Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3546/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli 2(103)-1187/2018 saylı qətnaməsindən iddiaçı N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim E.Y.Şamayev, iş № 2(009)-895/2014) iddiaçı N oğlunun Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsl ər “xxxx” ASC-yə, Yasamal rayon İcra şöbəsinə qarşı fərdi yaşayış evinin qiymətləndirilməsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərəkN oğluna məxsus Quba şəhəri, 5-ci məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 01 noyabr 2013-cü il tarixli hesabatın ləğv edilməsi, evin ilkin satış qiymətinin 280.000 manat olması əsas götürülməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2013-cü il tarixli qərarı əsasında verilmiş icra sənədinin icrasının həyata keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Abdullayeva, İ.K.Xəli lov və A.Q.Hüseynov, iş № 2(103)265/2015) Səbail rayon məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilərək mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 234.300 manat müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, Ə.A.Əhmədov və M.T.Əhmədova, iş № 2(102)4194/15) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.M.Əliyev, T.S.Səmədov və İ.S.Şirinov, iş № 2( 103)-68/2017) Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli qətnaməsi iddiaçıya və 3-cü şəxs “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, İ.K.Dəmirov və Ə.M.Rüstəmov, iş № 2(102)5906/17) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov) Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq Cavabdeh MMC-nin 01 noyabr 20 13-cü il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın ləğv edilərək ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 2013-cü ilin noyabr ayına 180.000 manat, 25 iyul 2018-ci il tarixə 150.000 manat müəyyən edilməsi və tutmanın yönəldilməsinin 150.000 manat qiymət əsas götürülməklə həyata keçirilməsi qət edilmişdir. İşin halları: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 aprel 2012-ci il tarixli qətnaməsi ilə N oğlundan “xxxx” ASC-nin xeyrinə əsas kredit borcuna görə 45.832 manat, faiz borcuna görə 8952,91 manat, cəriməyə görə 19.081 manat tutulması və tutmanın borclu N oğluna məxsus fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İş üzrə olan qərarı vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tutulmalı olan pulun mə bləğinə dəyişiklik edilmiş və qərar icraya yönəldilmişdir. Bundan sonra icra məmurunun sifarişi əsasında qiymətləndirmə keçirilmiş və Cavabdeh MMC–nin 01 noyabr 2013-cü il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatı ilə əmlakın dəyəri 110.000 manat qiymətləndirimişdir. 2014-cü ilin fevral ayında N oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus əmlakın dəyərindən aşağı qiymətə qiymətləndirilməsini əsas göstərməklə bu barədə olan hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçıN oğlu kassasiya şikayəti verərək qətnamənin işin həqiqi hallarına uyğun olmamaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin qismən ləğv edilməsi və tutmanın əmlakın dəyərinin 200.000 manat əsas götürülməklə həyata keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiy a şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılmasına səbəb ona məxsus tutma yönəldilmiş əmlakın həqiqi dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilməsini iddia etməsi ilə bağlıdır. Müəyyən olunduğu kimi mübahisə predmeti olan əmlak müxtəlif qiymətləndiricilər tərəfindən 4 dəfə qiymətləndirilmişdir. Əmlakın dəyəri 1-ci hesabatda 280.000 manat, 2-ci hesabatda 234.300 manat, 3cü hesabatda 25 iyul 2018-ci il tarixə bazar qiyməti 170.000 manat, likvid dəyəri 150.000 manat, 2013-cü il in noyabr ayına bazar qiyməti 200.000 manat, likvid qiyməti 180.000 manat, 4-cü hesabatda 04 sentyabr 2018-ci il tarixə bazar qiyməti 110.000 manat, likvid qiyməti 100.000 manat müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi 3-cü hesabatın məhkəmənin sifarişi əsasında verilməklə digər hesabatlarla müqayisədə daha əsaslı olmasına istinad etməklə həmin hesabatda müəyyən olunmuş 150.000 manatla əmlaka tutmanın yönəldilməsi barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3546/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3546/2019
15.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver