Məhkəmə qərarları › İş №2(102)-3545/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3545/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3545/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər): fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mübahisələr (real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(103)-396/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfi ndən verilmiş kassasiya şikayətinə dair işə 6 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh1 11 may 2022-ci il tarixdə saat 00:15-də “BC” kateqoriyalı, AD 303472 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, atası Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, 90-MT629 dövlət qeydiyyat nişanlı avtomobillə alkoqollu içkilərin qəbulu və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozub, hərəkətdə olduğu istiqamətdə yerləşən Ə.Cəmil və H.Məcidov küçələrinin kəsişməsində İddiaçı məxsus “Toyota Camry” markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomaşını vurub həmin avtomaşının sərnişini X3 xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çək miş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli 1(004)72/2023 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Qeyd olunan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyi ilə İddiaçı məxsus “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 3780 0 manat məbləğində müəyyən edilmişdir.

4. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ona 4226,63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi zərərin əvəzi olaraq 37800 manat, hüquqi yardım üçün vəkilə görə ödənilən 250 manat və dövlət rüsumu kimi ödənilmiş 204,55 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh 1 digər Cavabdeh2 məxsus “SUBARU FORESTER” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, həmin əmələ görə təqsirli bilinmiş və bunun nəticəsində ona 37800 manat məbləğində maddi ziyan dəymişdir.

7. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, onlar avtomobili təmir etdirmək istəsələr də, iddiaçı buna razı olmamış və avtomobili satmışdır. O, dəymiş zərərin məbləği ilə razı deyildir.

8. Yasamal Rayon Məhkəməsinin 2(004)-2852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 manat, hüquqi yardıma görə ödənilmiş 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181,68 manat pulun alınaraq İddiaçı verilməsi, ödə nilmiş dövlət rüsumunun qalan hissəsinin, yəni 22,87 manatın (204,55-181,68=22,87) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən, iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Yol nəqliyyat hadisəsinin baş verməsi zamanı Ca vabdeh1 etibarnamə əsasında idarə etməklə avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən Cavabdeh2 dəymiş zərərin ödənilməsi üçün məsuliyyət daşımır və zərərin əvəzini ödəmək vəzifəsi yalnız Cavabdeh1 üzərinə qoyulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, dəymiş zərərin məbləği cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 9/4959 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməli və iddiaçıya ödənilmiş 4226 manat sığorta ödənişi də nəzərə alınmaqla Cavabdeh1 vurulmuş maddi zərərə görə 33574 (37800 – 4226) manat pul tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamədə hazırkı iş üzrə eyni avtomaşına dəymiş ziyan məbləği olaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən 37800 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin X1 “AKAY AUTO” servis ilə birlikdə tərtib etdiyi mütəxəssis rəyinə əsasən sözügedən avtomaşının zədələnmiş hissələrinin yenisi ilə əvəz edilib təmir olunması və usta x ərcləri mövcud bazar qiymətləri nəzərə alınmaqla 16164 manat və “AZƏRSİĞORTA” Təşkilatı tərəfindən avtomaşına dəymiş zərərin ümumi məbləği 6050 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində olan “Toyota Camry” markalı 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə dair əhəmiyyətli dərəcədə fərqli olan 3 qiymətləndirmə aktı mövcuddur ki, bu da işin ziddiyyətli halı kimi dəyərləndirilməlidir. Bununla əlaqədar, işin tam, hərtərəfli və obyektiv təhlilinə şərait yaradılması baxımından təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə onlar 2 dəfə vəsatət verməsinə baxmayaraq, vəsatətləri məhkəmə tərəfindən təmin olunmamışdır.

14. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 vəsatəti əsasında hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertə İddiaçı məxsus “Toyota Camry” markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin mülki iş materiallarında olan sənədlər əsasında müəyyən edilməsi həvalə edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə iş materiallarında olan “Akay Auto” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avto hissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16164,0 manat müəyyən edilmişdir. Təqdim edilmiş “X10” MMC tərəfindən xx.xx.2022-ci il qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərindən təxminən 30%-i təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 54000,00 manat olmuş 2019-cu il buraxılışlı Toyota Camry markalı 90OO039 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-396/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti əsasına iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertə İddiaçı məxsus "Toyota Camry” markalı, 90-00-039 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin mülki iş materiallarında olan sənədlər əsasında (o cümlədən, "xxxx" MMC-nin verdiyi rəy, müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəy və qüsur aktı nəzərə alınmaqla) müəyyən edilməsi həvalə olunmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli ekspert rəyi ilə 2019-cü il buraxılışlı, mühərrik həcmi 2500 sm3, “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiymətinin təxminən 54000,00 manat olduğu, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki 2022-ci ilin may ayına olan orta bazar qiy mətinin təxminən 54000,00 manat olmuş 2019cü il buraxılışlı “Toyota Camry” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37800,00 (54000-30%) manat olduğu müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-396/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilmiş və apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan ( 50+50=100) 100 manat vəsaitin Cavabdeh2 tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-396/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə qərardadı ilə xx.xx.2024-cü il tarixli qətnamənin nəticə hissəsinin 63-cü bəndində və “qərara aldı” hissəsinin 1,3 və 4-cü abzaslarında “Cavabdeh2” əvəzinə “Cavabdeh1” kimi oxunması qərara alımışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə müvafiq ekspertizalar təyin edilməklə 2019-cu il buraxılışlı Toyota Camry markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 37.800,00 (54000-30%) manat müə yyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğin avtomobilə dəymiş real zərər baxımından şişirdilmiş olmasını qeyd etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir, sonuncu ekspert rəyi ilə də onun dəlilləri təkzib edilmişdir. Həmçinin qeyd olunan rəydən görünür ki, həmin rəy iş üzrə verilmiş digər rəylər müqayisəli şəkildə tədqiq edilməklə əsaslandırılmışdır.

21. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, sonuncu ekspert rəyini şübhə altına almaq üçün əsas yoxdur, rəy ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Beləliklə də, iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi hazırkı vəziyyətdə xüsusi bilik tələb etdiyindən, apellyasiya baxışı zamanı isə əldə olunmuş v ə məhkəmə tərəfindən əsaslı sayılan sonuncu ekspert rəyi ilə birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğ öz təsdiqini tapmışdır.

22. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya əsaslandırılmışdır. şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qar şı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çı xmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, me xanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

32. Maddə 1115. Zərərin əvəzinin ödənilmə si tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3

6. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Ka ssasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyas ı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(103)396/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar