Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3551/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli 2(103)-13462/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov, iş № 2(008)-833/2018) İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələb inə dair iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən mülkün İddiaçı mülkiyyətində olan 5/6 hissəsinin işə əlavə edilmiş və rəydə öz əksini tapmış bölgü sxeminə uyğun olaraq bölgü sərhədləri hüdudunda naturada ayrılaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 21 oktyabr 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə X2 məxsusdur. 2017-ci ilin noyabr ayında İddiaçı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan evin 5/6 hissəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə məqsədinin orada yerləşən qanunsuz tikililərin sənədləşdirilməsindən ibarət olmasını, məhkəmənin iddianı təmin edərkən tikililərin hüquqi əsasını müəyyən etməməsini, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş mate riallarından görünür ki, iddia tələbində yalnız mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan yaşayış sahəsinin bölünməsi tələb olunmuşdur. Mülkiyyət hüququnun subyekti olmayan qanunsuz tikililərin tərəflər arasında bölünməsi iddianın predmeti olmadığından və qətnamə ilə belə tikililərin tərəflər arasında naturada bölünməsi müəyyən olunmadığından, kollegiya kassasiya şikayətinin bu barədə olan dəlillərini əsassız sayır. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş 08 avqust 2018-ci il tarixli rəylə fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün hesab edilmiş və bununla əlaqədar bölgünün sxemi tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.) Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Evin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün olduğund an və qanunun yuxarıda göstərilən norması ümumi əmlakdan payın ayrılmasına yol verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3551/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3551/2019
15.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver