Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3554/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə,Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-7483/2018, hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 8.700 ABŞ dolları (ödəniş gününə manata olan məzənnəsi ilə), 2.210 manat və vəkilin göstərdiyi yardıma görə 300 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1092/2019, hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: 16 avqust 2018-ci il tarixdə İddiaçı hazırk i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 ABŞ dolları, hüquqi yardıma görə 500 manat və maddi və mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası nda cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 31.03.2017-ci il tarixdə iş qurmaq məqsədilə cavabdehə 10.000 ABŞ dolları məbləğində pul verdiyini, cavabdehin ona ferması olduğunu, lakin fermanı yenidən qurmaq istədiyini, xarici ölkədən xüsusi növ inəklər gətirəcəyini, əlavə olaraq 30.000 manat pul qoyacağını ona söz verdiyini, onun isə öz dükanından əlavə başqa dükanı da kirayəyə götürdüyünü, dükanın işini genişlətmək üçün ondan pul aldığını, verilən vədlərə əməl etmədiyini, bundan sonra ondan pulunu istədiyini, lakin müxtəlif bəhanələrlə pulu verməkdən yayındığnı, hətta polisə şikayət verdiyini, işinə düzgün qiymət verilmədiyini bildirməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pul tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkət dən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərilən hüquqi mövqeyə görə iddiaçı pul tələbinin hüquqi əsası kimi cavabdehin borclu kimi onun xeyrinə tələb edilən pul tələbinin öhdəl iklərin əmələ gəlməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi əsasını göstərməlidir. Hazırki iş üzrə iddiaçının cavabdehə qarşı pul tələbinin hüquqi əsası yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müxtəlif dövrlərdə iş birliyi ilə əlaqədar tərəflər arasında pul dövriyyəsi olmuş və bu müstəvidə müxtəlif məbləğlərdə pul vəsaitinin alınıb-verilməsi işin mübahisəsiz halıdır. İddiaçının tələbində və cinayət işinin araşdırılması zamanı verdiyi izahatında göstərdiyi hallar, şahidlərin verdiyi ifadələr öz-özlüyündə ziddiyyət təşkil edir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə bilən müqavilə, qəbz və ya digər yazılı sübut da təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hessab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3554/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3554/2019
16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver