Məhkəmə qərarları › İş №2(102)-3546/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3546/2023

30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3546/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi “onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-ci il tarixli, 2(107)-788/2023 saylı qərardadından Ərizəçi (vəkili X12) tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra mətn üzrə ərizəçi) X4, X1, X8 və X6 ilə birlikdə Müstəqil "xxxx" Kiçik Müəssisəsi (bundan sonra müəssisə adlandırılacaq) 25 avqust 1992-ci il tarixli təsis protokolu ilə təsis edilmiş, Şəki şəhəri İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1992ci il tarixli 614 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır.

2. Müstəqil kiçik müəssisə yaratmaq barədə təsis qrupunun yığıncağının 25 avqust 1992-ci iı tarixli prokoluna əsasən S. Feyzullayev "xxxx" kiçik müəssisəsinə direktor vəzifəsinə təyin edilməsi, "xxxx" müstəqil çoxsaylı kiçik müəssisəsinin nizamnaməsinin qeyddən keçirilməsi Şəki şəhər İcra Hakimiyyətindən xahiş edilməsi və "xxxx" müstəqil çoxsaylı kiçik müəssisəsinin itehsalat bazasından tikintisi üçün şəhərin Kiş çayının sol sahəsindən 0,5 hektar ayrılması Şəki şəhər İcra Hakimiyyətindən xahiş edilməsi qərara alınmışdır. 3. "xxxx" kiçik müəssisələrinin təsisçiləri iclasının 28 dekabr 1992ci il tarixli prokoluna əsasən müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsisçilərindən K. İsmayılov yoldaşı vəfat etdiyindən və müddət ərzində nizamnamə fonduna müqavilədə nəzərdə tutulmuş pulu koçürmədiyindən təsisçilikdən azad edilməsi, müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsisçilərindən K.Piriyev yoldaş ın ərizəsini və bu günədək nizamnamə fonduna müqavilədə nəzərdə tutulmuş pulu ödəməsini nəzərə alaraq təsisçilikdən azad edilməsi, iki təsisçinin azad edilməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədə nəzərdə tutulmuş nizamnamə fondunun ümumi məbləğinin miqdarı, təsisçilərin sayı və müəssisə işləyən zaman əldə olunmuş gəlirin təsisçilər arasında bölüşdürülməsi faizi məsələsi dəqiqlişdirilərək müqavilənin yenidən tərtib edilməsi və notarial qaydada təsdiq edilməsi, müəssisənin direktoru S. Feyzullayev yoldaşa və bütövlükdə təsisçilərə müəssisənin istehsalat bazasında tikintinin surəti artırılaraq 1 mart 1993-cü il tarixə tikintinin başa çatması və müəssisənin fəaliyyətə başlamasının tapşırılması qərara alınmışdır. 4. "xxxx" kiçik müəssisələrinin təsisçiləri ümumi iclasının 04 yanvar 1993-cü il tarixli prokoluna əsasən tikintini başa çatdırmaq üçün lazım olan inşaat materiallarını əldə etmək məqsədi ilə təsisçilərin hər birinin öz imkanları daxilində müəssisənin kassasına vəsait verməsi, təsisçilər tərəfindən bu məqsədə verilmiş vəsait müəssisənin əldə etdiyi gəlirdən birinci növbədə onlara ödənilməsi, M. S. Feyzullayevə və İ. Q.İsmayılov yoldaşlara məxsus olan muəssisə bazasının tikintisi üçün lazımlı inşaat materialları inşaat meydançasına daşınaraq aktla hazırki qiymətlərlə mədaxil edilməsi, bu materiallar müəssisənin əldə etdiyi gəlir hesabına birinci növbədə alınaraq təsisçilərə qaytarılması və müəssisənin tikintisində yüksək ixtisaslı sənətkarlardan əmək sazişi üzrə istifadə edilməsi qərara alınmışdır. 5. 29 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadə tnamənin surətindən görünür ki, X1 25 fevral 2002-ci il tarixdə vəfat etmişdir. 6. 09 yanvar 1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 yanvar 1993-cü il tarixdə vəfat etmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 31 yanvar 2023-cü il tarixli, **********401700 nömrəli məktubdan görünür ki, “X16” MMC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN verilərək vergi uçotuna alınmışdır. Eyni zamanda, "xxxx" kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestr məlumatlarında, həmçinin “X16” MMC-nin ilkin qeydiyyat sənədlərində "xxxx" kiçik müəssi səsinin və ya hər hansı digər hüquqi şəxsin hüququi varisi olmasına dair heç bir məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ərizə işin faktiki hallarına əsasən onunla əsaslandırılmişdır ki, müəssisənin təsis protokolunda, nizamnaməsində və təsis müqaviləsində təsisçilərin (iştirakçılar) hər biri tərəfindən 15000 rubl ödənilmklə 75000 manat nizamnamə fondunun yaradılması nəzərdə tutulmuşdur. Lakin, nizamnamə kapitalı formalaşdırılmamış və təsisçilər tərəfindən ödən ilməmişdir. Müəssisənin təsisçilərindən X8 vəfat eydiyi üçün, X6 isə ərizəsinə əsasən ali idarəetmə orqanı olan təsisçilər şurasının 28 dekabr 1992-ci il tarixli qərarı ilə təsisçilikdən azad olunmuşdur. Qalan digər iki təsisçidən anası X1 vəfat etdiyindən, X4 da öz təşəbbüsü ilə təsisçilikdən çıxdığı üçün o "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi kimi idarə etmiş, müəssisə ilə bağlı bütün qərarlar tərəfindən təkbaşına qəbul edilmişdir. Müəssisələrin qeydiyyata alınma səlahiyyətləri sonradan Ədliyyə Nazirliyinə verildiyindən Müəssisənin qeydiyyatının Ədliyyə Nazirliyinin Hüquqi X5 üzrə X10 yenilənməsi üçün 2004-cü ildə tərəfindən həmin orqana müraciət edilmişdir. Həmin vaxt orada ona Mülki Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar kiçik müəssisələrin qeydiyyatının mümkün olmaması yalnız məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında hüquqi şəxs qeydiyyata ala biləcəklərini bildirmişlər. Tərəfindəm "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri həmin orqana təhvil verilmiş, beləliklə də xx.xx.2004-cü il tarixdə “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır. Lakin, hazırda ona məlum olmuşdir ki, qeydiyyat zamanı yanlışlığa yol verilərək “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquq varisi olması qeyd edilməmiş, "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat qovluğuna əlavə edilməmişdir. Hazırda "xxxx" Kiçik Müəssisəsinin təsisçilərindən sağ olan X2 həmin müəssisənin təsisçiliyindən çıxması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi tərəfindən əldə edilmişdir. Lakin, "xxxx" Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış digər təsisçilər vəfat etdiyindən bu barədə ərizənin alınması mümkün deyildir. Göründüyü kimi, faktiki olaraq "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisinin (iştirakçısının) Ərizəçi olması, “X16” MMC-nin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquqi varisi olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Lakin, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada alınması, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyildir. “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və onun hüquqi varisi olması, həmçinin o faktla bir daha təsdiq olunur ki, 28 iyul 2005-ci il tarixində Şəki şəhər İcra Hakimiyyəti tərəfindən “X16” Məhdud Məs uliyyətli Cəmiyyətinə İstismara qəbul aktı verilmişdir. Yəni, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi 1992-ci ildə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış, həmin tikilinin üzərindəki tikilinin İstismara qəbul Aktı isə onun bazasında yaradılmış və hüquqi varisi olan “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Göründüyü kimi “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquqi varisi olmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq qeydiyyat orqanı hüquq varisliyi barədə məlumatın müəssisənin Nizamnaməsində və dövlət reyestrində qeyd edilməsini təmin etmədiyi üçün, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması, yaxud ititrilmiş sənədlərin bərpası mümkün deyildir.

10. Maraqlı şəxs Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmədə izahat verərək bildirdi ki, hal-hazırda müəssisənin adı "xxxx" kiçik müəssisədir. Bu səbəblədə həmin məssisəni eyni adlı qeydiyyatdan keçməsi mümkün deyildir. Həmin müəssisənin qeydiyyat qovluğu və təsis sənədləri ilə bağlı 11 saylı Ərazi Vergilər Baş İdarəsində hər-hansı bir məlumat aşkar edilməmişdir. Təhvil-təslimdə düzgün sənədləşmə aparılmamışdır.

11. Şəki Rayon Məhkəməsinin e-2(075)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Y. Vəliyev) ərizə təmin edilmiş, Ərizəçi "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktı müəyyən edilməs i qət edilmişdir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyinin Hüquqi X5 üzrə X10 xx.xx.2004-cü il tarixdə "xxxx" kiçik müəssisəsinin hüquqi varisi olan “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alındığı zaman yanlışlığa yol verildiyi müəyyən edildi və belə olan halda ərizəçi qeyd edilən dövlət aktındakı yanlışlıqların aradan qaldırılması ilə bağlı ərizələrində göstərdikləri faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilməmişlər. Buna görə də, məhkəmə ərizəçinin ərizəsini əsaslı hesab edib.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 307.2.11, 308-ci maddələrinə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-788/2023 nömrəli, xx.xx.2023 il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir, Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-645/2023 nömrəli qətnaməsi ləğv edilməsi və Ərizəçi onun " xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki tanınması tələb edilən faktlar artıq mövcuddur. Yəni həmin faktların yenidən məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Hazırki iş üzrə "xxxx" kiçik müəssisəsinin təsisçilərinin Ərizəçi, X4, X1, X8 və X6 olduğu, “X16” MMC-nin isə təsisçisinin Ərizəçi olduğu işin mübahisəsiz hallarındandır. Belə liklə, hazırkı halda iddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

17. Məhkəmə kollegiyası movgeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2, 5.1, 261.0.1, 261.0.8, 262.1, 262.3, 308, 372.7, 385-387, 387.1, 391, 400, 402,, 402.2.4-cü maddələrə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci i l tarixli qərarına, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Qərardaddan ərizəçi (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-788/2023 nömrəli qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki tanınması tələb edilən faktlar artıq mövcuddur. Yəni həmin faktların yenidən məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Qərarardadın 5-ci səhifəsinin 8-ci abzasında isə göstərilmişdir ki, hazırki iş üzrə "xxxx" kiçik müəssisəsinin təsisçilərinin Ərizəçi, X4, X1, X8 və X6 olduğu, “X16” MMC-nin isə təsisçisinin Ərizəçi olduğu işin mübahisəsiz hallarındandır. Şəki Apellyasiya Məhkəməsinin qərardadında göstərilən bu mövqedən belə nəticə çıxarılır ki, X16 Ərizəçi, X4, X1, X8 və X6 tərəfindən təsis edilsə də sonradan həmin müəssisənin yeganə təsisçisi kimi Ərizəçi qalmışdır və “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti X11 hüquqi varisidir. Lakin, məhkəmənin bu mövqeyi özünün qərardadında istinad etdiyi maddəyə ziddir. Belə ki həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o za man müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəssisəsinin yeganə təsisçisinin hazırkı iş üzrə ərizəçi olan Ərizəçi olmasını birbaşa təsdiq edən sənədlər həmin sənədlərin müəssisənin qeydiyyat qovluğunda saxlanmasına məsul olan dövlət orqanları tərəfindən təqdim edilə bilməmişdir. Göründüyü kimi həmin dəyişiklikləri təsdiq edən sənədlər itirilmişdir və onların bərpası və ya başqa formada əldə edilməsi mümkün deyildir. İş materiallarında olan sənədlər isə 5 nəfər tərəfindən təsis edilmiş X11 yeganə təsisçisinin sonradan Müəssisəsinin yeganə təsisçisinin sonradan baş vermiş dəyişikliklər hesabına Ərizəçi olmasını birbaşa, yəni bilavasitə deyil, dolayısı ilə təsdiq edən sənədlərdir. Göstərilənlərdən göründüyü kimi hazırkı iş üzrə mülki Prosessual Məcəllənin 308-ci maddəsində göstərilən hallar birbaşa mövcud olmasına baxmayaraq Məki Apellyasiya Məhkəməsdi tərəfindən hazırkı iş üzrə ərizəyə məhkəmədə baxılmalı olmaması qənaətinə gəlinmişdir.Odur ki, hesab edirik ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)788/2023 nömrəli qərardadı işin faktiki hallarının düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının düzgün şərh edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir.

20. Kassator şikayətinin əsası kimi, Mülki Prosessual Məcəllənin 88, 262.3, 308-ci maddələrinə, X13 Məhkəməsi “Sovtransavto Holdinq”-in Ukraynaya qarşı şikayəti uzrə xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlillər i

21. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

22. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

23. Maddə 261.0.8 icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

24. Maddə 262.1 iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

25. Maddə 308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. Maddə

400. Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştira k edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

27. Maddə 402.2.4 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şi kayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

34. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədə olmuşdur.

35. İşdən görünür ki, ərizəçi onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktın ın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüqu q haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

37. Həmin qərarın 1.7-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsi ndə hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

38. Apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadən iş üzrə icraata düzgün olaraq xitam vermişdir.

39. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədl ərin bərpası mümkün olmasın.

40. Adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin də istinad etdiyi qanunvericilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.

41. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.

42. Ərizəçinin kassasiya şikayətini isə məhkəmə kollegiyası əsasız sayır. Çünki qeyd edilən dəlillər işin icraatına xitam verilməli olmamasını təkzib edən dəlillər yox, işə mahiyyəti üzrə baxıldığı halda ərizənin təmin edilməsinə yönələn dəlillərdir. Kassasiya baxışının predmetini isə ərizəyə məhkəmədə mahiyyəti üzrə baxılıb-baxılmamalı olması təşkil edir.

43. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-ci il tarixli, 2(107)788/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar