Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3545/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil, Cavabdeh4, cavabdeh X2 nümayəndəsi X6, Cavabdeh3 prosessual hüquq varisi X4 cavabdehlərin vəkili və vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ mənzilə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx xxxxxx 2020-ci il tarixli 2(103)-1253/2020 nömrəli qətnaməsindən İddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kv.m sahəsi olan 13 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla, sahəsi 25.68 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə onun mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44- də yerləşən 49,5 kv.m sahəsi olan 14 saylı mənzilinə görəmənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20% əlavə olmaqla, sahəsi 59.4 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə onun mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 23,5 kv.m sahəsi olan 20 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla, sahəsi 28.2 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə onun mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kv.m sahəsi olan 21/18 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla, sahəsi 34.5 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə onun mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, cavabdehlərin hər birinə 30 faiz əlavə mənzil kompensasiyasın təklif etmişdir. Cavabdeh3 vəvat etdiyi üçün oğlu Elçin Cavanşirov onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1885/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Sabir qızı na məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kv.m. sahəsi olan 13 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 27,82 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kv.m sahəsi olan 14 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 450 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 64,35 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və isti fadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 23,5 kv.m. sahəsi olan 20 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən Cavabdeh3 prosessual hüquqi varisi X4 mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 30,55 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kv.m sahəsi olan 21/18 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30% əlavə olmaqla sahəsi 37,37 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim Ülviyyə Şükürova Cavabdehlər Səbail Rayon Məhkəməsinin 2(009)-1885/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1885/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) İddiaçı MMC(Vəkil Ağveys oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçının subyektiv hüququnun olmamasına, təklif edilən kompensasiyanın ədalətli olmamasına, cavabdehlərin yaşadıqları mənzilin qəzalı vəziyyətdə olmasının sübut edilməməsinə istinad edərkən işin müəyyn edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh4, X2 nümayəndəsi X10, Cavabdeh3 prosessual hüquqi varisi X7 və onların vəkili və nümayəndəsi X1 şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də,digər Cavabdeh1 və 3-cü şəxs Səbail rayon İcra hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin rayonlarının, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarı ilə Səbail rayonu üzrə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən 535 mənzildən ibarət 41 yaşayış binasının, bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunması, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi qərara alınmışdır.Həmin qərarın icrası ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşay ış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi” haqqında xx xxxxxx 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzunmüddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov küçəsi 42, 44, Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü və 0,55 ha ərazidə yeni çoxmərtəbəli yaşayış binansının layihələndirilməsi və tikintisi pilot layihə kimi İddiaçı ‘X3 həvalə edilmişdir. Eyni zamanda həmin Sərncamla ərazidə yerləşən yaşayış və qeri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üç ün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tkililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması İddiaçı MMC-nin hesabına həyata keçirilməsi müəyyn edilmişdir. Ərazi üzrə torpaq sahəsi həm Səbail Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə, həm də xx xxxx 2018-ci ildə Səbail Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə ilə Cəmiyyətə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 m2 torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün Cəmiyyətə icarəyə verilmiş, Cəmiyyə t isə hər il 20350 (iyirmi min üç yüz əlli) manat icarə haqqı ödəməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli “ünvan 1 saylı ünvandayerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti” haqqında aktda mübahisəli evlərin qəzalı vəziyyətdə olması qeyd edilmişdir. Bu səbəbdən cavabdehlərə qəzalı vəziyyətdə olan və tikinti normalarına cavab verməyən mənzillərinin əvəzinə Cəmiyyət onlara həmin ünvanda memarlıq-şəhərsalma standartlarına uyğun tikəcəyi hündürmərtəbəli binada müasir mənzillər təklif edir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün ka ssasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar isti nad etməsi işin faktiki hallarını araşdırma kimi qəbul edilməməlidir. Qətnamədən görünür ki, apelyaisya instansiyası iş materiallarına əsasən iddiaçının cavabdehlərə həmin ünvanda tikintisi başa çatdırıldığı hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğun olmaması, həmin ərazidə tikinti işlərinin aparılmasına başlanması nəzərə alınarsa, hazırkı vaxtadək cavabdehlərlə hər hansı danışıqların aparılmaması, cavabdehləri təkliflərinin nədən ibarət olması öyrənilmədən, cavabdehlərin mülkiyyətlərindən məhrum edilmələrinə dair iddianın verilməsinin hüquqdan sui istifadə olması, cavabdehlərin mülkiyyətində olan evlərin qəzalı vəziyyətdə və yaşayış üçün yarasız olmasının sübut edilməməsi, həmçinin İddiaçı MMC-nin hazırki məhkəmə baxışının pr edmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququnun olmamasına istinad edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 140, 152.1, 389.2, 390.1, 390.3-cü, Torpaq Məcəlləsinin 66.2, 67.3-cü və «Torpaqların dovlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. Əvvəla, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun gəlmir. Apelyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gələrkən nə İddiaçı M MC-nin, nə də üçüncü şəxs olan Səbail rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə torpaqları dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilməməsinə, nə iddiaçının, nə üçüncü şəxsin mübahisəli torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınmamasına istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı hazırki iddianı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarına deyil, Səbail rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli Sərəncamına və həmin sərəncam əsasında Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 m2 torpaq sahəsinin hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün Cəmiyyətin icarəsinə verilməsi barədə Səbail rayon İcra Hakimiyyəti ilə bağlanmış xx xxxx 2018-ci il tarilxi torpağın icarə müqaviləsinə istinad etməklə vermişdir. Buna görə də iddiaçının subyektiv hüququnun olub-olmaması Səbail rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli Sərəncamı və xx xxxx 2018-ci il tarilxi torpağın icarə müqaviləsi kontekstində yoxlanılmaqla müəyyən edilə bilərdi. Apelyasiya məhkəməsi isə iddiaçının subyektiv hüququnun olmamasını həmin Sərəncam və müqavilə baxımından yoxlamadan müəyyən etmişdir. Bundan əlavə, bir tərəfdən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasını bildirən məhkəmə, digər tərəfdən iddia tələbinin digər hüquqi əsaslarına da qiymət verməklə ziddiyyətli nəticəyə gəlmişdir. Buna görə də bir halda ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hall arına uyğun olaraq iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə düzgün gəlməyib, belə olan halda, iddia tələbinin digər əsasları üzrə apelyasiya instansiyası məhkəmənin qiymətləndirməsini (təklif edilən kompensasiyanın az olması, cavabdehlərin evinin qəzalı vəziyyətdə olmasının sübut edilməməsi, torpaqların dövlət ehtiyacı üçün alınmaması və.s.) yoxlamağa məhkəmə kollegiyası zərurət görmür. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən maddi hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, iddiaçının subyektiv hüququnun olub-olmamasını Səbail rayon İcra Hakimiyyət inin xx xxxxxx 2016-cı il tarixli Sərəncamı və xx xxxx 2018-ci il tarilxi torpağın icarə müqaviləsi kontekstində yoxlamaqla müəyyən etməli və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1253/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3545/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3545/2020
20.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver