Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-355/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-710/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən et di:. İşin halları 1. 12 iyul 2019-cu il tarixli, H/Z-1 nömrəli sadə yazılı formada bağlanmış borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 2 (iki) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 5000 manat borc pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı müqavilə üzrə əsas borcun, dəymiş zərərin (əldən çıxmış faydanın), bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış faizin, çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində əsas borcun, 1000 manat məbləğində əldən çıxmış faydanın, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixdən müəyyən edi lmiş 7 faiz bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 350 manat məbləğində faizin, 110 manat məbləğində hüquqi müdafiə xərclərinin əvəzinin, xəbərdarlıq məktublarının poçtla göndərilməsinə görə ödənilmiş 2,6 manat məbləğində rüsumun əvəzinin və məhkəməyə ödənilmiş 95 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla uzun müddətdir tanıdığı Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, H/Z-1 saylı borc müqaviləsinə əsasən o, cavabdehə 5000 manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh 5000 manat borcu xx.xx.2019-cu il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc məbləği cavabdeh tərəfindən bu günədək ona qaytarılmamışdır. Daha əvvəllər də cavabdehə müx təlif vaxtlarda tərəfindən borc verilmiş və o, həmin borcları vaxtında ona qaytarmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdehə xəbardarlıq məktubları göndərərkən borcunu xx.xx.2021-ci il tarixədək qaytarmağını tələb etsədə o, borcun qaytarılması istiqamətində heç bir addım atmamışdır. Cavabdeh borcu qaytarmadığı üçün o, həmin puldan istifadə edə bilməmişdir. Halbuki, borc vaxtında qaytarılsa idi o, həmin pul məbləğini dövriyyəyə buraxıb müəyyən gəlir əldə edə bilərdi. Nəticədə cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək 5000 manat məbləğində pulu qaytarmağı üçün onun hüquqlarını pozmuş və əldə edə biləcəyi müəyyən gəlirlərdən mərhum olunmuşdur. Belə ki, əgər cavabdeh həmin vaxtında ona qaytarsadı xx.xx.2019cu il tarixdən etibarən həmin pul vəsaitini ən cox etibar etdiyi " xxxx" QSC-yə illik 10%-lə əmanət şəklində yerləşdirməklə xx.xx.2021-ci il tarixədək 2 illik müddət üçün 1000 manat gəlir əldə edə bilərdi. Digər tərəfdən isə cavabdeh borc məbləğini qaytarmadan boyun qaçırmaqla ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş bank uçot dərəcəsi 7%-dir və həmin dərəcə ilə əsas borc hesablanmış faiz 350 manat təşkil edir. Eyni zamanda çəkdiyi hüquqi müdafiə xərclərinin xəbardarlıq məktubunun poçtla göndərilməsinə görə çəkdiyi xərclərin və ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq ona ödənilməlidir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə ic lasında iştirak edərək izahatında göstərmişdir ki, borc müqaviləsindəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2022-ci il tarixli rəyindən görünür ki, borc müqaviləsinin “borc alan”qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
6. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi qismən təmin edilmiş, 5000 manat məbləğində əsas borc, 750 manat faiz borcu, 110 manat poçt xərci və ödənilmiş 95 manat dövlət rüsumu olmaqla, cəmi 5955 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 Zeynal Fərhad oğlu arasın da borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 Zeynal Fərhad oğlundan 5000 manat borc götürmüş, öhdəliyə riayət etməyərək müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə borcunu qaytarmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2022-ci il tarixli rəyi ilə müqavilədəki immzanın ona məxsus olmaması barədə cavabdehin dəlili təkzib edilmişdir. Kreditor tərəfindən borcluya qarşı pretenziya məktubu göndərilmiş, cavabdeh həmin məktubu rəsmi qaydada qəbul etmiş, lakin hər hansı münasibət bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 5000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
8. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya dair hissəsini qismən əsaslı hesab etmiş, hesab etmişdir ki, borc müqaviləsi 12 iyul 2019-cu ildə iki ay müddət inə bağlanılmış, öhdəliyin icra müddəti 12 sentyabr 2019-cu ildə bitmişdir. Belə olduğu halda cavabdeh iddiaçıya olan borcunu 3 il müddətində qaytarmamaqla onu həmin pul vasitəsilə əldə edilə biləcək gözləntilərdən məhrum etmiş, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamışdır. Ona görə də 750 faiz borcu tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 739.1, 385.1, 386.1, 442 və 457-ci, Mülki Prosessual Məcəllənin 107, 115, 14, 77, 88 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı verdiyi izahatında ona 5000 (beş min) manat məbləğində pul vəsaitinin verildiyini və bununla bağlı aralarında müqavilənin bağlandığını bildirmişdir. Lakin onun iddiaçıya heç bir borcu yoxdur, müqavilədə mövcud olan imza ona məxsus deyildir. İddiaçının izahatına əsasən sözügedən müqavilə 2019-cu ilin iyul ayında 2 ay müddətinə bağlanmışdır. Həmin pulu müqaviləyə əsasən 3 il ərzində qaytarmadığı halda həmin müddət ərzində iddiaçının ondan pul tələb etməməyi isə sual doğurur.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-710/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi Cavabdeh əsas borca hesablanmış faiz borcu olaraq 750 (yeddi yüz əlli) manat p ulun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmiş və həmin məbləğ 350 manat müəyyən edilmiş, Cavabdeh Fəhad oğlundan 5000 (beş min) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat faiz borcu, 110 (yüz on) manat poçt xərci və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu olmaqla, cəmi 5555 (beş min beş yüz əlli beş) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 12 iyul 2019-cu il tarixli, H/Z-1 nömrəli borc müqaviləsi ilə Cavabdeh 2 (iki) ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytarmaq öhdəliyi ilə 5000 manat borc pul vermişdir. Lakin cavabdeh həmin vaxtda borcundan heç bir ödəniş etməmiş, bununla da müqavilə üzrə öhdəlikləri üzrlu səbəblər olmadan yerinə yetirməmişdir. İddiaçı borc məbləğini tələb etməkdə haqlı o lmuşdur.
14. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, müqavilə üzrə ödənişlərin son tarixi xx.xx.2019-cu il müəyyən edilməsinə baxmayaraq, cavabdeh həmin müddət bitdikdən sonra da öhdəliyini icra etmədiyindən, iddiaçı tərəf cavabdehdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş zərərin ödənilməsini tələb etməkdə də haqlı olmuşdur.
15. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş 7% bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 350 manat məbləğində faiz tələb etmiş, birinci instansiya məhkəməsi isə, illik beş faiz olmaqla, hər il üçün 250 manat, cəmi 750 manat faiz borcunun tutulması qənaətinə gələrək, iddia tələbindən kənara çıxmışdır.
16. İcranın borclu tərəfindən gecikdirilməsi nəticəsində kredito ra zərər dəydiyi üçün, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə, icranın gecikdirilməsinə görə məsuliyyət müəyyən etmiş və bu baxımdan iddiaçının xeyrinə kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması tələbi əsaslı sayılır.
17. Hazırkı iş üzrə cavabdehdən illik beş faiz olmaqla, hər il üçün 250 manat, cəmi 750 manat faiz borcunun tutulması mümkün olsa da, iddia həmin hissədə tələb həcmində müəyyən edilməli, yəni 350 manat həcmində təmin edilməlidir.
18. Cavabdeh iddiaçıya heç bir borcunun olmaması, yəni müqavilədə olan imzanın ona məxsus olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, onun həmin dəlili Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin işdə olan 20 may 2022-ci il t arixli rəyi ilə təkzib olunur. Həmin rəylə borc müqaviləsinin “borc alan”qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin rəy mötəbər olmaqla, heç bir şübhə doğurmur.
19. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 445.7, 739 və 740-cı, Mülki Prosessual Məcəllənin 107, 115, 14, 77, 88 və 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın qismən təmin edilməsi hissəsində ləğv olunmasını, iddia tələbinin həmin hissədə də rədd edilməsini, bu mümkün olmadıqda isə işin təkrar apellyasiya baxışına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçının maşın alqı-satqısı üçün cavabdehə verdiyi 5000 manat məbləğində pul Cavabdeh tərəfindən alınmış avtomobilin satılması və iddiaçıya həmin məbləğin qaytarılması əsasında aralarında heç bir borc münasibətləri qalmamışdır. İşə baxan məhkəmələr işin faktiki hallarını qiymətləndirməmiş, təqdim edilmiş sübutlara foprmal yanaşmışdır. İddiaçı cavabdehə borc verdiyi pulu geri almış olsa da, cavadehdlə aralarında yaranmış qərəzli münasibətlər zəminində ondan qisas almaq məqsədi ilə t əkrarən on qarşı əsassız olaraq pul tələbinə dair iddia qaldırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
28. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məb ləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Cavabdehin kass asiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə gör ə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə bax arkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-710/2023 nömrəli iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar