maddələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən AR MPM-nin 9.1 və 9.3-cü maddələrinin tələbləri də nəzərə alınmamışdır. Həmin maddələrə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prossesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Onun 80 yaşı var. Səhhəti ilə bağlı problemlər yaranmışdır. Ona baxılmasına və zəruri qulluq qayğı göstərilməsinə ciddi ehtiyacı olmuşdur. Qızı və nəvəsi ona baxmaqdan boyun qaçırdıqlarına görə Rusiyada yaşayan oğlu onu müalicə olunmaq üçün gəlib 2022-ci ilin fevral ayında yanına apardı. Gedərkən o, baş verə biləcək hər-hansı qəza vəziyyəti ilə bağlı mənzilinin açarını nəvəsi Günaya vermişdir. Cavabdehlərin guya onun mənzilində daimi yaşamaları mənzilə sahibliyi həyata keçirmələri görüntüsü yaratması məhz açarın qısa müddətdə onlarda olması ilə bağlı olmuşdur. Onlar hətta yalançı şahid gətirməkdən, 3 saylı MİS-dən saxta akt tərtib etməkdən də çəkinməmişlər. MİS-də nəzarətçi işləyən X6 və bağban işləyən X3 ildə bir dəfə mənzil pulu yığarkən və arada-sırada ağaclara baxarkən onun mənzilində cavabdehlərin daimi yaşadıqlarını bildirməsi nə dərəcədə etibarlı şahid ifa dəsidir? Eləcə də məzmununu bilmədiyi 31 saylı MİS-in hansı əsaslasa tərtib etdiyiakt görəsən sübut kimi məhkəmə tərəfindən neçə cavabdehlərin xeyrinə qiymətləndirilmişdir?! AR Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, AR MM-nin 228.5-cimaddəsinə əsasən, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırda o öz xüsusi mənzilində oğlu və onun ailəsi ilə birlikdə və onların maddi və mənəvi himayəsi və dəstəyi altında yaşayır. Cavabdehlərə məxsus heç bir əşya və ya əmlak onun mənzilində yoxdur. Cavabdeh qızı cavabdeh öz ailəsinə məxsus evdə, nəvəsi Günay və oğlu Raul onlarla birlikdə yaşayırlar. Cavabdehlərin onun mənzilində yaşamaq ehtiyacları olmamışdır, onların onun mənzilində yaşayış sahəsinə ehtiyacları olduğu üçün yaşadıqları görüntüsü yaratması isə müvəqqəti xarakterdə baş vermiş və onun səhhəti ilə bağlı müvəqqəti olaraq Moskva şəhərinə müalicəyə getməyi ilə əlaqədar olmuşdur. Beləliklə, məhkəmənin şikayət verilən həmin qətnaməsinin sonuncu səhifəsinin 2-ci abzasında gəldiyi nəticə (hazırda cavabdehlər fasiləsiz olaraq iddiaçının mənzilində yaşadıqları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədikləri, həmçinin hazırda həmin yaşayış sahəsinə ehtiyacları olduğu müəyyən edildiyindən) detallarına qədər yanlışdır, real faktları əks etdirmir, işin hallarına uyğun gəlmir, hətta sübuta ehtiyacı olmayan işin hallarını təkzib edir. G östərilənlərə əsasən, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1498/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1498/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında göstərmişdir ki, ailə qurmamışdan əvvəl mübahisəli mənzildə yaşamış, 1988-ci ildə X15 ilə ailə qurmuş, ailə qurub, ər evinə köçmüşdür. X15 ilə birgə nikahlarından digər övladları ilə yanaşı Cavabdeh2 adlı övladı anadan olmuş, 2000-ci ildə İlham Əhmədovla birgə nikahları dövründə ünvan 3 ünva nında yerləşən mənzili satın almışlar və ailəlikcə köçüb orada yaşamışlar. Lakin əri X15 ilə nikahları pozulmasa da İlhamla aralarındakı münasibətləri pisləşdiyindən 15 ildən çox müddətdir ki, anasına məxsus Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildə yaşayır. Qızı Cavabdeh2 da 2019-cu ildə ailə qurmuş, onların birgə nikahlarından Raul adlı övladları anadan olmuş, 2021-ci ildə isə ailəsindən ayrıldıqdan sonra Cavabdeh2 da azyaşlı uşağı Raulla birlikdə İddiaçı məxsus evə gəlmiş və orada birlikdə yaşamaqdadırlar.

21. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 izahatında digər cavabdeh-anası Cavabdeh1 məhkəmə kollegiyasının iclasında göstərdiklərini təsdiq etmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-388/2023 saylı, xx.xx.20 23cü il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), X11 və X12) apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir.

23. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğunun, həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacının məhz bu mülkiyyətçinin mənzilindən və ya evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmasının əsas olması nəticəsinə gəlsə də cavabdehlərin mübahisəli mənzilin mülkiyyətçisi ilə birgə yaşayıbyaşamamalarını, cavdehlərdən Cavabdeh1 mübahisəli mənzilin yerləşdiyi eyni yaşayış evində əri İlham Əhmədovla birgə nikah dövründə əldə etdiyi 4 otaqdan ibarət mənzilinin olmasını, Cavabdeh1 1988-ci ildə ailə qurub mübahisəli mənzili daimi əsaslarla tərk edib ər evinə köçməsini, digər Cavabdeh2 mübahisəli mənzildə doğulub boya-başa çatmadığını, anası Cavabdeh1 və atası İlham Əhmədovun digər bir ünvanda yaşadıqları dövrdə xx.xx.1992-ci ildə doğulub, ata-anasının ailə üzvü kimi onlarla birlikdə yaşamasını diqqətə almadan, ümumiyyətlə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının olması ilə bağlı məsələyə yanlış qiymət verməklə madd i və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ın mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz.

25. Kollegiyanın qəanətinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 azyaşlı övladı Raulun mübahisəli mənzildən istifadə hüququnun olması öz təsdiqini tapmamışdır.

26. Kollegiya bildirmişdir ki, Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərək, göstərmişdir ki, o, 1988-ci ildə X15 ilə ailə qurmuş, ailə qurub, ər evinə köçmüşdür. Cavabdeh1 izahatın dan və məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi 11 saylı Mənzil İstismar Sahəsinin 15 dekabr 2004-cü il tarixli, 1473 saylı arayışından müəyyən edilmişdir ki, Cavabdeh1 1988-ci il ildə mübahisə predmeti olan mənzili daimi əsaslarla tərk etmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış yerinə köçmüşdür. Bununla da onun mübahisəli mənzilə istifadə hüququ itirilmişdir.

27. Kollegiya daha qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qi yməti ilə müvafiq kompensasiya verilməsi ilə xitam verilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən onunla birlikdə istifadə etmək hüququna malik olmaları, 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilmələri, digər qohumların, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri ki mi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilmələri nəzərdə tutulmasına baxmayaraq cavabdehlərdən Cavabdeh1 1988-ci ildə ər evinə köçməsindən sonra, Cavabdeh2 isə ümumiyyətlə İddiaçı ilə birlikdə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildə yaşamaları halı müəyyən edilməmişdir.

28. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Rеspublikası Kоnstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123, 54, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 27.2, 152.1, 152.5, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,76.1,77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasi ya şikayətinin dəlilləri:

29. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edmişdir.

30. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, həmin mübahisəli mənzil atası X7 xx.xx.1976-cı il tarixli 5330 saylı order əsasında verilmişdir. Mənzil verilərkən o da ailə üzvü kimi nəzərə alınmış və orderdə onun da adı yazılmışdır. Yəni, mənzilə tam hüquqlu ailə üzvü olmuşdur. Atası vəfat edəndən sonra mənzil anasının adına keçirilmişdir. Sonradan mənzil bağışlanma yolu ilə qardaşına verilmiş, 2018-ci ildə isə yenidən anasının adına keçirilmişdir. Mən ailə li olsa da 15 ilə yaxındır ki, həyat yoldaşından ayrılmış və anası ilə birlikdə ona məxsus mənzildə yaşayaraq təsərrüfatı birgə idarə edir. Anası öz razılığı ilə onu 2018-ci ildə öz mənzilinə qeydiyyata salmışdır. Anası qoca, xəstə qadındır, bu illər ərzində onunla birgə yaşayıb ona mən baxmışam. Heç bir narazılığımız olmayıb. Yalnız son vaxtlar qardaşı və ailəsi ilə arada olan narazılıqla əlaqədar onlar anasını aparmış və ona qarşı olmağa nail olmuşlar. Mingəçevir şəhər Məhkəməsində araşdirma aparılarkən dindirilmiş şahidlər onun uzun müddət həmin mənzildə yaşamağını təsdiq etmişlər. Onun orada yaşamağını təsdiq edən digər sübutlar da vardır. (Aktlar, məktublar, kommunal xərclərin onun tərəfimdən ödənilməsi və s.) Mənzil istismarı sahəsinin əməkdaşları bir neçə dəfə mənzili yoxlamışlar (h ətta İddiaçı öz tələbi ilə), onun və Günayın orada yaşamağını görmüşlər. Bu barədə sənədləşmə aparmışlar. Hətta MİS-nin Apellyasiya məhkəməsinin sorğusuna verdiyi cavabda da onun uzun müddət həmin mənzildə yaşamağı qeyd olunmuşdur. Bu qədər mötəbər sübutların mövcud olmasına baxmayaraq Mülki Kollegiyanın göstərilən qətnaməsində əsassız olaraq qeyd edilir ki, guya onun uzun müddət, yəni hansı tarixdən həmin mənzildə yaşamağını təsdiq edən məlumat yoxdur. MİS-nin məktubunda onun uzun müddət mənzildə yaşamağı göstərilmişdirsə, deməli bu müddət 3 il, 5 ildən ibarət deyildir, daha uzun müddətdir. Başqa hansı sübutlar lazımdır? Kollegiyanın qətnaməsində göstərilir ki, Cavabdeh1 1988-ci ildə ər evinə köçənədək mübahisəli mənzildən istifadə hüququ yaranmış, lakin sonradan daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən onun mübahisəli mənzilə istifadə hüququ itirilmişdir. Kollegiyanın bu qənaəti ilə heç bir halda razılaşmaq mümkün deyildir. Əvvəla o, ər evinə köçməyinə baxmayaraq, 15 ilə yaxındır ki, faktiki olaraq ayrılmış və mübahisəli mənzildə anası ilə birlikdə yaşayır. Digər tərəfdən mənzilin mülkiyyətçisi olan anası öz razılığı ilə onu ailə üzvü kimi mənzilə buraxıb və pasport qeydiyyatına aldırıb. Necə ola bilər ki, valideynlərinin mənzilindən istifadə hüququ olmasın? Uzun müddətdir və hazırda yaşayış sahəsinə ehtiyacımızı məhz bu mənzil hesabına qarşılayırıq. Eləcə də mənzilin kommunal və digər xərclərini də anamın adından biz ödəmişik. Hazırda da mənzildə yaşayırıq və xərcləri də ödəyirik. O bildirmişdir ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qə rəzli mövqe tutmuşdur. Belə ki, yalnız apellyatorun şikayətində göstərdiklərini hissəvi də olsa qəbul etmişdir. İddiaçının fikri və tələbləri nəzərə alınmamışdır. Bu da prosessual hüquq pozuntusudur. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyası

31. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü m addəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu ilədək qüvvədə olan)

33. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarəda r ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

34. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

36. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün ba şqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

37. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 6.1.4 Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

39. Maddə 27.2 Ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

40. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hə r bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli, 08 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar