Məhkəmə qərarları › İş №2(102)-3552/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3552/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3552/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı, İddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəç i hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə, Cavabdeh və İddiaçı2 "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, zərərin ödənilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3008/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsindən ikinci iddia üzrə iddiaçılar Cavabdeh və İddiaçı2 ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən ünvan 1 yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir.

2. Sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. 3. "xxxx" MMMC Cavabdeh MMC-yə rəsmi müraciət edərək yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanı n müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilmiş, lakin təhvil-təslim prosesi yekunlaşmamışdır.

4. Hazırda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həmin ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”XXX” MMC-nin üzərinə qoyulmasını tələb edir.

5. Eyni zamanda Cavabdeh və İddiaçı2 "xxxx" MMMC tərəfindən ünvan 1 yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən təl əb olunmasının qanunsuz hesab edilməsini, həmin ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsini, yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasını, Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılmasını və 20450 manat zərər məbləğinin "xxxx" MMMC-dən tutularaq İddiaçı2 ödənilməsini tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsi ilə Nəsimi R ayon Məhkəməsinə müraciət edərək, ünvan 1 Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin cavabdeh ”XXX” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əs asən, ünvan 1 yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bunda sonra - Cəmiyyət) təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müə yyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xətlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur.

9. Dövlət qeydiyyatından sonra, "xxxx" MMMC-nin İdarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində "xxxx" MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə "xxxx" MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Habelə mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş Cavabdehnə rəsmi müraciət edilərək mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin "xxxx" MMMC-yə təhvil verilməsi tələb e dilməsinə baxmayaraq, hər dəfə müxtəlif səbəblər irəli sürülərək bu günə kimi təhvil-təslim prosesi yekunlaşmamışdır. 10. "xxxx" MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların ümumi paylı mülkiyyətdə olan sahələrin və digər təhlükə potensiallı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin verilməsinin, Cavabdeh MMC və "xxxx" MMMC arasında rəsmi təhvil-təsliminin icrasının istənilən əsasla gecikdirilməsi MMMC-nin yüzlərlə mülkiyyətçisinin, sakinin, ailənin hüquqlarını pozm aqdadır. Nəticədə, binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən Cavabdeh MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələnməkdədir. Bu baxımdan, iddiaçı hüquqi şəxs hazırki vəziyyətdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1, 119.1 və 127-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh ”XXX” MMC-nin nümayəndəsi və vəkili iddiaya etiraz edərək bunları bildirmişdir: - iddiaçının iddia tələblərini şərti olaraq 3 qrupa bölmək olar: “yaşayış binalarının ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrinin təhvil verilməsi”; “həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layih ələrinin, istismara qəbul aktının təhvil verilməsi”; “yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi tələbi”; - ümumi əmlakın “təhvil verilməsi” tələbinə dair iddiaçının iddia ərizəsində bildirilir ki: “dövlət qeydiyyatından sonra.. "xxxx" MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə idarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyə və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir”. Göründüyü kimi, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmaqla "xxxx" MMMC artıq 10 aydır ki, yaşayış binalarının idarə edilməsini, binanın ümumi sahələrinə xi dmət göstərilməsini və s. fəaliyyəti həyata keçirir və bununla bağlı sahə mülkiyyətçilərindən müvafiq xidmət haqları (təmirli sahələrə münasibətdə hər ay üçün hər 1 kv.m. sahəyə görə 1.5 AZN, təmirsiz sahələrə görə 1.0 AZN) yığılır. Başqa sözlə, fəaliyyətə başladığı 10 ay müddətində binaların ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahələrə xidmət göstərilməsi iddiaçının nəzarətindədir; - iş materiallarında olan sənədlərə əsasən "xxxx" MMMC-nin idarə etməyə başladığı dövr üzrə Cavabdeh MMC tərəfindən cəmi 91 810.00 (doxsan bir min səkkiz yüz on) manat xidmət haqqı ödənilmişdir. Yuxanda da qeyd edildiyi kimi hazırda iddiaçının idarəçiliyində olan binaların səlahiyyətli dövlət orqanları tərəfindən qəbulu həyata keçirilmiş və istismarına icazə verilmişdir. Binaların idarə edilməsi əvvəllər müəyyən müddət cavabdeh tərəfindən həyata keçirilmiş və həmin müddət ərzində cavabdehə qarşı binanın ümumi əmlakının saxlanması ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən hər hansı tələb, iddia irəli sürülməmişdir; - o da qeyd edilməlidir ki, idarəetmə cavabdehin nəzarətində olduğu müddətdə cavabdeh binanın saxlanması, xidmət göstərilməsi və s. zəruri xərcləri öz vəsaiti hesabına həyata keçirmiş və buna külli miqdar vəsait sərf etmişdir. İdarəçiliyin iddiaçıya keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsi əsaslı hesab edilə bilməz. Belə olan halda iddiaçının tələb etdiyi “təhvil verilmənin” nədən ibarət olacağı, hansı parametrlər üzrə həyata keçiriləcəyi, faktiki və hüquqi nəticəsinin nədən ibarət olacağı da məlum deyil; - görün düyü kimi, paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan və onlar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hədlərdə sahiblik və istifadə hüquqları həyata keçirilən binanın ümumi əmlakının “təhvil verilməsi” mücərrəd tələb olmaqla, ümumiyyətlə, məhkəmədə baxılmalı tələb deyil; - bundan əlavə, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər...ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi ki, bin ada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər həmin binanın tərkib hissəsinin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur, həmin sahələr iddiaçının nəzarətində olmaqla, özünün də etiraf etdiyi kimi, “xidmət göstərilir”, zəruri təmir və s. işlərə məruz qalmışdır və bu baxımdan da əmlakın “təhvil verilməsi” tələbi tamamilə əsassızdır; - eyni zamanda, işin mübahisələndirilməyən halına həmçinin o da aiddir ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin Ümumi Yığıncağının qərarına əsasən təsis edilmişdir və 2022-ci ilin dekabr ayından dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Ümumi Yığıncaq tərəfindən binanın idarə edilmə üsulu kimi Mənzil Məcəlləsinin 141.2.2-ci maddəsində nəzərdə tutulmuş “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti...tərəfindən idarə e dilmə” üsulu seçilmişdir. Binanın idarə edilməsi Ümumi Yığıncaq tərəfindən "xxxx" MMMC-yə həvalə edildiyindən binanın ümumi əmlakının vəziyyətinə dair akt da Ümumi Yığıncaq tərəfindən yaradılmış komissiya ilə "xxxx" MMMC tərəfindən həmin vaxt imzalana bilərdi. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, idarəetmə hətta müsabiqə yolu ilə seçilməli olan kənar idarəedici təşkilata verildikdə də, hər hansı “təhviltəslim” aktı deyil, “Çoxmənzilli binanın ümumi əmlakının vəziyyətinə dair” akt tərtib edilir. Belə aktın tərtib edilməsi isə müsabiqə təşkilatçısının (hazırkı halda sahə mülkiyyətçilərinin Ümumi yığıncağı ola bilərdi) yaratmalı olduğu komissiya tərəfindən tərtib olunmalı idi. Ümumi yığıncağın hələ 10 ay bundan əvvəl həll etməli olduğu məsələnin (ümumi əmlakın vəziyyətinə dair akt tərtib edilməsi vəzifəsinin) cavabdehdən tələb edilməsi isə iddiaçının bu tələblə bağlı subyektiv hüququnun olmadığına dəlalət edir; - qeyd edildiyi kimi, iddiaçının hazırda irəli sürdüyü tələbin həqiqi subyektləri olan Ümumi yığıncaq və "xxxx" MMMC tərəfindən yerinə yetirildiyi ehtiva olunmalıdır; - binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının təhvil verilməsi tələbinə dair qeyd edilməlidir ki, "xxxx" MMMC-nin bu tələbi irəli sürməyə də subyektiv hüququ yaranmamışdır. İddiaçı təsis edilməsini çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirildiyini bildirsə də, nəzərə almaq lazımdır ki, həmin təsis yığıncağının çağırılması və keçirilməsi Mənzil Məcəlləsinin tələblərinin pozulması ilə müşayiət olunmuş, "xx xx" MMMC-nin “təsis” edilməsi barədə qərar həmin binada yaşayış və qeyri- yaşayış sahəsi olan çoxsaylı mülkiyyətçilərin xəbəri olmadan, həmçinin keçirilən “ümumi yığıncaqda” qərara alınmış, Mənzil Məcəlləsinin 119.4 və 120.1-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, "xxxx" MMMC-nin qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulması ilə yaradılması və binanın idarəçiliyinin "xxxx" MMMC-yə həvalə edilməsi səlahiyyətsiz ümumi yığıncaq tərəfindən həyata keçirildiyi üçün iddia tələbləri bu hissədə də tamamilə əsassızdır; - yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi tələbinə dair ilkin olaraq qeyd olunmalıdır ki, Cavabdeh MMC kooperativ deyil və özünün inşa etdiyi binalardakı s ahələri ayrı-ayrı şəxslərə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişdir. Həmin müqavilələrin tərəfi isə iddiaçının iştirakçısı olan və hazırda adından çıxış etdiyi sahə mülkiyyətçiləridir və müqavilə onlardan tələb edilə bilər. "xxxx" MMMC-nin iştirakçısı olmayan sahə mülkiyyətçiləri də iştirakçı mülkiyyətçilər kimi "xxxx" MMMC-yə xidmət haqqı ödəyirlər və bu səbəbdən müqavilə onların özündən tələb edilə bilər; - bundan əlavə, nəzərə alınmalıdır ki, binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyəti daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna çıxarışlar almışlar və iddiaçıya lazım ola biləcək bütün məlumatlar həmin çıxarışlarda əks olunmuşdur. Bu səbəbdən artıq çıxarış alınmış mənzillərə dair alqı-satqı müqavilələrinin cavabdehdən tələb edilməsinin tamamilə əsassız old uğunu sübut etməyə ehtiyac yoxdur. Həmçinin iddiaçının tələb etdiyi müqavilələrin yaşayış və qeyri-yaşayış sahələrinin yalnız sahə ölçülərinə aid hissəsində məlumatları zəruri ola bilər ki, bu məlumatlar da ona məlumdur.

13. Eyni zamanda, iddiaçılar Cavabdeh və İddiaçı2 iddia ərizəsi (iddianın dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMC tərəfindən ünvan 1 yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsinə, ünvan 1 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə girişçıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasına, Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılması və 20450 manat zərərin "xxxx" MMMC-dən tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1da Cavabdeh MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 k.m. yaşayış sahəsindən 4051 kv.m. hissəsi və həmçinin həmin yaşayış binalarındakı qeyri-yaşayış sahəsi Cəmiyyətin təsisçisi İddiaçı2 sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrıayrı vətəndaşlara satılmışdır. Çoxmənzilli yaşayış binalar ının sakinlərinin bir qismi tərəfindən “XXX" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (“XXX-təsis edilmiş, həmin cəmiyyət 23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Hazırda yaşayış binalarının idarəetməsi həmin "xxxx" MMMC tərəfindən həyata keçirilir. İddiaçılar həmin "xxxx" MMMC-nin iştirakçısı olmamışdır. İddiaçıya qarşı irəli sürülən qanunsuz tələblər və hənin tələblərə istinadən binanın ümumi əmlakından yaradılan qanunsuz maneələr cavabdeh tərəfindən iddiaçılara qarşı mütəmadi olaraq müxtəlif məzmunlu əsassız tələblər irəli sürülür.

15. Liftlərin cari təmiri üçün məbləğin “XXX’ MMC-dən tələb edilməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh "xxxx" MMMC tərəfindən xx.xx.2023-cü il tarixli, 44 nömrəli məktubla Cavabdeh MMC-yə m üraciət edilərək, kompleksdə mövcud istismar olunan liftlərdə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün 10409 (on min dörd yüz doqquz) manat vəsaitin "xxxx" MMMC-nin hesabına köçürülməsi xahiş edilmişdir. Həmin məktuba "xxxx" MMC-nin “liftlərə lazım olan ehtiyat hissəsi üçün qiymət təklifi” də əlavə edilmişdi. Halbuki, birincisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyinin “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə” xx.xx.2023-cü il S7 nömrəli Çıxarışdan görünür ki, "xxxx" MMMC-nin müraciəti əsasında ünvan 1-də yerləşən cəmi 7 ədəd sərnişin liftləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət qeydiyyatına alınmışdır. İkinci si, cavabdeh "xxxx" MMMC-nin liftlərin cari təmirinə işlərin ödənilməsini Cavabdeh MMC-nin üzərinə qoymaq cəhdi də əsassızdır. Belə ki, liftlər artıq 5-10 ildir ki, istismar olunur və tələb olunan cari təmir işləri amortizasiya ilə bağlıdır. Göründüyü kimi, cavabdeh "xxxx" MMMC-nin adına dövlət reyestrində qeydiyyata alınmış liftlərdə müəyyən edilən “qüsurların” aradan qaldırılmasına görə “XXX’ MMC-dən ödəniş tələb edilməsi tamamilə qanunsuzdur.

16. İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahələrində fəaliyyət göstərən icarəçi hüquqi şəxslərin əməkdaşlarına, müştərilərinə maneə yaradılması tələbi ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" MMMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binalarındakı ofis kirayəçilərinə məktub göndərilərək, bildirilmişdir ki: “Bina kompleksində təhlükəsizli yin tam və düzgün təmin edilməsi təşkil edilmiş mühafizə xidməti tərəfindən ofis sahələrində çalışan əməkdaşların buraxılması yalnız onların şəxsiyyətini təsdiq edən sənəd əsasında mümkün olacaqdır. Həmçinin, ofisə gələn qonağın buraxılması, ofisdə çalışan həmin qonaq barədə öncədən verdikləri məlumat və qonağın şəxsiyyətini təsdiq edən sənəd əsasında baş tutacaqdır”. Eyni məzmunlu məktub İddiaçı2 də göndərilmişdir.

17. Cavabdehin bu tələbi də qanunsuz hesab edilməlidir. Belə ki, həmin sahələrin icarəçiləri hava yolları, təhsil, tibb, informasiya dizayn, energetika, tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən şirkətlərdir. Bu şirkətlərin işçilərinin öz iş yerlərinə daxil olmaq üçün hər dəfə şəxsiyyətini təsdiq edən sənədin tələb edilməsinin həmçinin bu şirkətlərin xidmətlərindən istifadə edən şəxslər barəsində öncədən məlumat verilməsi tələbinin absurd olmasını sübut etməyə ehtiyac yoxdur. Belə tələb absurd, həmin şirkətlərin sahibkarlıq fəaliyyətinə müdaxilə olmaqla yanaşı, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinin İ hissəsi ilə təsbit edilmiş azad sahibkarlıq hüququn həyata keçirilməsinə qanunsuz maneədir. Qanunsuz maneələrin yaradılması həmçinin həmin sahələri icarəyə verməklə gəlir əldə edən iddiaçının mülkiyyət hüququnun pozulmasına və işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olur. Belə ki, həmin sahələrin icarə müqavilələrində iddiaçı XXXə qüvvədə olduğu müddət ərzində icarəçinin icarə obyektinin yerləşdiyi sahəyə sərbəst giriş-çıxışını təmin etmək öhdəliyini götürmüşdür. İddiaçı2 Azərbaycan Respublikasının Konstitusiyası, M ülki Məcəlləsi və “İcarə haqqında" Qanunu ilə təsbit edilmiş mülkiyyət və onun üzərində öz istədiyi kimi sərəncam vermək, o cümlədən mülkiyyətini icarəyə vermək hüququnun pozulmasına səbəb olan belə məhdudiyyətlər qanunsuz hesab edilməlidir.

18. Binaların liftlərinə müdaxilə edilməklə istifadəsinin məhdudlaşdırılmasına dair sadalanan qanunsuz tələblərin məntiqi nəticəsi kimi "xxxx" MMMC-nin icraçı direktoru tərəfindən “XXX" MMC-yə 3 avqust 2023-cü il tarixli, 46 nömrəli və İddiaçı2 həmin tarixli, 47 nömrəli xəbərdarlıq göndərilmişdir. Qeyd edilən Xəbərdarlıqda bildirilmişdir ki, həmin MMMC-nin növbədən kənar ümumi yığıncağı keçirilmiş və xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara istinad edilərək göstərilib ki, “İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası içilər üçün məcburidir.” Kompleksin ümumi istifadəsində olan sahələrin, o cümlədən liftlərin istismarı və istifadəsinə məhdudiyyət qoyulacağı bildirilmişdir. Qeyd edilən “Xəbərdarlığın” təqdim edilməsindən sonra yaşayış kompleksinin 1 və 2 saylı binalarında quraşdırılmış liftlərin 2ci və 3-cü mərtəbələrində yerləşən sahələrə gediş üçün liftdən istifadəyə qanunsuz olaraq məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən həmin mərtəbələrdəki ofis sahələrinin icarəçilərinin liftdən istifadəsi qeyri-mümkün olmuşdur. Həmin hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X8 Agentliyinə edilmiş müraciətə Agentlik tərəfindən Cavabdeh MMC-yə və "xxxx" MMMC-yə göndərilmiş 17 avqust 2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki: “... "xxxx" MMMC-nin rəhbərliyinin tapşırığına əsasən edilmiş müdaxilə nəticəsində 1-ci və 2cibinaların 2-ci və 3-cü mərtəbələrinin çağırış düymələrinin məhdudlaşdırıldğı barədə xx.xx.2023-cü il tarixli müraciətə əsasən, Agentliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və akt tərtib edilmişdir. Baxış zamanı sözügedən mərtəbələrdə liftlərin şaxta və kabinə qapılarının açılmadığı müəyyən edilmişdir. Qapıların məhdudlaşdırılması liftin nasazlığı səbəbindən həmin mərtəbələrdə liftdə qalan insanların təxliyvəsinə mane olur və bu da həmin şəxslərin həyat və təhlükə yaradır. Bu səbəbdən də təhlükəsizlik tələblərinə zidd olduğuna görə qapıların açılmasına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır”. Lakin hazırda da “XXX" MMMC tərəfindən liftlərə qoyulmuş qanunsuz məhdudiyyət qalmaqdadır. Cavabdehin belə açıq-aşkar qanunsuz hərəkətləri qərəzli xarakter daşımaqla, iddiaçılara əsassız tələblərinin təmin olunması üçün təzyiq xarakteri daşıyır. Belə ki, iddiaçıların ümumi istifadə yerlərinin saxlanması və ya kommunal xidmətlərə görə hər hansı borcu mövcud deyil və konkret xidmət və həmin xidmətə görə yaranmış “borc” məbləği göstərilməklə heç bir konkret tələb irəli sürülmədən iddiaçının mülkiyyətində lift xidmətinin məhdudlaşdırılması; əlavə olaraq, belə “borcun" mövcudluğu qəbul edilsə belə, həmin “borca” görə yüksək təhlükə mənbəyi hesab edilən liftin istismar qaydalarının kobud surətdə pozulmaqla insanların həyatını təhlükə altına qoyan hərəkətin edilməsi; "xxxx" MMMC tərəfindən belə “tənbeh” tədbirinin tətbiq edilməsi qanunsuzdur."xxxx" MMMC-nin adından “Xəbərdarlığı” imza lamış “icraçı direktor"-un hər hansı səlahiyyəti yoxdur. Belə ki, qanunverici (Mənzil Məcəlləsi, maddə 124, 127, 129) "xxxx" MMMC-nin adından etibarnaməsiz çıxış etmək səlahiyyətini yalnız İdarə Heyətinin sədrinə aid etmişdir və bu, imperativ normadır. Digər şəxslər yalnız onun verdiyi etibarnamələr əsasında cəmiyyətin adından çıxış edə bilər.

19. Həmçinin onu da qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin nizamnaməsində də icraçı direktor adlı vəzifə və həmin vəzifəyə təyin olunmuş/seçilmiş şəxsin səlahiyyətləri barədə heç bir müddəa yoxdur. Digər tərəfdən, cəmiyyətin nizamnaməsində idarə heyətinin sədrinə “icraçı direktor” və ya digər vəzifə təsis etmək səlahiyyəti verilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçıların binanın ümumi əmlakından istifadə hüquqlarının təmin edilməsi v əzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

20. Qanunsuz hərəkətlərin törədilməsinə əsas kini istinad edilən “borcun” mövcud olmaması barədə iddia ərizəsinin İ bölməsində də qeyd edildiyi kimi, iddiaçıların cavabdehə hər hər hansı borcu yoxdur və belə “borcun” mövcudluğu barədə cavabdeh əsaslandırılmış tələb irəli sürə bilmir. Əksinə, cavabdehin qanunvericiliklə nəzərdə tutulan sənədlərin təqdim edilmədən iddiaçılardan aldığı vəsaitlər geri qaytarılmalıdır. 17 aprel 2023-cü il tarixli “XXX’ MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış “Əvəzləşmə Aktı”ndan da görünür ki, 2023-cü ilin fevral-mart ayları üzrə Cavabdeh MMC şirkətinə aid olan təmirsiz (hər kv.m.-nə 1 AZN tətbiq edilən) mənzillərə görə 14 523 manat; İddiaçı2 məxsu s təmirli ( hər kv.m.-nə 1.5 AZN tətbiq edilən) qeyri-yaşayış sahələrinə görə 20010.56 manat; təmirsiz (hər kv.m.-nə

1. AZN tətbiq edilən) sahələrinə görə 11 607 manat borc (cəmi 46140.56 manat), "xxxx" MMMC-nin “Azəriqaz" İB-yə ödəməli 23555.73 manat və "xxxx" MMMCnin “Azəriqaz” İB-yə ödəməli olduğu 22 584.83 manat (cəmi 46140.56 manat) ödənişlə əvəzləşdirilmişdir.

21. Cavabdeh MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal öhdəliyinin hesablanmış 31 may 2023-cü il tarixli Əvəzləşmə Aktı”na əsasən 2023-cü ilin aprel ayı üzrə Cavabdeh MMC şirkətinə mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4358.10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyriyaşayış (təmirsiz) sahələ rinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat, "xxxx" MMMC tərəfindən aprel ayının “Azəriqaz" İB-yə faktura ödənişlərinin icra edilməsi üçün Cavabdeh MMC-yə ödədiyi 3616.5 manat və eyni əsasdan "xxxx" ASC-yə ödədiyi 5793.57 manat, cəmi 24307.36 manat, Cavabdeh MMC tərəfindən ödənilmiş 820 manat (“Azərsu" ASC-yə borc ödənişi), (fevral və mart ayları üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 473.10 manat (Cavabdeh MMC tərəfindən əvvəlki dövr üçün artıq ödənilmiş məbləğ), 10 275.79 manat (Cavabdeh MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ), 10275.79 manat (Cavabdeh MMC tərəfindən “Azəriqaz” İB-yə faktura əsasında ödəniş), 6926.37 manat (“XXX" MMC tərəfindən aprel ayı üçün "xxxx" ASC-yə faktura əsasında ödəniş), cəmi 24307.36 manat ödənişlə əvəzləşdirilmişdir.

22. Cavabdeh MMC-n in Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal xərc öhdəliyinin hesablanmış 20 iyun 2023-cü il tarixli Əvəzləşmə Aktı”na əsasən 2023-cü ilin may ayı üzrə “XXX" MMC şirkətinə aid olan mənzillərin “Nəsimi - 48" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmət borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat olmaqla cəmi 14 897.29, 137 manat (Cavabdeh MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 5179.36 manat (Cavabdeh MMC tərəfindən iən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 812.75 manat, 1132.80 manat (Cavabdeh MMC tərəfindən 2023-cü ilin may ayı üzrə lift üçün "xxxx" M MC-yə 5.38 manat (“XXX" MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ) olmaqla cəmi 14 897.29 manat ödənişlə əvəzləşdirilimşdir.

23. Cavabdeh MMC-nin Gülüstan Residense servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış 20 iyul 2023-cü il tarixli Əvəzləşmə Aktı”na əsasən 2023-cü ilin iyun ayı üzrə Cavabdeh MMC şirkətinə aid kommunal xərcin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) sahlərinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal borcunu təşkil edən 3869.00 manat, Cavabdeh MMC-nin təsisçisinə aid olan mənzilin “XXX" MMMC-yə 3 aylıq kommunal xidmət borcunu təşkil edən 977.10 manat olmaqla, cəmi 15874.39 manat, 262 manat, 7751. 73 manat, 121.25 manat, 1132.80 manat, 6606.61 manat olmaqla, cəmi 15874.39 manat ödənişlə əvəzləşdirilmişdir.

24. Şərh edilənlərdən də göründüyü kimi binanın ümumi əmlakının saxlanması və onlara xidmət edilməsi ilə bağlı iddiaçıların "xxxx" MMMC-yə borcunun olmaması cavabdehin özünün də imzaladığı sənədlərlə sübuta yetirilir. Həmin məbləğlərin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlər (smeta, iqtisadiəsaslandırma hesabatları və s.) təqdim edilmədən ödənilmiş vəsaitlər iddiaçılara qaytarılmalıdır.

25. Cavabdeh tərəfindən tətbiq edilən qiymətlərin əsassız olması və iddiaçılar tərəfindən artıq ödənilmiş vəsaitlərin qaytarılmasına dair həmçinin qeyd edilməlidir ki, ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlər də iqtisadi cəhətdən əsassız olmaqla suni s urətdə şişirdilmişdir. Belə ki, təmirli yaşayış və qeyri-yaşayış sahələrinə aylıq xidmət haqqı hər kv.m üçün 1,50 manat, təmirsiz sahələrə münasibətdə isə hər kv.m üçün 1 manat ödənilməsi tələb edilir. Halbuki, analoji binalarda eyni xidmətlər üçün bundan əhəmiyyətli dərəcədə az məbləğdə xidmət haqqı bütün xərclərin ödənilməsinə tam kifayət edir. Elə "xxxx" MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr üçün həmin binalarda "xxxx" MMMC-nin tətbiq etdiyi xidmət haqqı məbləğindən xeyli aşağı məbləğlər tətbiq edilirdi. 2021-ci ilə qədər: təmirsiz sahələr ödənişə cəlb edilməmişdir, təmir dövrü 1 kv.m – 50 qəpik, təmirli sahələr üçün 1 kv.m üçün 1 manat olmuşdur, 2021-ci ildən etibarən:çıxarışı mövcud olan təmirsiz sahələr 1 kv.m üçün 1 manat, təmir dövrü və təmirli sahələr üçün 1 manat, çıxarı şı mövcud olmayan təmirsiz sahələr ödənişə cəlb edilməmişdir. Göründüyü kimi heç bir əsaslandırma vermədən və qanunvericiliklə nəzərdə tutulmuş məlumatlar təqdim edilmədən, iddiaçılardan aylıq xidmət haqqı kimi əsassız olaraq 91810 manat artıq pul alınmışdır və bu səbəbdən geri qaytarılmalıdır. 26. "xxxx" MMMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 mülkiyyətində olan və onun tərəfindən icarəyə verilən qeyri-yaşayış sahələrindən istifadəyə yaradılmış qanunsuz maneələr nəticəsində ona 20450 manat məbləğində zərər vurulmuşdur. Məhkəməyə ilkin olaraq təqdim edilmiş iddia ərizəsində də cavabdehin müvafiq sübutlarla təsdiqini tapan qanunazidd hərəkətlərə yol verdiyi, o cümlədən yaşayış kompleksinin 1 və 2 saylı binalarında quraşdırılmış liftlərin 2-ci və 3-cü mərtəbələrində yerləşən sahəl ərə gediş üçün liftdən istifadəyə qanunsuz olaraq məhdudiyyət qoyulması, bu səbəbdən həmin mərtəbələrdəki ofis sahələrinin icarəçilərinin liftdən istifadəsinin qeyri-mümkün olduğu qeyd edilmişdi. Qeyri-yaşayış sahələrinin icarəçilərinin İddiaçı2 ünvanlanmış 10 avqust 2023-cü il tarixli müraciət ərizəsində də liftlərdən istifadəyə yaradılmış məhdudiyyətlərlə bağlı icarə haqlarına güzəşt edilməsi tələb edilmiş, əks təqdirdə icarə müqavilələrinə xitam veriləcəyi bildirilmişdi. İcarəçilərin tələblərinin əsaslı olması və icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi təhlükəsinin aradan qaldırılması üçün icarə haqlarına 2023-cü ilin avqust ayı üçün 48%, sentyabr ayı üçün 30% güzəşt tətbiq edilmişdir ki, bunun nəticəsində İddiaçı2 2023-cü ilin avqust və sentyabr ayları üzrə 20450 manat zər ərə məruz qalmışdır.

27. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcllənin 14.2.7, 390.2, 405.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişlər.

28. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3958/2023 saylı qərardadı ilə hər iki iddia bir icraatda birləşdirilmişdir.

29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-276/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, ünvan 1 Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlan mış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsinin ”XXX” MMC-nin üzərinə qoyulması, iddiaçılar Cavabdeh və İddiaçı2 iddia tələblərinin qismən təmin edilməsi, ünvan 1 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi, ünvan 1 yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət edilmişdir. (hakim Ramin Xəlilov)

30. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMMC qeyrikommersiya qurumu olan hüquqi şəxsdir. Yəni əsas məqsədi mənfəət götü rmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binaları Cavabdeh MMC tərəfindən inşa edilmiş və xx.xx.2019-cu il tarixdə imzalanan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” AR Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçil ərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır.

31. Birinci instansiya məhkəməsinin mövqeyinə görə "xxxx" MMMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılmasına baxmayaraq, cavabdehin mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətində olan sahələrinin və binanın müvafiq sənədlərinin "xxxx" MMMC-yə təhvil verməməsi qanunsuzdur. Buna görə də iddia tələbində qeyd edilən sənədlərin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsi ”XXX” MMC-nin üzərinə qoyulmalıdır.

32. Birinci instansiya məhkəməsi əmlakların qiymətinin göstərilməməsi ilə bağlı qeyd etmişdir ki, bu hal mənzil sakinləri (yaşayış və qeyri-yaşayış) ilə Cavabdeh arasında kommersiya məqsədli sirr olduğundan açıqlanmasıda sakinlərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir.

33. Birinci instansiya məhkəməsi iddiaçılar Cavabdeh və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə isə göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblərdən biri – "xxxx" MMMC tərəfindən yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi” ilə bağlı mübahisə hal-hazırda mövcud deyildir. Belə ki, "xxxx" MMMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMMC “Gü lüstan Residence” kompleksində mövcud istismar olunan liftlərdə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün 10409.00 AZN vəsaitin "xxxx" MMMC hesabına köçürülməsini xahiş etmişdir. Lakin "xxxx" MMMCnin həmin məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi müəyyən edilməmişdir. Qeyd edilən tələb "xxxx" MMMC-nin bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etdiyi təqdirdə məhkəmə araşdırmasının predmeti ola bilər.

34. Deməli, Cavabdeh MMC tərəfindən iddia tələbi gələcəkdə yarana biləcək mübahisəyə münasibətdə irəli sürülmüşdür ki, bu da məhkəmənin gələcəyə münasibətdə yekun məhkəmə aktının qəbul edilməsinə əsas ola bilməz.

35. Belə olan halda, iddia tələbi "xxxx" MMMC tərəfindən yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi” hissədə rədd edilməlidir.

36. İddia tələblərinin 2 və 3-cü hissələri ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin tələblər təmin edilməklə, ünvan 1 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyri-yaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbi qanunsuz hesab edilməli, ünvan 1 yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsi "xxxx" MMMC-nin üzərinə qoyulmalıdır.

37. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektl ər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Belə olan halda, iddiaçıların mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından istifadə edə bilməməsi onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.

38. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, məhkəmə iclasında hazırda məhdudiyyətlərin aradan qaldırılması müəyyən edilsə də, gələcəkdə belə halların yaranması mövcud olduğundan, tələblərin bu hissədə təmin edilməsi əsaslıdır.

39. Bundan əlavə, MMMC tərəfindən qeyd edilən qeyri-yaşayış sahələrinə girişçıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbi qanunsuz hesab edilməlidir.

40. İddia tələblərinin Cavabdeh MMC tərəfindən həm Cavabdeh MMC-nin, həm də İddiaçı2 sahələri üçün “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılması və 20450 manat zərər məbləğinin "xxxx" MMMC-dən tutularaq İddiaçı2 ödənilməsi” hissələri ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, tələblər bu hissələrdə rədd edilməlidir. Belə ki, Cavabdeh MMC və İddiaçı2 “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın geri qaytarılmasını tələb etsələr də, iş materiallarına əlavə edilmiş akt və razılaşmadan müəyyən olunur ki, tərəflər (Cavabdeh MMC və "xxxx" MMMC ) öz ar alarında bununla bağlı razılığa gəlmiş, həmin əvəzləşdirmə aktları sırf kommunal borclara münasibətdə tətbiq edilmiş və tətbiq edilən məbləğin ümumi cəmi 100.000 manata yaxın olmuş və hər iki tərəf bununla bağlı razılaşmışdır.

41. İddiaçı2 liftlərə qoyulan məhdudiyyətlərlə bağlı icarəyə verdiyi obyektlərin icarə haqlarında güzəştlər tətbiq etməli məcburiyyətində olduğunu və nəticədə ona 20450 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbdən azaldılmasını heç bir sənədlə təsdiq etməmişdir. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilir ki, icra müqavilələri və müqaviləyə əlavələr yaradılmış maneələrə qədər (avqust 2023-ci il) bağlanılmışdır (bir çoxu 2021-ci illəri əhatə edir). X1 təqdim etmiş olduğu hesab faktu ra yalnız özü tərəfindən imzalanmış və bunun edilməsinə əsas olmuş müqavilə (əlavələr, iradə ifadəsini təsdiq edən rəsmi sənədlər və s) mülki iş materiallarına aid edilmədiyindən sübut kimi qəbul edilməmişdir. Bundan əlavə, yalnız məhkəməyə təqdim edilən 15 avqust 2023-cü il tarixdə XXX "xxxx" MMC arasında bağlanmış müqavilədir ki, bu da əvvəlki müqavilənin davamı olmamaqla (bununla bağlı sübut əlavə edilməmişdir) yeni bağlanmış müqavilədir. Bu səbəbdən icarə haqqının aşağı salınması halı bu müqaviləyədə tətbiq edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

42. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 1098.1-ci, Mənz il Məcəlləsinin 35.1, 37, 119.1, 120.5, 141.2-ci, Mülki-Prosessual Məcəlləsinin 76.1, 77.1, 89.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

43. Qətnamədən ikinci iddia üzrə iddiaçı Cavabdeh MMC-nin və İddiaçı2 ayrıayrılıqda apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv, birinci iddianın rədd, ikinci iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. İddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən belə təəssürat yaranır ki,"xxxx" MMMC-nin iştirakçısı olan sakinlərin heç biri mənzillər arası pilləkən meydançalarından, pilləkənlərdən, liftlərdən və s. obyektlərdən istifadə edə bilmir və buna görə də onların bu hüquqları bərpa edilməlidir. Halbuki, binanın sakinlər i binanın ümumi əmlakı hesab edilən obyektlərdən sərbəst surətdə istifadə edirlər və onlara hər hansı maneə yaradılmamışdır. "xxxx" MMMCnin iddia tələbi yalnız o halda və o hissədə təmin oluna bilərdi ki, konkret obyektə (obyektlərə) münasibətdə mübahisə yaranmış olsun və həmin konkret obyektdən (obyektlərdən) istifadəyə həqiqətən də maneə yaradılması məhkəmə baxışı zamanı öz təsdiqini tapmış olsun. Belə olan halda, "xxxx" MMMC-nin müəyyən edilməsi mümkün olmayan mücərrəd iddia tələblərinin təmin edilməsi tamamilə əsassız olmuşdur. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmaqla "xxxx" MMMC artıq 15 aydır ki, yaşayış binalarının idarə edilməsini, binanın ümumi sahələrinə xidmət göstərilməsini və s. fəaliyyəti həyata keçirir və bununla bağlı sahə mülkiyy ətçilərindən müvafiq xidmət haqları (təmirli sahələrə münasibətdə hər ay üçün hər 1 kv.m. sahəyə görə 1.5 AZN, təmirsiz sahələrə görə 1.0 AZN) yığılır. "xxxx" MMMC-nin idarə etməyə başladığı dövr üzrə yalnız ikinci iddiaçılara aid sahələr üzrə Cavabdeh MMC tərəfindən cəmi 91 810.00 (doxsan bir min səkkiz yüz on) manat xidmət haqqı ödənilmişdir. Binaların idarə edilməsi əvvəllər müəyyən müddət Cavabdeh MMC tərəfindən həyata keçirilmiş və həmin müddət ərzində cavabdehə qarşı binanın ümumi əmlakının saxlanması ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən hər hansı tələb, iddia irəli sürülməmişdir. O da qeyd edilməlidir ki, idarəetmə Cavabdeh MMC-nin nəzarətində olduğu müddətdə binanın saxlanması, xidmət göstərilməsi və s. zəruri xərcləri öz vəsaiti hesabına həyata keçirmiş və buna külli miqdar v əsait sərf etmişdir. İdarəçiliyin MMMC-yə keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsi əsaslı hesab edilə bilməz. Belə olan halda, MMMC-nin tələb etdiyi “təhvil verilmənin” nədən ibarət olması, hansı parametrlər üzrə həyata keçiriləcəyi, faktiki və hüquqi nəticəsinin nədən ibarət olacağı da aydın deyil. Göründüyü kimi, paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan və onlar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş hədlərdə sahiblik və istifadə hüquqları həyata keçirilən binanın ümumi əmlakının “təhvil verilməsi” mücərrəd tələb olmaqla, ümumiyyətlə, məhkəmədə baxılmalı tələb deyil. Binanın idarə edilməsi Ümumi Yığıncaq tərəfindən "xxxx" MMMC-yə həvalə edildiyindən binanın ümumi əmlakının vəziyyətinə dair akt da həmin vaxt, yəni MMMCnin binanın ümumi əmlakını idarə etməsinə başlamazdan əvvəl, Ümumi Yığıncaq tərəfindən yaradılmış komissiya ilə "xxxx" MMMC tərəfindən həmin vaxt imzalana bilərdi. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, idarəetmə hətta müsabiqə yolu ilə seçilməli olan kənar idarəedici təşkilata verildikdə də, hər hansı “təhvil-təslim” aktı deyil, “Çoxmənzilli binanın ümumi əmlakının vəziyyətinə dair” akt tərtib edilir. Belə aktın tərtib edilməsi isə müsabiqə təşkilatçısının (hazırkı halda sahə mülkiyyətçilərinin Ümumi yığıncağı ola bilərdi) yaratmalı olduğu komissiya tərəfindən tərtib olunmalı idi. Ümumi yığıncağın hələ 15 ay bundan əvvəl həll etməli olduğu məsələnin (ümumi əmlakın vəziyyətinə dair akt tərtib edilməsi vəzifəsinin) Cavabdeh MMC-dən hazırda tələb edilməsi isə"xxxx" MMMC-nin bu tələblə bağlı subyektiv hüququnun olmadığına dəlalət edir. "xxxx" MMMC tərəfindən binanın ümumi əmlakı hesab edilən obyektlər "xxxx" MMMC yarandığı andan hal-hazıradək onun sahibliyində və nəzarətində olduğundan və həmin obyektlərə xidmət göstərilməsi etiraf edildiyindən "xxxx" MMMC-nin hazırda irəli sürdüyü tələbinbinanın ümumi əmlakının təhvil verilməsi tələbinin həqiqi subyektləri olan Ümumi yığıncaq və "xxxx" MMMC tərəfindən yerinə yetirildiyi ehtiva olunmalıdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, avtomobil duracağı kimi inşa edilmiş sahə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri baxımından ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan sahə deyildir. Qeyd edilənlərdən əlavə, onu da nəzərə almaq lazımdır ki, binalar təşkilati-hüquqi formasına görə "xxxx" (MTK) tərəfindən deyil, kommersiya hüquqi şəxsi olan "xxxx" (MMC) tərəfindən inşa edilmişdir. Məhkəmə MTK ilə MMC-nin inşa etdiyi binalarda olan sahələrdə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı münasibətlərə tətbiq edilməli olan normaları düzgün tətbiq etməmiş, MMC-nin inşa etdiyi binadakı sahələrə mülkiyyət hüququnun yaranmasının fərqli əsaslara söykəndiyinin fərqinə varmamışdır. Məhkəmə qətnaməsi, Cavabdeh MMC-nin və İddiaçı2 iddiasının (ikinci iddia) təmin olunmayan hissələrinə münasibətdə də qanuni və əsaslı hesab edilə bilməz. İkinci iddianın "xxxx" MMMC tərəfindən yaşayış binalarının liftlərinin cari təmiri və xidməti özündə ehtiva edən 10409.00 manat vəsaitin Cavabdeh MMC-dən tələb olunmasının qanunsuz hesab edilməsi” ilə bağlı hissəsini təmin etməyən məhkəmə, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, guya, həmin predmet üzrə mübahisə hal-hazırda mövcud deyildir. Lakin nəzərə almaq lazımdır ki, mübahisə yalnız həmin məbləğin tələb edilməsinin qanunsuzluğu ilə məhdudlaşmır. Həmin tələbdən də göründüyü kimi, "xxxx" MMMC uzun illərdir onun istifadəsinə verilmiş lifin cari təmiri üçün ödənilməli olan təmir xərcini Cavabdeh MMC-dən tələb edir ki, belə tələbin qanunsuzluğu məhkəmə tərəfindən tanınmayacağı təqdirdə ümumi istifadədə olan və "xxxx" MMMC-nin nəzarətində olmaqla həmin MMMC-nin vəsaitləri hesabına xidmət göstərilməli olan digər obyektlərə münasibətdə də analoji tələblər irəli sürülməsinə rəvac vermiş olur. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxsl ərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bu baxımdan, "xxxx" MMMC-nin istifadəsində olan və onun tərəfindən istismar olunan obyektlərin təmir və xidmət xərclərinin ödənilməsi üzrə "xxxx" MMMC ilə Cavabdeh MMC arasında mülki münasibətlərin mövcud olmadığı məhkəmə tərəfindən təsdiqlənməli idi. Digər tərəfdən, məhkəmə nəzərə almalı idi ki, bu tələb adi mülki dövriyyədən yaranmış öhdəliyə və ya Mülki Məcəllənin 14.2-ci maddəsində sadalanan digər əsasların heç birinə aid edilə bilmədiyi üçün heç bir halda “kreditorborclu” münasibətləri yarada bilməz. Belə olan halda, həmin tələbin ümumiyyətlə, əsassız olmasına və mövcud olmayan mülki münasibətlərə istinad etdiyinə məhkəmə tərəfindən hüq uqi qiymət verilməli idi. İddia tələblərinin “xidmət haqqı” kimi "xxxx" MMMC-yə ödənilmiş 91810.00 manatın Cavabdeh MMC-yə qaytarılması hissələri ilə bağlı məhkəmə iddia tələblərini həmin hissədə də təmin etməmiş və bununla bağlı qətnamədə bunu həmin məbləğlərin sırf kommunal borclara görə və qarşılıqlı razılıq əsasında ödənilməsi ilə, həmçinin icarəçilərə edilən güzəştlərin məcburiyyət qarşısında qalmasının nəticəsi kimi yox, birtərəfli qaydada, icarəyə verən tərəfindən edilməsi ilə əsaslandırmışdır. İddia tələblərinin bu hissəsinə münasibətdə də məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İlk növbədə məhkəmə nəzərə almalı idi ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətində binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlər və (və ya) haqların məbləği yalnız Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Hazırkı işdə həmin mütləq ödənişlərin məbləğinin Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada hesablanması həyata keçirilməmişdir. "xxxx" MMMC tərəfindən “xidmət haqqı” kimi tələb edilən məbləğlərin müəyyən edilməsinə əsas kimi çıxış edə biləcək sənədlər – Mənzil Məcəlləsinin 126.9 və 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada (yəni, ümumi yığıncağın təsdiqinə təqdim edilmiş xərclərin smetası və digər maliyyə hesabatları ümumi yığıncaq tərəfindən təsdiq edildikdən sonra) təqdim edilmədən, "xxxx" MMMC-nin icra orqanının özü tərəfindən “təyin edilmiş” məbləğ üzərindən hesablanmış xidmət haqqının ödənilməsi həmin məbləğlərin birmənalı qaydada əsaslan dırılmış məbləğ kimi qəbul edilməsi anlamına gələ bilməz. Belə ki, “xidmət haqqı” məbləği iki tərəfin subyektiv iradə ifadəsi kimi onların “razılaşması” ilə deyil, konkret xərclər smetasına uyğun hesablanmış obyektiv məbləğ olmalıdır. Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsində də nəzərdə tutulmuşdur ki, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, "xxxx" MMMC-nin hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 128.0.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək, cəmiyyətin idarə heyətinin vəzifələrinə aid edilmişdir. İkinci iddia üzrə iddiaçılar "xxxx" MMMC-nin iştirakçısı olmasalar da, Mənzil Məcəlləsinin 7.1-ci maddəsinin tələbləri baxımından mənzil münasibətlərinin iştirakçısı olan subyekt hesab edilirlər və həmin münasibətlərin subyekti kimi "xxxx" MMMC-nin tələb etdiyi ödənişlərin əsasını təşkil edən məlumatlarla – xərclər smetasını və s. bu kimi maliyyə sənədləri ilə tanış olmaq hüququna malikdirlər. Lakin "xxxx" MMMC tərəfindən tələb edilən ödənişlərin əsasını təşkil edən məlumatlar nə iddiaçılara, nə də məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqey ə görə, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. X5 Məhkəməsi həmçinin qeyd etmişdir ki, Mənzil Məcəlləsinin normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks e tdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Həmin işdə Konstitusiya Məhkəməsi daha sonra şikayət verilən məhkəmə qərarına münasibətdə bildirmişdir: “Məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər.” Bundan əlavə, binanın ümumilikdə kommunal təminatlardan (qaz, elektrik, su və s.) istifadəyə görə yaranmış borclarının Cavabdeh MMC-nin və İddiaçı2 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin “xidmət haqqı” kimi ödənilən məbləğ hesabına bağlanması yolu ilə əvəzləşdirilmə si, "xxxx" MMMC-ni qanunla onun üzərinə qoyulmuş vəzifədən – xidmət haqqının müəyyən edilməsinə əsas olmuş sənədləri təqdim etmək vəzifəsindən azad etmir, eyni zamanda Cavabdeh MMC-nin artıq ödənilmiş “xidmət haqqı” məbləğlərinin qaytarılmasını tələb etmək hüququna xitam vermir. Belə olan halda, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün məhkəmənin ixtiyarında kifayət qədər sübut olduğu halda, yanlış nəticəyə gəldiyi aşkardır.

45. İddiaçı2 apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı2 mülkiyyətində olan və icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarəçilərinə "xxxx" MMMC-nin tətbiq etdiyi qanunsuz məhdudiyyətlərlə bağlı icarəçilərin tələbi iləedilmiş güzəşt məbləğinin tutulması hissəsini də təmin etməmiş və bunu belə əsasl andırmışdır “Bundan əlavə, İddiaçı2 liftlərə qoyulan məhdudiyyətlərlə bağlı icarəyə verdiyi obyektlərin icarə haqlarında güzəştlər tətbiq etməli məcburiyyətində olduğunu və nəticədə ona 20450 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbdən azaldılmasını heç bir sənədlətəsdiq etməmişdir” Halbuki, həmin yaşayış binasında İddiaçı2 mülkiyyətində qeyri-yaşayış sahələrinin olması və onların icarəyə verilməsi işin mübahisələndirilməyən halıdır və "xxxx" MMMC də dəfələrlə həmin sahələrin icarəçilərinə əsassız xəbərdarlıqlar göndərərək, icarəçilərin işçilərinin və həmin icarə obyektlərinə gələn şəxslərin binaya yalnız şəxsiyyət vəsiqələri ilə buraxılacağını bildirmiş, binanın liftlərindən istifadəyə qanunsuz məhdudiyyət tətb iq etmişdir. İş materiallarında olan icarəçilərin müraciətində də hər bir icarəçinin VÖEN-i göstərilməklə, möhürü vurulmaqla və səlahiyyətli şəxsi tərəfindən imzalanmaqla İcarəyə verən İddiaçı2 birmənalı olaraq bildirilmişdir ki, “Sizə məlum olduğu kimi, 08 avqust 2023-cü ildə fəaliyyət göstərdiyimiz ofis sahələrinin yerləşdiyi binalarda çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 2 və 3-cü mərtəbələrdə liftlərdən istifadə tam məhdudlaşdırılmışdır. Artıq üçüncü gündür ki, baş verən hadisə bizim fəaliyyətimizə maneçilik törətmiş, belə ki, şirkətimizin əməkdaşlarının, qonaq və ziyarətçilərinin ofislərimizə gəlib-getməsində böyük çətinliklər yaratmış, işgüzar nüfuzumuza xələl gətirmişdir. Həmçinin qeyd edirik ki, son dövrlər ərzində mütəmadi olaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən fəaliyyətimizə müxtəlif müdaxilələr edilir, qanunsuz yoxlamalar təşkil olunur, ofisə daxil olmaq üçün gündəlik olaraq əməkdaşlarımızın şəxsi məlumatları ( şəxsiyyət vəsiqəsi, mobil telefon və s.) tələb edilir, şirkətlərimizə gəlib-gedən qonaqlara və ziyarətçilərə qarşı eyni davranış nümayiş etdirilir.... Uzunmüddətli işgüzar əlaqələrimizi və yuxarıda qeyd etdiklərimizi əsas hesab edərək, Sizdən xahiş edirik ki, ofis sahələrində liftlərdən istifadəyə qarşı yaradılmış məhdudiyyətlər aradan qaldırılsın, hazırkı vəziyyət nəzərə alınaraq icarə haqqında güzəştlər edilsin.” Həmin müraciət məktubu cəmi 14 hüquqi şəxs tərəfindən imzalanmışdır. Bundan sonra İddiaçı2 tərəfindən həmin şirkətlərə güzəşt edil məsi (icarə haqqı, güzəşt faizi və məbləği) göstərilməklə müvafiq hesablar (invoyslar) təqdim edilmişdir. Belə olan halda, iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün məhkəmənin ixtiyarında kifayət qədər sübut olduğu halda, bu tələbin təmin edilməməsinə dair yanlış nəticəyə gəldiyi aşkardır. İddiaçı2 iddia tələbinin ona vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinin təmin edilməli olmaması nəticəsində gəlsə də, belə nəticə işin hallarına uyğun gəlmir. Belə ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəçilərinə "xxxx"MMMC tərəfindən icarəçilərin sahədən istifadə hüquqlarına qanunsuz müdaxilə və məhdudiyyət tətbiq edilməsi hədələri, bunların bəzilərinin isə həyata keçirilməsi (liftlərdən istifadəyə qoyulan qanunsuz məhdudiyyət və s.) işin mübahisələndirilməyən halların a aiddir və "xxxx" MMMC bu faktları nəinki inkar etmiş, hətta onların “qanuni” olmasını sübut etməyə cəhd etmişdir. Bunun nəticəsində də icarəçilər tərəfindən haqlı iradlar bildirilmiş və pozulmuş hüquqlarının kompensasiyası kimi icarə haqlarına güzəşt tətbiq edilməsi tələb edilmiş və İddiaçı2 öz növbəsində bu haqlı tələbləri yerinə yetirmək məcburiyyətində qalmışdır. Belə güzəştlərin tətbiqini təsdiq edən müvafiq sənədlər (icarə haqlarına güzəşt tətbiq edilməklə icarəçilərə təqdim edilmiş hesab fakturalar) məhkəməyə təqdim edilmişdir.

46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3008/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

47. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılmasına baxmayaraq, cavabdehin mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətində olan sahələrinin və binanın müvafiq sənədlərinin "xxxx" MMMC-yə təhvil verməməsi qanunsuzdur.

48. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin birinci iddia tələbinin təmin edilməməli olması ilə bağlı dəlilinə münasibətdə göstərmişdir ki, qeyd olunan sənədlərin iddiaçıya təqdim edilmədiyindən birinci iddia üzrə iddia tələbinin təmin edilməsi, ünvan 1 Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdə n artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işç i layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsinin ”XXX” MMC-nin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, birinci iddia tələbi üzrə iddiaçı qeyd olunan ümumi istifadədə olan obyektlərin təhvil verilməsi tələbini irəli sürməmiş, mübahisələndirilən torpaq sahəsində yerləşən obyektlərin və həmin binaların müvafiq sənədlərin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət olunmuş, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbi həddində qərar qəbul etmişdir.

49. Apellyasiya instansiya məhkəməsi apellyasiya şik ayətlərinin dəlili olan binanın ümumi əmlakının saxlanması ilə bağlı idarəçiliyin "xxxx" MMMC-yə keçməsindən və uzun müddət onun nəzarətində olmasından sonra belə tələbin irəli sürülməsinin əsaslı olmaması ilə bağlı bildirmişdir ki, iş materiallarına əsasən irəli sürülən tələb obyektlərin faktiki sahibliyə verilməsi ilə bağlı deyil, tələb məhz əmlaklarla bağlı olan sənədlərin təhvil verilməsi ilə bağlıdır. Sənədlərin təhvil verilməsi tələbində hər hansı (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) qanunsuzluq olmaması ilə bərabər, sənədlərin verilməməsi "xxxx" MMMC-nin hüquqlarını həyata keçirməsinə maneə törədir. "xxxx" MMMC-nin Mənzil Məcəlləsinin 122-ci maddəsində təsbit olunmuş illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təm iri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək və digər bir sıra hüquqlarının həyata keçirilməsi üçün binanın ümumi əmlakının vəziyyətinə dair halları təsdiq edən sənədlərin birinci iddia üzrə iddiaçı "xxxx" MMMC-də olması zəruridir.

50. Apellyasiya instansi ya məhkəməsinin apellyasiya şikayətinin ikinci iddia tələbinin təmin edilməyən hissələri ilə bağlı dəlillərinə münasibətdə mövqeyi belə olmuşdur ki, İddiaçı2 Əli liftlərə qoyulan məhdudiyyətlərlə bağlı icarəyə verdiyi obyektlərin icarə haqlarında güzəştlər tətbiq etməli məcburiyyətində olduğunu və nəticədə ona 20450 manat məbləğində zərər dəydiyini bildirsə də, bununla bağlı güzəştlərin hansı tarixdən tətbiq olunması və hansı səbəbdən azaldılmasını heç bir sənədlə təsdiq etməmişdir.

51. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilir ki, icra müqavilələri və müqaviləyə əlavələr yaradılmış maneələrə qədər (avuqst 2023-ci il) bağlanılmışdır (bir çoxu 2021-ci illəri əhatə edir). Həmçinin İddiaçı2 təqdim etmiş olduğu hesab faktura yalnız özü tərəfindən imzalanmış və bunun edilməsinə əsa s olmuş müqavilə (əlavələr, iradə ifadəsini təsdiq edən rəsmi sənədlər və s) mülki iş materiallarına aid olmadığl üçün sübut kimi qiymət verilə bilməz. Bundan əlavə, yalnız məhkəməyə təqdim edilən 15 avqust 2023-cü il tarixdə XXXlə "xxxx" MMC arasında bağlanmış müqavilədir ki, bu da əvvəlki müqavilənin davamı olmamaqla (bununla bağlı sübut əlavə edilməmişdir) yeni bağlanmış müqavilədir. Bu səbəbdən icarə haqqının aşağı salınması halı bu müqaviləyə də tətbiq edilə bilməz.

52. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 14.1, 152.1, 152.5, Mənzil Məcəlləsinin 35.1, 37, 119.1, 120.5, 141.2-ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəl illəri a) Kassasiya şikayətlərinin dəlilləri

53. İkinci iddia üzrə iddiaçılar Cavabdeh və İddiaçı2 ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci iddianın təmin olunmuş və ikinci iddianın rədd olunmuş hissələrində ləğv, birinci iddianın rədd, ikinci iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

54. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərə qiymət verməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr m ülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 35.1 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edə n mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Maddə 37. çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Maddə 119.1 çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanı n ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 120.5 tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Maddə 141.2 çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyət i və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir

57. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ikinci iddiaçıların apellyasiya şikayətləri üzrə birinci iddianın təmin, ikinci iddianın rədd edilən hissələri üzrə olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının premdeti olan hissə başa düşülür.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apellyasiya şikayətləri üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətlərinin dəlillərinə tam qiymət vermişdir.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər ikinci iddia tələbinin və apellyasiya şikayətl ərinin də dəlilləri olmuş, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan hər iki instansiya məhkəməsi, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, düzgün hüquqi nəticəyə gəlmişdir.

62. Bu baxımdan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 47-51-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göst ərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdehlər (iddiaçılar) Cavabdeh və İddiaçı2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3008/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar