Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-355/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı - cavabdeh “xxxx” MTK-ya qarşı (Neftçilərin Hüquqlarının Müdafiə X2 iş üzrə 3-cü şəxs olan) “mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdə olan binanın qanunsuz sökülməsi nəticəsində dəymiş maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3133/2020 nömrəli iş üzr ə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları “Bakı şəhəri, Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmin rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə üzrə 181 9 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəzi yyətdə olan binanın sökülərək, onların yerində yeni yaşayış binasını tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qərara alınmışdır; Bundan sonra “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri, Səbail rayon İHB-nın xx xxxxxx 2017-ci il tarixli, 21 saylı sərəncamına əsasən,, Rastrapoviç küçəsi, 5, 7, 9, 11, 13 və ünvan 1 ünvanda yerləşən və uzun müddət istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi cavabdeh təşkilata həvalə edilmiş və həmin təşkilata sahəsi 0,6 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Eyni zamanda, həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının cavabdeh təşkilatın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır; Cavabdeh "xxxx” MTK adı çəkilən sərənc amda nəzərdə tutulan ərazidə, yəni xx.xx.2018-ci il tarixdə müəssisə tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış binasına bitişik ünvan 3 ünvanında yerləşən mənzilin divarı cavabdehin işçilərinin iradəsindən asılı olmayaraq uçmuşdur. Həmin mənzildə olan ev əşyalarının xilas edilməsi üçün cavabdeh tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür. Mənzildə olan əşyaları mənzildən götürülərək «xxxx» MTK-nın anbarına təhvil verilmişdir. Sözügedən Bakı şəhəri, 4 saylı evin 4 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı - cavabdeh “xxxx” MTK-ya qarşı «mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cav abdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hərhansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka görə və ev tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 (yüz min) manat pulun və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi, “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddia ona məxsus olan evin o nun razılığı və ya məhkəmə qərarı olmadan tamamilə söküldüyünə, evdə olan əmlakının küçəyə atıldığına istinad edərək evinin cavabdeh tərəfindən bərpa edilməsini, kirayə yaşamağa məcbur olduğuna və bütün bunlara görə gərgin vəziyyətin fonunda keçirdiyi stress və həyəcana görə maddi və mənəvi zərərə məruz qaldığını göstərmişdir. Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.A.Bağırov) İddiaçı iddiası qismən təmin edilərək, 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri,, ndə sökülmüş 4 saylı binanın yerində cavabdeh təşkilat tərəfindən inşa edilən yaşayış binasının yaşayış üçün hazır olduğu günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdeh təşkilatdan tutulub iddi açıya ödənilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 086 saylı qərarının icrası ilə əlaqədar iddiaçının 4 saylı mənzilinin yerləşdiyi Bakı şəhəri,, ndə istifadədə olan 43,0 ha torpaq sahəsinin üzərində 4 nömrəli evin istismar müddətinin bitməsi ilə əlaqədar onun yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinləri köçürməklə müvəqqəti kirayə pullarının ödənilməsi və sakinləri yeni tikiləcək binalarda mənzillərlə təmin edilməsi Bakı şəhər Səbail İcra Hakimiyyətinin Sərəncamı əsasında “xxxx” MTK-ya həvalə edilmişdir. “xxxx” MTK isə öz növbəsində binanın söküntüsünü həyata keçirmişdir. İddiaçı isə “xxxx” MTK ilə hər hansı müqavilə, yəni müvəqqəti kirayədə yaşamaq üçün maliyyə vəsaitinin ayrılması və yeni təmirli mənzillə təmin edilməsi barədə müqavilə bağlamasından imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzilin sökülməsinə və iddiaçının həmin mənzildən çıxarılmasına dair cavabdeh təşkilatın hərəkətləri qanuni və əsaslı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindən olan mənzil qəzalı vəziyyətdə olmuşdur və mənzil sökülməmişdən əvvəl iddiaçı həmin mənzilin təmir və ya bərpa edilməsini həyata keçirməmiş və bununla bağlı hər hansı dövlət təşkilat ına müraciət etməmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzil sökülmüşdürsə, bu halda iddiaçı mənzilinin yalnız əvvəlki qəzalı vəziyyətinin bərpa edilməsini tələb edə bilər ki, bu da həmin mənzilin həm iddiaçının özü, həm də ətrafdakılar üçün təhlükə yarada bilər. Bu səbəbdən iddiaçının mənzilini əvvəlki vəziyyətinə bərpa edilməsi başqa şəxslərə ziyan vurulması ilə nəticələnə bilər, bu isə yolverilməzdir. İddiaçı mənzilinin sökülməsi ilə əlaqədar mənzildə olan əmlaka görə maddi və zorla mənzildən çıxarılması səbəbindən mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 100.000 (yüz min) manat maddi və mənəvi zərər dəyməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir. İddi açının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzilin sökülməsinə və iddiaçının həmin mənzildən çıxarılması məhz iddiaçının özünün və binada yaşayan sakinlərin mənafelərinə uyğun olmuşdur. İddia tələblərinin “iddiaçının mənzilinin sökülməsi nəticəsində onun müvəqqəti olaraq yaşaması üçün kirayə xərclərinin cavabdehdən tutulması” hissəsində məhkəmə qiymətləndirmə rəyinə əsaslanaraq kirayə haqqını aylıq 650 manat müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 152.6, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhər i Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)1067/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı, Xəzər rayonları nın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarına, Azərbaycan Respublikası MM-in 21.1, 560, 1096-1099, 1108, 1111, 1131, 1132; MPM-in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80 – 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının tələbinin təmin edilməyən hissələrdə qiymət verilməsi mümkünsüzlüyü müvafiq icra hakimiyyəti aktları əsasında şəhərsalma üzrə hüquq münasibətlərinin mübahisələndirilməməsi və digər şəxslərin (gözlənilən) mülkiyyət hüquqlarına təsiri baxımından sadə məntiqi uzlaşmanın mövcud olmamasıdır. Belə ki, iddiaçı delikt üzrə daşınmaz əmlaka dair deyil, dəymiş zərərin evdə mövcud olmuş daşınar əmlakına dair hissədə istəyir ki, bu əmlak da cavabdehdə saxlancdadır və əmlakın məhv yaxud korlanması barədə sübutlar mövcud deyildir. Qeyd edilməlidir ki, hazırki iddia tələbinin qismən təmin edilməsi tərəflərin qarşılıqlı razılığa gəlməməsi üçün əsas ola bilməz, əksinə, tərəflər, dövlətin tikinti və şəhərsalma sahəsində hüquq siyasətini, digər şəxslərin hüquqlarını və tərəflərin maraqlarına mütənasib müzakirələr aparıb, mübahisəni qarşılıqlı razılaşma əsasında (sui-istifadəyə yol verməd ən) həll etməlidirlər. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razı laşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9-cu maddələrin tələblərini kobud şəkildə pozaraq, söküntüyə məruz qalan mənzilin iddiaçının mülkiyyətində olmasına, mülkiyyət hüququnun isə toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə, cavabdeh təşkilatın açıq-aşkar hüquqdan sui-istifadə edərək, Azərbayc an Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın xx xxxxxx 2017-ci il tarixli, 21 saylı sərəncamı ilə ona verilmiş hüquqlardan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməsinə diqqət yetirmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində cavabdeh təşkilatın iddiaçıya birbaşa maddi, mənəvi ziyan vuran hərəkətləri üçün qanunsuz əsas yaratmışdır. Cavabdeh təşkilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Belə ki, iş materialları ilə sübut olunur ki, xx xxxx 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yo lu ilə əldə edilmiş Bakı şəhəri,, 4-saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə işin hallarına, yəni iddiaçıya məxsus mənzilin sökülərək artıq mövcud olmamasını nəzərə alıb, ona dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli ödəmək vəzifəsini qoymaq əvəzinə, onun mülkiyyətində olan mənzilin əvvəlki və ziyyətinin bərpa edilməsi” barədə iddia tələbini rədd etməklə, əslində iddiaçını mülkiyyətində olan mənzildən məhrum etməklə, cavabdeh təşkilatı qanunsuz olaraq bu öhdəlikdən azad etmişdir. Cavabdeh təşkilatın iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın xx xxxxxx 2017-ci il tarixli, 21 saylı sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin saki nlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlamağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir. Göründüyü kimi cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıq-aşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə istisna olunmur. Apel lyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb onlara obyektiv hüquqi qiymət vermədən, hansı dəlillərə əsasən iddiaçının apellyasiya şikayətini təmin etmədiyini, eləcə də mənzildə olmuş əmlaklara dair iddiaçının tələbini nəyə görə təmin etməməsini qətnamədə göstərmədən, həmçinin mənzilin cavabdeh təşkilat tərəfindən sökülüb dağıdılması nəticəsində onun keçirdiyi sarsıntıları, iztirabları, əzab və əziyyəti və sair işin hallarını nəzərə almadan, iddiaçının tələb etdiyi mənzildə olmuş əmlakların, adlarını, saylarını, növlərini, qiymətlərini və sair fərdi əlamətlərini müəyyən etmədən, zərurət yarandığı halda bu barədə iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırmış rəy almadan, yalnız cavabdeh təşkilatın gətirdiyi formal mülahizələrə əsaslanaraq iş üzrə düzgün olmayan qə tnamə qəbul etmişdir. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 saylı qətnaməsi qismən, yəni “iddiaçının mənzil hüququnun bərpa edilməməsi və mənəvi ziyanın tutulmaması” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı məxsus m ənzilin real sahəsinin, yəni 96,9 kvadrat metr sahənin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kvadrat metr tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması, cavabdeh “xxxx” MTK-dan İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi olaraq 3000 manatın tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Bu faktı cavabdeh təşkilat özü də inkar etmir. Belə ki, iddia tələblərinə etiraz ərizəsindən, cavabdeh təşkilatın nümayəndəsinin izahatından, həmçinin məhkəməyə təqdim edilmiş xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən xx xxxx 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri,, 4 saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan və ona məxsus mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi artıq qeyri-mümkün sayıldığından iddia tələbində nəzərdə tutulmasa da, ona dəymiş zərərin əvəzinin n aturada ödənilməsi və ya cavabdehin üzərinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması, Mülki Məcəllənin 1115-ci maddəsinin tələblərindən irəli gəlir. Bu hal iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Çünki, MPM-nin 218.3-cü maddəsinin mənasına görə, işə baxan məhkəmə qanunda göstərilən müstəsna hallar olduqda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin işdən görünür ki, cavabdehin iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın xx xxxxxx 2017-ci il tarixli, 21 saylı sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlamağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir. Göründüyü kimi cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əm ələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıq-aşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə təsdiq olunmuşdur. İddia tələbinin mənzilin və yaşayış sahəsinin bərpası tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilin əvvəlki vəziyyətdə bərpa edilməsi artıq qeyri-mümkündür. İddiaçı mübahisəli mənzilin üçüncü mərtəbəsini inşa etmək üçün müvafiq icra hakimiyyəti orqanın razılığını alsa da, faktiki olaraq həmin mərtəbə inşa edilməmiş və mövcud olmamışdır. Mövcud olmayan tikiliyə görə isə yalnız müvafiq icazənin alınmasına istinad etməklə kompensasiya ödənilməsini tələb etmək nə qanuna, nə də məntiqə uyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabine tinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon İcra Hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, yeni yaşayış binası inşa edilənədək köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında mənzillərin ayrılması vəzifələri qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsini, heç kəsin məhkəmənin qərarı olmadan mü lkiyyətindən məhrum edilə bilməməsini, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin sökdüyü 96,9 kvadrat metr sahəsi olan mənzilin əvəzinə cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kvadrat metr tam təmirli mənzil iddiaçıya təhvil verilməlidir. İddia tələbinin mənzildə olmuş əmlaklara dair maddi ziyanın ödənilməsi tələbinə dair hissədə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, cavabdeh təşkilatın söküntü üzrə mühəndis vəzifəsində çalışan işçiləri tərəfindən xx xxxx 2018-ci il tarixdə akt tərtib edilmiş və xx xxxx 2018-ci il tarixdə söküntü işləri həyata keçiri lərkən, mübahisəli mənzilin divarının onların iradəsindən asılı olmayaraq uçduğu, bundan sonra həmin mənzildə olan ev əşyalarının xilas edilməsi üçün müvafiq təxirəsalınmaz tədbirlər görüldüyü və mənzildə olan iddiaçıya məxsus ev əşyalarının mənzildən çıxarılaraq cavabdeh təşkilatın anbarına təhvil verildiyi qeyd edilmişdir. İddiaçı yeni apellyasiya baxışı zamanı verdiyi izahatında əşyalarının harada olması barədə onda məlumat olmadığını bildirmişdir. İşdən iddiaçının əşyalarının cavabdehdən tələb etməsinə dair hər hansı müraciət etdiyi də görünmür. Digər tərəfdən, iddiaçı həmin əşyaların konkret olaraq nədən ibarət olmaqla hansı dəyərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı iddia tələbini aydın ifadə etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkə məsi iddianı həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. İddia tələbinin 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə tələbə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyətində olan mənzilin cavabdeh təşkilat tərəfindən sökülüb dağıdılması nəticəsində iddiaçı dərin sarsıntı keçirmiş, birdənbirə gözləmədiyi hadisə ilə qarşı-qarşıya gəlmiş, yaşadığı evin əldən çıxması nəticəsində stress, əsəb və iztirab keçirmişdir. Əmlakının qanunsuz şəkildə sökülməsi, bu hüquqa zidd əməlin əmlak sahibi olan iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olması aşkardır və mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin hansı dərəcədə olduğunu və onun qarşılığında zərərin əvəzi kimi kompensasiyanın ödənilməsini qanunve ricilik işə baxan məhkəmənin mülahizəsinə və daxili inamına həvalə etmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği işin halları baxımından ağlabatan və ədalətli olmalıdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 3000 manat pul tutulması ağlabatan və ədalətli hesab oluna bilər. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin məhkəməyə təqdim etdiyi vəsatətdə ilk dəfə olaraq rəsmi surətdə əvəzləmə təklif etdi. Cavabdeh MTK təqdim etdiyi vəsatətdə göstərmişdir ki, mənzil 97 kvadrat metr olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüuquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi "Şəxsi mülkiyyətdə olan evin Texniki Pasportun 2-ci vərəqinin axırıncı hissəsində qeyd olunmuşdur ki, mülkiyyətində olan ev 2 mərtəbəlidir və birinci mərtəbənin ölçüsü 56,5 kvadrat metr, 2-ci mərtəbənin sahəsi 60,6 kvadrat metr ol maqla cəmi 117,1 kvadrat metrdir. Lakin məhkəmə nədənsə həmin sənədə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi onun mülkiyyət hüququnun pozulmasını təsdiq edərək mənəvi ziyanın əvəzi kimi onun xeyrimə 3000 manat pul tutulması barədə qərar qəbul etmişdir. Onun və ailəsinin istirahət, mənzil və yaşamaq hüququ cavabdeh tərəfindən pozulmaqda davam edir, mənzili uçurulmuş, əmlakının isə harada olması bilinmir. Məhkəmənin cəmi 3000 manat mənəvi ziyan tutulması barədə qərarı hansı qanuna əsasən ağlabatan sayması məlum deyil. Apellyasiya instansiyası məhkəməsində MTK-nın əmlakına yerli baxışın keçirilməsi və əmlak üzərində həbs qoyulması barədə vəsatət vermiş, məhkəmə isə yalnız əmlak üzərində həbs qoyulması barədə vəsatətə münasibət bildirmişdir. Halbuki onun ev əşyalarının talan edi lməsi barədə də tələbi var. Məhkəmə yerində baxış keçirməklə, faktiki olan əmlakları qeydə almalı idi. Qətnamədə evin “xxxx” MTK tərəfindən məhkəmə qərarı və ya onun razılığı olmadan söküldüyü, yəni cavabdehin əməlində cinayət tərkibinin olduğu tanınmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin cinayət məsuliyyətinə cəlb olunması üçün prokurorluq orqanlarına xəbər verilməsi haqqında iddiama münasibətini bildirməyib. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova və Qəhrəman Allahverdiyev) xx xxxxxx 2020-ci il tarixli 2(102)95/2020 saylı qərarı ilə kassasiya şikayəti Bakı şəhəri,, ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümu mi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı məxsus mənzilin real sahəsinin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, məhkəmə iddiaçıya veriləcək mənzilin sahəsini müəyyən edərkən səhvə yol vermiş, bu barədə nəticəyə gələrkən iş materiallarında ol an sübutlara düzgün qiymət verməmiş, mənzil sahəsinə dair həm işdə olan sənədlərdə ziddiyətli məqamların olmasını, həm də tərəflərin fərqli mövqedə olmalarını diqqətdən qaçırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus mənzilin real sahəsini 96,9 kvadrat metr kimi qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi Şəxsi mülkiyyətdə olan evin Texniki Pasportundan müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ev 2 mərtəbəlidir və birinci mərtəbənin ölçüsü 56,5 kvadrat metr, 2-ci mərtəbənin sahəsi 60,6 kvadrat metr olmaqla cəmi 117,1 kvadrat metrdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan mənzilin əvəzi kimi ona yeni tikilən binadan mənzil verilməsini qət edərkən iddiaçıya məxsus mənzilin sahəsini və nəticədə ona uyğun olaraq yeni tikiləcək binada verilməsi nəzərdə tutulan mənzilin sahəsini düzgün müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdehin kassasiya şikayətinin digər dəlillərini məhkəmə kollegiyası əsassız hesab etmişdir. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xuma r Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulmuşdur. Məhkəmə kollegiya qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisə olunmaz halıdır. A zərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, yeni yaşayış binası inşa edilənədək köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında mənzillərin ayrılması vəzifələri qoyulmuşdur. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikas ının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Kollegiya iddiaçının mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsini, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsini, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsini nəzərə alaraq hesab edir ki, cavabdehin sökdüyü mənzilin əvəzinə cavabdeh tərəfindən həmin ərazidə inşa edil ən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m ((117.1 × 20%) = 23,42 + 117.1 = 140,52 kv.m) tam təmirli mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli fərmanına istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək Bakı şəhəri,, 4 saylı evin 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 233 kv.m olan(qərarda mənzil sahəsinin ‘Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə mi nməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında ” xx xxxxxx 2012-ci tarixli 7 saylı qərarına və bu qərarın 3.8-ci maddəsinə uyğun hesablanması barədə) tam təmirli mənzilin (və ya həmin ərazinin bazar qiymətlərinə uyğun olaraq 532 800 manat məbləğində kompensasiya verilməsi) İddiaçı xeyrinə təhvil verilməsinin cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması barədə qərar, talan olunmuş əmlaka görə, ev tikilənə qədər kirayədə qalmaq haqqı və dəymiş maddi ziyanla birlikdə 100 000 (yüz min) manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması, mənəvi ziya nın əvəzi kimi cavabdehdən onun xeyrinə 100 000 (yüz min) manat məbləğində vəsaitin tutulması barədə yeni qərar və “xxxx” Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MTK məhkəmə qətnaməsinin qeyri müəyyən olmasından istifadə edərək, həmin qətnamə ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmir. Qətnamənin tam olması və yerinə yetirilməsində heç bir çəti nlik olmaması üçün, razılaşdırılmış mənzilin layihəsi əsasında, “xxxx” MTK ilə iddiaçı arasında bağlanmış müqavilə daxil edilməlidir. Qətnaməyə o cümlədən, mənzilin iddiaçıya nəyə əsasən təhvil verilməsi, kirayə haqqının hansı hala qədər ödəniləcəyi, Mənzilin Dövlət Qeydiyyat Vəsiqəsinin MTK tərəfindən nə vaxt təqdim ediləcəyi, MTK tərəfindən yoxa çıxarılmış elektrik, qaz, su sayğaclarının təminatı kimi məsələlər də daxil edilməlidir. Həmçinin mənzilin ümumi sahəsinin, məhkəməyə həmin məqsədlə MTK tərəfindən təqdim olunmuş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası Qanuna uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasınm “Ti kinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları’nın və “Qanunvericilikdə nəzərdə tutulmuş hündür hasarların inşasına yol verilən hallar’ın təsdiq edilməsi haqqında” “04” dekabr 2012- ci tarixli 7 saylı Qərarının əsasında hesablanması göstərilməsinə də ehtiyac var. Apellyasiya Məhkəməsi öz qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “xxxx” Mənzil Tikinti Kooperativi və onun sədri Babək İsmayılov tərəfindən pozulduğunu dolayı yolla təsdiq edib. Bu qanunsuzluğa yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərardad qəbul edilməsi məsələsinə baxılmayıb. İddiaçıya məxsus olan mənzil, iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan tamamilə sökülmüş, evdə olan əmlakı isə talan edilmiş və küçəyə atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara görə vətəndaşların mülkiyyət və istirahət hüququ dövlət tərəfindən qorunur və təminat verilir. Cavabdeh kooperativisə yuxarıda göstərilən normativ hüquqi aktların tələblərini pozmaqla onun mülkiyyət hüququndan məhrum etmişdir. Qeyd olunana hüquqlarında bərabər, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi 2 ilə yaxındır ki, kirayə pulunu ödəmir. Məhkəmə və icra prosesinin ən azı 3 il müddət davam etməsi nəzərə alınarsa, bu müddətdə cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin ödəməli olduğu pulu iddiaçı ödəy ir. İki ildən artıq müddət keçməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi əmlaklarının siyahı əsasında və yararlı olaraq ona verməkdən imtina edir. Bu gün də əmlakının harada saxlandığını və ya məhv edildiyini, saxlanılıbsa hansı vəziyyətdə saxlandığını, yararlı vəziyyətdə olub-olmamasından məlumatlı deyil, əşyaların yararlığının yoxlanılması üçün məlikəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə qərarında əldən çıxmış faydaya da münasibət bildirilməyib. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normala rını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şi kayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, iddianın ev tikilənə qədər kirayədə qalmaq haqqı və dəymiş maddi ziyanla birlikdə 100 000 (yüz min) manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması, mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100 000 (yüz min) manat məbləğində vəsaitin tutulması hissələri üzrə qətnamə artıq qüvvəyə minmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-95/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edil ərək və qətnamə yalnız Bakı şəhəri,, ev 4. 4 saylı mənzilin real sahəsinin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxx” MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən hazırki kassasiya baxışının predmetini həmin hissə təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, idiaçıya məxsus 117,1 kvadrat metr mənzilin əvəzində cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması qənaətinə gəlsə də, cavabdeh tərəfindən inşa edilən həmin binada bu sahəyə uyğun olan mənzilin olub-olmaması, belə sahəyə uyğun mənzil olmadığı halda, qətnamənin hansı qaydada icra olunacağı məsələsinə diqqət yetirməmişdir. Halbukli sonuncu apellyasiya baxışı zamanı aparılmış araşdırma zamanı tərəflər arasında təhvil veriləcək olan mənzilin sahəsinin hansı qaydada hesablanmalı olması, iddiaçıya təklif edilən mənzillərin sahələrinin 140,52 kv.m-nə uyğun olmaması ilə bağlı fikir ayrılıqları mövcud olmuş, bununla bağlı iddiaçının müvafiq vəsatətləri, cavabdehin təklifləri olmuşdur. Lakin qətnamədə məhkəmə tərəfindən bu fikir ayrılıqları öz həllini tapmamış, yekunda mə hkəmə aktının gələcəkdə icrasında yarana biləcək qeyri-müəyyənliklər qalmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamə tərəflərin hüquqlarının real bərpasını təmin etmir. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasi bətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı ” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermədiyindən və tərəflər arasında mübahisəni tam həll etmədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, hazırki iş üzrə yeni qəra r qəbul edilməsi üçün əsaslar mövcud olmadığından kassasiya şikayəti qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3133/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.