Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3551/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3551/21 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 30 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gə tirilməs” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-173/2020 nömrəli, 26 fevral 2021-ci il tarixli qərardadından İddiaçı1 kassasiya şikayətinə 26 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-164/2018 saylı, 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızna qarşı "torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Marif Kazımov)
2. İddiaçı1 apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-173/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Gədəbəy Rayon Мəh kəməsinin 06 iyun 2018-ci il tarixli, 2(042)-164/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev)
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti 16 noyabr 2020-ci il tarixdə iddiaçı tərəfindən poçt xəbərnaməsinə imza olunmaqla rəsmi olaraq qəbul edilmişdir.
4. İddiaçı1 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Kasasiya şikayəti və müddətin bərpası barədə ərizə 04 fevral 2021-ci ildə apellyasiya məhkəməsinə daxil olmuşdur.
5. Müddətin bərpası barədə ərizə onunla əsаslаndırılıb ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qətnaməsini aldıqdan sonra xəstə olmu ş, koronavirus pandemiyası ilə əlaqədar yollar bağlı olduğu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində kassasiya şikayəti verə bilməmiş və müddəti üzrlü səbəbdən ötürmüşdür.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2021-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-173/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev)
7. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçı ərizəsində xəstə olmasını göstərsə də, bu barədə sübut təqdim etməmiş, məhkəmə iclasında da bu barədə sübutunun olmadığını bildirmişdir.
8. Apellyasiya in stansiyası qeyd edib ki, MPM-in 133-cü maddəsi buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq həmin müddətin bərpa edilməsinə imkan verir. Ancaq müddətin bərpası üçün buraxılmış müddətin üzrlü sayılması uçun əsaslar olmalıdır. İddiaçı isə belə bir sübut verməmişdir.
9. Apellyasiya məhkəməsi ərizədə göstərilən halları müddətinin üzrlü səbəbdən buraхılması kimi qiymətləndirməmiş və müddəti bərpa etməmişdir.
10. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 133.1, 133.5 və 405.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı İddiaçı1(Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və 26.02. 2021-ci il tarixli qətnamədən ve rilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri: - həqiqətən də iddiaçı kassasiya şikayəti vermək müddətini ötürüb. Lakin bunun bir səbəbi pandemiya ilə bağlı qadağalardısa, əsas səbəbi xəstəlik keçirməsi olmuşdur. Xəstəliyi ilə bağlı iddiaçının sübut təqdim etməməsinin səbəbi iddiaçının yaşadığı kəndin Gəncə şəhərindən çox uzaq məsafədə, qarlı dağ relyefində yerləşməsidir; - tibb müəssisələri rayon mərkəzində yerləşdiyindən həkimə rəsmi qaydada müraciət etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı1 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67. 1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Ma ddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikay əti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüm lədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərdadının ləğv olunması üçün əsas yoxdur.
19. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür k i, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçıya 16 noyabr 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə 04 fevral 2021-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılıb.
20. İddiaçının müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apellyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı müddəti ötürməsinin üzrlü səbəbi kimi xəstə olmasını qeyd etsə də, bununla bağlı apellyasiya məhkəməsinə sübut təqdim etməmişdir. Halbuki iddiaçı həmin xüsusatı sübut etmək vəzifəsi daşımışdır. Müddətin bərpa edilməsi də məhz üzrlü hal kimi qeyd edilən halın sübut edilməsindən asılıdır.
21. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilik buraxılmış müddət in bərpası imkanını nəzərdə tutsa da, yalnız ərizənin verilməsi özü-özlüyündə müddətin bərpası üçün əsas deyil. Bütün hallarda ərizədə qeyd edilən üzrlü səbəblər sübuta yetirilməlidir.
22. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-173/2020 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.