Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3546/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququ, qonşu təsirinə dözmək vəzifəsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “açılmış pəncərənin sökülməsi” barədə ilk, Cavabdeh “yardımçı tikilinin sökülməsi, cavabdehin hesabına divar çəkilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)3588/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı 22 saylı özbaşına tikili və Cavabdeh yaşadığı 22B saylı özbaşına tikili bir-birindən hasarla ayrılmışdır.
2. Cavabdeh yataq otağının pəncərəsi İddiaçı istifadə etdiyi həyətyanı torpaq sahəsinə açılır. Eləcə də, həyətləri ayıran hasarda İddiaçı həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda Cavabdeh dəhlizinin divarı rolunu oynayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən onun ünvan 1 ünvanında yerləşən həyətinə qanunsuz açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və pəncərənin yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 40 ildən çoxdur ailə üzvləri ilə birlikdə hazırkı evdə qeydiyyatda olmaqla yaşayır. Qonşuluqda yaşayan cavabdeh 2021-ci ilin əvvəllərində qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində 2 pəncərə dəliyi açaraq plastik pəncərə qoymuş, sonradan onun tələblərinə baxmayaraq, pəncərələri sökməkdən imtina etmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan pəncərələr yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneə yaradır, bu cür pəncərələrin açı lması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. xx.xx.2011-ci il tarixli, 19 saylı MİS-in ünvan1in faktiki cizgi planına əsasən həmin yerdə pəncərə mövcud olmamışdır.
5. Cavabdeh də qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, iddiaçı tərəfindən onun yataq otağına bitişik vəziyyətdə inşa edilmiş yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin və dəhlizin nəfəsliyinin qarşısında yığmış olduğu qum kisələrinin və digər əşyaların yığılması, onun yataq otağının və dəhlizinin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla iddiaçının hesabına divar çəkilməsinə dair qətnamə qəbul olu nmasını xahiş etmişdir.
6. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçının yaşadığı ümumi istifadədə olan həyətə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxil olmasına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən pəncərə və nəfəsliyin iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb-yaratmaması, tikililərin inşa olunma müddətinin müəyyən edilməsi barədə suallar cavablandırılmamışdır.
7. Məhkəmə tərəfindən mübahisəli ünvanlara keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, iddiaçının yaşadı ğı 22 saylı özbaşına tikili və cavabdehin yaşadığı 22B saylı özbaşına tikili bir-birindən hasarla ayrılmışdır. Cavabdehin yataq otağının pəncərəsi iddiaçının həyətyanı torpaq sahəsinə açılır və həmin pəncərənin şüşələri qeyri şəffafdır, belə ki, otaqdan baxdıqda həyət görünmür. Həmin otaqda başqa pəncərə yoxdur. Həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. İddiaçı 2020-ci ildə cavabdehin pəncərəsinin yanında öz evinə bitişik yardımçı tikili inşa edib.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya m əhkəməsi) 2(009)-47/2023 nömrəli, 1 mart 2023-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. (hakim Mədinə Bağırova)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbində bağlanılması tələb edilən pəncərə cavabdehin yaşadığı evin yataq otağına hava, işıq və günəş şüasının daxil olması üçün yeganə yerdir. Digər tərəfdən, keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, həmin pəncərənin şüşələri qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eləcə də, cavabdehin dəhliz divarında iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə açılmış nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
10. Birinci in stansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 60-cı, Mülki Məcəllənin 158.4, 164.1, 165.1, 170.2-ci, MülkiProsessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti ilk iddianın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3282/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın “nəfəsliyin sökülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətna mə qəbul edilmiş, iddia bu hissədə təmin edilmiş, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan Ö. ünvan1 üzrə yerləşən həyətinə açılan nəfəsliyin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Həmin tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması və cavabdehin yaşadığı evin pəncərələrinin qonşu sahənin tərəfinə – iddiaçının həyətinə açıldığı işin mübahisələndirilməyən halıdır. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Lakin hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda, belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq göstərmişdir ki, layihədə (plan sxemdə) nəzərdə tutulan pəncərənin bağlanması iddiaçının yaşayış otağı kimi istifadə etdiyi sahənin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəcək. Bu da cavabdehin hüquqlarının həddən artıq məhrumiyyətə məruz qalmasına və beləliklə də iddiaçının hüququnu qorumaq üçün seçdiyi üsulun pozuntunun xarakterinə uyğun gəlməməsinə dəlalət edir. Belə ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin pəncərənin sökülməsi hissəsi ilə əlaqədar gəldiyi qənaət düzgün olmuşdur.
16. Cavabdehin yaşadığı evdən iddiaçının yaşadığı evin həyətinə açılan nəfəslik ilə bağlı isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdir ki, iş üzrə mübahisələndirilən nəfəsliyin açılması layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin bağlandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi müəyyən edilir. Mübahisələndirilən nəfəslik iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətinə açıldığından, nəfəsliyin açılması müvafiq layihədə nəzərdə tutulmadığından, mövcudluğu da özü-özlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneə olduğundan, habelə nəfəsliyin bağlanmasının dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyindən mübahisələndirilən nəfəslik cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətə qaytarılmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusi yasının 32-ci, Mülki Məcəllənin 5.3, 170.1, 170.2, 171.1 və 180-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin “Cavabdeh istifadəsində olan ünvan 3 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan ünvan 1 ünvanı üzrə yerləşən həyətinə açılan nəfəsliyin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-924/2024 saylı, 13 mart 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-3282/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmuş hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
20. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanl ı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.); - bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki tikinti mə qsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; - qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilə r ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz; - beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər; - baxılan iş üzrə (kassasiya baxışının predmetinə aid olan hissədə) iddiaçı cavabdehin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin (nəfəsliyin) bağlanmasını tələb edir və öz mövqeyini o nunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə (nəfəslik) yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir; - birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir; - iddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi nəfəsliyin sökülməsi hissəsində mövqeyini mübahisələndirilən nəfəsliyin layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin bağlandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi ilə əsaslandırmışdır; - halbuki yuxarıda da qeyd olunduğu kimi nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin nəfəsliyin açılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır; - lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan fərqlənən hər hansı hal müəyyən etmədən və bununla bağlı gəldiyi nəticəni mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmadan, belə qənaətə gəlm işdir ki, nəfəsliyin mövcudluğu özüözlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə mane olur. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3588/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 1 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericiliyin tələbinə görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyəti nə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. Demək, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
23. Hazırki apellyasiya icraatının predmetinə görə iddiaçı qarşı tərəfin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin (nəfəsliyin) bağlanmasını tələb edir və cavabdeh tərəfindən quraşdırılmış pəncərənin (nəfəslik) yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaratdığını, bu cür pəncərələrin açılmasının həm əxlaq normalarına, həm də tikinti-texniki normalara zidd hesab edir. Qarşı tərəf isə bu iddiaya münasibətini qarşılıqlı iddiada da göstərmişdir.
24. İşin müəyyən edilən hallarına görə həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda qarşı tərəfin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Buna görə də nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin nəfəsliyin açılmasın ın onun hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır. Lakin bu cür hallar olmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 170.1, 170.2, 171.1, 171.2, 180.1-180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv, ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qonşu öz hüquqların ı elə tərzdə həyata keçirməlidir ki, digər qonşusuna hədsiz təsiri olmasın. Cavabdeh tərəfindən hədsiz təsirlər çoxdur. Cavabdeh birinci dəfə işə baxmış Bakı Apellyasiya Məhkəməsinə verdiyi ifadəsində qonşu həyətinə icazəsiz keçməyi normal hal olduğunu və faktiki buna hüququ olduğunu deyib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3282/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinin 15-ci hissəsində onun ifadəsi belə yazılıb: “Həyətyanı sahəyə çıxarış yoxdur, o dövlət mülkiyyətidir. Torpaq dövlət mülkiyyətində olan zaman mülki müstəvidə iddiaçı onun həyətinə gəlib dincələ bilər, o da iddiaçının həyətində dincələ bilər..”. Hesab edilməlidir ki, elə cavabdehin bu ifadəsi kifayət edirdi ki, məhkəmə onun yataq otağından iddiaçının həyətinə açılmış pəncərənin bağlanması barədə qətnamə çıxa rsın. Çünki cavabdehin belə bir fikrə malik olması MM-in 170.2-ci maddəsi ilə qadağan edilmiş qonşunun mülkiyyətinə və şəxsi həyatına hədsiz təsirdir. Cavabdehin mənzili 4 otaqdan ibarətdir. Sonra mənzili yarıya bölüb arxa küçədən pəncərənin yerinə qapı qoyub kirayəyə verir. Bu səbəbdən iddiaçının həyətinə pəncərə açmışdır. Həmin pəncərədən iddiaçıya aid həyətə düşüb çıxır və bu səbəbdən iddiaçı çox narahatdır. Məhkəmələrin də müəyyən etdiyi hala görə cavabdehin istifadəsində olan tikililər eyni zamanda hasar rolunu oynayır və iddiaçının həyətyanı sahəsinə bitişikdir (əlavə olunan fotoşəkillərdə aydın görünür). Cavabdehə aid bu tikililər həm də qonşular arasında hasardırsa, deməli burada heç bir pəncərə və ya nəfəslik ola bilməz. Əks halda, hasar mənasını itirir və qonşuya hədsiz təsir edi r. Nəfəsliyə gəldikdə isə o, bilavasitə iddiaçının evinə giriş qapısının önündədir. Evinin giriş qapısı 6 pilləkən hündürlüyündə olduğundan eyni hündürlükdə (1,8 m) olan nəfəslikdən qonşu birbaşa iddiaçının giriş qapısını izləməkdədir. Bunu hər an hiss edirlər ki, qapı nəfəslikdən izlənilir (əlavə olunan fotoşəkillərdən aydın görünür). Məhkəmələr MM-in 180-ci maddəsi əsasında iddiaçının və qonşunun evini özbaşına tikinti olduğunu tanıyıb. Aydın məsələdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi özbaşına tikinti sayılır. Lakin bu, o demək deyil ki, burada heç bir şəhərsalma və tikinti normaları keçərli deyil və bu tikintilər maraqlı tərəflərin tələbi və ya iddiası ilə bu normalara uyğunlaşdırıla bilməz. Məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də nəfəsliyin bağlanması və əvvəlki vəziyyətinə qaytarılması texniki cəhətdən mümkün olduğu barədə rəy verilib. Bu səbəbdən MM-in 171.2-ci maddəsinə istinad olunub ki, onun tətbiq olunmasına da heç bir əsas yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər d aşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyy ətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bil ər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən mə hkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə nəfəsliyin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması barədə olub. Bu baxımdan qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ilk iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
35. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 22-24-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
36. İddia tələbi (kassasiya baxışının predmetinə aid olan hissədə) cavabdehin yaşadığı evdən iddiaçının həyətinə açılmış pəncərənin (nəfəsliyin) bağlanması barədədir. İddiaçı tələbini əsası kimi cavabdeh tərəfindən quraşdırılmış pəncərənin (nəfəslik) yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaratdığına, bu cür pəncərələrin açılmasının həm əxlaq, həm də tikinti-texniki normalara zidd olmasına istinad etmişdir.
37. Məhkəmə kollegiyası izah edir ki, nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin nəfəsliyin açılmasının iddiaçının hüquq və mənaf elərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.
38. Lakin işin müəyyən edilmiş hallarına görə tərəflərin həyətlərini ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır. Həmin nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Başqa sözlə, nəfəsliyin açılması iddiaçının hüquq və mənafelərinə toxunmur.
39. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
40. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş, məhz həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verməklə iddianı təmin etməmişdir.
41. Həmçinin bu dəlillər hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilənlər baxımından da əsassızdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: ilk İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3588/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi