Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3544/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı (X1 - mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddiası üzrə iş üzrə QƏRARİ Açar sözləri: podrat müqaviləsinə əsasən görülmüş işə görə muzdun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üç üncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1379/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 oktyabr 2018-ci il tarixli və 13 avqust 2019-cu il tarixli müqavilələrə əsasən, tərəflər cavabdehə məxsus torpaq sahəsində üç mərtəbəli evin tikintisi və evin hörgü, beton, suvaq və damın örtülməsi işlərinin görülməsi, görülmüş işlərə görə cavabdeh tərəfindən iddiaçıya hər kv.m üçün 200 manat (1-ci mərtəbə - 192,4 kv.m, 2-ci mərtəbə 180,6 kv.m, 3-cü mərtəbə - 180,6 kv.m, cəmi 5 53,6 kv.m) ümumi 117200 manat ödənilməsi, göstərilən qiymətin mebel dəstləri ilə ödənilə bilməsi barədə razılığa gəlmişlər. Eyni zamanda müqavilədən görünür ki, üç mərtəbəli evin tikintisi və evin hörgü, beton, daxili suvaq və damın örtülməsi işləri artıq görülmüş və cavabdeh tərəfindən qəbul edilmişdir. 2. 14 oktyabr 2019-cu il tarixli görülən işlərin təhvil aktına əsasən, evin çöl suvaq işləri müqavilənin tələblərinə uyğun tam yerinə yetirilmişdir. Cavabdeh işlərin keyfiyyətlə yerinə yetirilməsini imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.200 manat pulun və 170,1 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməs ini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən onun tərəfindən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evin hörgü, beton, suvaq və damın örtülməsi işləri həyata keçirilmişdir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə müqavilənin imzalanmasına baxmayaraq tərəflər qəbul edirlər ki, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş evin hörgü, beton işləri və damın örtülməsi, eləcə də daxili suvaq işləri artıq tamamlanmışdır. Müqavilənin bağlandığı anda yalnız çöl suvaq işləri həyata keçirilməmişdir. Müqavilənin 2.1-ci bəndində daha sonra göstərilmişdir ki, bu müqavilə ilə müəyyənləşdirilən işlərin dəyəri həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödənilməlidir. Müqav ilənin 4.1-ci bəndi ilə sifarişçi, yəni hazırkı iş üzrə cavabdeh görülmüş işlərin dəyəri kimi 117.200 manat məbləğində pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür. Tikinti üçün tələb olunan bütün materiallar, avadanlıqlar, detallar və məmulatlar, eləcə də zəruri texnikalar onun tərəfindən təmin olunmuşdur. Müqavilənin 1.1-ci bəndi ilə sifariş olunan tikinti işlərinin icrasından qalan çöl suvaq işlərinin tamamlanma müddəti müqavilənin 3.1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixinədək müəyyənləşdirilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən iddiaçı tərəfindən təchiz edilmiş materialların və görülmüş işlərin dəyəri əvəzinə Bakı şəhəri ərazisində olan digər mebel mağazalarından satış dəyəri yüksək olmamaq şərti ilə müvafiq mebel dəstlərinin verilməsi müəyyənləşdirilmişdir. Həmin bəndə əs asən ödəniş (o cümlədən naturada mebel olaraq) işlər başa çatdırılmasından sonra iki ay müddətində yerinə yetirilməli idi. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli görülən işlərin təhvil aktından görünür ki, müqaviləyə əsasən sifarişçi, hazırkı iş üzrə cavabdehə məxsus 3 mərtəbəli tikilinin son işləri, yəni çöl suvaq işləri də yuxarıda sözügedən müqavilənin şərtlərinə uyğun olaraq onun tərəfindən tam icra olunmuşdur. Sifarişçiyə müvafiq keyfiyyətdə tam təhvil verilmiş, sifarişçi isə müqaviləyə uyğun yerinə yetirilmiş işləri keyfiyyətcə qəbul etmişdir. Cavabdeh tərəfindən əl yazısı ilə yazılmış sənəddən görünür ki, onun tərəfindən ona mebel və digər avadanlıqlar olaraq, ümumilikdə 90.500 manat dəyərində naturada əmlaklar verilmişdir. Hazırda cavabdehin qalıq borcu 26.200 manat təşkil edir. Cavabdehə dəfələrlə qalan borcun pul və ya natura şəklində ödənilməsi üçün müraciətlər olunsa da, qalan borcunu bu və ya digər formada hazırkı vaxtadək ödəməmişdir.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, podrat müqavilələri və təhvil-təslim aktında olan imza ona məxsus deyil, həmin müqavilə və aktın kim tərəfindən imzalanması barədə məlumatsızdır, hər üç sənəddə olan imzalar ona məxsus deyil. Belə ki, iddiaçı ilə aralarında şifahi sövdələşmə olmuş və onun tərəfindən iddiaçıya 90.500 manat məbləğində mebellər verilmişdir. İddiaçı tikintini keyfiyyətli aparmamış, divarların hörgüsündə köhnə mişar daşından istifadə etmişdir ki, bu da daha çox tikinti materiallarının getməsinə səbəb olmuşdur. Bundan başqa tikintinin yekunlaşdır ılması gecikdirildiyi üçün iddiaçı tikintidən uzaqlaşdırılmış və evin tikintisi başqa şəxslərə həvalə edilmişdir.
6. Cavabdeh qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçıdan 16.060 manat pulun və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşmaya əsasən işlərin görülməsi qiyməti 1 kv.m üçün 200 manat deyil, 170 manat, ümumilikdə isə 90.500 manata görülməsi nəzərdə tutulmuşdur. Həmin məbləğ də tərəflər arasında razılaşmaya əsasən onun tərəfindən mebellə ödənilmişdir. İşlər eskiz layihəyə uyğun görülmüşdür. Layihəyə əsasən də bir mərtəbənin ölçüsü (bayır divarları nəzərə alınmaqla) 175 kv.m təşkil edir, üç mərtəbənin ümumi sahəsinin ölçüsü isə 175x3=525 kv.m edir. Bayır divarları nəzərə alınmadan evin ümumi sahəsi 1-ci mərtəbə 150 kv.m, 2-ci mərtəbə 145.25 kv.m, 3-cü mərtəbə 142.3 kv.metr, cəmi 437,55 kv.m metr təşkil edir. Tərəflər arasında razılaşdırılmış qiymətin, yəni 1 kv.m üçün 170 manat olduğunu nəzərə aldıqda ümumi işlərin dəyəri 437,55 x 170= 74.384 manat təşkil edir. Belə olan halda da onun iddiaçıya 16.116 (90.500 - 74.384) manat artıq pulun ödənildiyi müəyyən edilir
8. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti təmin edilərək, X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Daha sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya qarşı etiraz təqdim ed ərək, etirazı onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə mübahisə predmetini təşkil edən müqavilələrdə və aktdakı imzaların qarşı tərəfə aid olduğu müəyyən ediləndən sonra cavabdeh qarşılıqlı iddiasında göstərilən digər xüsusatlara istinad etmişdir. Göründüyü kimi, cavabdeh öhdəliyini icra etməkdən yayınmaq üçün, hətta öz imzasını danmaqdan belə çəkinməmişdir. Belə ki, onun tərəfindən 553,6 kv. metr həcmində tikinti hər kv. metrin dəyəri 200 manat məbləğində olmaqla tam icra olunmuş, və beləliklə də hazırkı vaxtda cavabdehin 117.200 manat məbləğində pul öhdəliyi aranmışdır. Cavabdeh bu öhdəliyinin 90.500 manat məbləğində olan hissəsini icra etmişdir. Beləliklə də ona müqavilə üzrə 26.700 manat (117.20090.500=26.700) məbləğində borcu qalmışdır. İddia olunan 26.200 manatla müqavilə üzrə bo rc arasındakı fərq məbləği ilə bağlı isə qeyd etmişdir ki, yuxarıda göstərilən üçtərəfli müqavilələr və akt tərtib edilərkən cavabdehə məxsus olan torpaq sahəsində əvvəllər mövcud olmuş tikilinin sökülməsi, söküntü materiallarının daşınması və həmin yerdə yeni tikinti üçün özülün (katlavanın) qazılması üçün razılaşdırılmış 7.000 manat da bu məbləğə daxil edilmişdir. Bu səbəbdən də qalıq borc məbləği ümumilikdə 117.200 manat olaraq göstərilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 noyabr 2022-ci il tarixli,4/1489 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş, 12 oktyabr 2018-ci il tarixli üçtərəfli podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağısında olan soldan sağa 1-ci imzalar və 3-cü vərəqində “Əскəров P” sözünün qarşısındakı imza; 13 a vqust 2019-cu il tarixli üçtərəfli podrat müqaviləsinin 1-2-ci vərəqlərinin aşağısında olan soldan sağa 1-ci imzalar və 3-cü vərəqində “Sifarişçi” qrafasındaki imza; mülki işin 24-cü vərəqində olan 14 oktyabr 2019-cu il tarixli görülən işlərin təhvil aktında “Müqaviləyə uyğun yerinə yetirilmiş ilşləri keyfiyyətcə qəbul edir” qrafasındaki imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/981 saylı rəyinə əsasən: ünvan 1 ünvanında inşa edilmiş evin mərtəbələrinin və zirzəminin ümumi sahəsi 746,3 kv.m. təşkil etdiyi müəyyən edilir.
12. Tədqiq olunan fərdi yaşayış evinin tam təmir olunduğunu, zirzəminin təmiri yarımçıq şəkildə olduğunu nəzərə olaraq, həmin fərdi yaşayış evində görülmü ş təmir- tikinti işlərinin qüsurlu icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də bu suallar üzrə tədqiqat aparılmadı.
13. Təqdim edilmiş foto-şəkillərə, layihə sənədlərinə əsasən tədqiq olunan evin inşa edilməsi üçün sərf edilmiş vəsaitin dəyəri iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli üçtərəfli podrat müqaviləsi üzrə həmin dövrün orta bazar qiymətlərinə uyğun olaraq təqribən 74440 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yaşayış evində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir.
14. Ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, ekspert evə baxış zamanı aparılmış ölçü işlərinə əsasən yaşayış evinin ölçülərinin layihə sənədlərinə uyğun olduğunun müəyyən olunduğunu qeyd etmişdir. Evin layihə sənədlərinə əsasən isə evin 1 mərtəbəsinin ölçüsü 174,64 kv.m (11,8x14,8), 3 mərtəbənin ümumi ölçüsü isə 174,64x3=523,92 kv.m təşkil edir.
15. Lakin ekspert ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində evin ümumi sahəsinin səhvən 746,3 kv.m olmasını qeyd etmişdir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim-Təhminə Xəlilova) 2(004)189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 14.284 manat borcun, 92,70 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 130 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi, xətşünaslıq və tikinti-texniki e kspertizalarının cəmi dəyəri – 227 manatın 103,25 manatının İddiaçı, 123,75 manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı (podratçı) tərəfindən podrat müqaviləsinin şərtlərinə qismən əməl olunması və müqavilədə razılaşdırılmış işlərin qismən, yəni – 523,92 kv.m ümumi sahəsi olan evin tikilməsi, cavabdeh (sifarişçi) tərəfindən görülmüş işlərin təhvil alınması təsdiq edilmişdir. Eyni zamanda, tərəflərin izahatlarından və iddia ərizələrindən göründüyü kimi, görülmüş işlərin bir hissəsi müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən 90.500 manat dəyərində mebellə ödənilmişdir. Müqavilə ilə görüləcək işlərə görə 1 kv.m üçün 200 manat ödənilməsinin nə zərdə tutulduğu nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçıya 14.284 manat (523,92 x 200 – 90.500) ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə məxsus torpaq sahəsində əvvəllər mövcud olmuş evin sökülməsi, söküntü materiallarının daşınması və evin özülünün qazılması işlərinin dəyərinin podrat müqaviləsindən kənar tərəflər arasında 7.000 manata razılaşdırılmasını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən işlərin qüsurla görülməsini, evin divarlarının əyri olmasını, vurulmuş suvağın ovularaq tökülməsini bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi qismən təsdiq edildiyindən qismən təmin edilərək cavabdehdən 14.284 manat borc tutularaq iddiaçıya ödənilməlidir
18. Bundan əlavə məhkəmə hesab etmişdir ki, tədqiq olunmuş sübutlarla qarşılıqlı iddia tələblərinin əsaslandırıldığı hallar, yəni cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş işlərin dəyərindən 16.060 manat artıq pulun ödənilməsi təsdiq edilmədiyindən qarşılıqlı iddia təmin edilə bilməz və rədd edilməlidir.
19. Məhkəmə məhkəmə xərcləri ilə bağlı hesab etmişdir ki, ilk iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 170 manat məbləğində dövlət rüsumunun 92,70 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş cəmi 130 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 752.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi (cavabdehdən iddiaçının xeyrinə 27.200 manat pulun və ödənilmiş dövlət rüsumunun tam tutulması) barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, məhkəmə heç bir sənədə və sübuta əsaslanmadan ekspertin rəyini səhv kimi qiymətləndirmiş və obyektiv həqiqəti ortaya çıxartmağa heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə ekspert rəyinin işin hallarına təsirini sıfırlamaq qərarına gəlmiş, lakin bu nəticəyə gəlməsini hüquqi cəhətdən əsaslandırmağı vacib bilməmişdir. Belə olduqda sual yaranır əgər işdə olan sənədlərə əsasən iş üzrə qətnamə qəbul olunması mümükün idisə nəyə görə ekspertiza təyin olunmuş və ekspert rəyi alınmasına 8 (səkkiz) ay vaxt sərf edilmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və yaranmış mübahisə ekspert rəyində özünün obyektiv həllini tapmasına baxmayaraq, məhkəmə həmin rəydən kənara çıxmışdır. Bundan başqa ekspertizanın keçirilməsinə etiraz edən iddiaçı tərəf ekspert rəyi ilə ra zılaşmamış və iki dəfə vəsatət qaldıraraq təkrar və əlavə ekspertiza keçirilməsini təkidlə xahiş etmiş, hər iki halda məhkəmə ekspert rəyinin obyektiv və əsaslı olmasını qeyd edərək qarşı tərəfin vəsatətlərini təmin etməmişdir. Belə olan halda əsaslı olaraq sual yaranır: əgər ekspert rəyi obyektiv və əsaslıdırsa nəyə görə məhkəmə qərar qəbul edərkən həmin rəyə əsaslanmamış və gözlənilmədən iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qərar qəbul edərkən əsaslandığı 2 podrat müqavilələri məhkəmədə mübahisləndirilmiş və müqavilələrin saxta olması, vaxtında tərtib olunmaması və işlərin lazımı keyfiyyətaə təhvil verilməməsi həmin dövrə aid şəkillər və digər sənədlərlə kifayət qədər sübut olunmuşdur. Lakin məhkəmə bu sübutlardan da y an keçərək qarşılıqlı iddia ilə bağlı heç bir sübut təqdim etmədiyimizi qeyd etmişdir. Bütün materiallar mülki işin materiallarına əlavə olunmuş və hətta bu işlərin həyata keçirilməsində iştirakı olmuş şəxslərin məhkəməyə dəvət olunmasına dair vəsatətlərdə verilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(103)-1379/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan pulun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə 26.200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 168,60 manat hissəsinin əvəzi tutulması, dövlət rüsumunun qalan 1,50 hissəsi İddiaçı aid edilməsi qət edilmişdir.
25. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış həm xx.xx.2018-ci il tarixli, həm də xx.xx.2019-cu il tarixli üçtərəfli müqavilələrin 4.1-ci bəndi eyni məzmunlu olmuş və həmin bəndə əsasən ilk iddia üzrə cavabdeh hər kv.m. üçün 200 manat olmaqla, ümumilikdə 553,6 kv.m. (1-ci mərtəbə - 192,4 kv.m., 2-ci mərtəbə - 180,6 kv.m., 3-cü mərtəbə 180,6 kv.m) həcmdə tikinti işlərinin görülməsinə görə cəmi 117.200 manat məbləğində pulun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixli müqavilənin 1.3-cü bəndində hörgü və beton işlərinin tamamlandığı, tikilinin suvaq və damın örtülməsi işlərinin qaldığı göstərildiyi halda, bundan 10 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin 1.3-cü bəndində hörgü və beton işləri ilə yanaşı artıq damın örtürülməsi və evin daxili suvaq işlərinin də tamamlandığı, tikilinin çöl suvaq işlərinin qaldığı göstərilmişdir. Başqa sözlə, ilk iddia üzrə cavabdeh xx.xx.2019cu il tarixdə müqaviləni imzalayan zaman onun şərtləri ilə razılaşmış, o cümlədən hüquqi nəticə etibarı ilə 1.3-cü bəndində göstərilən işlərin görülməsini qəbul və təsdiq etmişdir. Həmin vaxt tikili sahə etibarı ilə tam hazır olmaqla onun üçün əlçatımlı olmuş və bu baxımdan tikilinin real sahəsinin ölçülməsi və həqiqətdə müqavilədə göstərilən 553,6 kv.m. ölçüdə deyil, daha az, yəni onun tərəfindən iddia edilən 437,55 kv.m. ölçüdə işlərin görülməsinin müəyyən edilməsi mümkün olmuşdur. Bu hal müqavilənin 1.2-ci bəndi i lə də öz təsdiqini tapır. Belə ki, həmin bənddə müqavilənin 1.3-cü bəndində tamamlanmış kimi göstərilmiş işlərin ilk iddia üzrə cavabdeh tərəfindən təhvil alındığı göstərilmişdir. Buna baxmayaraq, ilk iddia üzrə cavabdeh görülmüş işlərin sahəsi (ölçüsü), habelə işlərin tam və ya hər hansı hissəsinin qüsurlu icra edilməsi ilə bağlı ilk iddia üzrə iddiaçıya qarşı pretenziya irəli sürməmiş, həmçinin hazırki mövqeyinə uyğun olaraq xx.xx.2019-cu il tarixli müqavilənin məzmununun və ya şərtlərinin dəyişdirilməsini, bundan əvvəlki müqavilənin ləğv edilməsini tələb etməmiş, xx.xx.2019-cu il tarixli müqavilənin bağlanmasından da imtina etməyərək, nəticə etibarı ilə həmin müqaviləni imzalamışdır. 26. xx.xx.2019-cu il tarixli müqavilə imzalandıqdan sonra da tərəflər arasında həmin müqavilədən irəli g ələn münasibətlərdə hər hansı rpoblemin yarandığı müəyyən edilmir. Əksinə üçüncü şəxs də daxil olmaqla xx.xx.2019-cu il tarixdə onların arasında “görülmüş işlərin təhvil” aktı imzalamışdır. Həmin aktda ilk iddia üzrə cavabdehə məxsus 3 mərtəbəli tikilinin çöl suvaq işlərinin müqavilənin tələblərinə uyğun tam yerinə yetirildiyi göstərilmiş, eyni zamanda, üçüncü şəxs tərəfindən işlərin keyfiyyətçə tam təhvil verildiyi, ilk iddia üzrə cavabdeh tərəfindən isə müqaviləyə uyğun yerinə yetirilmiş işlərin keyfiyyətçə qəbul edildiyi qeyd edilmiş və bu tərəflər öz qeydlərini imzaları ilə təsdiq etmişdilər. Nəticə etibarı ilə bu akt ilk iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh və üçüncü şəxs tərəfindən təsdiq edilmişdir. Həmin akt, həmçinin, müqavilənin 1.3-cü bəndində göstərilən sonuncu, yəni tik ilinin çöl suvaq işlərinin də yerinə yetirildiyini və bununla da ilk iddia üzrə iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini təsdiq edir. Həmin akt xx.xx.2019-cu il tarixli müqavilədən 4 ay sonra imzalanmış (mövcud olan hər hansı qüsuru müəyyən etmək üçün əlavə müddət), lakin bu zaman ilk iddia üzrə cavabdeh yenə də hər hansı pretensiya irəli sürməmiş, o cümlədən hər hansı işin qüsurlu icra edildiyini, cəmi 437,55 kv.m. sahə üzrə tikinti işlərinin aparıldığını bildirməmiş, sonuncu olan bu işin keyfiyyətli yerinə yetirilməklə ona təhvil verildiyini təsdiq etməklə, eyni zamanda, hüquqi nəticə etibarı ilə müqavilə üzrə görülmüş bütün əvvəlki işlərin də müqavilənin şərtlərinə uyğun, yəni tam və qüsursuz icra edildiyini qəbul və təsdiq etmişdir. İlk iddia üzrə c avabdehin müqavilələri, habelə aktı məhz bu məzmunda imzalamağa məcbur edən, habelə hər hansı qüsur barədə qeydlərin aparılmasını qeyri-mümkün edən hər hansı hal da aşkar edilməmişdir. Qeyd edilənlər qüsurlu icra və sahə ilə bağlı ilk iddia üzrə cavabdehin dəlillərinin əsassız olduğunu təsdiq edir.
27. Bununla belə, tikinti işlərinin qüsurlu aparılmasının müəyyən edilməsi üçün ilk iddia üzrə cavabdehin bütün imkanları və kifayət qədər vaxtı olmuşdur. Digər tərəfdən hazırda ilk iddia üzrə iddiaçı tərəfindən podrat müqaviləsi üzrə işlərin qüsurlu icra edildiyi müəyyən edilsə belə, ilk iddia üzrə cavabdeh hər hansı pretenziya irəli sürməməklə, əksinə işlərin tam və keyfiyyətli görülməsini təsdiq edərək, evi (xx.xx.2019-cu il tarixli müqavilənin 1.2-ci bəndi və xx.xx.2019-cu il tarixli akt) tə hvil almaqla, bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarının, xüsusilə də Mülki Məcəllənin 773-cü maddəsinin tələbləri baxımından qüsurlarla bağlı tələb irəli sürmək hüququnu itirmişdir.
28. Məhkəmə kollegiyası tikinti sahəsi ilə bağlı qeyd etmişdir ki, ilk iddia üzrə cavabdeh ilk olaraq ümumiyyətlə bu barədə hər hansı fikir söyləməmiş və mövqe irəli sürməmiş, podrat müqavilələrindəki və təhvil aktındakı imzaların ona məxsus olmadığı mövqeyindən çıxış etmişdir. Onun bu arqumentləri birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə təkzib edildikdən sonra qarşılıqlı iddia verilərkən başqa mövqedən çıxış etmiş və artıq öz aralarında işlərin 1 kv.m. 200 manata deyil, 170 manata razılaşdırdıqlarını bildirərək, tərəfindən artıq ödənilmiş 2.990 manat pul un ilk iddia üzrə iddiaçıdan onun xeyrinə tutulmasını tələb etmişdir. Bundan sonra tələbinin həcmini artıraraq, 16.060 manat pulun tutulmasını tələb etmişdir. Bu mövqeyində də sənədlərə istinadən evin sahəsinin 437,55 kv.m. olmasına əsaslanmışdır. Halbuki, 437,55 kv.m. işlərin dəyəri (437,55 x 170 = 74.383,50) 74.383,50 manat təşkil edir və bu baxımdan artıq ödənilmiş məbləğ qismində (90.500 – 74.383,50 =16.116,50) 16.116,50 manat tələb etməli idi. Hər bir halda, ilk müqavilə bağlanan zaman tikinti ilə bağlı müəyyən işlər görülmüş, ikinci müqavilə bağlanan zaman isə görülmüş işlərin həcmi xeyli artmışdır. Hər iki müqavilənin 4.1-ci bəndində işlərin hər kv.m. üçün 200 manat qiymət müəyyən edilmiş, bundan əlavə görülmüş işlərin müqabilində 90.500 manat məbləğində ödəniş edilmişdir. İşlərin 1 kv.m. ölçüsünə görə 170 manat razılaşdırıldığı təqdirdə bu hal həmin müqavilələrdə öz əksini tapmış olardı və ya 90.500 manat pulun ödənilməsi zamanı mübahisə yaradardı. Maraqlısı onan ibarətdir ki, bu mövqedən çıxış etsə də, ilk iddia üzrə cavabdeh 90.500 manat pulu 1 kv.m. üçün 170 manat hesablanmaqla ödənildiyini bildirmir.
29. Bundan başqa ilk iddia üzrə cavabdeh məhkəməyə təqdim etdiyi etirazında (i.v. 17) ilk iddia üzrə iddiaçı tərəfindən tikintinin tamamlanmasının və təhvil verilməsinin yerinə yetirilməməsi səbəbindən onu tikintidən uzaqlaşdırdığını və evin tikintisinin və təmir işlərinin başqa şəxslər tərəfindən tamamlandığını bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Onun tərəfindən xx.xx.2019-cu il tarixli aktın imzalanması da bu mövqeyin əsassız old uğunu təsdiq edir. Digər tərəfdən belə olduğu halda tikintiyə cəlb edilmiş şəxslər tikinti sahəsinin həqiqətdə müqavilə ilə müəyyən edilmiş sahədən az olduğunu ona bildirməli idi. Ümumiyyətlə ilk iddia üzrə cavabdeh artıq neçə ildir ki, həmin evdə yaşayır və ötən dövr ərzində ilk iddia üzrə iddiaçıya qarşı hər hansı pretenziya irəli sürməmişdir. Onun hərəkətləri, yəni qarşılıqlı iddiası, qarşılıqlı iddiadan əvvəl olan müqavilələri imzalamaması barədə mövqeyi ilk iddia üzrə iddiaçının ona qarşı pulun tutulması tələbini irəli sürdükdən sonra olmuşdur. Göstərilənlər öz növbəsində ilk iddia üzrə cavabdehin həqiqi mövqeyinin hüquqi nəticə etibarı ilə podrat müqaviləsi ilə müəyyən edilmiş məbləği ödəmək öhdəliyinin icrasından yayınması ilə bağlı olması qənaətinə gəlmək üçün əsas verir.
30. Məhkə mə kollegiyası ilk iddia üzrə cavabdehin xx.xx.2023-cü il tarixli, 10/981 saylı ekspert rəyi ilə bağlı dəlillərinə və həmin rəyi tərtib etmiş ekspertin izahına münasibətdə qeyd etmişdir ki, həmin ekspert rəyini tərtib etmiş ekspert Xəyyam İsgəndərov məhkəmə iclas zalına dəvət edilərək, rəylə bağlı yaranmış sualları cavablandırmış və bu zaman rəyin nəticə hissəsində texniki səhv nəticəsində mübahisəli evin mərtəbələrinin və zirzəminin ümumi sahəsinin 746,3 kv.m. təşkil etdiyinin göstərildiyini, həqiqətdə bu sahənin 446,3 kv.m. ölçüdə olduğunu bildirmişdir. Halbuki, ekspert rəyi yalnız nəticə hissəsindən ibarət deyil və özündə aparılmış tədqiqat üzrə yekun qənaəti əks etdirir. Məhkəmə eksperti isə məhkəmə iclas zalında bir neçə dəqiqə ərzində sənədləri nəzərdən keçirərək və nəticədə layihəyə istinad edərək, texniki səhvə yol verdiyini bildirmişdir. Halbuki, məhz həmin lahiyə sənədlərinə əsasən rəydə ümumi sahənin 746,30 kv.m. olduğu göstərilmişdir. Rəydə olan cədvəldən də sahənin 446,3 kv.m. olduğu müəyyən edilmir. Layihəyə nəzər yetirdikdə isə gözlə görünən sahələrin sadə riyazi hesablama yolu ilə toplanması nəticəsində tikinti sahəsinin 450 kv.m. artıq olduğu aşkardır. Hələ bu rəqəmə divarların sahəsi daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası ekspertin izahını nəinki əsassız, ümumiyyətlə xüsusi biliyə malik olan şəxsin fəaliyyəti ilə bir araya sığmayan izah kimi qəbul edir. Bu səbəbdən məhkəmə kollegiyası məhkəmə ekspertinin izahını qəbul etməmiş və yuxarıda nümayiş etdirilmiş mövqeyi əsas götürərək, cavabdehin apellyasiya şikayəti üzrə bu və digər dəlillərini əsassız he sab etmişdir.
31. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının xeyrinə ödənilməli pulun məbləğinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər müqavilədən qaynaqlanmış, tərəflər sərbəst iradə ifadələrini bəyan edərək müqavilə üzrə görülməli işlərə görə xidmət haqqını 117.200 manat məbləğində olması ilə bağlı razılığa gəlmişdilər. İlk iddia üzrə cavabdeh özü də həm ilk iddiaya qarşı etirazında, həm də apellyasiya şikayətində görülmüş işlərə görə 90.500 manat məbləğinin qarşı tərəfə verdiyini bildirməklə hüquqi nəticə etibarı ilə həmin müqavilənin bu barədə şərtini qismən icra edildiyini qəbul etmişdir. Bununla belə, evin təhvil verildiyi tarixə ilk iddia üzrə cavabdeh müqavilə üzrə razılaşdırılmış sifariş məbləğinin tam ödənilmə sini təmin etməmişdir. Buna görə də ilk iddia üzrə cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, podrat müqaviləsi üzrə yaranmış borcunu razılaşdığı kimi ilk iddia üzrə iddiaçıya tam ödəməlidir.
32. Məhkəmə kollegiyası bu istiqamətdə onu da xüsusilə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən ilk iddia üzrə cavabdeh tərəfindən görülmüş işlərə görə ödənilməmiş borc məbləği 26.700 (117.200 – 90.500) manat təşkil edir. Lakin buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə iddia üzrə irəli sürülmüş tələb həddində hüquqi qiymət vermiş və hesab etmişdir ki, ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə iddia üzrə tələb edilən 26.200 manat məbləğində pul tutulmalıdır.
33. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehdən tutulmalı dövlət rüsumunun məbləğinə münasibətdə qeyd etmişdir ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən ilk iddianın verilməsi üçün 168,60 manat məbləğində dövlət rüsumu ödənilməli olduğundan, ilk iddia üzrə cavabdehdən həmin məbləğdə dövlət rüsumu tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 404.1, 404.2, 443.1, 448.1, 448.2, 752.1, 753, 759.2, 762.1, 762.3, 769, 773-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək q ətnamənin ləğv edilməsi və ilkin iddianın rədd olunaraq qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə proseslərində tam sübut olunmuşdur ki, podrat müqavilələri saxtadır-yəni tikilmiş evin sahəsi ilə müqavilədə göstərilən ölçülər tam fərqlidir. Ev təhvil verilməmiş, tikinti keyfiyyətsiz və standartlara uyğun aparılmamışdır. Məhkəmə proseslərində tam sübut olunmuşdur ki, hər iki podrat müqaviləsi tikintiyə başlayanda deyil, tikinti başa çatanda tərtib edilmişdir, belə olduğu təqdirdə köhnə evin sökülməsinə dair guya nəzərdə tutulmuş 7.000 manatın həmin xərclərin üzərinə hesablanması tam yalan və uydurmadır. Məhkəmə prosesində məlum olduqda ki, hesablama düzgün aparilmamış tərəf uyduraraq 7.000 manatın həmin xərclərə hesablandığını bildirmişdir. Bu da yalan və uydurmadır.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini aşağıdakılara əsasən bu hissədə pozulmuşdur: məhkəmə nəzərə almamışdır ki, podratçı təşkilatın özü tərəfindən tərtib edilmiş müqavilələrdə tikilmiş evin sahəsi 553.6 m.kv göstərildiyi təqdirdə evin faktiki sahəsi 446.3 m.kv. təşkil edir. Bu hərəkəti ilə tərəf müqavilə şərtlərini kobud surətdə pozmuş, lakin məhkəmələr onun əməlinə Mülki Prosessual Məcəllənin 265.4 maddəsini tətbiq etməli olduğu halda əksinə cavadehdən müqaviləyə uyğun pulun ödənilməsini qət etmişdir. Podratçı tərəfindən evin faktiki parametrlərinə uyğun olan ekspert rəyində göstərilən 446.3 kv.m ev tikməklə Bayramov Vidadi tərəfində Cavabdeh aldadılmış və Cavabdeh aldatmaq və etibardan su-istifadə yolu ilə məhkəməyə qədər 1240 manat artıq pul alınmışdır.
38. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbini kobud şəkildə pozaraq, işdə olan sübutları düzgün araşdırmamış və onlardan istifadə etməmişdir. Məhkəmələr işdə olan rəsmi sənədlərə (evin tikilməsinə dair “Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosunun 2016-cı ildə hazırlayaraq təqdim etdiyi ünvan 2 ünvanda, Cavabdeh məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin memarlıq planlaşdırmasının Eskiz həlli”nə dair 10 vərəqədən ibarət sənədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/981 saylı rəyinə) həmin rəyə əsasən ünvan 1 ünvanında inşa edilmiş evi n mərtəbələrinin və zirzəminin ümumi sahəsi 446,3 kv.m. təşkil etdiyi müəyyən edilir. Bu da verilmiş iddiada göstərilən kvadratmetrdən 107,3 kv.m azdır. Məhkəmə bu sübutları araşdırmada podrat müqavilələrini əsas kimi qəbul etmişdir. 39. işə baxan məhkəmə kollegiyası mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməmiş, sübutların tətdqiqi və qiymətləndirilməsinə dair prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur.
40. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1, 762.1, 404.1, 5.3, 404.2, 762.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərmişdi r ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1379/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
45. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
48. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
49. Maddə
753. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
50. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
51. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
52. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
53. Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
54. Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətin də qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şika yətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli 2(103)1379/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.