Məhkəmə qərarları › İş №2(102)-3555/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3555/2022

20.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3555/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(106)-16/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları JN 0283 saylı “Torpağa mülkiyyət hüququna d air” Dövlət Aktına əsasən İmişli rayon AİK-nın 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində İmişli rayonu, Xəlfəli kəndində yerləşən 5,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və onun ailə üzvlərinin birgə mülkiyyətindədir. JN 0284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İmişli rayon AİK-nın 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində İmişli rayonu, Xəlfəli kəndində yerləşən 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətindədir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehin qa nunsuz zəbt etdiyi İmişli rayonu, Xəlfəli kəndində yerləşən mülkiyyətdə olan 5,81 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, İmişli rayon AİK-nın 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə İmişli rayonu, Xəlfəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,81 ha torpaq sahəsi onun və 10 nəfər ailə üzvlərinin ümumi birgə mülkyyətlərinə verilib. JN-0283 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onun və ailə üzvlərinin adlarına qeydə alınıb. Bu il həmin torpaq sahəsində yonca bitkisi əkib. Qeyd edilən 5,81 ha torpaq sahəsinin bir hissəsi, yəni aşağı tərəfdən 9 metr, yan tərəfdən 2,5 metr öl çüdə torpaq sahəsi onunla qonşuluqda yaşayan cavabdeh tərəfindən zəbt edilib və sonuncu həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltmağı tələb etsə də, o torpaq sahəsini könüllü boşaltmaq istəmir. Nəticədə ailə üzvləri ilə birlikdə torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edə və torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Bu barədə yerli icra hakimiyyəti orqanına, bələdiyəyə müraciət edib və onların nümayəndələri tərəfindən torpaq sahəsinə baxış keçirilərək 18 oktyabr 2019-cu il tarixli akt tərtib edilib və müəyyən edilib ki, cavabdeh ona məxsus torpaq sahəsinin yonca əkini olan hissəsini 2,5 metr boyunca şumlayıb və orada əkin işləri aparıb. İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(036)-138/2020 saylı qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, JN 0283 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 283 A; 283 və 283 M saylı planda yeri göstərilmiş İmişli rayonu, Xəlfəli kəndində yerləşən 5,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinin 283 A saylı planında göstərilmiş hüdudlar daxilində yerləşən 3,31 ha hissəsinin eni 59,0 metr və 57,0 metr, uzunluğu isə 563,0 metr və 553,0 metr təşkil edir. Həmin torpaq sahəsi bir tərəfdən 284 A saylı plan üzrə cavabdehə məxsus olan torpaq sahəsi ilə, digər tərəfdən isə 282 A saylı plan üzrə Qurbanov Xudayar Məlik oğluna məxsus olan torpaq sahəsi ilə həmsərhəddir. Habelə, JN-0284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 284 A, 284 və 284 M saylı planda yeri göstərilmiş İmişli rayonu, Xəlfəli kəndində yerləşən 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin və ailə üzvlərinin ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinin 284 A saylı planda göstərilmiş hüdudlar daxılində yerləşən 0,41 ha hissəsinin eni hər iki tərəfdə 7,3 metr, uzunluğu isə 557,940 metr və 558,51 metr təşkil edir. Həmin torpaq sahəsi bir tərəfdən 283 A saylı plan üzrə iddiaçıya məxsus olan torpaq sahəsi ilə həmsərhəddir. Göründüyü kimi, cavabdehə məxsus olan 282 A saylı planda yeri göstərilmiş torpaq sahəsi ilə Qurbanov Xudayar Məlik oğluna məxsus olan 283 A planda yeri göstərilmiş torpaq sahəsi arasında, uzununa sərhədlər boyunca xüsusi mülkiyyətə dax il edəlməyən 6,0 metr enində yol və 7,0 metr enində yeraltı drenaj nəzərdə tutulmayıb. Bu baxımdan iddiaçının cavabdehə cəmi 15,0 (6+9) metr enində 563,0 metr uzunluğunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bitişik torpaq zolağı kimi ona verilməsi barədə dəlili əsassızdır. 282 A və 283 A saylı planda yeri göstərilmiş torpaq sahələri arasında sərhədlərin pozulmadığı vəziyyətdə cavabdeh həmin massivdə eninə 59,0 metrdən artıq torpaq sahəsindən istifadə etməklə müvafiq ölçülərdə torpaq sahəsini özbaşına tutaraq qanunsuz sahibliyində saxlayıb. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 65, 111-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən və məruzəçi, S.İ.Mayılov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İmişli Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, hazırda iddiaçı özünə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etməklə cavabdehin oradan çıxarılmasını iddia edir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin torpaq sahəsini qaytarmaqdan imtina etməlidir. İiddiaçının iddia etdiyi torpaq sahəsinin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilib rəy alın ıb və həmin rəyə görə, tərəflər Dövlət Aktlarında qeyd olunmuş xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin hüdudları daxilində deyil, naturada həmin çevrədə yerləşən başqa ərazidən istifadə edirlər. Ona görə də, iddiaçının xüsusi mülkiyyətində olan 3,31 ha torpaq sahəsinin nə qədər hissəsinin cavabdeh tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmayıb. Beləliklə, təqdim edilmiş sübutlarla cavabdehin, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi öz təsdiqini tapmır və hazırki halda öz iddia tələbini sübuta yetirmək yükü iddiaçının üzərinə düşür və o, torpaq sahəsinin mülkiyyətçisi olaraq, öz tələbini əsaslandıra və sübuta yetirə bilməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 111ci maddələrinin və digər maddi, prosessual hüquq normalarını n tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, cavabdeh ona və ailə üzvlərinə məxsus olan 5,81 ha torpaq sahəsinin bir hissəsini, yəni aşağı tərəfdən 9 metr, yan tərəfdən 2,5 metr ölçüdə torpaq sahəsini zəbt edib. Ekspertin rəyində tərəflərin mülkiyyətlərində olmayan torpaq sahələrindən istifadə etdikləri qeyd edilsə də, onun torpaq sahəsinin bir hissəsinin cavabde h tərəfindən zəbt edildiyi inkar edilmir. O, bu barədə lazımi sübutları məhkəməyə təqdim etsə də, həmin sübutlara düzgün hüquqi qiymət verilməyib və zəbtetmə faktı kifayət qədər araşdırılmayıb və iş üzrə təkrar ekspertiza keçirilib bu məsələyə aydınlıq gətirilməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə, əgər mü lkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanə lər vasitəsilə əks etdirən xəritədir; 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qa ydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müə yyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 416.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindənasılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılımalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, JN 0283 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İmişli rayon AİK-nın 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş ciz gidə göstərilən sərhəd daxilində İmişli rayonu, Xəlfəli kəndində yerləşən 5,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və onun ailə üzvlərinin; habelə JN 0284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İmişli rayon AİKnın 26 mart 2001-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində İmişli rayonu, Xəlfəli kəndində yerləşən 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətlərindədir. Hazırda iddiaçı, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan 5,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu göstərib, onun torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulmasını iddia edir. Cavabdeh isə 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun və ailə üzvlərinin birgə mülkiyyətində olduğunu, 284 A, 284 və 284 M saylı plan üzrə torpaq sahəsinin mütəxəssislər tərəfindən yerində ölçülərək ona təhkim edildiyini, həmin torpaq sahəsinin 283 A saylı planda göstərilmiş torpaq sahəsindən iddiaçının özü tərəfindən çəkilmiş “S Arx”la ayrıldığını, sonuncu “S Arx” pozaraq ona məxsus olan torpaq sahəsini zəbt etdiyi üçün arxı əvvəlki yerindən bərpa etdiyini göstərib, iddiaya etiraz edir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli ekspert rəyinə görə, tərəflər Dövlət Aktlarında qeyd olunmuş xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin hüdudları daxilində deyil, naturada həmin çevrədə yerləşən başqa ərazidən istifadə edirlər. Ona görə də iddiaçının xüsusi mül kiyyətində olan 3.31 ha torpaq sahəsinin nə qədər hissəsinin cavabdeh tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün deyil. Göründüyü kimi, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin mənasına görə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu n əzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətç inin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Əvvəla, apellyasiya insitansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin maddənin tələblərinə uyğun olaraq iddiaçının cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsini şərtləndirən halları, yəni iddiaçının mübahisələndirdiyi 5,81 ha torpaq sahəsinin həqiqətən onun faktiki sahibliyindən çıxıb-çıxmadığını, ümumiyyətlə həmin torpaq sahəsinin naturada mövcud olmaqla cavabdehin sahibliyində olub-olmadığını, habelə tərəflər, onlarla digər şəxslər arasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı razılaşmanın və yaxud sair öhdəliyin əmələ gəlib-gəlmədiyini araşdırmadan, başqa sözlə həqiqət ə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, zərurət yarandığı halda xüsusi bilək tələb edən sualları izah etmək üçün öz təşəbbüsü ilə əlavə ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız kifayət qədər aydın və tam olmayan ekspert rəyinə əsaslanaraq, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilmədiyi qənaətinə gəlib. Halbuki, sözügedən ekspert rəyi kifayət qədər aydın və tam olmamaqla, mübahisənin obyektiv həlli üçün xüsusi bilik tələb edən suallara aydınlıq gətirməyə imkan vermir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların pro sessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan suallara izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Digər tərəfdən, iddiaçı tələbində onun və ailə üzvlərinin mülkiyyətində olan 3,31 ha torpaq sahəsinin deyil, 5,81 ha torpaq sahəsinin bir hissəsinin aşağı tərəf dən 9 metr, yan tərəfdən isə 2,5 metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və məhz mülkiyyətində olan 5,81 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, JN-0283 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 5,81 ha torpaq sahəsinin, habelə JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan 1,77 ha torpaq sahəsinin sərhədlərini, kordinatlarını yerində müəyyən etmədən, həmin torpaq sahələrinin ümumiyyətlə naturada mövcud olub-olmadığını, harada yerləşdiyini araşdırmadan, ekspertin rəyində məhz xüsusi bilik tələb edən bu suallara aydınlıq gətirilmədiyini nəzərə almadan, habelə işin 12-ci vərəqində olan 18 oktyabr 2019-cu il tarixli akta, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata digər sübutlarla müqayisəli şəkildə qiymət vermədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb. Sözügedən Aktdan görünür ki, iddiaçının müraciətinə əsasən onun pay torpaq sahəsində ölçmə işləri aparılarkən müəyyən edilib ki, qonşu pay torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh 2,5 metr sahə boyu əkilmiş yonca sahəsini şumlayıb. Cavabdeh isə izahatında göstərib ki, 284 A saylı planda göstərilən torpaq sahəsini 283 A saylı planda göstərilən torpaq sahəsindən iddiaçının özü tərəfindən çəkilmiş “S Arx” ayırıb və sonuncu “S Arx”ı pozaraq ona məxsus olan torpaq sahəsini zəbt etdiyi üçün, o arxı əvvəlki yetindən bərpa edib. Göründüyü kimi, ekspertin rəyində- tər əflərin Dövlət Aktlarında göstərilən xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin hüdudları daxilində deyil, naturada həmin çevrədə yerləşən başqa ərazidən istifadə etdikləri müəyyən edildiyi halda, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə tərəflərin faktiki istifadə etdikləri torpaq sahələrinin hüquqi vəziyyətinə, statusuna aydınlıq gətirməyib, tərəflərin Dövlət Aktlarında göstərilən 5,81 ha və 1,77 ha torpaq sahələrinin naturada harada yerləşdiyini, həmin torpaq sahələrindən faktiki olaraq kimlərin istifadə etdiklərini və bunun qanuni əsasa söykənib-söykənmədiyini araşdırmayıb. Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməs i barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının, habelə Mülki Prosessual Məcəllənin 88, 103-cü maddələrinin tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadığından və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədiyindən, iş üzrə məhkəmə qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə si ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(106)-16/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmi n məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar