Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-355/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsindən irəli gələn mübahisə, qüsurlu görülmüş işə görə vurulmuş zərərin ödənilməsi;) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “ pul” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-120/2024 nömrəli iş üzrə 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sifarişçi (iddiaçı) İddiaçı ilə podratçı (cavabdeh) Cavabdeh1 arasında 30 oktyabr 2022-ci ildə bağlanmış podrat müqaviləsindən görünür ki, podratçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində (obyekt) tikilmiş bağ evinin tam daxili təmirinin görülməsi, sifarişçi tərəfindən isə razılaşdırılmış muzdun ödənilməsi müqavilənin predmetini təşkil etmişdir; Müqavilənin 3.1-ci bəndinə əsasən podratçı müqavilən in imzalandığı tarixdən başlayaraq 140 gün ərzində obyektin zirzəmisi də daxil olmaqla bütün daxili sahəsi, veranda hissəsinin tavan və döşəməsi, həmçinin obyektin qabaq çöl pilləkənlərində elektrik, santexnik, malyar, kafel və laminat döşəmələrin vurulması da daxil olmaqla və bunlarla məhdudlaşmadan bütün təmiri həyata keçirəcək; Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər işlərin təhvili və ödənişin nəğd şəkildə ödənilməsini təsdiq edən akt imzalamalıdırlar;
2. Tərəflərin öz imzaları ilə təsdiq etdikləri 2 noyabr 2022, 10 noyabr 2022, 18 noyabr 2022, 23 noyabr 2022, 3 dekabr 2022, 10 dekabr 2022, 24 dekabr 2022, 19 yanvar 2023, 25 yanvar 2023, 22 fevral 2023, 2 mart 2023, 10 mart 2023, 16 mart 2023, 20 mart 2023 tarixli “ödənişin təsdiqi və təhvil-təslim aktları”na əsasən görülmüş işlər t əhvil alınmış və muzd ödənilmişdir və qeyd olunan hissələrdə podratın icrası ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir.
3. Tərəflər arasında mübahisə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsindəki (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) bağ evində göyrüş ağac materialından ümumilikdə 38 ədəd pilləkənlərin (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapının ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində quraşdırılması ilə bağlı hissədə mövcuddur.
4. İddiaçı qeyd olunan işlərin görülməsini podratçı X1 həvalə etmiş, sonuncu internet resurslarında bu cür işlərin görülməsini təklif edən saytlardan digər Cavabdeh2 elanını görüb onunla əlaqə saxlamı ş, işlərin görülməsini ona həvalə edərək, onu sifarişçi İddiaçı ilə tanış etmişdir.
5. Podratçı Cavabdeh2 şərtləşdirilmiş müddət pozulmaqla bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və 2 ədəd “MDF” materialından qapı hazırlayaraq quraşdırmış, işlərin gedişatında istifadə olunan malmateriallara görə 2500 və 1500 manat olmaqla, 4000 manat ödəniş almışdır. İşlərin qüsurlu görülməsindən dolayı sifarişçi podratı qəbul etməmiş, qüsurların aradan qaldırılması üçün əlavə 2000 manat ödəniş etməklə vaxt vermiş, lakin verilən müddət ərzində də, qüsurlar aradan qaldırılmamışdır. Sifarişçi qüsurların aradan qaldırılmasını başqa ustalara həvalə etmiş və işlər həmin ustalar tərəfindən pilləkənlərin quraşdırılması üçün Cavabdeh2 aldığı göyrüş ağac materiall arından istifadə edilməklə yenidən görülərək təhvil verilmişdir.
6. İddiaçının sifarişinə əsasən “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 15 may 2023-cü il tarixli 71 nömrəli mütəxəssis rəyi verilmişdir ki, qapı və pilləkənlərin yığılması texnologiyaya uyğun aparılmamış, bunun nəticəsində dəymiş zərərin məbləği təqribən 12.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən vurulmuş 12000 manat zərərin, işin məhkəməyə verilməsinə görə ödənilmiş 127.50 manat dövlət rüsumunun, 500 manat vəkilin xidmət haqqı olmaqla, cəmi 12627.50 manat pul vəsaitinin cavabd ehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə 30 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlamış, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Həmin müqavilənin şərtlərinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində tikilmiş bağ evinin tam daxili təmirini görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muz d ödəməyi öhdələrinə götürmüşlər. Podratçı müqavilənin imzalandığı tarixdən başlayaraq 140 gün ərzində obyektin zirzəmi də daxil olmaqla bütün daxili sahəsi, veranda hissəsinin tavan və döşəməsi, həmçinin obyektin qabaq çöl pilləkənlərində elektrik, santexnik, malyar, kafel və laminat döşəmələrin vurulması da daxil olmaqla və bunlarla məhdudlaşmadan bütün təmiri həyata keçirməli, sifarişçi hazırki müqavilənin şərtlərinə əsasən görüləcək işlərin müqabilində müqavilədə göstərilən qaydada və məbləğlərdə podratçıya ödənişlər etməlidir. Müqaviləyə əsasən iş başlamış, “sifarişçi” ödənişləri etmişdir. O cümlədən evin pilləkən və qapılarının hazırlanması da həmin müqaviləyə daxil idi, buna görə də cavabdehlərdən “podratçı” Cavabdeh1 öz ustalarından olan iş üzrə digər Cavabdeh2 pilləkən və qapıları n hazırlanmasını həvalə etmiş və onu İddiaçı ilə tanış etmişdir. Sırf pilləkən və taxta qapıların hazırlanıb quraşdırılması iddiaçı və Cavabdeh1 tərəfindən 26 dekabr 2022-ci il tarixdə və qeyd olunan bağ evində digər Cavabdeh2 tapşırılmışdır. Həmçinin tərəfər razılaşmışlar ki, qapı və pilləkənlər meşə ağacı olan materialdan - “göyrüş” ağacından hazırlansın. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh2 həmin ünvanda yerləşən bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapını ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində bağ evində quraşdırılmasını, o isə görüləcək işlərin əvəzində ümumilikdə 8500 (səkkiz min beş yüz) manat ödəniş etməsini üzərlərinə götürmüşlər. İddiaçı tərəfində n işə başlanılması üçün cavabdehə 26 dekabr 2023-cü il tarixində 2500 manat məbləğində ilkin ödəniş edilmiş və daha sonra da ümumi olaraq 1500 manat cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən işin görülərək təhvil verilməsi 2 ay gecikdirilmiş və üstəlik iş tam yararsız və qüsurlu yerinə yetirilmişdir. Podratçı işin qüsurlarını aradan qaldırmaq və işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirmək üçün 1 həftə əlavə müddət istəmiş və razılaşdırılmış ümumi məbləğdən ona daha 2000 (iki min) manat ödənilməsini xahiş etmişdir. 17 aprel 2023-cü il tarixində iddiaçı cavabdehlərə işin qüsurlarını aradan qaldırmaq və işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirmək üçün 2000 (iki min) manat ödəmişdir. Lakin 1 həftə sonra da cavabdehlər işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirə bilməmişlər. B undan sonra iddiaçı bütün 38 pillənin aksessuarları ilə birlikdə və 2 taxta qapının təmir edilərək normal vəziyyətə gətirilməsi üçün başqa ustalarla 12000 (on iki min) manat məbləğinə razılaşmışdır. Həmin ustalar pillələr və qapıları təmirə aparmaq üçün demontaj etdikləri zaman məlum olmuşdur ki, cavabdehin quraşdırdığı pilləkən aksessuarları (balianslar) və qapılar razılaşdırılmış olduğu kimi taxtadan deyil, ondan qatqat ucuz “mdf” adlı materialdan hazırlanmışdır. Həmçinin, cavabdehlər pillələri quraşdırdığı zaman bağ evinə ziyan vuraraq divarların malyar və rəng örtüyünü ciddi zədələmişdir ki, sonradan həmin qüsuru Cavabdeh1 yenidən təmir edib düzəltmişdir. Cavabdehlərə bütün bunlar barədə dəfələrlə etirazını bildirərək, dəymiş zərərin ödənilməsini tələb etsə də, cavabdehlər bundan imtin a etmişlər. Ona görə də məcbur qalıb polisə şikayət etmiş və Cavabdeh2 14-cü polis bölməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı tərəfindən işlərin görülməsi üçün sifariş verilmiş, 6000 manat iddiaçı tərəfindən ona ödənilmiş, lakin aralarında narazılıq olmuşdur. O cümlədən Cavabdeh2 bildirmişdir ki, iddiaçının verdiyi 6000 manatı geri qaytarıb oradakı malları geri götürə bilər. Bundan başqa, Cavabdeh1 da 14-cü polis bölməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı ilə aralarında təmir işi ilə bağlı müqavilə bağlamışlar, qapı və pilləkənlərin düzəldilməsi üçün Azad adlı şəxsə işi təhvil vermiş və Azadı iddiaçı ilə tanış etmişdir, həmin iş üçün 8500 manatdan iddiaçı 6000 manatını Azada ödəmişdir. Həmin işlər Azad tərəfindən təhvil verilməyib, bütün iş yararsız olduğund an iddiaçı işi başqa ustalara həvalə etmişdir. Hesab edir ki, hazırki məsələnin obyektiv həlli üçün tikinti, təmir və qiymətləndirmə sahəsində mütəxəssis rəyinin verilməsi zəruri olmuşdur. Odur ki, qeyd olunan mübahisə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində podratçı və onun ustaları tərəfindən pilləkən və qapıların hansı keyfiyyətdə quraşdırılması, həmin pilləkən və qapıların yararlı olub-olmaması, əgər yararsızdırsa hansı səbəbdən yararsız olması, o cümlədən yararsız olduğuna görə qapıların və pilləkənlərin sökülməsi zamanı divarlara hansı zərər vurulması və bütün bu yararsız işlərin nəticəsində vurulmuş ziyanın məbləği barədə mütəxəssis rəyinin verilməsi üçün “X2 və Ekspertiza Mərkəzi” MMC-yə tərəfindən müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq MMC tərəfindən 15 may 2023-cü il tarixli 71 nömrəli mütəxəssis rəyi verilmişdir ki, qapı və pilləkənlərin yığılması texnologiyaya uyğun aparılmamış, bunun nəticəsində dəymiş zərərin məbləği təqribən 12.000 manat müəyyən edilmişdir. Göründüyü kimi onun sifarişinə əsasən işlərin qüsurlu görülməsi və nəticədə ona zərər vurulması həm tərəflərin polisdə verdiyi ifadələri, həm müətəxəssis rəyi, həm də onun digər ustalarla işin görülməsi üçün bağladığı müqavilə ilə təsdiq olunduğundan və cavabdehlər vurulmuş zərəri ödəmədiklərindən, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi il məhkəməyə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, o, yaşayış və qeyri-yaşayış sahələrində təmir işləri görən ustadır. Həmçinin iddiaçının evində də təmir işləri görərək pilləkən və iki qapı hazırlamışdır. Lakin nə iddiaçı, nə də podratçı olan digər cavabdeh ilə rəsmi müqaviləsi olmamışdır. Belə ki, podratçı olan digər cavabdeh sosial şəbəkədə yerləşdirdiyi reklam vasitəsi ilə onun əlaqə nömrəsini tapmış və ona zəng vuraraq şifahi olaraq bu işi ona tapşırmışdır. O, iddiaçı ilə həm telefon əlaqəsi saxlamış, həmdə görüşərək razılığını almış, görəcəyi iş barəsində ətraflı məlumat verərək işə başlamışdır. Artıq fevral ayında bütün mal-material və tikinti konstruksiyalarını iddiaçının evinə gətirmiş, aprel ayında isə 1 aya yaxın müddətdə pilləkənin yığıl ması və qapıların quraşdırlması ilə bağlı bütün işləri görmüşdür. Orada işlədiyi müddətdə İddiaçı özü birneçə dəfə orada olmuş, işlərin görülməsi vəziyyəti ilə yaxından maraqlanmış, heç bir əlavə irad və təklifi olmamışdır. Əgər onun hər hansı bir işə iradı olsa idi, bu barədə ona məlumat verə bilərdi. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı özü də iddia ərizəsində görülən işlərin ümumi dəyərinin 8500 manat məbləğində olduğunu, lakin 5500 manat pul ödədiyini etiraf etmişdir. Yəni hətta iddiaçı ona 3000 manat borclu qalmışdır. İddiaçı bütün bu məhkəmə proseslərini həmin 3000 manatı ona verməkdən imtina etmək üçün təşkil edir. Belə ki, onun iddia tələbində qeyd etdiyi kimi pilləkənlərin aksessuarları göyrüş materialından razılaşdırılsa da, 2 ədəd qoşa laylı taxta qapının göyrüş mat erialından hazırlanması üçün aralarında heç bir razılıq olmamışdır. Həmin qapılar "MDF" materialından hazırlanmalı idi. İddiaçının evində 37 pillə pilləkən tərəfindən hazırlanmışdır. Həmin pilləkənin yığılması üçün görülən işlər və lazım olan materialın miqdarı və qiymətləri belədir: 2.2 kub/metr göyrüş ağacından taxta materialıın 1 kub/metrinin orta bazar qiyməti 2000 manat olduğu üçün 2.2 kub/metrin qiyməti 4400 manat, 5 x 5 ölçüdə 80 ədəd pilləkən aksessuarın (balians) 1 ədədinin orta bazar qiyməti 8 manat olduğu üçün ümumi 640 manat, pilləkən sinəliyinin hazırlanması üçün 4 list "MDF" materialın 1 listinin orta bazar qiyməti 80 manat olduğu üçün ümumi 160 manat, 37 pillə pilləkənin rənglənməsi üçün 1 ədədin rənglənməsinin orta bazar qiyməti 40 manat olduğu üçün ümumi 1480 manatdır. B eləliklə taxta qapılar olmadan tək pilləkənin hazırlanması üçün lazım olan materiallar üçün 6680 manat məbləğində pul tələb olunur. Növbəti olaraq isə 2 ədəd qoşa laylı taxta qapının həm göyrüş materialından, həm də "MDF" materialından hazırlandıqda orta bazar qiyməti - əgər 2 ədəd qoşa laylı taxta qapı göyrüş materialından hazırlansa, tələb olunan işlərin və materialın qiyməti belədir: 2.70 metr uzunluqlu göyrüş materialının 1 kub/metrinin qiyməti 2700 manat təşkil edir. 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün 1 kub/metr material kifayət edir. Ümumi dəyər 2700 manatdır. Həm iddiaçının iddia etdiyi kimi, həm də onun göstərdiyi aralarında olan razılaşma əsasında mal, materialın və görülən işlərin orta bazar qiymətinin təhlilini təqdim edir. Bu qiymətlərdən də göründüyü kimi iddiaç ının iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi kimi taxta qapıların da hazırlanması üçün göyrüş materialından istifadə olunmalı idisə, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və göyrüş materialından 2 ədəd qoşa laylı taxta qapı 3200 manat, ümumilikdə 9880 manat təşkil edir. Hələ bu onun öz xidmət haqqı olmadan hesablanan məbləğdir. Necə ola bilər ki, o, usta olaraq xidmət haqqı almadan ümumi mal, materialı 10000 manata yaxın olan bir iş üçün 8500 manata razılaşma etsin? İddiaçının evinin təmiri üçün cibindən pulunu xərcləməli idi? Qeyd olunan məbləğlər iddia tələbinin tam əsassız olduğunu göstərir. Əvəzində isə onun qeyd etdiyi kimi qapılar "MDF" materialından hazırlanmalıdırsa, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və "MDF" materialı ndan 2 ədəd qoşa laylı taxta qapı 1560 manat, ümumilikdə 8240 manat təşkil edir. Bu məbləğ isə reallığa daha yaxındır. Çünki onlar iddiaçı ilə ümumi işin görülməsi üçün məbləği 9000 manat danışmış və polis orqanında verdiyi izahatda da qeyd etdiyi kimi həmin məbləğin yalnız 6000 manatı ona verilmişdir. Qeyd etdiyi kimi arada qalan 700 manat fərq isə onun xidmət haqqı idi. Lakin iddiaçı əsassız olaraq müxtəlif bəhanələr gətirərək ona qalan pulunu verməkdən imtina edir, hətta onu və ona köməklik etmək istəyən ağsaqqallarını təhdid edərək ondan pul istəyir. Ona görə də iddiaçının iddiasını tam şəkildə qəbul etmir. Belə ki, bu barədə foto-şəkillər, həmçinin Rəşid Bədirov tərəfindən onun işinin təhvil alınmasını təsdiq edən səs yazıları, whatsapp danışıqları mövcuddur. Onun İddiaçı evində pillə kən və 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün tələb olunan mal, materiala və görülən işlərə (rəngsaz) çəkdiyi xərc təkcə 8300 manat təşkil edir. Onun orada işlədiyi 1 ay ərzində iddiaçı dəfələrlə gəlib-getdiyi müddətdə əgər işində nöqsan olsa idi, bu barədə ona deyərdi. O, bu gün də iddiaçıya təklif edir ki, ona verdiyi 6000 manatı ona qaytarır, lakin əvəzində quraşdırdığı pilləkəni və qapıları geri tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı iddiasının rədd olunması, İddiaçı 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddiasının təmin olunmasını xahiş edir.
11. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 3 avqust 2023-cü il tarixli 2(022)-833/2023 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmi şdir. 12. 1-ci instansiya məhkəməsi iş üzrə müəyyən etmişdir ki, İddiaçı sifarişçi olaraq podratçı Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ səhəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə 30 oktyabr 2022ci il tarixdə podrat müqaviləsi bağlamış, evin pilləkən və qapılarının hazırlanmasını “Podratçı” Cavabdeh1 öz ustalarından olan iş üzrə digər Cavabdeh2 həvalə etmiş və onu İddiaçı ilə tanış etmişdir. Yalnız pilləkən və taxta qapıların hazırlanıb quraşdırılması iddiaçı və Cavabdeh1 tərəfindən 26 dekabr 2022-ci il tarixdə və qeyd olunan bağ evində digər Cavabdeh2 tapşırılmışdır. Lakin iş materallarına əlavə edilmiş nə podrat müqaviləsindən, nə də tə rəflərin izahatları ilə podratçı olaraq Cavabdeh2 iş həcminə daxil olan bağ evinə pilləkən aksessuarının və iki ədəd qapının hansı materialdan hazırlanması, podratçının mal-materiallarından hazırlandığı halda sifarişçinin malmateriallarının dəyərinin hansı qaydada ödənilməli olması, yerinə yetirilmiş işə görə muzdun miqdarı barədə razılaşma müəyyən olunmur. Belə ki, iddiaçı tələbində qapıların və pilləkən aksessuarının cavabdehlə razılaşdıqları kimi taxta materialdan deyil, ondan qat-qat ucuz olan “mdf” adlı materialdan hazılandığını və keyfiyyətsiz hazılanmasını əsas gətirməklə həmin işləri başqa şəxslərə tapşırmaqla 12000 (on iki min) manat zərərə məruz qaldığını göstərmiş, zərərə məruz qalmasının sübutu kimi «X2 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəs sis rəyinə istinad etmişdir.
13. Məhkəmə belə hesab etmişdir ki, «X2 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyi Cavabdeh2 pilləkən aksessuarının və bağ evinin iki ədəd qapısının keyfiyyətsiz hazılanması səbəbindən iddiaçıya 12000 manat zərər vululmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, mütəxəssis rəyində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 2499 saylı bağ evində qapıların və pilləkənlərin yığılmasınını texnologiyaya uyğun aparılmadığı göstərilsə də, bağ evinin qapı və pilləkənlərinin hansı texnologiya üzrə quraşdırılmalı olduğu halda quraşdırılmaması göstərilməmiş, yalnız işlərin vizual görüntüsünə əsaslanaraq qiymətləndirmə aparılmışdr. Bundan başqa, pilləkən aksessuarlarının və qapıların quraşdırılması və yerinə bərkidilməsinə işlədilmiş materiallarla birlikdə dəyərləndirmə aparılmaqla qiymət verilmişdir. Halbuki, işin mübahisə doğurmayan halı olaraq müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 Sabunçu RPİ-nin 14-cü PB-nə verdiyi izahatında Cavabdeh2 podrat işinə sərf etdiyi mal-materialların ona qaytarılmasi şərti ilə iddiaçıdan aldığı 6000 manat pulu ona qaytarmağa razı olduğunu bildirmiş və bunu İddiaçı təklif etməsinə baxmayaraq iddiaçı buna razı olmamışıdır. İşin qeyd olunan halı belə nəticəyə gəlməyə əsas verir ki, əgər sifariş olunan iş yenidən görülmüşdürsə, həmin işlər Cavabdeh2 mal-materiallarından istifadə edilməklə görülmüşdür. Belə olan halda pilləkən aksessualarının və qapıların cavabdehin materiallarından istifadə edilməklə yenidən qurulması iddiaçının 12000 manat ziyana məru z qalmasını istisna edir.
14. Məhkəmə qarşılıqlı iddia üzrə belə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 3000 (üç min) manat pul tələbinə dair qarşılıqlı iddiası da əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı sifariş olunan işin İddiaçı tərəfindən qəbul edilməsi, müqavilə şərtlərinə onun tərəfindən tam olaraq əməl edilməsini təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi İddiaçı işin tələb olunan səviyyədə başa çatdırılmadığını əsas gətirməklə podratçıya qarşı ziyan tələbini irəli sürmüş, Cavabdeh2 isə podratçı olaraq işin, yəni podratın nəticəsinin əsassız olaraq sifarişçi İddiaçı tərəfindən qəbul edilmədiyini əsas gətirərək ona qarşı pul tələbini irəli sürmüşdür.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllən in 385.1, 386.1, 752, 21-ci, MPM-in 76-cı maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
16. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ilk iddianın rədd edilməsi hissəsində işin hallarına obyektiv qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamış, nəticədə prosessual və maddi hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapının ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində bağ evində quraşd ıracaqlar. Həmin razılığın olması və iddia ərizəsində yazılanların tam-tamına düzgün olmasını cavabdehlərdən Cavabdeh1 məhkəmənin 2-ci iclasında iştirak edərkən bildirmiş, iddianı qəbul etmiş, lakin məhkəmə ilkin iddianı rədd etmək üçün Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyini qeyd etmişdir. Bu hal prosessual hüquq normalarının tələblərinin kobud pozuntusudur. Bundan başqa tərəflər arasında şifahi razılaşmanın olması müqavilənin bağlanması deməkdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən işin qüsurlu yerinə yetirilməsi, lazımi keyfiyyətdə təhvil verilməməsi cavabdehlərin 14-cü polis bölməsində verdiyi izahatlardan və mütəxəssis rəyindən məlumdur. Həmçinin qeyd edirik ki, bağ evinə pilləkən aksessuarının və iki ədəd qapının göyrüş ağacından hazırlanması barədə razılaşmanı Cavab deh1 məhkəmənin 18 iyul tarixli iclasında izahat verərkən etiraf etmiş, həmçinin digər Cavabdeh2 da göyrüş ağacından yalnız pilləkənlərin hazırlancağı barədə razılaşmalarını etiraf etmiş, qapının mdf materialından hazırlanması barədə razılığın olmasını bildirmişdir. Lakin məhkəmə ümimiyyətlə hansı material olmasının məlum olmadığı barədə özündən fərziyyələr uydurmuşdur. Həmçinin işə görə, mala görə və muzda görə qiymət müəyyən olunmuş və həmin halı məhkəmə özü də təkzib etmişdir. Əgər məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul etmirdisə, o zaman öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər, yaxud mütəxəssisin iştirakını məhkəmə iclasında təmin edər, mütəxəssisin gəldiyi qənaətin əsaslarını araşdıra bilərdi ki, bunu etməmişdir. Həmçinin məhkəmənin mövqeyinə qarşı bildiririk ki, sifariş olu nan işlər Cavabdeh2 malmateriallarından istifadə edilməklə görülsə də, İddiaçı həmin materialın və görülən işə görə pulunu ödəmiş, həmin material keyfiyyətsiz və iş qüsurlu olduğuna görə əlavə xərc çəkib həmin işi başqa ustalara gördürmüş, nəticədə həmin iş cavabdehlərlə razılaşdığından artıq qiymətə başa gəldiyinə görə əlavə xərci çıxmış və razılaşdırıldığından da uzun müddətə başa gəlmişdir. Göründüyü kimi iddiaçının cavabdehlərlə razılaşdığı işin nəticəsinə görə və onların işi keyfiyyətsiz və qüsurlu yerinə yetiriməsi səbəbindən məcbur qalıb başqa ustalara iş gördürmüş, həm artıq xərci çıxmış, həm buna görə ailəliklə güclü stress keçirmişlər, həm də cavabdehlərin vəd etdiyi vaxta 1 aya yox, 6 aya başa gəlmişdir. Bütün qeyd olunanları məhkəmənin 2-ci iclasında, 18 iyul 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmiş, iddianı qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən özünün sadaladığı hüquq normaları düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 324.1, 329.2, 406.1, 762.1-7, 762.3, 765, 771, 772.1, 385.2, 443.1, 443.2, 442, 451-ci maddələri tətbiq olunmalı olduğu halda, olunmamışdır. Qeyd etdiyimiz müddəaları işin faktiki halına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə görə podratçı sifarişçinin sifarişinə əsasən, 2023-cü ilin fevral ayına kimi pillə və taxta qapının hazırlanması və quraşdırılması ilə bağlı işləri yerinə yetirməli və sifarişçi də müqabilində 8500 manat ödəniş etməli idi. Lakin göründüyü kimi tərəflər arasındakı müqaviləyə əsasən sifarişçi qanunla nəzərdə tutulmuş öhdəliklərini yerinə y etirmiş, podratrçı isə öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, həmçinin qüsurlu icra etməklə sifarişçinin əmlakına ziyan vurmuşdur. Bundan başqa sifarişçi həmin işləri başqa ustalara təhvil vermiş və həmin usatalarla işin təhvil verilməsi üçün 12000 (on iki min) manata razılaşmışlar. İlkin iddianın rədd edilərək, bu dərəcədə ədalətsiz qətnamə çıxarılması həqiqətən də insanlarda ədalət mühakiməsinə olan inamın azalmasından başqa bir şey deyil. Yuxarıda qeyd etdikləri hallar - tələblərinin həm qanuni olduğu, həm də sübutlarla təsdiq olunması onu göstərir ki, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.
18. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hi ssəsində ləğv olunması, qarşılılqlı iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə bir sıra maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının üzvlərinin nəzərinə çatdırmaq istəyir ki, yaşayış və qeyri-yaşayış sahələrində təmir işləri görən ustadır. Həmçinin iddiaçının evində də təmir işləri görərək pilləkən və iki qapı hazırlamışdır. Lakin nə iddiaçı, nə də podratçı olan digər cavabdeh ilə rəsmi müqaviləsi olmamışdır. Belə ki, podratçı olan digər cavabdeh sosial şəbəkədə yerləşdirdiyi reklam vasitəsi ilə əlaqə nömrəsini tapmış və zəng vuraraq şifahi olaraq bu işi ona tapşırmışdır. İddiaçı ilə də həm te lefon əlaqəsi saxlamış, həmdə görüşərək razılığını almış, görəcəyi iş barəsində ətraflı məlumat verərək işə başlamışdır. Artıq fevral ayında bütün mal material və tikinti konstruksiyalarını iddiaçının evinə gətirmişdir. Aprel ayında isə 1 aya yaxın müddətdə pilləkənin yığılması və qapıların quraşdırılması ilə bağlı bütün işləri görmüşdür. Orada işlədiyi müddətdə İddiaçı özü bir neçə dəfə orada olmuş, işlərin gedişatı ilə yaxından maraqlanmış, heç bir əlavə irad və təklifi olmamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı özü də iddia ərizəsində görülən işlərin ümumi dəyərini 8500 manat məbləğində olduğunu, lakin 5500 manat pul ödədiyini etiraf edir. Həm iddia ərizəsinə etiraz ərizəsində, həm də polisdə verdiyi ifadəsində qeyd etmişdir ki, işlərin görülməsi üçün 9000 manat məb ləğində ödəniş ediləcəyi razılaşdırılmışdır. Lakin o puldan 6000 manat verilib. Yəni hər ikisinin də təsdiq etdikləri ifadələrinə görə aralarında 3000 manat pul haqq-hesabı qalmışdır. İddiaçı işlərin tam yararsız olduğunu və tərəfindən təhvil verilmədiyini iddia etməyə çalışsa da, işləri tam şəkildə görməyi və təhvil verməyi barədə sübutları var. Belə ki, bu barədə foto-şəkillər, həmçinin Rəşid Bədirov tərəfindən işinin təhvil alınmasını təsdiq edən səs yazıları, whatsapp danışıqları mövcuddur. Məhkəmə ilkin iddiaya münasibət bildirərkən qanuni və ədalətli olsa da, bir növ iddiaçının "xətrinə" dəyməmək üçün qarşılıqlı iddianı da rədd etmişdir. Halbuki qarşılıqlı iddia tələbi üzrə cavabdeh ilə aralarında mübahisə belə yoxdur. Yəni burada məhkəmənin nəisə araşdırmasına və ya iddiaçı kimi onu n nəisə sübut etməyinə ehtiyac belə yoxdur. İşin tam təhvil verilməsini isə məhkəmə sənədlərinə əlavə edilmiş fotoşəkillərdən və səs yazılarından tam aydın görmək olur. Ona görə də hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbini rədd edərkən düzgün qərar qəbul etməmişdir. Beləliklə, qanunla nəzərdə tutulmuş zərər, real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə öz araşdırması zamanı İddiaçı 3000 manat borclu olduğunu və bu pulu vermədiyini müəyyən etsə də, ona dəymiş bu zərəri təmin etməkdən çəkinmişdir.
20. Mübahisəyə apellyasiya baxışı zamanı təyin olunmuş kompleks məhkəmə mühəndis tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının 14 iyun 2024-cü il tarixli 31616/2-10/9873-9/9970 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır: Ba kı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsindəki (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarov küçəsi, 169 saylı bağ evi) bağ evində göyrüş ağac materialından quraşdırılmalı 38 ədəd, eni 1.2 metr, hündürlüyü 0.17 metr olan pilləkən və aksessuarların yığılması texnologiyaya uyğun aparılmışdır. Belə ki, pilləkənin sütunların əsas möhkəmliyini yaradan faktiki olaraq meşə materialı (razılaşmaya əsasən göyrüş ağacı materialı) istifadə olunmadan müxtəlif ölçülü MDF lövhələrdən hazırlanmış sütunların yerində sancaqlar vasitəsi ilə bərkidildiyi, həmçinin quraşdırılmış pillələr bütöv materialdan deyil, müxtəlif ölçülü, taxta materialların yapışqan vasitəsi ilə birləşdirilməsi yolu ilə hazırlanmışdır. Müəyyən edilmiş qüsurlar istehsa l və quraşdırılma prosesi zamanı yaranmasına xarakterik olduğu müəyyən edilir; Bağ evində “MDF” materialından quraşdırılmalı olan 2 ədəd qoşa laylı qapının hazırlanması texnologiyaya uyğun aparılmamışdır. Belə ki, 2 laylı framuqalı qapının, şüşələnməsi zamanı şüşənin ağırlığı nəticəsində yapışqan vasitəsi ilə bir-birinə yapışdırılmış MDF lövhələr bir-birindən ayrılmış, şüşələnmə çərçivələrin kənarı keyfiyətlə cilalanmamış və rənglənməmişdir; Pilləkən və aksessuarlarının quraşdırılmasında yol verilmiş qüsurların aradan qaldırılmasına çəkilən xərcin dəyəri 1 pillə üçün dəyəri bazar qiymətlərinə uyğun təqribən 180-230 manat təşkil edir. Tədqiq olunan evdə 38 ədəd pilləkənin quraşdırılmalı olduğunu nəzərə alaraq, yol verilmiş qüsurların aradan qaldırılmasına çəkilən xərcin dəyəri 7790.0 manat (38 ədəd x 205 manat) təşkil etdiyi müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2(106)-120/2024 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), C.İmanov və P.Əhmədov) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2(022)-833/2023 saylı qətnaməsi ilk iddianın rədd olunması hissədə ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetirilmiş zərərin əvəzi olaraq 7790 (yeddi min yeddi yüz doxsan) manat, ödənilmiş dövlət rüsumuna görə 127.5 (bir yüz iyir mi yeddi manat, 50 qəpik) manat, vəkilin göstərmiş olduğu hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyasının müəyyən etdiyi işin mübahisəsiz halları ondan ibarətdir ki, podratçı Cavabdeh2 şərtləşdirilmiş müddət pozulmaqla bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və 2 ədəd “MDF” materialından qapı hazırlayaraq quraşdırmış, işlərin gedişatında istifadə olunan mal-materiallara görə 2500 və 1500 manat olmaqla 4000 manat ödəniş almışdır. İşlərin qüsurlu görülməsindən dolayı sifarişçi podratı qəbul etməmiş, qüsurların aradan qaldırılması üçün əlavə 2000 manat ödəniş etməklə vaxt vermiş, lakin veri lən müddət ərzində də, qüsurlar aradan qaldırılmamışdır. Sifarişçi qüsurların aradan qaldırılmasını başqa ustalara həvalə etmiş və işlər həmin ustalar tərəfindən pilləkənlərin quraşdırılması üçün Cavabdeh2 aldığı göyrüş ağac materiallarından istifadə edilməklə yenidən görülərək təhvil verilmişdir.
23. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı 2 ədəd qapının da göyrüş ağac materiallarından hazırlanmalı olduğunu, Cavabdeh2 isə işlərin görülməsi üçün istifadə olunmalı mal-materialların qiymətləri üzrə təhlil təqdim edərək 2 ədəd qapının göyrüş ağac materiallarından hazırlanmasının razılaşdırılmasının mümkünsüz olduğunu bildirir. Həmin təhlil aşağıdakı kimidir: 2.2 kub/metr göyrüş ağacından taxta materialın 1 kub/metrinin orta bazar qiyməti 2000 manat olduğu üçün 2.2 kub/metrin q iyməti 4400 manat, 5 x 5 ölçüdə 80 ədəd pilləkən aksessuarın (balians) 1 ədədinin orta bazar qiyməti 8 manat olduğu üçün ümumi 640 manat, pilləkən sinəliyinin hazırlanması üçün 4 list "MDF" materialın 1 listinin orta bazar qiyməti 80 manat olduğu üçün ümumi 160 manat, 37 pillə pilləkənin rənglənməsi üçün 1 ədədin rənglənməsinin orta bazar qiyməti 40 manat olduğu üçün ümumi 1480 manatdır. Beləliklə taxta qapılar olmadan tək pilləkənin hazırlanması üçün lazım olan materiallar üçün 6680 manat məbləğində pul tələb olunur. Növbəti olaraq isə 2 ədəd qoşa laylı taxta qapının həm göyrüş materialından, həm də "MDF" materialından hazırlandıqda orta bazar qiyməti - əgər 2 ədəd qoşa laylı taxta qapı göyrüş materialından hazırlansa, tələb olunan işlərin və materialın qiyməti belədir: 2.70 metr uzunluql u göyrüş materialının 1 kub/metrinin qiyməti 2700 manat təşkil edir. 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün 1 kub/metr material kifayət edir. Ümumi dəyər 2700 manatdır. İddiaçının iddia etdiyi kimi taxta qapıların da hazırlanması üçün göyrüş materialından istifadə olunmalı idisə, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və göyrüş materialından 2 ədəd qoşa laylı taxta qapı 3200 manat, ümumilikdə 9880 manat təşkil edir. Hələ bu onun öz xidmət haqqı olmadan hesablanan məbləğdir. Necə ola bilər ki, o, usta olaraq xidmət haqqı almadan ümumi mal, materialı 10000 manata yaxın olan bir iş üçün 8500 manata razılaşma etsin?
24. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və bu səbəbdən öhdəliyin icra edilməməsi üçün hansı tərəfin məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.
25. Kollegiya hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlərin podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməməsi cavabdehlərdən Cavabdeh1 həm polis bölməsində aparılan araşdırmalar zamanı, həmdə məhkəmə baxışlarında qismən etirafı, təqdim edilmiş foto şəkillər, video çəkilişlər, mütəxəsis və ekspert rəyləri ilə təsdiqini tapır. Cavabdeh2 subpodratçı olaraq podratı şərtləşdirilmiş keyfiyyətə uyğun, qüsurlardan azad şəkildə icra etməli olduğu, Cavabdeh1 isə podratçı olaraq işlərin vaxtında və keyfiyyətlə görülməsinə nəzarət etməli olduğu halda, qüsurlu məmulat hazırlanmış, sifarişçinin əlavə icra tələbi isə təmin edilməmişdir. Sifarişçi qüs uru özü aradan qaldırdığından, çəkdiyi xərclərin əvəzini ödəməyi hər iki cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla belə, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu «X2 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyini mülki işin apellyasiya baxışı zamanı təyin olunan kompleks məhkəmə mühəndis tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının 14 iyun 2024-cü il tarixli 3-16-16/2-10/9873-9/9970 saylı rəyi ilə müqayisəli təhlil edən kollegiya hesab etmişdir ki, ekspert rəyi daha inandırıcı olmaqla, qüsurların aradan qaldırılması üçün rəylə müəyyən olunan zərərin məbləği daha realdır.
26. Bundan başqa iddiaçı bağ evində quraşdırılmalı olan 2 laylı framuqalı qapının göyrüş ağacı materialından hazırlanmasının podratçı ilə razılaşdır ılmasına dair sübut təqdim edə bilmədiyindən, həmin qapının “MDF” materialından hazırlanması ilə bağlı yetirilən zərərin əvəzinin ödənilməsini tələb edə bilməz.
27. Qarşılıqlı iddia üzrə iddiaçı podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, sifarişçidən razılaşdırlımış muzdu da tam məbləğdə ödəməyi tələb edə bilməz.
28. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 443.2, 445.1, 448.1, 752, 759.1, 759.2, 762.1, 762.2, 763.1, 763.2, 764.1, 765, 21.1, 21.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə xx.xx.2018-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayət inin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin onunla iddiaçı arasındakı münasibətə subpodrat kimi yanaşmasını düzgün hesab etmir. Çünki onunla podratçı olan digər Cavabdeh1 arasında nə yazılı, nə də şifahi subpodrat müqaviləsi olmamışdır. Podratçı olan digər cavabdeh onu sadəcə iddiaçı ilə əlaqələndirmiş və o, onlar arasında olan podrat müqaviləsindən kənar iddiaçının özü ilə müəyyən işlər görülməsi ilə bağlı razılığa gəlmişdir. Yəni tələbin ona aid olan hissəsində iddiaçı ilə digər cavabdeh arasında olan podart müqaviləsinin və cavabdehin etirafları sübut kimi qiymətləndirilməsi düzgün olmamışdır.
31. Şirvan Apellyasiya Məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və onlar tərəfindən də ekspert qarşısında müəyyən suallar qoyulmuşdur ki, ekspert bu suallara cavab verməkdən imtina etmişdir. Sonuncu məhkəmə iclasında məhkəmə kollegiyasına təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versələr də, məhkəmə qərəzli olaraq işin müddətinin uzandığını bəhanə edərək bu halları araşdırmamışdır. Halbuki, iddiaçının nümayəndəsi də ekspert rəyində zidiyyətlər olduğunu həmin iclasda qəbul etmişdir. Ekspert rəyi ekspertiza qarşısında qoyulmuş sualları tam əhatə etmir. Həmçinin rəyin özündə kifayət qədər ziddiyyət mövcuddur. Belə ki, ekspert qarşısında 8 sual qoyulsa da, o bu suall arın yalnız dördünü cavablandırmışdır. Halbuki, həmin suallar işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmək üçün kifayət qədər önəm kəsb etmişdir. Çünki malmaterialın qiymətinin orta bazar dəyərinin öyrənilməsi iş üzrə ziddiyyətli məqamların düzgün həll olunmasına köməklik edəcəkdi. O, işin görülməsi üçün mal-materiala 8000 manat pul xərcləndiyini bildirir, iddiaçı isə ona 6000 manat pul vermişdir. Ekspert isə malmaterialı qiymətləndirməkdən imtina etmişdir. Həmçinin ekspert rəyindəki ziddiyyət ondan ibarətdir ki, 1-ci sual üzrə ekspertin rəyi aydın deyil. Çünki ekspert suala cavab olaraq pilləkən və aksessuarların yığılmasını, texnologiyaya uyğun aparıldığını qeyd etsə də, yekunda zərərin məbləğini müəyyən edərkən pilləkən və aksessuarların qiymətini hesablamışdır. Bu isə ekspertizanın ümumi yyətlə zərərli və ziddiyətli aparılmasıdır. Həmçinin iş üzrə bu qədər ziddiyyətli rəy verən həmin ekspert artıq işindən də kənarlaşdırılmışdır. Buna baxmayaraq Şirvan Apellyasiya Məhkəməsi iş üzrə qeyd olunanları daha dəqiq araşdırması və işə düzgün qiymət verməsi üçün təkrar ekspertizanın keçirilməsindən müddəti bəhanə edərək iddiaçının dediklərini təsdiq etmiş və imtina etmişdir. Məhkəmə onun qarşılıqlı iddiası üzrə iddiaçının özünün də etiraf etdiyi kimi ödəinlməyən 3000 manat məbləğində tələbini təmin etməmiş və belə əsaslandırmışdır ki, podrat müqaviləsi üzrə öhdəliyinin vaxtında və lazımınca icra etmədiyinə görə bu məbləği tələb edə bilməz. Bu mövqe tam ədalətiz və gülüncdür. Əvvəla onun imzaladığı podrat müqaviləsi yoxdur. Qeyd edilən mücərrəd müqavilə üzrə heç bir öhdəlik götürmə mişdir. Həmçinin əgər iş ədalətlə həll olunursa, onun tələbi niyə ilkin iddiaçının tələbi ilə şərtləndirilib? Qanunvericiliyin tələbindən də göründüyü kimi qarşı tərəfin bu faktı təsdiq etməsi onu sübutetmə vəzifəsindən azad edir. İddiaçı ona 3000 manat borclu olması həm onun, həm onun və nümayəndəsinin izahatlarında məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halıdır və məhkəmə tərəfindən tam təmin olunmalı idi. Hətta Biləsuvar Rayon Məhkəməsi də öz qətnaməsində bu faktı araşdırma zamanı müəyyən edilmiş hal kimi təqdim edir.
32. Həmçinin məhkəmənin qərarı o qədər ədaltsizdir ki, ümumi işin görülməsi üçün alınan mal-materialın təkcə bazar dəyəri 8000 manata yaxındır. İddiaçı isə ona özünün də etiraf etdiyi kimi 6000 manat məbləğində pul vermişdir. Yəni mal-materiala bel ə o, öz cibindən 2000 manat pul xərcləmiş və həmin mal-material da iddiaçı tərəfindən istifadə olunub. O, onlara mübahisənin yarandığı ilk vaxtdan alınmış mal-materialları geri qaytarılmasını təklif etsə də, iddiaçı nə malı qaytarmış, üzərinə də ondan pul tələb edir. Məhkəmə isə "ədalətli" qərar qəbul edərək, bu tələbi təmin edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı ilk iddia üzrə İddiaçı yazılı etiraz verərək onun rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Qətnamədən yalnız ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kasasiya şikayəti verdiyindən kassasiya baxışının predmetini ilkin iddianın təmin edilən hissəsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsi təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xey rinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;
41. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir;
42. Maddə 445.1. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında mə suliyyət daşıyır;
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
44. Maddə
752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür;
45. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir;
46. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetiril miş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun;
47. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;
48. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır;
49. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər;
50. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xər clərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər;
51. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər;
52. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
53. Maddə 21.1 və 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və b aşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə q ətnamə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, ilk iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
63. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, bağ evində cavabdeh tərəfindən quraşdırılmalı olan 2 laylı framuqalı qapının göyrüş ağacı materialından deyil, qapının “MDF” materialından hazırlanmasına görə tələb edilən ziyan hissəsində ilk iddia təmin edilmədiyindən və iddiaçı həmin hissədən kassasiya şikayəti vermədiyindən bu hissə kassasiya baxışının predmetini təşkil etmir. Belə ki, məhkəmənin təmin etdiyi ziyan məbləği 38 ədəd göyrüş ağac materialından hazırlanan pilləkənin quraşdırılmasında yol verilmiş qüsurların aradan q aldırılmasına çəkilən xərcin dəyərini təşkil edən 7790.0 manat (38 ədəd x 205 manat) olmuşdur.
64. Məhkəmə kollegiyası 38 ədəd pilləkənin quraşdırılmasına yol verilmiş qüsurların aradan qaldırılmasına çəkilmiş xərcin məbləği hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, podratçı Cavabdeh2 şərtləşdirilmiş müddət pozulmaqla bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və 2 ədəd “MDF” materialından qapı hazırlayaraq quraşdırmış, işlərin gedişatında istifadə olunan mal-materiallara görə 2500 və 1500 manat olmaqla 4000 manat ödəniş almışdır. İşlərin qüsurlu görülməsindən dolayı sifarişçi podratı qəbul etməmiş, qüsurların aradan qaldırılması üçün əla və 2000 manat ödəniş etməklə vaxt vermiş, lakin verilən müddət ərzində də, qüsurlar aradan qaldırılmamışdır. Sifarişçi qüsurların aradan qaldırılmasını başqa ustalara həvalə etmiş və işlər həmin ustalar tərəfindən pilləkənlərin quraşdırılması üçün Cavabdeh2 aldığı göyrüş ağac materiallarından istifadə edilməklə yenidən görülərək təhvil verilmişdir.
65. Mülki Məcəllənin podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən maddələrinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırı b çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. (Maddə 763.1, 764.1, 765, 766)
66. Kassator şikayətində bildirir ki, ümumi işin görülməsi üçün alınan mal-material ona qaytarılmayaraq yenidən istifadə edildiyi halda, həmin mal-materialın dəyəri vurulmuş zərər kimi ondan t utulmuşdur.
67. Məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə təyin etdiyi ekspertiza qarşısında istifadə edilmiş mal-materialın dəyəri ilə bağlı sual qoyulsa da, ekspert tərəfindən həmin sual üzrə araşdırma aparılmamış və həmin rəydə 1 ədəd pillənin quraşdırılması üçün çəkilən xərc ümumi olaraq bazar qiymətlərinə uyğun 205 manat götürülərək 38 pillə üçün 7790 manat olduğu müəyyən edilmiş, lakin bu zaman həmin məbləğin tərkibində 38 ədəd pilləkənin hazırlandığı göyrüş ağacı materialının da qiymətinin olması və qüsur aradan qaldırılarkən yeni material alınmadığı, məhz cavabdeh tərəfindən alınan və dəyəri iddiaçı tərəfindən ödənilən materialdan istifadə edilməsi nəzərə alınmamış, yenidən quraşdırmaya çəkilə n xərcin məbləğindən həmin mal-materialın dəyəri çıxılmamışdır.
68. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
69. Buna görə də, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilən h issəsində işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
70. Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə kassasiyanın dəlillərini əsassız hesab edir.
71. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumi işə görə razılaşdırılan 8500 manat muzddan 6000 manat ödəniş edildiyi, lakin cavabdehin hazırladığı 2 ədəd qapının qüsurlu və istifadəyə yararsız olduğu, həmçinin 38 ədəd pilləkənin də qüsurlu olduğu və tam sökülərək yenidən quraşdırıldığı müəyyən edilmişdir. Belə olan halda, sifarişçi qüsurlu məmulatı qəbul etməkdən imtina etdiyindən podratçının m üqavilə üzrə tam muzdu tələb etmək hüququ yoxdur. Buna görə də, qarşılıqlı iddianın rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
72. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır.
73. İşə yenidən baxılarkən məhkəmə tərəflər arasında pilləkənin quraşdırılması ilə bağlı razılaşmanın şərtlərini, alınan mal-materialın dəyərinin muzdun məbləğinə daxil olub- olmamasını, pilləkən yenidən quraşdırılarkən əlavə göyrüş ağacı materialının alındığı, yoxsa əvvəl alınan materialdan istifadə edildiyi aydınlaşdırılmalı, bundan asılı olaraq pilləkənin yenidən quraşdırılması üçün ekspert tərəfindən hesablanan xərcin tərkibindən həmin materialın dəyərinin çıxılması məsələsi həll edilməli, iş üzrə əhəmiyyət kəsb edən bu halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-120/2024 nömrəli iş üzrə 02 oktyabr 2024-cü il tarixli qətnaməsi q ismən, ilk iddianın təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.