Məhkəmə qərarları › İş №2(102)-3548/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3548/2024

21.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3548/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən ü çüncü şəxs qismində cəlb olunmaqla) “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2699/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı müddətsiz əmək müqaviləsinə əsasən, İddiaçı mexaniki təmir sahəsində “tornaçı” vəzifəsinə qəbul olunmuş, 21 oktyabr 2022-ci il tarixdən işə başlaması, işçiyə hər ay 660 manat əməkha qqı ödənilməsi, iş saatı 09:00-dan saat 17:00-dək olmaqla gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləməsi, 27 gün müddətinə əmək məzuniyyətinin verilməsi müəyyən edilmişdir. 2. "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli, 13-ü saylı əmrinə əsasən, İddiaçı 200 manat fərdi əlavəsinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 manat fərdi əlavə edilməsi əmr edilmişdir. 3. "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli, 22-ü saylı əmrinə əsasən, İddiaçı 467 fərdi əlavəsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1.04 0 manat fərdi əlavə edilməsi əmr edilmişdir. 4. "xxxx" ASC mexaniki sexin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatından görünür ki, mexaniki sahənin tornaçısı İddiaçı iş zamanı işçilər arasında rəhbərliyə qarşı təbliğat apararaq işçilərə işi dayandırmağı, rəhbərlikdən əlavə pul ödənişləri istəməyi bildirmiş və heç kimə tabe olmadığını demişdir. Buna görə də "xxxx" ASC-nin sədrindən İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. 5. "xxxx" ASC-nin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmrinə əsasən xx.xx.2023-cü il tarixdə Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir. 6. "xxxx" ASC-nin kad rlar şöbəsinin rəisi Fazil Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir. 7. "xxxx" ASC-nin 19 nəfər əməkdaşı tərəfindən tərtib edilərək imzalanmış 19 iyul 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında Müəssisənin rəhbərliyinə qarşı təbliğat apararaq: “Gəlin hamımız bir nəfər kimi qalxaq ayağa, işi dayandıraq, rəhbərlikdən tələb edək ki, bizə əlavə pul ödəsin.” kimi fikirlər səsləndirmiş, habelə özünün heç kimə tabe olmaması, işçilərə də bunu tövsiyə etməsi kimi m əsləhət vermiş, təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Göstərilənləri təsdiqləmək üçün müəssisənin mexaniki təmir sahəsinin işçiləri bu barədə müvafiq akt tərtib edərək, hər biri öz imzası ilə aktın doğruluğunu təsdiq etmişlər. 8. "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, İddiaçı, Fazil Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun ha qqında düzgün olmayan məlumatlar yerləşdirmişdir. 9. "xxxx" ASC-nin mexaniki sexin rəisi X1 20 iyul 2023-cü il tarixli təqdimatından görünür ki, tornaçı İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat aparmışdır. Buna görə də İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. 10. "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinə əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, 16 təqvim gününə mütənasib olaraq son haqq-hesabın İddiaçı ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi Mexaniki təmir sahəsinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt, Kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xx.xx.2023-cü il tarixli Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli Təqdimatı qeyd olunmuşdur.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məlumatından çıxarışlardan görünür ki, İddiaçı əmək qanunvericiliyinin tələblərinin pozulması barədə müraciəti rəsmi qaydada qeydə alınmış və müraciətin cavabı onun yaşadığı ünvana göndərilmişdir. 12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 239 nömrəli məktubundan görünür ki, ASC tərəfində İddiaçı əmək müqaviləsi və ona əlavə edilmiş digər sənədlər müvafiq araşdırma ilə bağlı X4 təqdim edilmişdir.

13. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin baş təhqiqatçısı N.N.Salmanovun 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, vətəndaş İddiaçı və ASC-nin kadrlar şöbəsinin rəisi X5 qarşılıqlı şikayət ərizələri ilə əlaqədar, toplanmış HK-1/1316 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixində 369/k nömrəli Əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

15. İddia tələbi onunla əsaslandırıl mışdır ki, o, xx.xx.2022-ci il tarixdə cavabdeh ASC ilə bağladığı əmək müqaviləsinə və 436/k nömrəli əmrə əsasən cəmiyyətin mexaniki təmir sexinə “tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi 8 ay müddətində onun hər hansı bir nöqsanı olmamış, irad tutulmamış və ona tapşırılan işi 21 iyul 2023-cü ilə kimi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. O zaman onunla bağlanmış əmək müqaviləsinin surətini ona təqdim etməmişlər. Onun tələbləri dəfələrlə heç bir nəticə vermədiyi üçün və sonradan işində problem yaranmasın deyə, o, işi ilə məşğul olmuşdur. Onu işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirməklərinə baxmayaraq, əslində onu hər gün 10 saatlıq iş rejimində işlətmişlər. Buna baxmayaraq, onun əmək haqqını əlavə iş saatlarına görə artırmamışlar. Ona görə o, bir müddətdən sonra əlavə işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin onun tələbi cəmiyyətin rəhbərliyi tərəfindən pis qarşılanmış və rəhbərlik onun işdən çıxarılması üçün tabeliyində olan şəxslərə tapşırıq vermişdir. Sonradan, yəni xx.xx.2023-cü il tarixində 369/k nömrəli əmrlə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. O, işdən çıxarılmasının səbəbini soruşduqda, ona heç bir məlumat verilməmiş və bildirilmişdir ki, rəhbərlik onunla işləmək istəmir. O, işdən azad olunması barədə əmrin surətini aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mexaniki Təmir” sahəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixində akt tərtib edilmiş, cəmiyyətin kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xidməti məlumatı v ə mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatı yazılmışdır. Onun işdən azad edilməsi və işə bərpa edilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, guya ona verilən cavab məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin onun ünvanına göndərilən cavabları o, ala bilməmişdir. Onunla cəmiyyət arasında əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq mediasiya təklifi göndərmiş, lakin cavabdeh onun təklifinə cavab verməmişdir. Ona görə də, mübahisənin həll edilməsi məqsədi ilə mediasiya şurasının 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh ASC mediasiya təşkilatına gəlməmişdir. 16 saylı M ediasiya təşkilatı MŞB/16-01640 nömrəli xx.xx.2023-cü il tarixində mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ASC-nin rəhbərliyi onun barəsində kompramat yaratmaq üçün Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinə müraciət edərək bildirmişdir ki guya o, "xxxx" sosial şəbəkəsində müəssisənin rəhbərliyinə qarşı və müəssisənin imicinə xələl gətirən çıxışlar etmiş və onun çıxışları müəssisədə nizam intizamı pozduğuna görə onu işdən azad etmişlər. Onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən cəmiyyətin rəhbərliyi işdən azad edilməsini və onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsa slandırılmalıdır. Lakin hazırda təqdim edilmiş əmrlərin surətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. Əmək məcəlləsinə əsasən işçi işdən azad edilməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə t əqdimatda göstərilən halların heç biri ona aid deyildir. O müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. O, sənətkardır və 40 ildir ki, eyni sənət üzrə işləyir. Əgər o, hər hansı bir qeyri-qanuni hərəkət etmiş olsaydı, o zaman cəmiyyətin rəhbərliyi ondan bu barədə izahat tələb etmiş olardı. Lakin bu vaxta kimi ondan heç bir izahat alınmamışdır. İşdən azad etmə işdə nöqsanı olmuş şəxsə tətbiq edilən ən ağır cəzadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat almalıdır. Bundan b aşqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakteri nəzərə almalıdır. Lakin onun işdən azad edilməsi barədə verilmiş əmrdən müəyyən etmək olur ki, cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. Cəmiyyət onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O işdən azad olunduğu halda, onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər.

16. Daha sonra iddiaçı iddia ərizəsinə əlavələr təqdim edərək, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi q ismində 35.000 (otuz beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 10 saat işlədiyini qeyd etsə də, bununla bağlı sübutlarını təqdim etməmişdir. Onlar iddiaçını qəbul etmişlər və bununla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəfindən "xxxx" sosial şəbəkəsindəki səhifəsində müəssisəni və onun rəhbərini biabr edən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədilib və iddiaçı bu ifadələri məhz müəssisədə işləyərkən etmişdir. Müəssisə xüsusi müəssisədir, metallurgiya sahəsi ilə bağlı və təhlükə mənbəyi olan müəssisədir. Videolar çəkib paylaşmaq, işgüzar nüfuza ziyan vuran ifadələr işlətmək düzgün deyil. Onlar polis orqanlarına müra ciət etmiş və tərəf polis orqanlarına dəvət edilmişdir. Polis şifahi xəbərdarlıqla araşdırmalar aparmışdır. İddiaçıya şifahi xəbərdarlıq edilmişdir. Sahibkar özü iddiaçını şəxsən qəbul etmiş və iddiaçı orada bildirmişdir ki, o, şəhid, qazi ailəsidir. Bundan sonra, iddiaçının əməkhaqqını 500 manat məbləğində qaldırmışlar. Sex rəisinin, Kadrlar şöbəsinin təqdimatları var. Belə ki, iddiaçı işçilər arasında işi dayandırmaq barəsində təbliğat aparmışdır. Onlar ilk olaraq onun izahatını istəmişlər. İddiaçı tərəfindən işlədiyi müddət ərzində bir neçə dəfə bu tipli mənfi paylaşımlar edilmişdir. Onlar qarşı tərəflə bir daha görüş keçirmişlər. Onlar təklif etmişlər ki, onun bir aylıq əməkhaqqını ödəyə bilərlər ki, ona kömək olsun. İddiaçı sosial şəbəkələrdən bir çox paylaşımları silmişdir.

18. Məhkə mənin X6 Xidmətinə ünvanladığı sorğuya əsasən, DƏMX tərəfindən İddiaçı şikayəti ilə əlaqədar materiallar, o cümlədən iş vaxtının uçot tabeli, cavabdeh ASCnin əmək haqqı cədvəli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus əmək haqqı üzrə çıxarışlar, son haqq hesabın hesablanması barədə bütün sənədlər məhkəməyə rəsmi qaydada təqdim edilmiş, məhkəmə iclasında araşdıralaraq tədqiq edilmişdir.

19. Məhkəməyə cavabdeh ASC-nin kadrlar şöbəsinin rəisi X7 ilə iddiaçı arasında olmuş səs yazılarının əks olunduğu 01 ədəd yaddaş kartı (fləş kartı) təqdim edilmiş, səs yazılarında tərəflər arasında olan söhbət zamanı İddiaçı əmək haqqından əlavə hər ay əmək haqqı köçürülən tarixdə 500 manat pul vəsaitini qarşı tərəfdən aldığı təqdirdə heç bir etirazının olmayacağını qeyd etməsi müəyyən olunmuşdur.

20. Bakı şə həri Nizami rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-241/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ASC ilə iddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və iddiaçı ASC-də “tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. Qeyd olunan əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurulduğu təqdirdə, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

22. Məhkəmə iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əlavə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini “ayağa qaldıracağı” ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabr edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinəti verdiyini qeyd etmişdir. Bunu nla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, cavabdehin nümayəndəsi iddiaçının həmçinin, "xxxx" sosial şəbəkəsində müəssisənin nüfuzuna, qanunla qorunan mənafelərinə xələl gətirərək həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini, bununla da müəssisənin maraqlarına kobud surətdə toxunduğu qeyd etmiş, iddiaçı isə həmin sosial şəbəkədə müəssisənin əleyhinə cavabdehin nümayəndəsinin bəhs etdiyi qaydada fikirlər səsləndirdiyini inkar etməmişdir. Bundan sonra, hər iki tərəfin qarşılıqlı şikayətləri əsasında Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı tərəfindən müvafiq qaydada araşdırma aparılmış və top lanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə iddiaçının X6 Xidmətinə müraciəti əsasında cavabdeh bütün zəruri sənədləri DƏMX-nə təqdim etmiş və müvafiq araşdırma aparılmışdır. Məhkəmə tərəfindən sözügedən araşdırma ilə bağlı toplanmış bütün materiallar DƏMX-dən sorğu əsasında tələb edilərək öyrənilmiş və işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada hər hansı hüquq pozuntusuna yol verməklə əmək müqaviləsinə xitam verməsini təsdiq edə biləcək hər hansı hal aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış, tərəflər sözügedən müqavilə şərtlərini razılaşdırmışlar. O cümlədən, tərəflərin hüquq və vəzifələri, əmək müqaviləsinə xitam verilməsi şərtləri və bunun hüquqi nəticələri müqavilədə əksini tapmışdır. İddiaçı isə müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuş, sosial platformada müəssisənin nüfuzuna və qanunla qorunan mənafeyinə xələl gətirən ifadələr səsləndirmiş (məhkəmə iclasında da iddiaçı bu faktı inkar etməmişdir), işçilər arasında müxtəlif formalı təbliğatlar aparmaq surətilə müəssisə daxili qaydaları dəfələrlə pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən şifahi qaydada xəbərdarlıq edilmiş, sonuncu dəfə isə barəsində şiddətli töhmət elan edilmiş, lakin iddiaçı həmin əməllərinə davam etmiş və nəticədə cavabdeh ASC-nin sədrinin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir.

23. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, buna görə də iddia həmin hissədə rədd edilməlidir.

24. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir, həmin tələb iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbindən törəmə tələbdir, tələb həmin hissədə rədd edildiyi halda, dəymiş mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi rədd edilməlidir.

25. Beləl iklə, işəgötürən ASC ilə iddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Sübut etmək yükü təkzib edənin üzərinə düşmüş, cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-1-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci mad dəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

27. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində guya iddiaçı işçilər arasında rəhbərliyə qarşı təbliğat aparmış, əlavə pul ödənişləri istədiyini bildirmiş, heç kimə tabe olmadığını demişdir. Həmin tarixdə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrə səhlənkar yanaşdığını bildirməklə ona şiddətli töhmət verilmişdir. Göstərilən faktlar yalandır. Belə ki, xx.xx.2023-cü il tarixində ona heç bir xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü ildə ona mükafat verilir, əmək haqqı qaldırılır, lakin 3 gün sonra ona bildirirlər ki, o əmək intizamını pozub, onun barəsində akt tərtib edilib və əmr verilib və o həmin əmrlə tanış olmaqdan imtina edib. Bu fikirlər saxtak arlıqdır. Onun işlədiyi müddətdə bir dəfə də olsun belə hal olmamışdır. Onun müəssisəsinin hansı istehsalat, kommersiya və digər qanunla qorunan hüquqlarını pozmağı barədə iş materiallarına heç bir sənəd təqdim edilməmişdir. Bu fakt onunla təsdiq edilir ki, onun barəsində 23-cü Polis Bölməsində aparılmış araşdırmada hər hansı qeyri-qanuni əməl etdiyi təsdiq edilməmişdir. İşəgötürən onun 70-ci maddə ilə işdən azad olunmağının zəruriliyini əsaslandıra bilməmiş və mübahisənin məhkəmə araşdırılmasında göstərilən hallar aydınlaşdırılmamışdır.

29. Cavabdeh ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 10 saat işlədiyini qeyd etsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Onlar iddiaçını qəbul etmişlər və bununla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəfindən "xxxx" səhifəsində müəssisəni və onun rəhbərini birabır edən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədilib və iddiaçı bu ifadələri məhz müəssisədə işləyərkən etmişdir. İddiaçı müəssisədə işçilərin qul kimi işlədildiyini ifadə etsə də, müəssisə xüsusi müəssisədir, metallurgiya sahəsi ilə bağlı və təhlükə mənbəyi olan müəssisədir. Videolar çəkib paylaşmaq, işgüzar nüfuza ziyan ifadələr işlətmək düzgün deyil. Onlar polis orqanlarına müraciət etmiş və tərəf polis orqanlarına dəvət edilmişdir. Polis şifahi xəbərdarlıqla araşdırmalar aparmışdır. İddiaçıya şifahi xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçının əmək haqqını birdən birə 500 manat məbləğində qaldırmışlar. İddiaçı sahibkarın yanında olmuş, onunla şəkil çəkdirmiş, onu "xxxx"da paylaş mış və qeyd etmişdir ki, onu aldatmışlar. Sex rəisinin, Kadrlar Şöbəsinin təqdimatları var. Belə ki, iddiaçı işçilər arasında işi dayandırmaq barəsində təbliğat aparmışdır. Rəhbərlik yenə də təklif etmişdir ki, “gəlsin öz xoşu ilə getsin”. Onlar ilk olaraq onun izahatını istəmişlər. İddiaçı tərəfindən işləyə-işləyə bir neçə dəfə bu tipli mənfi paylaşımlar edilmişdir. Onlar qarşı tərəflə bir daha görüş keçirmişlər. Onlar təklif etmişlər ki, onun 1 aylıq əmək haqqını ödəyə bilərlər ki, ona kömək olsun. İddiaçı sosial şəbəkələrdən bir çox paylaşımları silmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək bildirmişdir ki, araşdırma ilə bağlı bütün sənədlər həm məhkəməyə, həm də əmək müfəttişliyinə göndərilib. İddiaçı "xxxx" sosial şəbəkəsində ASC-nin insanları qul kimi işlətdiklərini, qanunsuzluq etdiklərini demişdir. "xxxx" sosial şəbəkəsi hər kəsə açıq olan bir platformadır. Tərəfin verdiyi izahatdan və birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi əsasında ASC-də fəaliyyət göstərib. İddiaçının əvvəl heç bir narazılığı olmayıb, sonradan narazılıq yaradıb. Bundan sonra özünü şəhid, qazi ailəsi kimi təqdim edib, rəhbərlik də bilməyərək qəbul edib. Sübuetmə yükü iddiaçının üzərindədir və iddiaçının heç bir sübutu yoxdur. Bir neçə dəfə sex sahə rəisi açıq şəkildə bildirib ki, iddiaçı işçilər arasında təxribat yaradıb ki, iş dayandırılsın. Rəhbrəlik iki dəfə onu bağışlayıb. İddiaçının rəhbərliklə şəkili var və onu da sosial şəbəkə də paylaşıb. Rəhbərlik də iki dəfə iddiaçının əmək haqqının artırılması ilə bağlı göstəriş verib. Ondan sonra bir dəfə şiddətli töhmət verilib, töhməti qəbul etməyərək töhmətdən qaçıb, sonra bu hal aktlaşdırıldı. Aktı birinci instansiya məhkəməsinə təqdim edib. Tərəfin töhmət verilməsindən xəbəri olub, izahatlarda da var. Onlarda həmkarlar ittifaqı ləğv edilib. Əvvəl var idi, sonradan ləğv edildi. 23-cü Polis İdarəsinə müraciət edildikdə iddiaçı paylaşdıqlarını siləcəyini bildirib. Şiddətli töhmət verildikdən sonra yenə "xxxx" sosial şəbəkəsində ifşaedici məlumatlar paylaşıb. Birinci instansiya məhkəməsində barışıq təklif etdilər, razılaşmadı. Şiddətli töhmət, etdiyi təxribat xarakterli hərəkətlərə görə verilib.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasi ya instansiya məhkəməsi) 2(103)-2699/2024 nömrəli, 27 may 2024-cü il l tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi) Fuad Babayev və Cəmilə Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək, ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçıya iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun ASC-də mexaniki təmir sahəsinin “tornaçı”sı vəzifəsinə bərpa edilməsi qət olunmuşdur.

32. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh ASC tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Çünki Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilm əsinin zəruriliyini əsaslandırmalıdır. Cəmiyyət tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

33. Cavabdeh iddiaçının sosial şəbəkədə çıxışına istinad etmişdir. Həmin çıxışın surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 avqust 2023-cü il tarixli qərardan müə yyən olunur ki, İddiaçı izahatında bildirmişdir ki, işdən çıxdıqdan sonra o, məcbur qalaraq orada əlavə işlədiyi saatların pulunun ona verilməsi üçün "xxxx" sosial şəbəkəsində bu mövzuda çıxışlar etmiş və ona əlavə saatların pulunun verilməsini rəhbərlikdən istəmişdir. Məhkəmə iclasında da iddiaçı izahatında təsdiq etmişdir ki, "xxxx" sosial şəbəkədə iş vaxtı saat 8-də başlayıb 6da bitir. Müqavilədə iş vaxtı saat səhər 9-da başlayıb axşam 5-də bitməli idi. Paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirib.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sosial şəbəkədə qeyd edilən mövzuda çıxışın edilməsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tədbir görülməsinin zəruriliyi cavabdeh tərəfind ən əsaslandırılmamışdır.

35. Bundan əlavə, apellasiya şikayətinin dəlili odur ki, ondan izahat alınmamışdır. O, işdən azad olunma barədə əmrdən sonra məlumatlı olmuşdur. Məhkəmə kollegiyası dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə əsas olmuş hallarla bağlı izahatın alınmasına dair sübut təqdim etməmişdir. İş materiallarında olan izahatdan görünür ki, izahat 25 iyul 2023-cü il tarixdə yazılmış və X4 təqdim edilmişdir (i.v 147-148). Göründüyü kimi, işdə olan izahat işdən azad olunduqdan sonra işçinin X4 təqdim etdiyi izahatdır.

36. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, komitənin xx.xx.2022-ci il tarixli qərarı ilə X2 ləğv edildiyindən sonuncunun razılığı tələb olunmurdu.

37. Apellyasiya instans iyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə, 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

38. Qətnamədən cavabdeh ASC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 20 oktyabr 2022-ci il tarixindən müəssisəyə işə qəbul olunmuş və ona xx.xx.2023- cü il tarixdən 467 manat, xx.xx.2023-cü il tarixdən isə 22-ü saylı əmrə əsasən 1.040 manat məbləğində fərdi əlavə müəyyən edilmişdir. Bu fakt iddiaçının 8 ay müddətində nöqsanı olmamasını dolayı yol ilə təsdiqləsə də, növbəti aydan etibarən (9-cu ay) hər hansı nöqsana yol verilməyəcəyinə zəmanət vermir və hər hansı nöqsana yol veriləcəyi təqdirdə öncəki ay fərdi əlavənin müəyyən olunması əsası ilə intizam məsuliyyətinə cəlb olunmanı istisna etmir. Heç şübhəsizdir ki, işçinin əməyinin yüksək qiymətləndirilərək onun əmək haqqına fərdi əlavənin müəyyənləşdirilməsi müəssisədə işçilərə olan obyektiv yanaşmanın bariz nümunəsidir. Qeyd olunması zəruridir ki, müəssisədə işçilərin əməyinin qiymətləndirilməsi həmin ana olan cari vəziyyətə əsasən həyata keçirilir. İddiaçı əmək haqqına fərdi əlavənin müəyyən olunmasını onun xeyrinə olduğu üçün obyektivlik, ona intizam tənbehinin verilməsini isə ziyanına olması ilə əlaqədar saxtakarlıq hesab edir. Bu halın özü iddiaçının məsələlərə obyektiv münasibət bəsləmədiyini və məhkəmənin iddiaçı tərəfindən irəli sürülən əsassız və düzgün olmayan iddiaları doğru hesab etdiyini sübut edir.

40. Əmək qanunvericiliyin tələblərinə əsasən iş vaxtından artıq işə cəlb olunma işçinin yazılı razılığı və işəgötürənin əmri ilə rəsmiləşdirilir. İddiaçının öz iddiasını təsdiq edən nə özünün yazılı razılığını, nə də işəgötürənin əlaqədar əmrini məhkəməyə təqdim edə bilməməyinə baxmayaraq, məhkəmə iddiaçı tərəfindən irəli sürülən əsassız iddianın timsalında iddiaçının məqsədini və yanaşmasını aşkar edə bilməmiş və yaxud buna önəm verməmişdir.

41. Əmək qanunverici liyin tələblərinə əsasən iş vaxtından artıq işə cəlb olunma işçinin yazılı razılığı və işəgötürənin əmri ilə rəsmiləşdirilir. İddiaçının öz iddiasını təsdiq edən nə özünün yazılı razılığını, nə də işəgötürənin əlaqədar əmrini məhkəməyə təqdim edə bilməməyinə baxmayaraq, məhkəmə iddiaçı tərəfindən irəli sürülən əsassız iddianın timsalında iddiaçının məqsədini və yanaşmasını aşkar edə bilməmiş və yaxud buna önəm verməmişdir.

42. İddiaçının onun tərəfindən hər hansı müəssisə daxili intizam qaydalarının pozulmadığını, işəgötürənin qanuni mənafeyinə zərər vurulmadığını və onun maddi, kommersiya maraqlarına toxunulmadığını qeyd edərək, buna sübut kimi istinad etdiyi əsas hallardan biri də Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən onun barəsində cavabdeh tərəfindən verilən şika yətin araşdırılaraq qəbul olunan cinayət işinə xitam verilməsi haqqında qərardır. Bununla bağlı qeyd olunması zəruridir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul olunması şəxsin əməlində hər hansı intizam məsuliyyətinə cəlb olunmağa əsas verən halların olmamağı anlamına gəlmir və belə halların mövcud olduğu şübhəsizdir. Şəxs həmçinin izahatında bildirmişdir: “hamı bilir ki, şirkət rəhbərlərindən sənəd götürmək qeyri mümkündür.” Bu absurd iddia iddiaçının məhkəməyə müvafiq sənədləri təqdim etməsi ilə öz qeyri-reallığını təsdiqləyir və məhkəmə bu hala diqqət yetirməmişdir.

43. İddiaçı izahatında “qanunvericiliyin tələbinə əsasən işçini işdən çıxarmamışdan 1 ay əvvəl işçiyə məlumat verilməlidir və o, bir ay müddətində 1 gün icazə verilməlidir ki, işçi gedib iş axta rsın” qeyd etsə də, məhkəmə yenə bu halı işçinin xeyrinə qəbul etmiş və bu hal işə baxan məhkəmədə doğru olmayan daxili inamın formalaşmasına təsir göstərmişdir. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən 1 ay qabaqcadan məlumat verilməsi işəgötürən tərəfdən işçiyə münasibətdə yox, məhz işçi tərəfindən işəgötürənə məlumat verilməsinə münasibətdə müəyyənləşdirilmiş, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi isə işçi ilə əmək müqaviləsinə 70ci maddənin “b” bəndi ilə işəgötürən tərəfindən xitam verilməsindən əvvəl riayət olunmalı qayda kimi müəyyənləşdirilmişdir. Qeyd olunması zəruridir ki, 70-ci maddənin “ç” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı xəbərdarlıq müddəti və yaxud iş axtarmaq üçün imkan verilməsi tələbi qanunvericiliklə nəzərdə tutulmamışdır.

44. İddiaçı 2 dəqiqə gecikəndə cərimələndiyini bildirsə də, qeyd olunması zəruridir ki, Əmək Məcəlləsinə əsasən, müəyyən hallarla əlaqədar işəgötürən işçini yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamaq şərtilə cərimə edə bilər. Cavabdeh tərəfindən işçilərlə hər hansı kollektiv müqavilə bağlanmamışdır.

45. İddiaçı ona şiddətli töhmətin verilmədiyini, verildiyi halda onda sürətinin olacağını qeyd etmişdir. Əmək Məcəlləsinin “İntizam tənbehinin verilmə qaydalan”nı ehtiva edən 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Nəzərinizə çatdırılması zəruridir ki, iddiaçı ilk olaraq onun barəsində daxil olmuş təqdimatla əlaqədar izahat verməsi üçün dəvət olunsa da, o, bundan imtina etmiş və sözügedən təqdimat onun iştirakı olmadan araşdırılaraq iddiaçı barəsində xx.xx.2023-cü il tarixli şiddətli töhmətin verilməsinə dair əmr verilmişdir. O, həmin əmrlə tanış olmaq üçün dəvət olunsa da, bundan imtina etmiş və bununla əlaqədar xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur.

46. İddiaçının birbaşa "xxxx" sosial şəbəkəsində çıxış və yayımlar etməsi hər hansı məsələnin həlli məqsədini güdməməklə, birbaşa işəgötürənin qanuni mənafeyinə zərər vurmaq mənasını güdür və özünün qeyd etdiyi kimi həmin görüntüləri yayıml amaqda əsas məqsədi işlədiyi müəssisənin həmin görüntünü görməsi deyil, hər hansı digər vəzifəli şəxlərin videonu görməsində ifadə olunur. Həmçinin iddiaçı, rəhbərliyin həmin videoları silməsi ilə bağlı öz müraciətlərini ona bildirdiklərini, ardınca həmin video-görüntüləri sildiyini bildirir. Heç şübhəsizdir ki, yayımladığı həmin görüntülərdə hər hansı problemin olmadığı qənaətində olsa idi, iddiaçı həmin görüntüləri silməz və olduğu kimi saxlayardı. Hansıki bu fakt birinci instansiya məhkəməsininin qətnaməsində də öz təsdiqini tapmış və iddiaçının müəssisənin nüfuzuna və qanunla qorunan mənafeyinə xələl gətirən ifadələr səsləndirməsi iddiaçı tərəfindən inkar olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

47. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yaz ılı etiraz təqdim edərək, etirazını iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, həmçinin qeyd etmişdir ki, qanunsuz olaraq işdən çıxarılmasının səbəbi əmək haqqının ayda bir dəfə verilməsini istəməsi, lakin sahibkarın ona əmək haqqının ayda 3 dəfə verildiyini bildirməsi, həmçinin iş vaxtının saat 09:00-da başlayıb saat 17:00-da işdən çıxmalı olmasını sahibkara və kadrlar şöbəsinin müdiri Fazil Hüseynova bildirməsi, onun bu sözlərinin müdriyyətin xoşuna gəlməməsi, sahibkarın ona işə saat 08:00-da gəlib, axşam saat 18:00da işdən çıxmalı olmasını bildirməsi ilə bağlıdır. O, 2 saat artıq işləməyə və əmək haqqının ayda üç dəfəyə verilməsinə etiraz etdiyinə görə onu bir saatın içərisində işdən azad ediblər. Etirazda iddiaçı kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhk əməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

48. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

49. Maddə 3 (3-cü hissə). İşəgötürən– tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

50. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxil i intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

51. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

52. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

53. Maddə 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

54. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edil ə bilər.

55. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

56. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

57. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozunt uları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

58. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

59. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən ki şilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

60. Maddə 79 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

61. Maddə 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

62. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

63. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.

64. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

65. Maddə 3 00 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi.

66. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

67. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

68. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

69. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etm əlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

72. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahi dlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

76. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə ” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

77. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

82. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın qismən tə min edilməsi hissəsində mübahisələndirdiyindən, məhkəmənin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

86. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh ASC ilə iddiaşı ara sında 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı 21 oktyabr 2022-ci il tarixdən Mexaniki təmir sahəsinin tornaçısı vəzifəsində işə başlamışdır. Cavabdeh ASC-nin 25 may 2023-cü il tarixli, 13-Ü saylı əmri ilə iddiaçının 200 manat fərdi əlavəsi ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 manat fərdi əlavə edilməsi əmr edilmişdir. 19 iyun 2023-cü il tarixli, 22-Ü saylı əmri ilə tornaçı iddiaçının 467 manat fərdi əlavəsi ləğv edilmiş, Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən iddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1.040 manat fərdi əlavə edilməsi əmr edilmişdir. Cavabd eh ASC-nin mexaniki sexinin rəisi Eyvaz Hüseynovun 22 iyun 2023-cü il tarixli təqdimatı və cavabdeh ASC-nin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmri ilə, mexaniki təmir sahəsinin tornaçısı olan iddiaçıya, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir. Bu barədə akt tərtib edilərək, cavabdeh ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən imzalanmışdır. Bundan sonra iddiaçı iş zamanı işçilərə işi dayandırmaları, rəhbərlikdən əlavə pul ödənişlər i istəmələri barədə işçilər arasında rəhbərliyə qarşı təbliğat apardığından, 19 iyul 2023-cü il tarixli akt tərtib olunaraq mexaniki təmir sahəsinin 19 nəfərdən ibarət işçisi tərəfindən imzalanmışdır. İddiaçının, Fazil Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirməsi, müxtəlif sosial şəbəkələrdə düzgün olmayan məlumatlar yerləşdirməsi əsası ilə bu barədə cavabdeh ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov tərəfindən xx.xx.2023-cü il tarixli xidməti məlumat tərtib edilmişdir. İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat apardığı əsası ilə bu barədə cavabdeh ASCnin mexaniki sexinin rəisi Eyvaz Hüseynov tərəfindən 20 iyul 2023-cü il tarixli təqdimat verilmiş, iddiaçı haqqında tədbir görülməsi xahiş edilmi şdir. Cavabdeh ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmri ilə tornaçı iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, son haqq hesab 16 təqvim gününün iddiaçıya ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin baş təhqiqatçısının 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə, vətəndaş İddiaçı və ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun qarşılıqlı şikayət ərizələri ilə əlaqədar, HK-1/1316 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

87. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş, məsələyə münasibəti soruşulm amış, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyil, müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmiş, ondan heç bir izahat alınmamışdır. Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış, bu barədə onun fikri aydınlaşdırılmamış, onun maddi vəziyyəti, işə ehtiyacının olması, heç bir nöqsanının olmaması nəzərə almamış, işdən azad olunduğu halda, onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə edilməmişdir. Bu səbəbdən də iddiasında cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixində 369/k nömrəli əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi və ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 35.000 manat pul vəsaitinin cavab dehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

88. İddianın rədd edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir, cavabdeh ASC tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Çünki Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayr ı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cəmiyyət tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. İddiaç ının sosial şəbəkədə çıxışının surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 avqust 2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı izahatında bildirmişdir ki, işdən çıxdıqdan sonra o, məcbur qalaraq orada əlavə işlədiyi saatların pulunun ona verilməsi üçün "xxxx" sosial şəbəkəsində bu mövzuda çıxışlar etmiş və ona əlavə saatların pulunun verilməsini rəhbərlikdən istəmişdir. Məhkəmə iclasında da iddiaçı izahatında təsdiq etmişdir ki, "xxxx" sosial şəbəkədə iş vaxtı saat 8-də başlayıb 6-da bitir. Müqavilədə iş vaxtı saat səhər 9-da başlayıb axşam 5-də bitməli idi. Paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirib. Sosial şəbəkədə qe yd edilən mövzuda çıxışın edilməsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tədbir görülməsinin zəruriliyi cavabdeh tərəfindən əsaslandırılmamışdır. Cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə əsas olmuş hallarla bağlı izahatın alınmasına dair sübut təqdim etməmişdir.

89. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsininn gəldiyi həmin nəticə ilə razılaşmır və qeyd edir ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur ( Əmək Məcəlləsinin 72-ci maddəsi “e” və “ə” bənləri). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin “ç” bəndi). Eyni zamanda Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslara əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (Məcəllənin 71.2-ci maddəsi)

90. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

91. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək mün asibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

92. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

93. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.

94. İşin faktiki hallarından göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatında onun "xxxx" sosial şəbəkədə iş vaxtının saat 8-də başlayıb 6-da bitməsini, müqavilədə iş vaxtının saat səhər 9-da başlayıb axşam saat 5-də bitməli olmasını, paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6 -ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirməsini etiraf etməklə təsdiq etdiyini qeyd etsə də, bununla bağlı iddiaçının məhkəmələrə hər hansı sübut təqdim edə bilməməsini diqqətdən kənarda saxlamış, iddiaçının izahatında qeyd etdiyi həmin halların həqiqəti əks etdirib-etdirməməsini araşdırmamış, bu halda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş – işçilərin, o cümlədən iddiaçının gündəlik iş xaxtının 7 saat, bəzi hallarda isə 8 saat olması barədə “iş vaxtının uçot tabellərinə” hər hansı hüquqi qiymət verilməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının müəssisə rəhbərliyinə qarşı sosial şəbəkədə çıxış etməmişdən əvvəl, habelə ona “şiddətli töhmət” inzibati tənbehi verilməsindən sonra cavabdeh tərəfindən ona qarşı e dilən qanunsuzluqlar barədə müəssisənin rəhbərliyinə, yaxud işdən azad edilənə kimi X6 Xidmətinə rəsmi olaraq müraciət edib-etməməsi, əgər etməmişdirsə bunun səbəbi araşdırlımamış, bu hərəkətlərə yol verərkən iddiaçının əsl məqsədinin “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparmaq” olub-olmamasına, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlərə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol veribverməməsinə düzgün hüquqi qiymət verilməmişdir.

95. Bundan başqa apellyasiya ins tansiya məhkəməsi, intizam tənbehi tətbiq edilməsi barədə müəssisə rəhbərinin əmri ilə tanış olmaq üçün iddiaçının dəvət olunması, amma sonuncunun əmri imzalamaqdan imtina etməsi barədə cavabdehin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli akta hər hansı hüquqi qiymət verilməmişdir.

96. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin verilməsi üçün əsas kimi Mexaniki təmir sahəsinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt, Kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xx.xx.2023-cü il tarixli Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli Təqdimatı qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi həmin sübutlara Mülki Prose ssual Məcəllənin 88-106-cı maddələrinin tələblərinə uyğun hüquqi qiymət verməmiş, zərurət yarandığı halda qeyd olunan sənədləri imzalamış şəxslərin məhkəmə iclasında iştirak etmələrini, habelə istənilən halda həmin sübutların mötəbərliyini MPM-nin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq işdə iştirak edən şəxslərlə müzakirə etməmişdir.

97. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan suiistifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

98. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları)

99. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikay əti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

100. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismə n təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

101. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

102. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88106-cı maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir.

103. Şərh olunanlara əsa sən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2699/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar