Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3545/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(103)3856/2017 saylı qərardadından Cavabdeh1 və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(103)-3856/2017 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski sə drlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) Cavabdeh1 həmin məhkəmənin 25 iyul 2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytırlmışdır. Cavabdeh1 və vəkili X qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qurğuların, icarəyə verilmiş ərazinin geri qaytarılması, icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli, 2(103)3856/2017 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, mərizəçi, A.N.İmanov və İ.Q.Əsədov) apellyasiya şik ayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 28 aprel 2017-ci il tarixdə qətnamənin surəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən poçtla işdə iştirak edən şəxslərə, o cümlədən Cavabdeh1 göndərilmiş, lakin sonuncunun yaşadığı ünvan tam göstərilmədiyi üçün qətnamənin surəti məhkəməyə geri qaytarılmışdır. 21 may 2017-ci il tarixdə Cavabdeh1 məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini almış, 13 iyul 2017-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş, elə həmin tarixədə də kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Eyni zamanda Cavabdeh1 yazılı ərizələrlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnamədən kassasiya şikayətinin verilməsi üçün bura xılmış prosessual müddətin bərpa edilməsini və dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilməmişdir. Eləcə də həmin məhkəmənin digər 25 iyul 2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti, ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 iş üzrə məhkəmə qətnaməsinin və qərardadının surətlərinin ona verilməməsi ilə bağlı müxtəlif təşkilatlara çoxsaylı şikayətlər etmiş və sonda məhkəmə qəbzinə əsasən qətnamənin və qərardadın s urətləri 01 fevral 2019-cu il tarixdə rəsmi qaydada Cavabdeh1 təqdim edilmişdir. 07 fevral 2019-cu il tarixdə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının prosessual müddətin bərpasından imtinaya dair 25 iyul 2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini pozmuşdur. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 mə hkəmə iclasında iştirak etsə də vəkilli birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı, Cavabdeh1 vəkili Fərid Əlimərdanov və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayı b, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iş üzrə apellyasiya instansiyası məhkəməsinin 25 iyul 2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətini geri qaytararkən, qətnamədən verilmiş kassasiya şikayətinin vəkil tərəfindən imzalanmamasına, ona vəkilin orderinin əlavə edilməməsinə, kassasiya şikayətinin prosessual müddətin ötürülməklə verilməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 67, 407.3, 407.4-cü maddələrinin və digər prosessual normaların tələbləri il ə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iş üzrə məhkəmə qərardadından verdiyi kassasiya şikayətinin məzmununa varmadan, onun 25 iyul 2017-ci il tarixdə qəbul edilmiş iki qərardaddan hansından kassasiya şikayəti verməsini aydınlaşdırmadan, bunun üçün işdə iştirak edən şəxslərin, o cümlədən Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin edib hazırkı mübahisəli məsələyə onların münasibətlərini öyrənmədən, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 263.6-cı maddə sinin mənasına görə, məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 409-cu maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamağa borcludur. Digər tərəfdən Cavabdeh1 iş üzrə apellyasiya instansiyası məhkəməsinin 25 iyul 2017-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin məzmunundan görünür ki, o, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsindən imtinad edilməsinə dair qərardaddan deyil, qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsinə dair qərardaddan kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qətnamənin surətini məhkəmə qəzinə imza etməklə 21 may 2017-ci il tarixdə almasına və onun qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürmədən qətnamədən 13 iyul 2017-ci il tarixdə kassasiya şikayəti verməsinə əhəmiyyət vermədən, onun prosessual müddəti ötürməsinə dair səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddənin mənasına görə, məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Bunun üçün məhkəmə ilk növbədə prosessual müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılmasını aydınlaşdırmalı, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər dəqiqləşdirilməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni qeyd olunan prosessual normanın tələbləri baxımından əsaslandırmadan, prosessual müd dətin buraxılıbburaxılmamasının səbəblərini aydınlaşdırmadan, kassasiya şikayətini və ona əlavə edilmiş sənədləri əsassız olaraq geri qaytarmışdır. İşdən görünrü ki, cavabdehlərin, o cümlədən Cavabdeh1 nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən məhkəmə iclaslarında iştirakları təmin edilməmişdir. Onların ünvanlarına göndərilmiş məhkəmə bildirişləri isə ünvanların tam olmaması və sair səbəblərdən geri məhkəməyə qaytarılmışdır və 21 aprel 2016-cı il tarixdən ötən müddət ərzində hazırkı mübahisə mahiyyəti üzrə öz həllini tapmamışdır. Cavabdeh1 iş üzrə məhkəmə qətnaməsindən və qərardadlarından verdiyi kassasiya şikayətlərinin yoxlanılmasına dair məhkəmə iclasları işdə iştirak edən şəxslərin iştirakları olmadan formal keçirilmişdir. Kassasiya instansiyası məhkəmə si hesab edir ki, məhkəmələrdə kargüzarlıq işləri ilə əlaqədar və ya başqa texniki xarakterli səbəblərdən (məsələn: qətnamənin surətinin rəsmi qaydada verilməsi tarixi ilə bağlı anlaşılmazlıq səbəbindən şikayət vermə müddətinin ötürülməsinin ehtimal edilməsi, tərəfin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair məhkəmə aktının vaxtından icra edilməməsinə görə şikayət vermə müddətinin ötürülməsinin ehtimal edilməsi halında və sair) qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyü halda, işə baxan məhkəmə prosessual müddətin axımının başlanması anını, bitmə tarixini və prosessual müddətin ötürülməsində tərəfin təqsirini dəqiqləşdirməli və nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Başqa sözlə, bu kimi hallarda prosessual müddətin bər pasına ehtiyac yoxdur, çünki prosessual müddət əslində tərəfin təqsiri üzündən buraxılmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o, vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə və ya qərardad qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin tam, hərtərəfli və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 və vəkili Xnun kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(103)-3856/2017 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3545/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3545/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver