Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3549/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, müqavilə öhdəliklərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızından və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kirayə haqqı, mənzillərin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2576/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsind ən Cavabdeh kassasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır.
2. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Cavabdeh MMC-yə (hazırda MTK) Bakı şəhəri, Nəsimi rayonu, XXX kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 208 saylı sərəncamına əsasən Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonun un sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış xx.xx.2016-cı il tarixli 02/05-10G8 nömrəli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, “X" Məhdud Məsuliyyətli Cəmiyyətinə XXX küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.
4. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/ 35 saylı müqaviləyə əsasən MMC Bakı şəhəri, Nəsimi rayonu, X küçəsində (X küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 3-cü blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 145,0 kv.m və X küçəsində (X küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 2-ci blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 72,0 kv.m ibarət, mənzilləri ümumilikdə 217 kv.m ibarət mənzilləri İddiaçı təhvil verməyi, həmin mənzillərin 175,5 kv.m ibarət olan hissəsi iddiaçının sökülən daşınmaz əmlakının əvəzi kimi verməyi, qalan 41,5 kv.m ibarət olan hissə isə ödənişli əsaslarla iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündür mərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müd dət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablanmışdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, X küçəsinə paralel olaraq tikilmiş binanın həmin küçəyə baxan hissəsindən 145 kv.metr və 72 kv.metr olan mənzillər ilə təmin edilməsi, 9350 manat kirayə haqqının və ya həmin ünvanda yerləşən 145 kv.metr mənzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilin ümumi dəyəri 190080 manat məbləğində pulun Cavabdeh MTK-dan (bundan sonra “cavabdeh” və ya “MTK”) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahələri A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 126820 və RX seriyalı ******* seriyalı çıxarışlara əsasən iddiaçının mülkiyyətində olmuşdur. Lakin Nəsimi Rayon İcra Hakimiyyətinin 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış Binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, XXX kəsişməsindəki yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihiyələndirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdehin istifadəsinə verilmişdir. Qeyd olunan layihənin həyata keçirilməsi üçün cavabdeh ilə iddiaçı arasında 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilə bağlanmışdı r. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh onun mülkiyyətində olan mənzillərin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, X küçəsində (X küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında mənzilləri ona təhvil verir. İddiaçının mülkiyyətində olan mənzillər X küçəsinə baxan mənzillərdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, iddiaçıya müqavilənin şərtlərinə uyğun olmayan mənzil təklif etmişdir. Beləliklə, cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Nəticədə iddiaçının müqavilə ilə və qanunla nəzərdə tutulan hüquqları pozulmuşdur.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, MTK tərə findən Bakı şəhəri, Nəsimi rayonu, XXX küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. Pilot layihələr ölkədə ilk dəfə həyata keçirildiyi üçün, ilkin olaraq sərəncam verilməsi, layihələrin təsdiqi və digər məsələlər rayon icra hakimiyyətlərinə həvalə edilmiş, lakin müəyyən müddətdən sonra mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bir sıra dəyişikliklər edilmiş, ərazidə əhalinin sıxlıq səviyyəsi nəzərə alınaraq inşa etdiyi sonuncu binanın (X k üçəsində yerləşən 2 saylı binanın) bir-neçə mərtəbəsinin tikilməməsi (azaldılması) qərara alınmışdır. Bu səbəbdən həmin binada mənzil verilməsi nəzərdə tutulmuş bir-neçə sakinə yaşayış kompleksinin digər binalarında mənzil sahələri verilmişdir. O cümlədən, iddiaçıya da eyni təkliflər edilmişdir. Belə ki, iddiaçıya 72.0 kv.m. mənzilin əvəzinə eyni binada (3-cü giriş, 3-cü mərtəbəsində) daha çox sahəsi olan 81.0 kv.m. sahəsi olan mənzil bir il bundan öncə verilmiş, iddiaçı tərəfindən həmin mənzilə baxış keçirilmiş, ölçü işləri aparılmış, mənzil təmizlənmiş və iddiaçı tərəfindən faktiki olaraq qəbul edimişdir. Lakin iddiaçı digər 145.0 kv.m. mənzil sahəsini də həmin binadan verilməsini istəmiş və bundan sonra təmirə başlayacağını bildirmişdir. 2 saylı binada mənzil sahəsinin qalmadığını nəzər ə alaraq, iddiaçıya həmin binanın yanında yerləşən 1 saylı binanın 6-cı girişinin 13-cü mərtəbəsində tam təmir olunmuş (halbuki müqaviləyə əsasən mənzilləri təmirsiz verilməsi nəzərdə tutulmuşdur) 154.0 kv.m. ümumi sahəsi olan mənzil sahəsinin verilməsi təklif edilsə də, iddiaçı binanın baxışı X küçəsinə olmadığını bəhanə edərək imtina etmişdir. Halbuki hər iki mənzildə 18 kv.m. sahə əlavə verilmiş (18 kv.m. x 2000 m= 36.000 manat) və 23.100 manat da təmirə xərcləndiyini nəzərə alınarsa 59.100 manatdan artıq dəyərində iddiaçıya güzəşt edilmişdir. O cümlədən, hazırkı dövrə qədər iddiaçının xahişini nəzərə alaraq, MTK tərəfindən iddiaçının özünə və qardaşına (mənzillərin hazır olmasına baxmayaraq) aylıq kirayə pulları ödənilmişdir. Bu da iddiaçıya göstərilən qayğı və diqqətin təzahürüdür. Bu ndan əlavə, iddiaçıya MTK-nın təsisçiləri tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, XX küçəsində yerləşən "xxxx" MTK-nın balansında olan yaşayış binasının A blokun, 6-cı mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 136,0 kv.m ibarət mənzil təklif edilmiş, lakin yenə də müxtəlif bəhanələrlə iddiaçı bundan imtina etmişdir. Beləliklə, öhdəliklərin yerinə yetirilməsinə, çoxsaylı güzəştlərin edilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsassız bəhanələr gətirilməklə təkliflər rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında müqavilədə nəzərdə tutulan mənzillərin bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4730-9/4933 saylı eks pert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X küçəsinə paralel olaraq cavabdeh tərəfindən inşa edilmiş binanın X küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 382800,0 manat və sahəsi 72 kv.m olan mənzilin ümumi dəyəri təqribən 190080,0 manat məbləğində müəyyən edilir. Bir kvadratmetrini qiyməti 2640 manatdır.
10. Cavabdehin nümayəndəsi rəylə razılaşmır, əlavə ekspertiza təyin edilməsini istəyir.
11. Cavabdehin sifarişi ilə tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli REC12-23/AR-04 saylı arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, XXX küçələrini əhatə etdiyi ərazilərində yerləşən 2 (iki) ədəd yaşayış mənzilinin (təmirsiz - 72.0 kv.m və təmirsiz 145.0 kv.m) bazar dəyərləri 19 dekabr 2023-cü il tarixin ə 72 kv.m olan 125000 manat 130000 manat, 145 kv.m olan 250000 manat - 255000 manat arası təşkil edir.
12. İddiaçının sifarişi ilə tərtib edilmiş “X1” MMC-nin xx.xx.2023-cü il tarixli 152 saylı qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının X küçəsinə baxan hissəsinin 8-ci mərtəbəsində yerləşən, təmirsiz vəziyyətdə olan, ümumi sahəsi 145.0 kv.mdən ibarət mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 378740,00 manat, ümumi sahəsi 72.0 kv.m olan mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri isə 188064,00 manat məbləğindədir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2023 nömrəli 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən İddiaçı verilməli olan Bakı şəhəri, X küçəsinə paralel olaraq tikilmiş binada yerləşən sahəsi 145 kv.m olan mənzilə görə 382800 manat və sahəsi 72 kv.m olan mənzilə görə 190080 manat, kirayə haqqına görə 9350 manat olmaqla, ümumilikdə 582230 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Anar İbadzadə)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən cavabdeh Ba kı şəhəri, Nəsimi rayonu, X küçəsində (X küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 3-cü blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 145,0 kv.m və X küçəsində (X küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında 2-ci blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 72,0 kv.m ibarət, ümumilikdə 217 kv.metrdən ibarət mənzilləri iddiaçıya təhvil verməyi, həmin mənzillərin 175,5 kv.metrdən ibarət olan hissəsi iddiaçının sökülən daşınmaz əmlakının əvəzi kimi verməyi, qalan 41,5 kv.metrdən ibarət olan hissə isə ödənişli əsaslarla iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən həmin mənzillər başqa şəxslərə satıldığından müqavilədə göstərilən mənzillərin iddiaçıya verilməsi mümkün deyildir.
15. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, müqavilə üzrə mənzillərin iddiaçıya verilməsi mümkün olmadığından onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Mənzillərin dəyərinin müəyyən edilməsinə münasibətdə birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/47309/4933 saylı ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Odur ki, ekspert rəyi ilə müəyyən olunmuş sahəsi 145 kv.m olan mənzilə görə 382800,0 manat və sahəsi 72 kv.m olan mənzilə görə 190080,0 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi kirayə haqqına münasibətdə də hesab etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 6 ildən artıq müddət keçməsinə baxmayaraq mənzillər iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda iş materiallarında cavabdeh tərəfindən kirayə haqqının iddiaçıya ödənilməməsini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir (2023-cü il fevral tarixindən dekabr 2023-cü il tarix daxil olmaqla 11 ay dövr üçün – 850 manat X 11 ay = 9350 manat).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, tərəflər arasında 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilə bağlanarkən birincisi, sıxlıq səbəbindən layihədə dəyişikliklərin ediləcəyi zərurəti olacağı ehtimalı nəzərə alınmamışdır. İkincisi, “Covid-19” pandemiyası ilə bağlı heç bir məlumat yox idi. Müqavilənin icrasında qismən gecikmə halı bu səbəbdən yaranmış, buna baxmayaraq, aylıq kirayə pulları mənzillər naturada təklif edildiyi tarixədək davam etdirilmişdir. Məhkəmə bu halı nəzərə almamış, əsassız bir nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdehə eyni ünvanda yerləşən sahəsi daha böyük, biri eyni binada olmaqla, digəri qonşu binada yerləşməklə (hətta təmirli) mənzillər təklif edilmişdir. Yəni, müqavilə öhdəlikləri kobud şəkildə pozulmamışdır. Həmçinin ölkədə ilk dəfə pilot layihələr həyata keçirildiyinə görə və pilot layihələrlə bağlı ilk dəfə olaraq tikinti ilə bağlı rayon icra hakimiyyətləri sərəncamlar verdiklərini, layihələri təsdiqləndikləri üçün, bəzi şəhərsalma məsələlərində anlaşılmazlıqlar yaranmış, bu səbəblərdən də tikintisi nəzərdə tutulmuş binanın bir neçə mərtəbəsinin inşa edilməsi mümkün olmamışdır. Buna görə də, mülkiyyətçilərin mənzillərin mərtəbələri və binaları dəyişdirilməsinə zərurət yaranmışdır. Əslində müqavilənin əsas şərtlərinə görə (1.1.2-ci bənd) cavabdeh iddiaçının mülkiyyətində olan mənzillərin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli binanın inşa edərək yeni mənzillər verir. Yəni, müqavilədə X küçəsinə baxan mənzillər sözü qeyd edilsə də, layihədə nəzərdə tutulmuş sahəsi az olan mənzillərin heç birinin X küçəsinə baxışı olmamışdır. Məhkəmə öz qətnaməsi ilə i ddiaçıya ümumilikdə 582230 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini qət etmişdir. Tərəflər arasında bağlanılmış 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilənin 1.1.5-ci bəndinə əsasən əlavə verilən mənzil hissəsinin 1 kv.m.-nin qiyməti 1350 manatdan hesablanmışdır. Yəni iddiaçı əlavə aldığı 41.5 kv.m. sahəni 1350 manatdan almış, hazırda məhkəmənin qətnaməsi ilə həmin mənzil sahənin 1 kv.m-ni 2640 manatdan, təqribən iki dəfə yaxın artıq qiymətə hesablanmışdır. İşə ədalətlə yanaşılsa idi, onda müqavilədə iddiaçının aldığı məbləğ üzərində hesablama aparılmalı idi. Məhkəmənin əsas sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində yalnız internet məlumatlarına istinad edilməklə rəy verilmiş, digər analoji hesablama metodları, alternativ variantlar, məsələn notarial orqanlarında aparılan alğı-satqı müqavilələri, daşınmaz əmlakın dövlət reyestrində olan sənədləri nəzərə alınmadan, sadəcə iddiaçının özünün təşkil etdiyi şübhə doğurmayan, yəni verdiyi 4 elanı (halbuki onun 3-ü bir mənzillə aid olduğu anlaşılır) əsas tutaraq rəy vermişdir. Ümumiyyətlə elanda yazılan rəqəmlə, real alğı-satqı zamanı həmin göstərilən rəqəmin endiyi hamıya bəlli olan bir hala belə münasibət bildirilməmişdir. Bundan əlavə təkrar ekspertiza keçirilməsi barədə vəsatət təmin edilməmiş və təqdim edilmiş reallığı özündə əks etdirən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əsaslı rəyə münasibət bildirilməmişdir. Digər tərəfdən, iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəmənin baxış iclasında təqdim edildiyi üçün və ərizə MPM-ni n tələblərinə uyğun tərtib edilmədiyinə görə icraata qəbul olunmasına etiraz edilmiş, ərizəyə yazılı münasibət bildirilməsi və etiraz üçün vaxt verilməsi tələb edilsə də, məhkəmə tərəfindən heç bir vaxt verilməmiş, ərizə müzakirə olunmamış və qətnamə dərhal elan edilmişdir.
21. Apellyasiya baxışında cavabdehin nümayəndəsinin vəsatəti üzrə təkrar ekspertiza təyin olunmuş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 22. "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqavilə ilə iddiaçıya verilməli olan Bakı şəhəri, X küçəsinə paralel olaraq tikilmiş binanın X küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin 20 may 2024-cü il tarixində hesablanmış hazırkı real bazar dəyə ri 369000 manat, 72 kv.m olan mənzilin isə 20 may 2024-cü il tarixində hesablanmış hazırki real bazar dəyəri 187200 manat təşkil edir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103-2576/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1495/2023 nömrəli 26 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını Mülki Məcələnin 452.1 və 452.2-ci maddələri təşkil edir.
25. Həmin normalara görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər
26. Cavabdehin apellyasiya şikayətində müqavilə öhdəliklərinin pozulmaması barədə dəlillərinə münasibətdə, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh müqavilə öhdəliklərinin tərəflərin müəyyən edilmiş müd dət ərzində həyata keçirilməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Bununla yanaşı, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin mənzillər başqa şəxslərə satıldığından müqavilədə göstərilən mənzillərin iddiaçıya verilməsi mümkün deyildir.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin mənzillərə görə ödənilən zərərin həcmi ilə bağlı dəlilləri üzrə bildirmişdir ki, iş materiallarında birinci instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyindən əlavə iki rəy mövcuddur. “X1” MMC-nin xx.xx.2023-cü il tarixli 152 saylı qiymətləndirmə rəyinə görə ümumi sahəsi 145.0 kv.m-dən ibarət mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 378740,00 manat, ümumi sahəsi 72.0 kv.m olan mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri isə 188064,00 manat məbləğindədir. 28. "xxxx" MMC-nin xx.xx.20213-cü il tarixli REC-12-23/AR-04 saylı arayışına görə 2 (iki) ədəd yaşayış mənzilinin (təmirsiz- 72.0 kv.m və təmirsiz- 145.0 kv.m) bazar dəyərləri 19 dekabr 2023 cü il tarixinə 72 kv.m olan 125000 (bir yüz iyirmi beş min) manat- 130000 (bir yüz otuz min) manat, 145 kv.m olan 250000 (iki yüz əlli min) manat - 255000 (iki yüz əlli beş min) manat arası təşkil edir.
29. Apellyasiya baxışı zamanı təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli qiymətləndirmə rəyinə görə isə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən iddiaçıya verilməli olan Bakı şəhəri, X küçəsinə paralel olaraq tikilmiş binanın X küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin 20 may 2024-cü il t arixində hesablanmış hazırki real bazar dəyəri 369000 manat, 72 kv.m olan mənzilin isə 20 may 2024-cü il tarixində hesablanmış hazırki real bazar dəyəri 187200 manat təşkil edir.
30. Göründüyü kimi, cavabdehin vəsatətinə əsasən "xxxx" MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli qiymətləndirmə rəyi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğlərlə uyğun olmuşdur.
31. Həmçinin cavabdeh tərəf ekspert rəyi ilə müəyyən olunmuş qiyməti şübhə altına alan və ala biləcək hər hansı sübut təqdim etməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin kirayə haqqına münasibətdə gəldiyi nəticəni də düzgün hesab edərək göstərmişdir ki, tərəflər arasında olan müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmə rtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 6 ildən artıq müddət keçməsinə baxmayaraq mənzillər iddiaçıya təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi də iddiaçıya kirayə haqqının ödənilmədiyini təsdiq etmişdir.
33. Eyni zamanda iş materialları ilə cavabdeh tərəfindən kirayə haqqının iddiaçıya ödənilmədiyi müəyyən olunmuşdur. (2023-cü il fevral tarixindən dekabr 2023-cü il tarix daxil olmaqla 11 ay dövr üçün – 850 manat X 11 ay = 9350 manat).
34. İddiaçının tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə münasibət bildirilməsi üçünonların yetərincə vaxtı olmaması barədə cavabdehin şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məh kəməsi qeyd etmişdir ki, cavabdehin şikayətinin bu dəlili əsassız olmuş və mülki işin materialları ilə təkzib olunur. Belə ki, müəyyən olunur ki, iddiaçının həmin dəqiqləşmə ərizəsindən sonra iş üzrə ekspertizalar keçirilmiş, cavabdeh tərəf özü həmin ərizəyə istinadən əlavə sübutlar təqdim etmiş, eləcə də həmin ərizədəki tələblərlə bağlı əlavə ekspertiza keçirilməsinə dair yazılı vəsatət vermişdir (iş/ vər.-88-108). Başqa sözlə, apellyatorun şikayətinin bu dəlili də əsassızdır.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 452.1, 452.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 384 və 385-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (V əkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onun əsaslandırılmışdır ki, həmin binada mənzil verilməsi nəzərdə tutulmuş bir neçə sakinə yaşayış kompleksinin digər binalarında mənzil sahələri verilmişdir. Məhkəmə qeyd olunan halların cavabdehin iradəsindən kənar baş verdiyini nəzərə almayaraq, Mülki Məcəllənin 448.4-cü maddəsinin tələblərini tətbiq etməmişdir. İddiaçı əlavə aldığı 41.5 kv.m. sahənin hər kv.m. 1350 manat olmaqla almışdır. Hazırda məhkəmənin qətnaməsi ilə həmin mənzilin sahəsinin 1 kv.m 2640 manatdan, təqribən iki dəfəyə yaxın artıq qiymətə hesablanmışdır. Bununla da iddiaçı 53.535 manat əlavə pul əldə edərək əsassız varlanmışd ır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin həqiqi mənasını və lazımi şərtlərini nəzərə almamışdır. Bundan başqa, cavabdeh iddiaçıya müqavilədə razılaşdırılmış mənzillərin sahələrindən daha çox sahələri olan və təmirli mənzillər təklif etmişdir. Lakin iddiaçı heç bir tutarlı əsas olmadan həmin mənzilləri qəbul etmək istəməmişdir. Məhkəmə işin bu halına qiymət verməyərək Mülki Məcəllənin 425-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmçinin öhdəliyin icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişdir. Məhkəmə isə sahəsi 145 kv.m. olan mənzilə görə 382800 manat və sahəsi 72 kv.m. olan mənzilə görə 190080 manat, kirayə haqqına görə 9350 manat olmaqla, ümumilikdə 582230 manat böyük məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Ap ellyasiya məhkəməsi də eyni nəticəyə gələrək, Mülki Məcəllənin 458-ci maddəsinin tələblərini tətbiq etməmişdir. Məhkəmə həmçinin iş materialllarında olan digər rəylərdən fərqli olaraq mənzillərin həqiqətən də dəyərini əks etdirən "xxxx" MMC-nin xx.xx.20213-cü il tarixli REC-12-23/AR04 saylı rəyinə sübut kimi düzgün qiymət verməmişdir. İddiaçı birinci instansiya məhkəməsində mənzillərin təhvil verilməsi barədə iddia qaldıranda 100 manat dövlət rüsumu ödəmişdir. Sonradan iddia tələbini dəyişərək 582230 manat məbləğində pul tələbi barədə iddia qaldırmış, lakin bununla bağlı qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Yəni, iddiaçı pul tələbinə görə əlavə olaraq 900 manata yaxın dövlət rüsumu ödəməli olduğu halda həmin məbləği dövlət büdcəsinə ödəməmişdir. Bütün bu yuxarıda göstərilənlər cavabdeh tərəfindən apellyasiya şikayətində və apellyasiya baxışında qeyd edilsə də apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamələrin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bor cludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
44. İddia tələbi müqavilə öhdəliklərini yerinə yetirlməsi barədədir. İddiaçı tələbini əsası kimi cavabdehlə bağlanmış müqaviləyə istinad edib. Cavabdeh isə müqavilənin mövcudluğunu etiraf etməklə yanaşı, öhdəliyini icra etmir, bunun əsası kimi də öhdəliyin icrasının mümkünsüzlüyünə istinad edir.
45. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, müqavilədə hər iki tərəf üçün hüquq və vəzifələr müə yyən edilmiş, onlar bu müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini – mülkiyyətində olan yaşayış sahələrini sökülmək üçün cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində iddiaçıya yeni tikiləcək binada müvafiq ölçü və həcmdə mənzillər verməklə bağlı öhdəliyini icra etməmişdir.
46. Halbuki öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyət inə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, ekspert rəylərinə düzgün qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
48. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 24-34-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
49. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.
50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillərin bir hissəsi təkrar lanmaqla, apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə Mülki Məcəllənin 448.4-cü maddəsinin tətbiq etməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi həmin normaya görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri ba rədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
52. Cavabdehin istinad etdiyi Mülki Məcəllənin 448.4-cü maddəsi o halda hazırki mübahisəyə tətbiq edilə bilərdi ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirmiş olardı. Cavabdeh isə bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirə bilməmişdir.
53. Üstəlik, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirə bilməməsinin səbəbi kimi ona istinad edib ki, pilot layihələr ölkədə ilk dəfə həyata keçirildiyi üçün, ilkin olaraq sərəncam verilməsi, layihələrin təsdiqi və digər məsələlər rayon icra hakimiyyətlərinə həvalə edilmiş, lakin müəyyən müddətdən sonra mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bir sıra dəyişikliklər edilmiş, ərazidə əhalinin sıxlıq səviyyəsi nəzərə alınaraq inşa etdiyi sonuncu binanın (X küçəsində yerləşən 2 saylı binanın) bir-neçə mərtəbəsinin tikilməməsi (azaldılması) qərara alınmışdır.
54. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirilməsinə maneənin olmasından xəbərdar olsa da, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat da verməmişdir.
55. Buna görə də hazırki işin halları baxımından mübahisəyə Mülki Məcəllənin 448.4cü maddəsinin tətbiq edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
56. Mübahisəyə Mülki Məcəllənin 458-ci maddəsinin tələblərinin tətbiq edilməli olması barədə dəlil də əsaslı deyildir. Həmin normaya görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
57. Cavabdehin tətbiq edilməli olmasını bildirdiyi Mülki Məcəllənin 458-ci maddəsi öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində hər iki tərəfin təqsiri halına aiddir. Lakin cavabdeh müqavilədə nəzərdə tu tulan mənzillərin olmamasında iddiaçının hansı məsuliyyət daşımasını, başqa sözlə, iddiaçının öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində hansı təqsirinin olmasını işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməyib.
58. İddiaçının birinci instansiya məhkəməsində mənzillərin təhvil verilməsi barədə iddia qaldıranda 100 manat dövlət rüsumu ödəməsi, sonradan iddia tələbini dəyişərək 582230 manat məbləğində pul tələbi barədə iddia qaldırsa da, bununla bağlı qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlil, apellyasiya şikayətində irəli sürülməyib. Apellyasiya şikayətində irəli sürülməyən dəlillərə kassasiya şikayətində istinad edilə bilməz.
59. Məhkəmə kollegiyası qeyd olun anlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2576/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.