Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3548/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətində maddi maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kolle giyasının 2(106)-2557/2020 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanusuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Toğrul Məmmədov) 2(049)-94/2019 saylı iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Nüsrət Mirzəyev sədrlik edən və məruzəç i, Qəzənfər Kərimov, Kamil Bəşirov) 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddiaçının cavabdehə qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunub iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,53 ha torpaq sahəsinin onun tərəfindən zəbt olunmuş 0,0888 ha hissəsindən çıxarılmaqla boşaldılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 05 fevral 2021-ci ol tarixli qərardadı ilə (hakim İlqar Xələfov) kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş, şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 19 fevral 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qatarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayətində qətnamənin Azərbaycan Respublikası MPM-nin 217, 218-ci maddələrinə eləcə də “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına uyğun olmamasına istinad olunmaqla qətnamənin ləğv edilməsi tələb olunarkən bu uyğunsuzluğun nədə ifadə olunması göstərilməmiş və şikayət MPM-nin 407-ci maddəsinə uyğun əsaslandırılmamışdır. MPM-nin 407.1.4-cü maddəsinə görə kassasiya şikay ətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə şikayət geri qaytarılmalıdır. Cavabdeh A.Qənbərov (Vəkil) kassasiya şikayəti məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. verərək apellyasiya instansiyası Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı təmin etməyərək prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiy i üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən cavabdeh A.Qənbərov qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması g östərilməmişsə şikayət geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli qərardad qəbul edilən zaman prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh A.Qənbərov kassasiya şikayətində məhkəmə iclasında iştirakının təmin edilməməsini göstərmişdir. Cavabdehin hazırda mübahisələndirdiyi qərardad onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması barədədir. Cavabdeh kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstər mədiyindən şikayət geri qaytarılmışdır. MPM-də kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu yoxlanılarkən tərəflərin məhkəmə iclasına dəvət edilməsi nəzərdə tutulmamışdır. Qərardadı alan cavabdeh həmin nöqsanı aradan qaldırmaq əvəzinə qərardaddan kassasiya şikayəti vermiş, şikayətdə göstərilənlər isə yuxarıda qeyd edilənlərə əsasən qərardadın ləğv edilməsi üçün kifayət deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Ape llyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2557/2020 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3548/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3548/2021
17.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver