Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3553/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil Seyid oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-11645/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabde h 28000 manat pulun, gecikdirilmiş müddət üzrə illik 15 bank faizinin ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-1707/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Nurəddin Bağırov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10690/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 8000 (səkkiz min) manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsinin 10 (on) manatın alınaraq İddiaçı Əlövsət qızına verilməsi qət edilmişdir. (ha kimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İkram Şirinov) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4372/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10690/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11645/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 8.000 manat əsas borcun, 951 ma nat gecikdirmə faizinin, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 10 manatının, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manatı olmaqla, cəmi 8.966 (səkkiz min doqquz yüz altmış altı) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia və apellyasiya şikayətinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Elnur Həsənov) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və pr osessual hüquq normalrının pozuntuları ilə qəbul etmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil Seyid oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kass asiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehə xaricdən mal gətirib satması üçün 28000 manat pul verməsi, cavabdehin əldə edilmiş gəlir müqabilndə ona əlavə olaraq 5000 manat verəcəyini öhdəsinə götürməsini, lakin cavabdehin həmin pulu biznesə deyil, öz borclarını bağlamasına yönəltməsini və aldığı 28000 manatı da qaytarmamasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, gəldiyi nəticəni də iddia tələbinin sübuya yetirilməməsi ilə əsaslandırmışdır. Barəsində şikayət verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş materiallarına, cavabdehin özünün və nümayəndəsinin izahatlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişlərə əsasən işin mübahisəzi halı kimi tərəflər arasında pul məbləğlərinin alınıb-qaytarılmasına dair müvafiq razılaşmanın olmasını, iddiaçının birgə fəaliyyət üçün cavabdehə pul verməsini, cavabdehin isə iddiaçıdan faizə pul almasını bildirməklə, tərəflər arasında borc münasibətinin olmasını, iddiaçının 28000 manat pul tələbənin yalnız cavabdehin etiraf etdiyi 8000 manat hissədə təsdiqini tapdığını müəyyən edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı yuxarıda göstərilən qaydada qismən etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, 427. 4, 445.3, 445.7-ci və mülki prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında pul məbləğlərinin alınıb-qaytarılmasına dair müvafiq razılaşma olmuşdur. İşin mübahisəli halı iddiaçının cavabdehə 28000 manat pul verməsi, cavabdehin isə iddiaçıdan faizlə cəmi 8000 manat məbləğində pul alması və bu pulu qaytarmasıdır. Apelyasiya məhkəməsi iddiaçının cavabdehə məhz 28000 manat pul verməsinin sübuta yetirilməməsi, cavabdehin özünün, nümayəndəsinin izahatlarına, məhkəməyə ünvanladıqları ərizəyə, cavabdehin polis orqanlar ında verdiyi izahata əsasən iddia tələbinin yalnız 8000 manat hissədə sübuta yetirilməsini, cavabdehin iddiaçıdan borc aldığı 8000 manatı qaytarmasını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməməsini müəyyən etmişdir. Mülki Məcəllənin 445.3-cü maddəsinə görə, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borcmüqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqları nı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, etirazının əsası kimi istinad etdiyi halı, yəni iddiaçıdan aldığı 8000 manatı qaytarmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşdüyü və buna baxmayaraq, o, öz etirazını əsası kimi istinad etdiyi bu halı sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası 8000 manatın qaytarılmasını gecikdirdiyi üçün cavabdehdən həmin məbləğin illik 5 faizi olaraq 951 manatın tutulması barədə apelyasiya instansiyasının gəldiyi nəticəni də işin müəyyən edilmiş hallarına uyğun hesab edir. Apelyasiya instansiyası iddiaçının pulun qaytarılması ilə bağlı cavabdehdən Binəqədi RPİnin 5-ci polis bölməsinə xx xxx 2015-ci il tarixdə şikayət etməsini tələb etmə anı kimi müəyyən etmiş və yeddi günlük müddət də nəzərə alındıqda x x xxxx 2015-ci il tarixdən iddianın qaldırıldığı xx.xx.2017-ci il tarixədək gecikdirilmiş günlərin sayının 2 il, 4 ay, 16 gün olmaqla, 856 gün olması, 8.000 manat əsas borca 856 gün üçün illik 5 faizin isə 951 (8000x5%=400:360=1,1x856 =951) manat təşkil etməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni də Mülki Məcəllənin 427.4 və 445.7-ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Mülki Məcəllə nin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 427.4 və 445.7-ci maddələrinin dispozitiv şərtləri apelyasiya instansiyasının müəyyən etdiyi işin halına, yəni cavabdehin 8000 manatı qaytarmasını gecikdirməsi halına uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – azərbaycanca pis bildiyi üçün polisdə verdiyi izahatın təhrif edilməsi, 8000 manat pulu almasını etiraf etməsi barədə məhkəməyə verdiyi etirazın nümayəndəsi tərəfindən tərtib edilməsi, həmin etirazı oxumamasını – əsaslı saymır. Əvvəla, bu dəlillər işin faktiki hall arı ilə əlaqəlidir. Qətnamədən görünür ki, apelyasiya instansiyası işin faktiki hallarını təşkil edən cavabdehin bu barədə dəlillərinə qiymət vermiş və iş materiallarında olan sübutlarla həmin dəlillərin təkzib edilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyasi qeyd edilən dəlillərlə bağlı apelyasiya instansiyasının gəldiyi nəticəni və dəyərləndirməni düzgün hesab edir. Bundan əlavə, işin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin cavabdehin dəlilləri ilə bağlı dəyərləndriməsi ilə razı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Həmçinin apelyasiya instansi yası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-11645/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3553/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3553/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver