Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3552/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X4 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçıun vəkili X5, cavabdeh “xxxxxxxxx” MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçıun cavabdehlər “xxxxxxxxx” MMC-yə və onun təsisçisi İraq Respublikası vətəndaşı İsam X6rşı “təsisçilərin ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 -ci il tarixli 2(103)-448/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxxxxxxx” MMC-nin təsisçisi (direktoru) İraq Respublikası vətəndaşı X13 Almukhtar və vəkili X1 şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə və onun təsisçisi İraq Respublikası vətəndaşı İsam X6rşı, (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi 3-cü şəxs olmalqa) iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə “xxxxxxxxx” MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada qeydə alınması üçün əsas olmuş “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız hesab edilməsi və həmin qərarı n davamı olan hüquqi nəticə kimi “xxxxxxxxx” MMC-nin təsiçilərinin Nizamnamə kapitalındakı təsis paylarının dəyişdirilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının etibarsız sayılması, qeyd olunan qərarların hüquqi nəticələrinin ləğv edilməsi, “xxxxxxxxx” MMCnin təsisçisi X7 500000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxx” MMC İddiaçıa qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehdən vurulmuş ******* manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2019 saylı, xx xxxxx 2019-cu il tari xli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2017-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi və həmin qərarların nəticələrinin ləğv edilməsi, ilkin iddia üzrə cavabdehlər “xxxxxxxxx” MMC-dən və X7 ilkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatının ilkin iddia üzrə İddiaçıun xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşlılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Sərdar Mehralıyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-448/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2019 saylı, xx xxxxx 2019-cu il t arixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) Cavabdeh “xxxxxxxxx” MMC-nin təsisçisi İraq Respublikası vətəndaşı X13 Almukhtar və vəkili X3 şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, təsis yığıncaqlarında ilk iddia üzrə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iştirak etmiş və təsis yığıncağının qərarlarını imzalamışdır. Bu baxımdan təsis yığıncağı tam qanuni əsaslarla keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxx” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçıun vəkili X9 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər cavabdeh “xxxxxxxxx” MMC-nin təsisçisi İraq Respublikası vətəndaşı X13 Almukhtar və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməslərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Pros essual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” MMC xx xxxx 2011-ci ildə qeydə alınıb, Nizamnamə kapitalı 100 faiz təsis payı ilə ilki iddiaçıya məxsus olub. Bundan sonra MMCnin nizamnamə kapitalı 20 manat, hər təsis payı 1 manat, hər birinin təsis payları 10 manat, yəni nizamnamə kapitalı 50% olmaqla xx.xx.2016-cı il tarixdə İddiaçı və X14 Almukhtarın adlarına qeydə alınmışdır. “xxxxxxxxx” MMC-nin Nizamnamə kapitalında təsis paylarının məbləği, tərkibi və dəyişdirilməsi “xxxxxxxxx” MMC-nin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. “xxxxxxxxx” MMC-nin təsisçisi kimi 20 manat məbləğində təsis fondunda 10 manat məbləğində paya sahib olan (50%-lik paya) X13 Almukhtar xx.xx.2017-ci il tarixdə iddiaçının iştirakı, xəbəri və razılığı olmadan “xxxxxxxxx” MMC-nin 20 manatdan ibarət (hər birinin nominal dəyəri 1 manat olmaqla 20 paydan ibarət) Nizamnamə kapitalını 1000 manatadək – bir min payadək artırıb və həmin payda özünün payının 990 manat olmaqla özünün 999 paya, iddiaçının isə Cəmiyyətin nizamnamə kapitalındakı 50%-lik payının 1 pay olmaqla 1% paya sahib olmasına nail olub, bununla da qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tələblərini pozub. “xxxxxxxxx” MMCnin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarını təsisçi kimi adından etibarnamə əsasında imzalamış X20 həmin qərarı imzalamaqda səlahiyyətsiz olmuşdur. Belə ki, o, X17 öz adından Azərbaycan Respublikasının ərazisində, onun dövlət və ya digər orqanlarında onu təmsil etmək, sənədlər imzalamaq səlahiyyəti verməmişdir. Buna görə də “xxxxxxxxx” MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada qeydə alınması üçün əsas olmuş MMC-nin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarı etibarsız hesab edilməli və həmin qərarın davamı olan hüquqi nəticələr etibarsız hesab edilməlidir. Həmçinin “xxxxxxxxx” MMC-nin Nizamnamə kapitalındakı paylara dəyişiklik edilməsi barədə “xxxxxxxxx” MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarında təsisçi kimi onun adından edilmiş imza da ona məxsus deyildir.Bundan başqa, X14 Almukhtarın qeyd edilən qanuna zidd əməlləri nəticəsində iddiaçıya 500000 manat mənəvi zərər dəymişdir. Qarşılıqlı iddia onunla əsaslandırılıb ki,2016-cı ilin dekabr ayının əvvəllərində İddiaçıun dəvəti ilə cavabdeh xx.xx.2016-cı il tarixdə “xxx xxxxxx” MMC-nin nizamnamə kapitalına 10 manat pul şəklində əlavə pay qoyaraq, MMC-ə yeni təsisçi olaraq daxil edilmişdir. MMC-nin ümumi yığıncağında İddiaçıun etibarnamə üzrə nümayəndəsi X20 iştirak etmişdir. xx.xx.2017-ci il tarixli ümumi yığıncaqda da İddiaçı və etibarnamə üzrə nümayəndəsi X21 iştirak edərək nizamnamə kapitalını 990 manat məbləğində artırıb 1000 manat məbləğində edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı nümayəndəsi X18 verdiyi etibarnaməni qanunsuz olaraq mübahisələndirir. Qarşlıqlı iddiaçı “xxxxxxxxx” MMC-nin nizamnamə kapitalını artırmaqda vicdanlı alıcıdır. İddiaçı bu hərəkətləri ilə ona qarşı maddi və mənəvi ziyan vurur. Belə ki, xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli qərarlar etibarsız hesab edilməklə ona ******* manat məbləğində mənəvi ziyan v urulmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətiqismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-448/2020 nömrəli qətnaməsi qismən – “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız şikayət həddində, yəni qərarın etibarsız hesab edilməsi iddia tələbinin təmin olunması hissəsində yoxladığı üçün kassasiya instansiyası da apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bu hissədə yoxlayır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməs i də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməsi işin faktiki halla rını araşdırma qəbul edilməməlidir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına əsasən “xxxxxxxxx” MMC-nin 100% təsis payı ilə Almaniya Federativ Respublikasının vətəndaşı İddiaçıun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydə alınması, “xxxxxxxxx” MMC-ni İraq İslam Respublikasında təmsil etmək məqsədi ilə İddiaçı tərəfindən X19 verilmiş etibarnamə əsasında sonuncunun səlahiyyəti olmadan Cəmiyyətin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarı ilə X13 Almukhtarın MMC-nin təsisçiləri sırasına daxil edilməsini, xx.xx.2017- ci il tarixli ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalının artırılması, X13 Almukhtarın MMC-nin nizamnam ə kapitalının 99%-nə sahib çıxması və nəticədə İddiaçıun əmlakından məhrum olmasının təsdiq edilməsini, ekspert rəyi ilə ümumi yığıncağın xx xxxx 2017ci il tarixli qərarındakı imzanın İddiaçı tərəfindən imza edilməməsini, ümumiyyətlə, iclasın keçirildiyi vaxt ilk iddiaçının Azərbaycanda olmamasını müəyyən edərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəlləsinin 43.1, 87.1, 90.5, 90.6, 91.1-1, 91.3.1, 359.3, 360.1, 337, və 425-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərlə bağlı təmin edilməyən iddia tələbi üzrə ilk iddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, ilk iddiaçı apel yasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Bu o deməkdir ki, ilk iddia tələbi üzrə mənəvi zərərlə bağlı iddia tələbi artıq mübahisə predmeti deyil. Cavabdehin şikayəti qətnamənin tam ləğv edilməsinə yönəlsə də, şikayətin məzmunundan görünür ki, apelyasiya instansiyasının qətnaməsi iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin şikayəti üzrə qətnaməni yalnız mübahisələndirilən hissələrdə, yəni iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edilən hissələrində yoxlayır. Məhkəmə kollegiyası “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində iddianı təmin, eləcə də qarşılıqlı iddianı rədd e dən birinc instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə apelyasiya instansiyasının gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün hesab edir. Belə ki, apelyasiya məhkəməsi “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarında təsisçi İshaq Edmondun adının qarşısındakı imzanın ona məxsus olmasının ekspert rəyi təkzib edilməsini, Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında İshaq Edmondun xx xxxxxx 2016-cı il tarixdən xx xxxx 2013-cü il tarixinədək Azərbaycan Respublikasında olmamasını müəyyən etmişdir. Nəzərə alınsa ki, iddiaçı tələbinin əsası kimi də məhz ümumi yığıncağın xx xxxx 2017-ci il tarixli qərarındakı imzanın ona məxsus olmaması və bu yığıncaqdan, ümumiyyətlə, məlumatsız olmasına istinad etmişdir, belə olan halda, a pelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmuşdur. Mülki Məcəllənin 90.5-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəy işmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Mülki Məcəllənin 90.6-cı maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 91.1-1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək onun iştirakçılarının müstəsna səlahiyyətlərinə aiddir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, ilk iddiaçının MMC-nin təsisçisi kimi hüquqları pozulub, təsisçi kimi razılığı olmadığı halda Nizamnamə kapitalına cavabdeh tərəfindən əlavə pay qoyulub, əlavə pay qoyulmaqla ilk iddiaçının MMC-nin Nizamnamə kapitalında iştirakçı payı 50 faizdən 1 faizə enib. Halbuki qeyd edilən qanunvericilik normalarının tələbi baxımından MMC Nizamnamə kapitalına əlavə edilməsi, təsisçilərin payınının artırlıb-azaldılması yalnız ümumi yığıncağın qərarı ilə olmalıdır. Həmçinin İddiaçıun qanunsuz hərəkətlərinə son qoyulması və bu hərəkətlərə görə sonuncudan ******* manat mənəvi zərərin tutulması barədə qarşılıqlı iddia üzrə apelyasiya instansiyası qanunsuz hərəkətlərin nədən ibarət olmasının göstərilməməsinə, ******* manat mənəvi ziyanla bağlı heç bir sübut təqdim edilməməsinə əsasən həmin hissədə də birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamaqla işin hallarına uyğun düzgün nəticəyə gəlmişdir. Halbuki Mülk i Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi qarşılıqlı iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, qarşılıqlı iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesa b etmişdir. Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətinin dəlilini – ümumi yığıncağın xx xxxx 2017-ci il tarixli qərarındakı imzanın ilk iddiaçıya və onun nümayəndəsi X17 məxsus olması – əsassız sayır. Çünki ümumi yığıncağın xx xxxx 2017-ci il tarixli qərarında yığıncağın iştirakçısı kimi məhz İshaq Edmondun adı qeyd edilib, qərarın sonunda da imza edən kimi İshaq Edmondun adı yazılıb. xx xxxx 2017-ci il tarixli qərarda, ümumiyyətlə, X16 nümayəndə kimi İshaq Edmondun adından iştirak etməsi və qərarı imzalaması qeyd edilməyib. Buna görə də xx xxxx 2017-ci il tarixli qərarı ilk iddiaçının nümayəndəsi X16 imzalması barədə dəlil əsaslı sayıla bilməz. Qeyd edilən hissələrdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllən in 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində iddianı təmin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, İshaq Edmond ilkin olaraq “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarını mübahisələndirir və ərizədə Nizamnamə kapitalının 1 00 faizinin özünə məxsus olması, xx.xx.2016-cı il tarixli yığıncağın qərarına əsasən isə cavabdeh X14 Almukhtarın da təsisçi kimi MMC-yə daxil olub, hər ikisinin Nizamnamə kapitalındakı payının 50 faiz olmasını göstərir. İddiaçı sonradan iddia tələbini artırmaqla xx.xx.2016-cı il tarixli yığıncağın qərarını da mübahisələndirmişdir. Mülki Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. İddia ərizəsinin məzmunundan iddiaçının xx.xx.2016-cı il tarixli yığıncağın qərarından xəbərdar olması görünsə də, apelyasiya məhkəməsi həmin yığıncağın qərarının iddiaçı tərəfindən sonradan bəyənilib-bəyənilməməsini müəyyən etməmişdir. Halbuki ərizədən belə görünür ki, iddiaçı Nizamnamə kapitalındakı payların 50 faizlə cavabdeh arasında bölünməsini bilmişdir. Belə olan halda, ilk iddiaçının həmin qərarı bəyənib-bəyənməməsi halının müəyyən edilməsi Mülki Məcəllənin 357-ci maddəsinin tələbləri baxımından işin həlli üçün əhəmiyyət kəsb edir. Lakin apelyasiya məhkəməsi xx.xx.2016-cı il tarixli yığıncağın qərarının etibarsız hesab edilməsi hissəsində də eyni əsasla, yəni yığıncaqların keçirildiyi tarixlərdə ilk iddiaçının Azərbaycan Respublikasında olmaması, ümumi yığıncağın qərarındakı imzanın ilk iddiaçıya məxsus olmaması, etibarnamədə nümayəndəyə səlahiyyətlərin İraq İslam Respublikasında həyata keçirilməsi ilə əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi işin bu halları “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının x x xxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsas olsa da, bunu xx.xx.2016-cı il tarixli yığıncağın qərarına aid etmək olmaz. Əvvəla, xx.xx.2016-cı il tarixli yığıncağın qərarında imzanın təsisçi İshaq Edmondundan adından sonuncunun nümayəndəsi X20 imzalayıb. Buna görə də İshaq Edmondun xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasında olmaması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin əqdin sonradan bəyənildiyi halda, nümayəndəyə verilən salahiyyətlərin İraq İslam Respublikasında həyata keçirilməli olması barədə etibarnamədəki qeydin də əhəmiyyəti itir. Bu səbəbdən xx.xx.2016-cı il tarixli yığıncağın qərarının İ.Edmond tərəfindən imzalanmaması və nümayəndəyə verilən səlahiyyətin İraq İslam Respublikasında həyata keçirilməsi əsası ilə həmin qərarın etibarsız edilməsi işin müəyyən edilmiş halına uyğun deyil. Bu hissədə apelyasiya məhkəməsi sübutları MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirməmişdir. Buna görə də xx.xx.2016-cı il tarixli yığıncağın qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində apelyasiya məhkəməsinin qəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının 05.12 2016-cı il tarixli qərarının etibarsızvə həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin olunması nəticəsinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu da qətnamənin həmin hissəsinin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qətnaməsi qismən – “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hi ssəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, xx xxxxxx 2016-cı il tarixli qərarın ilk iddiaçı tərəfindən sonradan bəyənilib-bəyənilməməsi halını müəyyən etməklə həmin hissədə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxxxxxxx” MMC-nin təsisçisi (direktoru) X13 Almukhtarın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-448/2020 nömrəli qətnaməsi qismən – “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3552/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3552/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver