Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-355/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8849/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və “Premier Computers” adlı mağazanı işlədir. 25 may 2020-ci il tarixdə gecə saatlarında Cavabdeh1 məxsus 3-cü mərtəbədə yerləşən 54 saylı mənzildən su axması nəticəsində mağazada olan daş ınar əmlaklara, eləcə də icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə ciddi maddi ziyan dəymişdir. Bu kimi hal ilk dəfə deyil. Əvvəllər də bu kimi hal olmuşdur. Lakin həmin vaxt mağazada olduqlarından vaxtında müdaxilə edə bilmişdilər. Buna baxmayaraq, cavabdehlərin səhlənkarlığı nəticəsində iddiaçıya ciddi ziyan dəymişdir. İddiaçı bu barədə dəfələrlə 31 saylı MKİS-nə məlumat vermişdir ki, bu kimi halların qarşısının alınması üçün tədbirlər görsünlər. Lakin heç bir nəticə olmamışdır. Su axması nəticəsində iddiaçının əmlakına ciddi ziyan dəydiyindən, bu barədə dərhal 31 saylı MKİS-nə məlumat verdi. Onlar da səlahiyyətli nümayəndələrinin iştirakı ilə həm mənzilə, həm də qeyri-yaşayış sahəsinə baxış keçirdilər. Baxış zamanı məlum oldu ki, həqiqətən Cavabdeh1 məxsus 3-cü mərtəbədə yerləşən 54 sayl ı mənzildən iddiaçının istifadəsində olan mağazaya su axmışdır. İddiaçıya ziyan dəymişdir. ünvan 2 ünvanından axan su iddiaçının mağazasında olan malların üzərinə tökülmüş və nəticədə mağazada olan texnoloji mallar, notebooklar, digər avadanlıqlar, ehtiyat hissələri, birləşdirici naqillər, pul sayan, kassa aparatları yararsız hala düşmüşdür. Bunun nəticəsində də iddiaçıya ciddi ziyan dəymişdir. Cavabdehlərin hərəkət və hərəkətsizlikləri nəticəsində iddiaçıya 38058 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin dəymiş ziyan mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı dəfələrlə cavabdehlərdən ona dəymiş ziyanı ödəmələrini tələb etsə də, dəymiş ziyanı ödəmirlər. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və 31 saylı Mənzil-Kommunal İstismar Sahəsindən 38058 manat məbləğ ində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 38088 manat məbləğinin müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-492/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (Hakim: Rəşid Səmədov) iddia qismən təmin olunaraq Cavabdeh1 maddi zərərin əvəzi kimi 28.639 (iyirmi səkkiz min altı yüz otuz doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28.669 (iyirmi səkkiz min altı yüz altmış doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Qətnamədə məhkəmə xərcl əri məsələsi də həll edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli qərardadə ilə (sədrlik edən və məruzəçi: Fuad Babayev, Xumar Mərdanova, Elnur Həsənov; iş № 2(103)8849\2021) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-492/2021 saylı iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməs ini təsdiq edən sübut əlavə edilməmişdir. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə olunmuş ********* nömrəli, 22.07.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdə “Xidmet” qrafasında “Məhkəmələr” qeyd edilmişdir. Həmin bank qəbzi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 361.3, 361.1.2 maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, apelyasiya şikayəti mümkün hesab olunaraq mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıx arılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar əsasında mülki işin ədalətli həllinə imkan verə biləcək hallara tələb olunan hüquqi qiymət verməmiş və nəticədə mahiyyətcə qanunsuz və əsassız 2{103)-8849/2021 saylı mülki iş üzrə 16 avqust 2021-ci il tarixli qərardadı qəbul etmişdir. Belə ki apelyasiya Məhkəməsi apelyasiya şikayətinin mümkünlüyü məsələsinə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilərdi. Lakin Cavabdeh1 nümayəndəsi tərəfindən hələ 13 avqust 2021- ci il tarixində apellyasiya şikayətinə əlavə olunmuş dövlət rüsu mu ödənilməsi barədə qəbzin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olub-olmadığı məsələyə toxunmadan təkrarən 15 manat məbləğində dövlət rüsumu ödəməyə hazır olduğunu və məhkəmənin birinci iş günü 16 avqust 2021-ci tarixində qeyd olunan təkrarən dövlət rüsumunun ödənilməsini təsdiq edən yeni qəbzi hakim cənab Fuad Babayevə müəyyən edilmiş qaydada təqdim edilməsi üçün tədbirlər görülsə də, qərəzli olaraq hansısa şəxsi maraqlar naminə bunu qəbul etməkdən imtina olunmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsaslan, ödənilmə qaydalan, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir və 108.3-cü maddəsinə görə dövlət rüsumu yalnız el ektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə uyğun olaraq Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank ə ya poçt sənədi verilir. Həmin Qanunun 4.5-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülü r. Hazırki mülki işi üzrə apellyasiya şikayətinə əlavə olunmuş ilkin dövlət rüsumu ödənilməsi barədə "EXPRESSPAY" Ödəniş sisteminin 22.07.2021-ci il tarixli qəbzdə göstərilmişdir: Xidmət Məhkəmələr - HÖP. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi saytında:https://www.cbar.az/page-101/thegovemment-payment-portal-gpp qeyd edilir ki. X2 (HÖP)- dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə ödənişlərin elektron qaydada toplanılmasının təmin edilməsi, büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi və birbaşa emalının təşkili, kommunal, rabitə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmışdır. HÖP-ə inteqrasiya olunmuş bütün dövlət orqanlarının və digər təşkilatların bank rekvizitləri mərkəzləşdirilmiş qaydada portalın məlumat bazasına daxil edilmişdir və bu təşkilatların rəsmi müraciətləri əsasında yenilənir. Eyni zamanda büdcə ödənişləri üzrə büdcə səviyyəsinin kodu, büdcə gəlirlərinin təsnifat kodu və ödəyici üçün ciddi çətinliklər yaradan digər rekvizitlar də mərkəzləşdirilmiş klassifikator şəklində portalda saxlanılır və avtomatik rejimdə ödəniş tranzaksiyalarına əlavə edilir. İştirakçı təşkilatların xeyrinə qəbul edilmiş ödənişlər haqqında məlumatlar real vaxt rejimində təşkilatların daxili informasiya sistemlərinə, maliyyə vəsaitləri isə növbəti iş günündə X1 və banklarda açılmış müvafiq xəzinə və yaxud bank hesablarına çatdırılır. HÖP infrastrukturu vasitəsilə mərkəzi icra hakimiyyəti orqanları, məhkəmələr, bələdiyyələr, səhm paketi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət ali təhsil müəssisələri, sığorta təşkilatlan və rabitə operatorlarının xeyrinə 440-dan çox xidmət növü üzrə ödənişlər "xxxx" MMC, "xxxx" MMC kimi poçt operatorları və respublika ərazisində fəaliyyət göstərən bütün bankların xidmət şəbəkəsində, ödəniş terminallarında nağd formada və portalın internet resursundan (www.gpp.az), bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesablan vasitəsilə nağd sız qaydada qəbul edilir. Yuxarıda qeyd olunan kimi HÖP-ə inteqrasiya olunmuş bütün dövlət orqanlarının və digər təşkilatlann bank rekvizitləri mərkəzləşdirilmiş qaydada portalın məlumat bazasına daxil edilmişdir və bu təşkilatların rəsmi müraciətləri əsasında yenilənir. Beləliklə, mübahisələndirilən 2{103)-8849/2G21 saylı mülki iş üzrə 16 avqust 2021-ci il tarixli qə rardadı ilə apellyasiya şikayətinə əlavə olunmuş ilkin dövlət rüsumu ödənilməsi barədə "EXPRESSPAY" Ödəniş sisteminin 22.07.2021-cİ il tarixli qəbz müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul etməməsi tamamilə qanuna əsaslanmayan və əsassız nəticədir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı ol madan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdə “Xidmet” qrafasında “Məhkəmələr” qeyd edilmiş, konkret olaraq qəbzdə dövlət rüsumunun apellyasiya ş ikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinə köçürüməsi qeyd edilməmişdir. Buna görə də, həmin qəbzapellyasiya şikayəti ilə müraciət edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-h issə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, dövlət rüsumunu düzgün və təyinatı üzrə ödənilməsini tədiq edən sübut apellyasiya şikayətinə əlavə edilməlidir. Cavabdehin sonradan lazımi qaydada dövlət rüsumunu ödəməsi də bu qərardadın ləğvinə əsas vermir. Çünki bu barədə yeni qəbz məhkəməyə qərardad qəbul edildikdən sonra 18.08.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prossesua l Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-8849/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-355/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-355/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver