Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3552/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(107)620/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları:
1. İddiaya görə İddiaçı Cavabdeh 150000 ABŞ dolları məbləğində pul vermiş, sonuncu aldığı vəsaiti qaytarmamışdır.
2. Şəki ŞRPŞ-nın TB tərəfindən qəbul edilmiş 24 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçının Cavabdeh tərəfindən dələduzluq yol ilə 150000 ABŞ dolları pulunun ələ keçirilməsi barədə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150000 ABŞ dolları borcunun, əldən çıxmış fayda kimi 30000 ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 manat və ödənilmi ş 599 manat dövlət rüsumu olmaqla, cəmi 307999 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan artıq 3 ilə yaxındır ki, aldığı 150000 ABŞ dolları pulu qaytarmaq istəmir. İddiaçı həmin pulu cavabdehdən almaq üçün Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Cavabdeh əvvəllər bir neçə dəfə iddiaçıya borclu olduğu pulu qaytarmaq istədiyini bildirmiş, lakin Sevil Səlimova adlı qadının onu müflis etdiyinə görə pulu qaytarmaq üçün ondan vaxt istəmişdir. O, şikayət etdikdən sonra isə guya borcunun olmadığını, hətta onu ümumiyyətlə tan ımadığını bildirmişdir. Cavabdehin 150000 ABŞ dolları borcunun olduğu səs yazıları və sənədlərlə tam sübuta yetirilir. İddia ərizəsində yazdığı bütün xüsusatlar barədə səs yazıları var. Cavabdehin yeznəsinin və özünün qapısına pulunu istəmək üçün getmişdir. Eyni zamanda, müvafiq dövlət orqanlarına da rəsmi müraciət etmişdir. Lakin, cavabdehin barəsində qəbul olunmuş Şəki ŞRPŞ-nin 24 sentyabr 2023-cü il tarixli qərarı təqdim olunmamışdır. Həmin qərarda məhkəməyə müraciət etmək tövsiyə olunur. Etdiyi şikayətlərdən sonra cavabdeh onu öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Cavabdeh 2 ilə yaxın müddətdə ona göstərdiyi təzyiqləri davam etdirir. Cavabdeh dəfələrlə iddiaçının barəsində yalan məlumatlar yaymış, yazmağa və deməyə belə çətinlik çəkdiyi və utandığı söz lər danışmışdır. İddiaçı uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı, xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamış və evsiz qalmışdır.
5. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə tanışlığı yoxdur. Cavabdehin iddiaçının anası Zeynəb ilə əlaqəsi olmuşdur. O, Zeynəbdən 120000 ABŞ dolları pul almışdır. 2014-cü ildə o, həmin pulu aldıqdan sonra 3 il ərzində tamamilə artıqlaması ilə Zeynəbə qaytarmışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, 120000 ABŞ dolları pulu iddiaçının anası Zeynəbdən alaraq cavabdehə vermişdir. Həmin pulu aldıqdan sonra dolların kursu qalxmışdır. Lakin, həmin pul gecikmə olsa da, tam olaraq Zeynəb xanıma qa ytarılmışdır.
7. Şəki Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(075)-169/2025 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisədə zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin q ənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir.
10. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Mülki Məcəllənin 21, 324, 337, 386, 442, 443, 445, 462, 739, 1091, 1092, 1093-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(107)-620/2025 nömrəli qətnaməsi ilə (hakim T.Musayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.İsayev və E.Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
15. Belə ki, məhkəmə kollegiyası apellyasiya şi kayətinin Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 442, 445.2.1, 462.1, 739.1, 739.2, 1091.1, 1092.1 və 1093.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçının özünün də etiraf etdiyi kimi cavabdehə iddia etdiyi pul vəsaitini borc olaraq verməsinə dair aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında mübahisə olunan pul məbləğinin üç min manatdan çox olduğuna və tərəflər arasında hər hansı yazılı borc müqaviləsi mövcud olmadığına görə hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin maddi ziyan, öhdəlik və əsassız varlanma ilə bağlı normaları təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır.
16. Şikayətin məhkəməyə təqdim olunmuş səs yazıları cavabdehin iddiaçıdan pul almasını tədqiq etməsi, cavabdehin həmin səs yazılarında iddiaçıya borcunun olmasını etiraf etməsi, iddiaçının ticarətlə məşğul olduğunu, xarici ölkələrdən mal gətirdiyini təsdiq edən sənədlər və fotoşəkillər kifayət qədər olsa da, məhkəmənin həmin sübutların guya məhkəmə iclasında tədqiq edildiyi qeyd edilsə də, heç bir araşdırma və qiymətləndirmə aparılmamasına dair dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan səs yazıları məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş, lakin həmin səs yazılarının hansı tarixdə yazılması, eyni zamanda həmin səs yazılarında iddiaçının cavabdehə hər hansı məbləğdə pul verməsi və yaxud cavabdehin iddiaçıdan hansısa məbləğdə pul a lmasını etiraf etməsini təsdiq edən mötəbər sübut aşkar olunmamışdır. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında həmin səs yazılarının iddiaçının anasına olan pul borcu ilə əlaqədar olaraq danışıq zamanı yazıldığını bildirmiş, iddiaçının isə bunun əksini sübut edəcək hər hansı dəlilləri olmamışdır.
17. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələblərinin pozulması, məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməməsinə dair dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi iddianı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Belə ki, iş materiallarından iddiaçının iddia tələbini təsdiq edə biləcək hər hansı bir sübutun təqdim edilməsi halı müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(107)-620/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 386.1, 740, 1091, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 218.1-ci maddələri pozulmuşdur.
21. Belə ki, cavabdehin iddiaçıya zərər vurması və əsassız varlanması nəticəsində öhdəliyi yaranmışdır. Bu halda isə müqaviləyə ehtiyac yoxdur. Eyni zamanda, cavabdeh iddiaçıdan pulu alan zaman müqavilə bağlamağa imkan verməmiş, pulunu qaytaracağına söz verərək onu aldatmışdır. Cavabdehlə iddiaçı arasında şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı iki dəfəyə 150000 ABŞ dolları pulu cavabdehə vermişdir. Müqavilə bağlamamağının səbəbi isə anası Zeynəb Əhmədovanın təkidi və tələb i olmuşdur. Belə ki, anası iddiaçıya cavabdehin çox imkanlı və etibarlı iş adamı olduğunu bildirmiş, müqavilə bağlamağa ehtiyac olmadığını demişdir. Anası da 2014-cü ildə cavabdehə 120000 ABŞ dolları pul vermiş və 2017-ci ildə tam şəkildə geri almışdır. Cavabdeh 2014-cü ildə iddiaçının anasından 120000 ABŞ dolları pul aldığını və 2017-ci ildə “artıqlaması ilə” qaytardığını həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində etiraf etmişdir. Səs yazılarının yazılma tarixinə gəldikdə isə səs yazılarının üzərində 2022-ci il tarixi göstərilmiş, eyni zamanda cavabdehin xəstə olması və iddiaçının bütün dünyada xəstəliyin olması barədə dedikləri danışıqların COVİD-19 pandemiyası dövründə olduğunu sübut edir. Cavabdehin həmin səs yazılarının iddiaçının anasına olan borcu ilə əlaqə dar danışıq zamanı yazıldığını bildirməsi və iddiaçının bunun əksini sübut edəcək hər hansı dəlilinin olmaması barədə qeyd etdikləri ümumiyyətlə başa düşülən deyil. Əvvəla cavabdeh ümumiyyətlə iddiaçını tanımadığını dəfələrlə vurğulamışdır. İclas zamanı məhkəmənin iddiaçını tanımırsansa, onunla necə belə rahat danışırsan sualına cavabdeh cavab verə bilməmişdir. Bakı şəhərindən dəvət olunaraq məhkəməyə gətirilmiş şahidlərin məhkəmə tərəfindən dindirilməməsi iddiaçının hüquqi vəziyyətini xeyli pisləşdirmişdir. İddiaçının pulunun aldadılaraq əlindən alındığı və maddi vəziyyətinin ağır olduğu bir dövrdə məhkəmənin şahidlərin izahatlarının alınmaması barədə mövqeyi başa düşülən deyil.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icra at qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunm ası ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət m ühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübu tlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çər çivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasla öhdəliyinin yaranmasının sübut olunmaması qənaətinə gəlmişdir.
30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. Məhkəmə kollegiyası həmçini n qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2025-ci il tarixli, 2(107)-620/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.