Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3550/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin “Bakı Sukanal İdarəsi” nə qarşı “işə bərpa, əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14000/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə açıq m əhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin “Bakı Sukanal İdarəsi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh X6 “Bakı Sukanal” idarəsinin xx xxxxxx 2017-ci il tarixli 186 saylı əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, “Bakı Sukanal” idarəsinin +132 “Şimal” nasos stansiyasında nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə xx xxxxxx 2017-ci il tarixdən işə bərpa olunana qədər almadığı əmək haqqı pulunun hesablanaraq ona ödənilməsi və 30000 manat zərərin, ödədiyi 30 manat dövlət rüsumunun və vəkil bürosuna ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi il ə iddia tələbi qismən təmin edilmiş, X3 “Bakı Sukanal” idarəsinin +132 “Şimal” nasos stansiyasında nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilməsi, xx.xx.2017-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının X4 ödənilməsi, 30 manat ödənilmiş dövlət rusumunun dəyərinin və vəkil bürosuna ödənilmiş 100 manat pulun “Cavabdeh» ASC-nin «Bakı Sukanal İdarəsi”indən alınaraq X4 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Vaqif İHəsənov) Bakı Apellyasiya M əhkəməsinin 2(103)-14000/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh“Bakı Sukanal” idarəsininin və maraqlı şəxs Cavabdeh ASC-nin apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tar ixli, 2(008)-5032/2018 nömrəli qətnaməsi ləğv olunmuş, iddia tələbi rədd edilmişdir. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İlham Kərimli) İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Apelyasiya məhkəməsi cavabdeh təşkilatın dəvət etdiyi şahidlərin ifadələrinə istinadən əsassız olaraq iddiaçının dəlillərinə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəki l kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır. İddiaçı tələbini onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xx.xx.2017-ci il tarixdə qanunsuz olaraq xitam verilməsi, müqaviləyə xitam verilməsinin səbəblərinin ona məlum olmaması, əmrin surətinin ona təqdim edilməməsi işdən çıxma batədə əmr verilməsindən əvvəl ona verilmiş intizam tənbehlərindən məlumatsız olması ilə əsaslandırmşdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına və şahid ifadələrinə əsasən xx.xx.2017-ci il tarixli əmrlə İddiaçı iş növbəsində olarkən iş yerini özbaşına tərk etdiyinə və bu səbəbdən suyun səviyyəsinə nəzarəti həyata keçirmədiyinə görə ntizam tənbehi verilməsi, qeyd edilən intizam tənbehi verilməsindən əvvəl iddiaçının izahatının alınması, bununla da verilmiş intizam tənbehindən xəbərsiz olması barədə idd iaçının dəlillərinin təkzib edilməsi, verilmiş intizam tənbehindən iddiaçının nəticə çıxarmayaraq yenidən əmək müqaviləsi üzrə vəzifələrinin icrasında nöqsanlara yol verməsini, nasos qurğularının maşinistinin peşə təlimatına görə maşinistin əsas vəzifələrindən birinin siyirtmələrin açılıbbağlanmasını təmin etmək olduğu halda, iddiaçının suyun verilməsini təmin edən siyirtmələrdən birini bağlaması, nəticədə uzun müddət abonentlərin içməli su ilə təchizatında çətinliklər yaranmasını, bununla bağlı abonentlərdən şikayətlər daxil olması, iddiaçının hərəkətlərinin müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsini, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatının razılıq verməsini, eləcə də iş vaxtı iddiaçının iş yoldaşını kollektiv qarşısında kobud ifadələrlə təhqir et məsini müəyyən edərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş gəldiyi nəticəni də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72-ci maddəsinin “e” bəndləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının müəyyən edilməməsinə istinad edərək, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edil məsindən asılıdır. Apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallardan isə görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyi pozulmayıb, əksinə, iş növbəsində olarkən iş yerini özbaşına tərk etdiyinə və bu səbəbdən suyun səviyyəsinə nəzarəti həyata keçirmədiyinə görə əvvəlcə İddiaçı izahatı alınmış və xx.xx.2017-ci il tarixli əmrlə ona intizam tənbehi verilmişdir. İddiaçı intizam tənbehindən nəticə çıxarmamışdır. Peşə təlimatına görə nasos quğularının maşinistinin əsas vəzifələrindən biri də siyirtmələrin açılıb-bağlanmasını təmin etmək olduğu halda, iddiaçı suyun verilməsini təmin edən siyirtmələrdən birini bağlamayıb, bunun nəticəsində də uzun müddət abonetlərin içməli su ilə təchizatında çətinliklər yaranıb, abonentlərin narazlığı olub ki, bu da müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirib. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatı razılıq verib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə isə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,İddiaçı kassasiya şikayətit əmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14000/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3550/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3550/2020
20.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver